Xəbərlər - bakucity.az
usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,90 ₼
Alış
1,90 ₼
Satış
1,90 ₼
eur:
1,90 ₼
Bu gün
+26... 30 °С
Buludsuz, yağmursuz
Sabah
+27... 29 °С
Buludsuz, yağmursuz
Bu gün
+26... 30 °С
Buludsuz, yağmursuz
Sabah
+27... 29 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Hazırda bu istiqamətdə işlər aparılır. Bakucity.az xəbər verir ki, bu barədə məsələ Nazirlər Kabinetinin qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı müvafiq qərarında də öz əksini tapıb.  Dini Qurumlarla İş üzrə Dövlət komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib ki, hazırda bu istiqamətdə işlər aparılır: “Məsələ barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək. Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə...
Cəmiyyət
"Baku Bus"a məxsus avtobus kobud qayda pozuntusu törədib. Bakucity.az  xəbər verir ki, 21 saylı avtobus yolun əks istiqamətinə çıxaraq hərəkət edib.  Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Hadisələr
Daxili İşlər Nazirliyi paytaxtda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, Şərur rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 54-cü (intizam xarakterli hərbi hissədə saxlama), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə görə məhkum olunm...
Ekologiya
Paytaxtda mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm ci...
İdman
Avroliqanın finalına yüksələn "Arsenal” çətinliklə üzləşib. Bakucity.az xəbər verir ki, Bakıda "Çelsi” ilə keçiriləcək həlledici oyun öncəsi erməni futbolçusu Henrix Mxitaryana viza verilməsi sual altındadır. UEFA bu məsələdə London klubuna dəstək göstərsə də, "Arsenal” matça Mxitaryansız çıxa bilər. Belə ki, erməni futbolçuya viza verilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Yalnız Azərbaycan tərəfi icazə verdikdən sonra futbolçu Bakıy...
Cəmiyyət
Paytaxtın bəzi küçələrində rənglənmə işləri aparılacaq. Bakucity.az  xəbər verir ki, 28 May və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətləri yenidən rənglənəcək. İşlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə aparılır.   Bunu da oxu: Bu gün Bakıda konsert olacaq Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişa...
Mədəniyyət
Konsertə giriş sərbəstdir. Bakucity.az xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim olunacaq. Konsert ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə təşkil edilib. Konsertdə "Rast” qrupu və Rusiyanın "S-brothers-S” DJ layihəsi çıxış edəcək. Bunu da oxu: Bakıda keçiriləcək bu möhtəşəm konsertə sayılı günlər qaldı – FOTO Qeyd edək ki, Xalq artisti Arif Məlikovun xatirəsinə ehti...
Hakimiyyət
Prezident və xanımı paytaxtda ağac əkiblər. Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bakucity.az
Mədəniyyət
Rumıniyalı müğənni Bakıda konsert verəcək. Bakucity.az xəbər verir ki, rumıniyalı məşhur müğənni, “Hot”, “Yalla”, “Nirvana”, “Ruleta”, “India”, “Sun is up”, “Tu manera” kimi sevilən hitlərin ifaçısı İnna Bakıda konsert verəcək. Konsert mayın 31-də "Monex Summit Caspian"ın təşkilatçılığı ilə "Elektra Events Hall”da baş tutacaq.  Qeyd edək ki, İnna 2008-ci ildə ifa etdiyi “Play & Win” adlı mahnı ilə tanınıb. 2009-cu ildə isə “Hot” albomu ona məhşurluq qazand...
Hadisələr
Paytaxtda yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Nəsimi rayonunda yerləşən Bakıxanov küçəsində, Rusiyanın Bakıdakı səfirliyinin qarşısında “KİA” və “Hyundai” markalı avtomobillər toqquşub.  Bunu da oxu: Bakıda iki nəfər bıçaqlandı, biri “BMV”-də öldü - FOTO Hadisəyə yol ayrıcının keçilmə qaydasının pozulması səbəb olub. (Oxu.az) Bakucity.az
Hakimiyyət
Ulu öndərin xatirəsini ehtiramla anılıb. Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür. Bakucity.az xəbər verir ki, mərhum prezidentin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana yollanıblar. Prezident İ...
