usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,89 ₼
Alış
1,89 ₼
Satış
1,89 ₼
eur:
1,89 ₼
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+16... 18 °С
Buludsuz, yağmursuz
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+16... 18 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Hadisələr

Filters
Filters
Hadisələr
Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə Lev Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. “Porsche Panamera” markalı 90-AD-073 dövlət nömrə nişanlı avtomobil dönmə əməliyyatı zamanı Səməd Vurğun küçəsi istiqamətindən gələn “Ford” markalı 99-HX-126 dövlət nömrə nişanlı yük maşınını yandan vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Bakucity.az
Hadisələr
Bakıda 18 yaşlı qızı oğurlayan şəxs “Ekologiya postu”nda saxlanılıb. Bakucity.az xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb. Hüquq-mühafizə orqanları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Məlum olub ki, R.İslamov idarə etdiyi...
Hadisələr
Bakıda aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə yolun sürət həddi 120 km/saat olan hissəsində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan “Chevrolet Aveo” markalı 99 UE 738 nömrə nişanlı avtomobil idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Paytaxtın Xətai rayonunda yük maşının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə N.Rəfiyev küçəsində qeydə alınıb.  “İsuzu” markalı yük maşını idarəetməni itirərək aşması nəticəsində ərazidə olan daha iki avtomobilə ziyan dəyib.  Yük maşınının sürücüsü yüngül xəsarət alıb. Qəza səbəbindən yolda tıxac yaranıb.   Faktla bağlı araşdırma aparılır. (APA) Bakucity.az
Hadisələr
Paytaxtın Nərimanov rayonunda zəncirvari qəza baş verib. Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində, 20 Yanvar dairəsi istiqamətində dörd avtomobil toqquşub.  Qəzaya səbəb yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.  Nəticədə o, qarşıda hərəkətdə olan və Anar İbrahimlinin idarə etdiyi digər “Mercedes” markalı minik avtomobilinə çırpılıb.  Bu zaman A.İbrahimlinin idarə etdiyi nəqliy...
Hadisələr
Sentyabrın 8-də Bakıda köşk satıcısı zorakılığın qurbanı olmaqdan son anda qurtulub. Bakucity.az xəbər verir ki, 1987-ci il təvəllüdlü paytaxt sakini Lalə Abbaszadə Zığ şossesi yaxınlığındakı bir nömrəli binada yerləşən köşkə işə gələrkən, səhər saat 10-da hücuma məruz qalıb. Köşkə basqın edən naməlum şəxs qadını bıçaqla hədələyərək onu zorlamaq istəyib. Müqavimətlə rastlaşan cinayətkar fikrini dəyişərək, qadından pulları tələb edib.  Kassada olan 650 mana...
Hadisələr
Paytaxtın Babək prospektində piyadanın vurulması ilə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını avtomobil vurub.  Sol zolaqda hərəkət edən avtomobil maşınların arasından çıxan qadını görməyib və qəza baş verib. Qeyd olunur ki, qəza nəticəsində qadın yüngül xəsarətlərlə alıb. Bakucity.az
Hadisələr
Paytaxtın Binəqədi rayonunda "İran Khodro" markalı minik avtomobili yanıb. Bakucity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nəqliyyat vasitəsinin mühərrik hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtın Nizami rayonunda ağac avtomobilin üzərinə aşıb. Bakucity.az xəbər verir ki, hadisə rayonun Kürçaylı küçəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Bakucity.az
Hadisələr
İş adamı intihara cəhd edib. Bu gün günorta saatlarında “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Bakucity.az xəbər verir ki, idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar.  Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər. S.Mehdiyev intihara cəhd edən sahibkarla...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?