usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,89 ₼
Alış
1,89 ₼
Satış
1,89 ₼
eur:
1,89 ₼
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+16... 18 °С
Buludsuz, yağmursuz
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+16... 18 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Hadisələr

Filters
Filters
Hadisələr
Səbail rayonunda axtarışda olan şəxs saxlanılıb Bakucity.az xəbər verir ki, soyğunçuluq maddəsiylə axtarışda olan 1972-ci il təvəllüdlü Cavanşir Kommunist oğlu Ağayevin yeri müəyyən edilərək, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.  Bakucity.az  xəbər verir ki, gecə saatlarında Bibiheybət məscidi yaxınlığında BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb.  Hadisə nəticəsində avtomobilin sürücüsü ölüb. Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır....
Hadisələr
Paytaxtda ölümlə nəticələnən yanğın baş verib. Bakucity.az xəbər verir ki, Sabunçu rayonunda 4 otaqlı evdə baş verən yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyiti aşkar olunub. Qeyd edək ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bakucity.az
Hadisələr
Paytaxtda usta faciəli şəkildə ölüb. Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Maştağa qəsəbəsi, “Muşalan” yeni yaşayış massivindəki Elnur İlyasova məxsus fərdi yaşayış evində baş verib.  Neftçala rayon sakini, 1967-ci il təvəllüdlü Həsən Ələsgərov  evin dam örtüyünü vurarkən yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. (APA) Bakucity.az
Hadisələr
Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib. Bakucity.az xəbər verir ki,  Bülbül prospektində yerləşən BOSS" gecə klubunda iki müştəri arasında dava baş verib. Nəticədə ABŞ vətəndaşı, 2002-ci il təvəllüdlü Vitalıyevna Laila İfrahim qızı döyülərək ağır xəsarət alıb. L.Vitalıyevna özəl xəstəxanaların birinə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. (APA) Bakucity.az
Hadisələr
Paytaxtda minik avtomobili yanıb. Bakucity.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili anidən alışıb. Yanğın qısa zamanda bütün avtomobili əhatə edib. Hadisənin görüntülərini təqdim edirik: Bakucity.az
Hadisələr
Binəqədi rayonunda qətl hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, iyunun 9-da Binəqədi qəsəbəsində yaşayan 66 yaşlı Vidadi Rəcəbovun bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Binəqədi rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər.  Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində qətli törətməkdə şü...
Hadisələr
Paytaxtda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb. Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında müalicə alan Rusiya vətəndaşı əməliyyat masasında dünyasını dəyişib. 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinkonun ölümü ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. (Report) Bakucity.az
Hadisələr
Paytaxtda baş vermiş qəzanın görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.  Hava limanı istiqamətində, Sabunçu körpüsünün üstündə əvvəlcə sıxlıq yaranıb. Ardınca sıxlıqda zolağı dəyişmək istəyən avtomobilə arxadan gələn “VAZ 21 99” markalı maşın çırpılıb. Eyni anda 7 avtomobil zərbə nəticəsində bir-birinə dəyib.  Həmin görünütləri təqdim edirik: (Avtosfer.az) Bakucity.az
Hadisələr
Abşeron rayonunda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Masazır dairəsində "Mercedes" markalı maşın piyadanı vurub. Avtomobil daha sonra işıq dirəyinə çırpılıb və nəticədə dirək aşıb. Ağır xəsarət alan piyada digər maşınla xəstəxanaya aparılıb. İyunun 2-də baş verən qəza anbaan təhlükəsizlik kamerasına düşüb.  Qəzada ağır xəsarət alan 50-55 yaşlı qadının həmin ərazidə dilənçiliklə məşğul olduğu bildirilir. (Baku.ws) Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?