usd:
1,70 ₼
eur:
1,84 ₼
Bu gün
+7... 10 °С
Buludsuz, yağmursuz
Sabah
+9... 11 °С
Buludlu, yağmursuz
Bu gün
+7... 10 °С
Buludsuz, yağmursuz
Sabah
+9... 11 °С
Buludlu, yağmursuz
Filters
Filters
Hadisələr
Yaralılar 5 saylı Şəhər Xəstəxanasına çatdırılıb Bu gün saat 13:30 radələrində Bakının Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) BakuCity.az-a verilən məlumata əsasən, nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində ola...
Hadisələr
Qırmızı işıqdan keçib toqquşdu Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində baş verib. "Opel" markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında yolayrıcına daxil olub. Bu zaman sağdan gələn avtomobilin önünə çıxıb. Toqquşma nəticəsində "Opel" çevrilib və bir neçə metr kənarda aşıb. Qəza nəticəsində "Opel"in sürücüsü ağır yaralanıb. Digər avtomobil...
Hadisələr
Mənzillər yanğından mühafizə olunub Bakıda hündür yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 3 ədəd qoruyucu açar və elektrik kabeli 2 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  BakuCity.az
Hadisələr
Alıcıya köhnə balıq satıblar Bakıda bazarda dava düşüb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, insident Nizami rayonunda, “8-ci km” bazarında baş verib. Bazarda balıq satışı ilə məşğul olan qadın satıcı ilə kişi alıcı arasında əlbəyaxa dava düşüb. Dava nəticəsində hər iki şəxs müəyyən bədən xəsarətləri alıb. İnsidentin səbəbi isə satıcının bir gün əvvəl həmin alıcıya köhnə balıq satması olub. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Hadisə xuliqanlıq zəminində baş verib Bakıda döyülmə faktı baş verib. BakuCity.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 3 ünvanının qarşısında qeydə alınıb. İlkin məlumata əsasən Pərviz adlı şəxs 2008-ci il təvəllüdlü Niyazzadə Ruslan İlqar oğlunu döyərək ona ağır bədən xəsarətləri alıb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Həmçinin oxu: Bakıda ana qızları ilə birləşib ərini və oğlunu döydü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əm...
Hadisələr
Hazırlıq kursundan çıxıb evə qayıdırmış Bakıda yeniyetmə qız itkin düşüb. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Həmçinin oxu: Bakıda daha bir qız itkin düşdü Dadaş Bünyadzadə küçəsi (keçmiş 11-ci Xrebtovı), ev 161-də yaşayan 2002-ci il təvəllüdlü Həsənova Leyla Sirac qızı oktyabrın 26-da Mətbuat prospekti, 36 ünvanındakı "Edu" Təhsil Mərkəzindən evə getmək adı ilə çıxıb və itkin düşüb. Fakla bağlı ara...
Hadisələr
Polislər avtobuslardakı yanğınsöndürmə balonlarını götürdülər  Bu gün saat 07:30 radələrində Bakı şəhər Səbail rayonu, Mehdi Hüseyn küçəsində yol qəzası baş verib. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, minik avtomobili qəzaya uğrayandan sonra alovlanmağa başlayıb. Həmçinin oxu: "Mercedes-Maybach" Bakının mərkəzində yaşayış evinə girdi - FOTO + VİDEO Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hadis...
Hadisələr
Ötən gün axşam saatlarında Bakının mərkəzində "Mercedes-Maybach" markalı avtomobil ağır qəza törədib. BakuCity.az BAKU.WS-ə istinadən məlumat verir ki, avtomobil əvvəlcə qarşısındakı “Opel”ə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb. Həmçinin oxu: Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO Qəza nəticəsində iki nəfər - "Me...
Hadisələr
Bakıda 19 yaşlı qız itkin düşüb. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmçinin oxu: Bakıda daha bir 15 yaşlı qız itkin düşdü Aşıq Pəri küçəsi, ev 34-də yaşayan İsmayılova Leyla Bayram qızı oktyabrın 21-də saat 23:45-də evdən çıxıb və bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bakının Xəzər rayonunda bir nəfər su quyusunda boğulub. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata əsasən, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həb...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?