Cəmiyyət
Paytaxtda hindli bəy və gəlinin toyu müzakirələrə səbəb olub. Bakucity.az xəbər verir ki, "Bilgah Beach Hotel"də baş tutan toy mərasimi üç gün davam edib (4-6 may). Bu müddət ərzində keçirilən mərasimlərdə ABŞ, Hindistan və BƏƏ-dən çox sayda qonaq iştirak edib.  Manish və Barkha adlı cütlüyün dəbdəbəli toyuna 5 milyon dollardan çox pul xərcləndiyi iddia olunur. Varlı ailənin övladları olan cütlük 3 gün 3 gecə Bakıda toy edib və doyunca əylənib.  Bunu da ox...
İdman
Turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Bakucity.az xəbər verir ki, Bakıda cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) beynəlxalq turnirinə start verilib.  Bu gün 18 idmançımız mübarizəyə qoşulur. Bunlardan üç çəki dərəcəsində mübarizə aparan 10 idmançı qadın, iki çəki dərəcəsində tatamiyə çıxacaq səkkiz cüdoçu kişi millimizin üzvləridir. Qadınlar: 48 kq 1/16 final. Ramilə Əliyeva – Marina Çernyak (Ukrayna) 1/16 final. Aişə Qurbanlı – Oks...
Biznes
Qəlyan sağlamlıq üçün siqaretdən də təhlükəlidir. Qəlyan çəkmək zəzərli vərdişdir. Lakin bu zərərli vərdiş başqa bir zərərli vərdişə - siqaret çəkməyə alternativ olaraq göstərilir. Çoxları hesab edir ki, qəlyan çəkmək siqaret çəkməkdən daha yaxşıdır.  Necə edək ki, qəlyanın sağlamlığımıza vurduğu zərəri minumuma endirək? Bakucity.az  bu suala cavab axtarmağa çalışıb. Qəlyan haqda miflər:  - Ağ ciyərlər daha az dəm qazı alır; - Passiv siqaretçəkən effekti y...
Cəmiyyət
“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb. Bakucity.az xəbər verir ki, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Tədbirdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və “BİR” tələbə-könüllülər də iştirak ediblər. Görüşdə tarixi qələbənin qaza...
Kriminal
Paytaxtda bıçaqlanma hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində qeyd alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.  Bıçaqlanan daha bir şəxs, Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb.  Binəqədi rayon Prokurorluğundan verilən məlumata gör...
Cəmiyyət
Çıxışlar saat 17:00-dan 19:00-dək baş tutacaq. Bakucity.az  xəbər verir ki, faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Çıxışlar saat 17:00-dan 19:00-dək baş tutacaq. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş altı yerində çıxış edəcək: Bunu da oxu: General Bakıda iki idarə rəisini işdən çıxardı - Dənizkənarı Milli Pa...
Hakimiyyət
Hərbi xidmətə çağırış müzakirə edilib. Bakucity.az  xəbər verir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib. Aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ay ərzind...
Cəmiyyət
Sabah paytaxtdakı “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək. Bakucity.az xəbər verir ki, bu, 9 May - Qələbə Günü münasibətilə ölkə ərazisində  qeyri-iş günü olması ilə bağlıdır. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, mayın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Bunu da oxu: Bakıda şimal küləyi əsəcək - HAVA DURUM...
Hadisələr
Xətai rayonunda mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.  Bakucity.az xəbər verir ki, sözügedən şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarovdur. O, ifadəsində Xətaidə dörd, Yasamal rayonunda isə bir mənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov günorta - ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirmə...
Ekologiya
Paytaxda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək. Atmosfer təz...
Cəmiyyət
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Bakucity.az xəbər verir ki, “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən İçərişəhərdə Qoşa Qala qapılarında bərpa-konservasiya işlərinə start verilib. Layihəyə əsasən bərpa və konservasiya işləri öncə Qala divarlarının daxili hissəsindən başlayıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Qeyd edək ki, layihə 2019-cu ilin s...
