usd:
1,70 ₼
eur:
2,03 ₼
Bu gün
+14,0 ... +16,0 °С
Buludlu, yağmursuz
Sabah
+14,0 ... +15,0 °С
Cloudy, no precipitation
Bu gün
+14,0 ... +16,0 °С
Buludlu, yağmursuz
Sabah
+14,0 ... +15,0 °С
Cloudy, no precipitation
Filters
Filters
Hadisələr
Bakı metrosunda qızlar arasında dava olub Bakucity.az xəbər verir ki, görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin metronun “Gənclik” stansıyasında baş verdiyi bildirilir. Kadrlardan da görünür ki, iki xanım sərnişin metroda əlbəyaxa olub. Bəzi sərnişinləri onları ayırmağa çalışır, digərləri isə hadisəni videoya çəkirlər. Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Hadisələr
Bakıda hoteldə yanğın qeydə alınıb. Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” hotelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb. Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən sönd...
Hadisələr
Bakıda son bir ayda baş vermiş qəzaların görüntülərini yayılıb. Bakucity.az-ın xəbərinə görə, videonu Avtosfer.az saytı dərc edib. Qəzaların baş verməsinə əsas səbəb ara məsafəsinin düzgün seçilməməsi, manevr qaydalarının pozulması, zolaqlar üzrə hərəkət qaydalarının düzgün yerinə yetirilməməsi, iri qabaritli yük maşınlarının kor bucağına düşmək olub.  Bəzi qəzalar isə sadəcə olaraq sürücü səhlənkarlığı nəticəsində baş verib. Bakucity.az
Hadisələr
Paytaxtın Keşlə qəsəbəsində "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub. Bu barədə Bakucity.az-a Səhiyyə nazirliyindən məlumat verilib. Bildirilir ki, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kritikdir. “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında...
Hadisələr
Bakının Nəsimi rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə İslam Səfərli küçəsində qeydə alınıb. Məhəmməd Qurbanovun idarə etdiyi “Renault” markalı avtomobil yol kəsişməsində “Ford” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Renault” yol kənarında dayanmış vəziyyətdə olan “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi zi...
Hadisələr
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi kameraya düşüb. Bakucity.az-ın xəbərinə görə, hadisənin görüntülərini Avtosfer.az saytı yayıb. Kadrlarda da görünür ki, hərəkət zamanı manevr qaydasını pozan avtomobili digər maşın vurur.  Nəticədə idarəetməni itirən sürücü insanlarla dolu olan dayanacağa girir.  Dayanacağın bir hissəsini uçurdan maçın bir neçə nəfərə xəsarət yetirir. Bakucity.az
Hadisələr
Bakıda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Xətai rayonu, "Ukrayna" dairəsi yaxınlığında 1990-cı il təvəllüdlü Cəmil Atabalayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada, 2003-cü il təvəllüdlü Tünzalə Qəhrəmanovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.  Xətai rayon Polis İdarəsi tərəfindən C. Atabalayev barəsində Cinay...
Hadisələr
Bakıda qadın doğuş zamanı ölüb. Bakucit.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı "39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü" diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib....
Hadisələr
Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb Bakucity.az xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında qeydə alınıb. Mağazada müştəri olan 45 yaşlı Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisınin təfərrüatları araşdırılır. (APA) Bakucity.az
Hadisələr
Bakıda  kafenin damında 86 yaşlı kişinin meyiti tapılıb Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma apar...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?