usd:
1,70 ₼
eur:
2,01 ₼
Bu gün
+24... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 23 °С
Buludlu, yağmursuz
Bu gün
+24... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 23 °С
Buludlu, yağmursuz
Filters
Filters
Hadisələr
Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb. BakuCity.az-ın məlumatına görə, qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb: “Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir. Bu səbəbdən də həmin şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”....
Hadisələr
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Parlament prospektindən İzzət Nəbiyev küçəsinə dönən avtomobilin sürücüsü Milli Məclis binasının yanında qəfildən idarəetməni itirib, maşın qarşı yolda hərəkətdə olan digər avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib, sürücülər yüngül xəsarət alıb. BakuCity.az
Hadisələr
Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində qeydə alınıb. Rayon ərazisində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu xidmət aparan zaman minik avtomobili onu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...
Hadisələr
Ötən gün Bakıda intihar etmək istəyən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda xilas edilib. BakuCity.az məlumat verir ki, həmin hadisənin görüntüləri yayılıb. Baku.ws-in yaydığı videodan göründüyü kimi, özünü hündürlükdən atmaq istəyən qadınla danışıqlar aparılır. Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürl...
Hadisələr
Bu gün Bakının Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S.Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib. Amma S.Abbasova ev dustaqlığında olduğu üçün prokuro...
Hadisələr
Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın tapılıb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində baş verib. 1998-ci il təvəllüdlü Ə.Muradova Mayakovski küçəsində yaşadığı ünvandan səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova tapılaraq ai...
Hadisələr
Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Hadisələr
Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya uğrayıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb. Məlumata görə, Gülnarə Məmmədovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub. Həmçinin oxu: Meksika səfiri Bakıda qəzaya düşdü Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıblar. Xatırladaq ki, oktyab...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?