Biznes
Biletlərin qiyməti məlum olub. Bakucity.az xəbər verir ki, qiymətlər 97- 200 manat (350-800 türk lirəsi) aralığında olacaq. Qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur.  Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb. Bunu da oxu: Bakıya ikimərtəbəli elektrik qatarları gətiriləcək - AÇIQLAMA Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil ol...
Mədəniyyət
Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib. Bakucity.az xəbər verir ki, bu barədə aktyor özü açıqlama verib. O, dövlət başçısına minnətdarlığını bildiririb: "Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar...
Cəmiyyət
Bununla bağlı sərnişinlərə müraciət edilib. Bakucity.az xəbər verir ki, paytaxtda təmir işləri ilə bağlı 596 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib: "596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan-Xocahəsən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli b...
Cəmiyyət
Hazırda bərpa işləri davam etdirilir. Bir müddət öncə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov qeyd etmişdi ki, Bakıdan çıxan elektrik qatarları təkcə Sumqayıta deyil, əks istiqamətə - Qaraçuxur qəsəbəsi, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və s. ərazilərə qədər gedəcək.  Bakucity.az məsələnin nə yerdə qaldığını öyrənmək məqsədilə ADY-nın mətbuat katibi Sevinc Qədirovadan açıqlama alıb.  Elektrik qatarlarının bərpası istiqamə...
Hadisələr
Hadisə təhlükəsizlik kamerasına düşüb. Bakucity.az xəbər verir ki, paytaxtda baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb. Qadın sürücü idarə etdiyi avtomobillə qarşı yola çıxaraq piyadanı vurub. Gənc oğlan zərbənin təsirindən əks istiqamətdə dayanan avtomobilə çırpılıb. Həmin görüntüləri təqdim edirik: (Unikal.org) Bakucity.az
Ekologiya
Hazırda dumanlı hava davam edir. Bakucity.az  xəbər verir ki, gecə saatlarından Bakı və Abşeron yarımadasında dumanlı hava var.  Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir. Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq, duman tədricən çəkiləcək. Lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var. Qeyd edək ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini...
Mədəniyyət
Yarışma Dövlət Mahnı Teatrında və Aktyorlar evində baş tutub. Bakucity.az xəbər verir ki, Bakıda Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 2 günlük “İncəsənət Olimpiadası” keçirilib.  Yarışma Azərbaycan İncəsənət Gimnaziyası və “Jam Group”un təşkilatı dəstəyi ilə reallaşıb.  4 mayda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən incəsənət yarışmasında fortepiano, estrada vokal, akademik vokal, saksafon, ak...
Cəmiyyət
Yasamal rayonunda maraqlı hadisə baş verib.  Bakucity.az xəbər verir ki, sakinlər "Porsche" markalı avtomobilin üstünə zibil torbaları atıblar. Sürücünün avtomobili Həsən bəy Zərdabi küçəsindəki zibil qutularının qarşısında saxlaması ona baha başa gəlib.  Bunu da oxu: Bakı meri ağacların kəsildiyi küçəyə baş çəkib Bu vəziyyət ətrafdan keçən insanların xeyli marağına səbəb olub. (Baku.ws) Bakucity.az
Hakimiyyət
O, vətəndaşlarla görüşüb, məsələ barədə maraqlanıb. Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib. Buna səbəb isə həmin küçədə ağacların icazəsiz kəsilməsidir.   Eldar Əzizov orada yaşayan vətəndaşlarla görüşüb, məsələ barədə onlardan ətraflı məlumat alıb.  Bunu da oxu: Bakıda bina qiymətinə iki otaqlı ev satılır Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirli...
Hadisələr
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, bıçaqlanan şəxs 23 yaşlı Anar İbrahim oğlu Rəhimovdur.  O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ona sol budun və sol qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyub. Bunu da oxu: Bakıda gənc qız özünü binadan atmaq istədi - VİDEO Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Biznes
Paytaxtda 3 milyon 100 manata iki otaqlı mənzil satılır. Bakucity.az xəbər verir ki, sözügedən mənzil Xətai rayonunda, Yaşıl ada küçəsində yerləşir. Mənzil metronun "Xətai" stansiyasın yaxın ərazidədir.  Mənzilin ümumi sahəsi  95 kvadratmetr təşkil edir.  Hesablamaya görə mənizlin 1  kvadratmetri 32 min 600 manata başa gəlir. Bunu da oxu: Bakı–Şamaxı–Yevlax yolunun tikintisə pul ayrıldı Qeyd edək ki, bu barədə elan Bina.az saytında yerləşdirlib.  Bakucity....
