usd:
1,70 ₼
eur:
2,03 ₼
Bu gün
+14,0 ... +16,0 °С
Buludlu, yağmursuz
Sabah
+14,0 ... +15,0 °С
Cloudy, no precipitation
Bu gün
+14,0 ... +16,0 °С
Buludlu, yağmursuz
Sabah
+14,0 ... +15,0 °С
Cloudy, no precipitation
Filters
Filters
Hadisələr
3 avtomobilə ziyan dəyib Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib. BakuCity.az-ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. İri ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə düşüb. Nəticədə “Mercedes Gle”, “Toyota Camry” və “Mercedes ML” markalı avtomobillərə ziyan dəyib. Həmçinin oxu: Ramanada hektarlarla meşə zola...
Hadisələr
Mağazadan spirtli içki oğurlayıblar Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur. Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar...
Hadisələr
Xəsarət alan var Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Lamiyə Əbəçiyeva idarə etdiyi “Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığında keçib. Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb. Həmçinin oxu: Bakıda təcili yardıma yol verməyən avtomobili...
Hadisələr
Polis gözyaşardıcı qazdan istifadə edib Bakının mərkəzində, Nizami küçəsi, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq, soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər. BakuCity.az Real TV-yə istinadən xəbər verir ki, onları bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar "tabe ol" əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən...
Hadisələr
Bakıda yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az primetime.az-a istinadən xəbər verir ki, hadisə bir qədər əvvəl Sədərək bazarı yaxınlığında qeydə alınıb. Belə ki, "Chevrolet" markalı avtomobil əvvəlcə yoldakı dirəyə çırpılıb, daha sonra dərəyə aşıb. Məlumata əsasən, avtomobilin sürücüsü ağır xəsarət alıb. BakuCity.Az
Hadisələr
Bakıda narkotikdən zəhərlənən şəxs xəstəxanada ölüb Bakıda yüksək dozada narkotik qəbulundan ölüm hadisəsi baş verib. Bakucity.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonunda 1980-ci il təvəllüdlü Ağaməliyev Əli Valeh oğlunun yaşadığı evdə anidən halı pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin oxu: Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi İlkin müayinə zamanı Ə. Ağaməliyevin narkotikdən zəh...
Hadisələr
85 yaşlı sənətkarın ürəyində problemlər yaranıb Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib. Bakucity.az BakuWs-ə istinadən xəbər verir ki, hazırda həkim nəzarətində olduğunu bildirən Ceyran Haşımova vəziyyətinin stabil olduğunu deyib. Həmçinin oxu: Bakının bu rayonlarında pensiya təyinatı ilə qaydalar dəyişir Qeyd edək ki, Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə...
Hadisələr
"EuroHome” ticarət mərkəzində baş vermiş yanğında 150 sahibkara ziyan dəyib. Bakucity.az Unikal.org-a istinadən xəbər verir ki, obyektin ümumi sığortası 1 milyon manatdan çoxdur. Ümumilikdə ticarət mərkəzində 157 mağaza yanıb.  "EuroHome” ticarət mərkəzində sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparılır. Dəymiş ziyan müəyyən edilir. Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib. BakuCity.Az
Hadisələr
Qəza anı kameraya düşüb Hadisə aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib.  BakuCity.az xəbər verir ki, "Chevrolet” markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə, öz zolağı ilə hərəkətdə olan "Mercedes” markalı avtomobilin önünə çıxıb.  Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar. (Avtosfer.az) BakuCity.Az
Hadisələr
Bakıda, Xəzər rayonunun Türkan qəsəbəsində 25 yaşlı gənc itkin düşüb BakuCity.Az Oxu.az-a istinadən xxəbər verir ki, dekabrın 5-də axşam saatlarında Türkan qəsəbə sakini, 1994-cü il təvəllüdlü Y.Məmmədov Qala qəsəbəsində yerləşən iş yerindən çıxıb və itkin düşüb.  BakuCity.Az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?