İdman
Sonuncu turda mükafatlandırma mərasimi keçiriləcək. Bakucity.az xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq. Sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da gerçəkləşəcək.  Bakucity.az
Hadisələr
Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.  Bakucity.az xəbər verir ki, gənc qız Şıxlınski 29-42 anvanında yerləşən hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən, pəncərədən özünü atmaq istəyib. Bu barədə Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib. Dərhal əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili yardım cəlb olunub. Gənc qız psixoloji söhbətdən sonra xilas edilib. Faktla bağlı 35-ci polis bölməsin...
Hakimiyyət
Maliyyə Nazirliyinə tapşırıq verildi. Bakucity.az  xəbər verir ki, Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan...
Hadisələr
Bakıda itkin düşən şəxs tapılıb. Bakucity.az xəbər verir ki, paytaxt sakini Orucov Rəfail Müzəffər oğlu mayın 3-də polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib Qeyd edək ki, o, aprelin 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı. Faktla bağlı araşdırma aparılır. Bunu da oxu: Bakıda avtomobildən gödəkçə oğurlayanlar saxlanıldı - FOTO Bakucity.az
Cəmiyyət
Yenidənqurma "Əsaslı Təmir" MMC tərəfindən aparılır. Bakucity.az xəbər verir ki, Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur. Yenidənqurma ilə bağlı Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabuncu stansiyasında 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulmuş və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb. Hazı...
Ekologiya
Mayın 8-də paytaxtda gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz  26-28 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə süt...
Cəmiyyət
Tunellərdən biri inşa olunub. Bakucity.az xəbər verir ki, Bakı metsonun Bənövşəyi xəttin üçüncü stansiyası 2020-ci ildə istifadəyə veriləcək. “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, həmin stansiyanın arxasında dönmə kamerası (qatarın bir yoldan başqa yola çıxışını təmin edən infrastruktur) qurulur. “Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qism...
Cəmiyyət
Paytaxtın bəzi küçələrində rənglənmə işləri aparılır. Bakucity.az xəbər verir ki, Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir.  Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində də saat 22:00-dan səhər saatlarına kimi rənglənmə işləri aparılacaq. Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Baku...
Cəmiyyət
Bakı metrosunda sərinkeşlər quraşdırılır. Bakucity.az xəbər verir ki, metro stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi ilə bağlı 7 yeni sərinkeş alınıb. Artıq onlardan 2-nin quraşdırılmasına başlanılıb: “İlk olaraq 2 sərinkeş metronun "Qara Qarayev" stansiyasında quraşdırılır. Digər 5 sərinkeşin isə plan üzrə - "Memar Əcəmi" və "Nizami" stansiyalarında, tunellərdə quraşdırılması planlaşdırılır", - deyə Bakı Metropoliteni" QSC-nin mətbuat xi...
İdman
Turnirə 57 ölkədən 449 cüdoçu qatılacaq. Bakucity.az xəbər verrir ki, mayın 10-da Bakıda cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri başlayacaq. Turnir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub. Azərbaycan millisi bu yarışda 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunacaq. Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirov...
Cəmiyyət
“Baş Planının əsasını 4 əsas prioritet təşkil edəcək”. Bakucity.az xəbər verir ki, paytaxtın yeni Baş Planının prioritetləri Bakının İnkişaf Konsepsiyası əsasında müəyyən edilib. Bu barədə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri Samir Nuriyev bildirib. Baş Planın prioritetləri: 1. Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;...
Hadisələr
FHN paytaxtda maraqlı əməliyyat keçirib. Bakucity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri ağırçəkili şəxsin mənzildən çıxmasına kömək ediblər. Bunu da oxu: Bakıda avtomobildən gödəkçə oğurlayanlar saxlanıldı - FOTO "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xil...
Hadisələr
Avtomobildən oğruluq edən şəxslər saxlanılıb. Bakucity.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb. Avtomobildən ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciətində bildirib. Bunu da oxu: Bakıda motosikletçi ağır qəzaya səbəb oldu Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis...
Biznes
İnternet provayderləri hansı tarif və qiymətləri təklif edirlər? Bu materialda Bakucity.az oxucuları paytaxtın beş internet provayderinin tarifləri ilə tanış edəcək. Ümumdünya şəbəkəsinə ən geniş qoşulma üsulu, xüsusilə də özəl sektorda, yaşayış evlərində və mənzillərdə ADSL sayılır.  İkinci tələbat çox olan üsul naqilsiz qoşulmadır. Bu, informasiyanı qəbul edən və ötürmək üçün mobil operator şəbəkəsindən istifadə edən, İnternete mobil girişi olan ötürücü-...
Hadisələr
Gecə saatlarında paytaxtda yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Zabrat qəsəbəsində 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə motosiklet "VAZ 2106" markalı minik maşınına çırpılıb.  Hadisə zamanı motosikletin sürücüsü yüngül bədən xəsarəti alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Bunu da oxu: Bu aydan Bakıda avtomobillər ucuzlaşacaq Faktla bağlı araşdırma...
İdman
Bu barədə Ukrayna mediası məlumat yayıb.  Bakucity.az  xəbər verir ki, "Səbail" Ukrayna millisinin sabiq üzvü Aleksandr Rıbkanı klubda saxlayıb. 32 yaşlı qolkiperlə müqavilənin müddəti iki illik uzadılıb. Aleksandr Rıbka bu ilin yanvarında Türkiyənin "Afyonspor" klubundan "Səbail"ə keçib. O, ölkəmizdə 11 oyun keçirib və 13 qol buraxıb. Qolkiper əvvəllər vətənində "Dinamo" (Kiyev), "Obolon", "Şaxtyor" (Donetsk) və Türkiyədə "Karabükspor" klublarında forma g...
Biznes
Avtomobil bazarında qiymətlər cüzi ucuzlaşacaq. Bakuctiy.az  xəbər verir ki, may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək. Bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib: “Bu ilin yanvar-fevral aylarında ölkə avtomobil bazarında bahalaşma müşahidə olunurdu. Həmin dövrdə bu göstərici 10-12 faizə bərabər idi. Növbəti iki ay ərzində qiymətlər eyni səviyyədə qalıb. Aprel ayından...
Hadisələr
Hadisənin təfərrüatları bilinmir. Bakucity.az xəbər verir ki, tanınmış şair Salam Sarvanın bacısı oğlu Mikayıl Mehman oğlu Qəmbərov Abşeron rayonunda öldürülüb. Bu barədə yayılan məlumatı Salam Sarvan özü təsdiqləyib. O, bildirib ki, bacısı oğlunun 22 yaşı var idi. (Axar.az) Bakucity.az
Biznes
"ASAN Wi-Fi" şəbəkəsinin genişləndiriləcək. Bakucity.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) sədrinin müavini Ceyhun Salmanov deyib. O qeyd edib ki, Carı ildə də "ASAN Wi-Fi" şəbəkəsinin genişləndirilməsi planlaşdırılır: "Bu, Bakıda pilot layihə olaraq tətbiq edilib. Paralel olaraq isə müxtəlif iaşə obyektləri, hotellər, marketlərlə danışıqlar aparılır ki, "ASAN Wi-Fi"...
Kriminal
Maştağa qəsəbəsində ailə münaqişəsi faciə ilə bitib. Bakucity.az xəbər verir ki, qəsəbə sakini Ceyhun Xudabaxışov  həyat yoldaşını öncə döyüb, daha sonra üstünə benzin tökərək yandırıb.  Ağır dərəcəli yanıq xəsarətləri alan Rəna Aslanovaxəstəxanaya çatdırılıb.  Faktla bağlı araşdırma aparılır. (Azxəbər) Bakucity.az
Cəmiyyət
İmtahanlar paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçirilib. Bakuciy.az xəbər verir ki, bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start...
Hadisələr
Yasamal rayonunda zəncirvari qəza baş verib. Bakucity.az xəbər verir ki, 165 saylı sərnişin avtobusu "ASAN Xdimət"in qarşısında dayanan digər avtomobilə çırpılıb.  Zərbənin təsirindən həmin avtomobil qarşısında olan maşınlara dəyib. Nəticədə 9 avtomobilə zərər dəyib.  Qəza nəticəsində xəsarət alan olmayıb. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda azyaşlı qız uşağı itikin düşüb. Bakucity.az xəbər verir ki,Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 116 b ünvanında yaşayan 2015-ci il təvəllüdlü Orucova Əfruz Elçin qızı mayın 5-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası, 1992-ci il təvəllüdlü Əliyeva Ülkər Məmmədağa qızı polisə müraciətində bildirib.  Bunu da oxu: Bakıda “Tapança Adil” tapança ilə tutuldu - FOTO Faktla bağlı polis araşdırmalara başlayıb. Bakuci...
Ekologiya
Sabah paytaxtda gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 7-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəc...
Mədəniyyət
Yumorist auditoriyanı komediya və musiqi nömrələri ilə əyləndirib. Bakucity.az xəbər verir ki, mayın 5-də məşhur rusiyalı yumorist İvan Abramov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində «Stand Up» janrı ilə çıxış edib. Bakıda ilk dəfə səhnəyə çıxan artis öncə Bakılıları salamlayıb, sonra yarı zarafat yarı gerçək konsert zamanı videoçəkilişlərin aparılmamasını xaiş edib. Tamaşaçılar onun bu xaişini qismən də olsa yerinə yetiriblər. Kons...
Cəmiyyət
Avropa Gənclər Yay Olimpiya Festivalında iki ölkə iştirak etməyəcək.  Bakucity.az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, Ermənistan və Lüksemburq yığmaları "Bakı-2019"-a qatılmayacaqlar. Nəticədə yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq.  Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışa qatılmaqdan imtina edib: "Lüksemburqu biz də hələ tam də...
Hadisələr
İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub. Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sürücü Fəxrəddin Bəşirova hökm oxunub.  F. Bəşirov hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il oktyabrın 2-də F. Bəşirov idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hə...
Biznes
İyunun 4-də keçiriləcək hərraca 85 dövlət əmlakı çıxarılıb. Bakucity.az xəbər verir ki, hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 6-sı Bakıda yerləşir.  Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki binada yerləşən dövlət obyektinin ümumi faydalı sahəsi 84,3 kv. metrdir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün təyin olunan ilkin hərrac qiyməti 6 min manatdır. Bunu da oxu: Bakıda avtomobil qiymətinə mobil telefon satılır - FOTO Bakıda keçiriləcə...
Cəmiyyət
Təmir işləri qısa zamanda bitəcək. Bakucity.az  xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 110-120-ci km-lik hissəsində təmir işlər aparılır. Belə ki, yolun bu hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri sökülür.  Bunu da oxu: Bakıda yol qəzası baş verib, yaralılar var Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sürücülər sözügedən yolda hərəkətdə olarkən d...
Hadisələr
Paxtaxtda keçmiş məhkumdan odlu silah götürülüb. Bakucity.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Tapança Adil” ləqəbli Adil Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub. Həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb. Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança  və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb. Bunu da oxu:...
Biznes
Telefon 12 iş günü ərzində çatdırıla bilər. Azərbaycanın mobil telefon bazarı olduqca zəngindir. İstənilən qiymətə mobil telefon əldə etmək mümkündür.  Bakucity.az sizə Bakıda satılan ən bahalı telefonlardan birini təqdim edir. Belə ki, elan saytlarından birində yerləşdirilmiş “İphone XS Max” markalı mobil telefonun qiyməti 4202 manatdır.   Bunu da oxu: Bakıda 7 min manata kompüter satılır - FOTO Sözügedən telefona əlavə 17 manat ödənişlə 1 il zəmanət veri...
Mədəniyyət
Festivala film və ssenarilərin qəbuluna başlanılıb. Bakucity.az xəbər verir ki, ikinci dəfə keçirilən festivalda yerli və 30-dan çox xarici film və ssenarilər iştirak edəcək.  Tədbir bu ilin oktyabr ayının 18-də baş tutacaq və 21-də yekunlaşacaq. Bunu da oxu: “Şeremetevo”dan Bakıya uçan təyyarə gecikəcək Qeyd olunub ki, məqsəd Azərbaycanın animasiya sahəsinə töhfə verməkdir. (Report) Bakucity.az
Hadisələr
Paytaxtda yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Kral Hüseyn küçəsində qeydə alınıb.  “Toyota” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar var. (Oxu.az) Bakucity.az
Biznes
Ən dadlı suşiləri bu səhifələrdən sifariş verə bilərsiniz. Yapon mətbəxi Bakıda kifayət qədər populyarlıq qazanıb. Artıq evdən çıxmadan da yapon mətbəxinin ən dadlı yeməyi hesab edilən suşi yeyə bilərsiniz.  Bakucity.az paytaxtda onlayn suşi sifariş verə biləcəyiniz internet səhiflərini təqdim edir: “Bamboosushibaku” – Rafael Məmmədov paytaxtımızda ilk professional suşi mütəxəssisidir. O, ilk dəfə “Space” TV-də Yapon mətbəxi reseptlərini tamaşaçılarla bölü...
Hadisələr
Bakı "Dairəvi 1" avtomobil yolunda böyük tıxac yaranıb. Bakucity.az xəbər verir ki, səhər saatlarından Xırdalan dairəsindən 20 Yanvar dairəsinədək olan ərazidə sıxlıq yaranıb. Avtomobillər çətinliklə hərəkət edir. Bunu da oxu: “Şeremetevo”dan Bakıya uçan təyyarə gecikəcək Yolda hər hansı bir qəzanın olmadığın deyilir. (Report) Bakucity.az
Cəmiyyət
Moskva-Bakı reysində gecikmə olacaq. Bakucity.az xəbər verir ki, buna səbəb Moskvanın “Şeremetevo” hava limanının uçuş-eniş zolaqlarının müvəqqəti olaraq bağlanmasıdır.  “Aeroflot” aviaşirkətinin həyata keçirəcəyi “SU 1852” saylı birbaşa Moskva-Bakı reysi gecikmə səbəbindən Bakı vaxtı ilə 1:30-da yola düşəcək və gecə saat 03:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək. Bunu da oxu: Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb Qeyd edək ki, bu barəd...
Cəmiyyət
DYPİ sürücüləri xəbərdar edir Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığıilə mayın 5-də “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2019” keçiriləcək.  Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən marafonla bağlı bəzi nəqliyyat vasitələinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.  “Marafon iştirakçıların...
Hadisələr
FHN meyiti aidiyyəti üzrə təhvil verib. Bakucity.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə sözügedən rayonda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Vladislav Xramo...
Mədəniyyət
Rusiyanın pop ulduzu Bakının qonağıdır. Bakucity.az xəbər verir ki, rusiyalı məşhur müğənnisi Vera Brejneva paytaxtımıza gəlib.  O, Bakıda avtomobil şirkətinin təşkil etdiyi tədbirə qatılacaq. Bunu da oxu: Bakıda "Azerbaijan Fashion Week" 9-cu mövsümü açıldı - FOTO Qeyd edək ki, 37 yaşlı pop ulduz ötən gün klublardan birində bakılılar üçün sevilən mahnılarını ifa edib. (Qafqazinfo) Bakucity.az
Cəmiyyət
Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Bakucity.az xəbər verir ki, gecə saatlarında rayonun Sulutəpə qəsəbəsində yerləşən "Aquavita" zavodunun işçisi hündürlükdən yerə yıxılıb.  1996-cı il təvəllüdlü Hümbətov Bilal qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Bunu da oxu: Bakıda ad günündən qayıdan ailə yol qəzasına düşdü Hazırda onun vəziyyəti ağırdır. (Report) Bakucity.az
Hadisələr
Ötən gecə paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Bayıl qəsəbəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində "90-CF-723" dövlət qeydiyyat nişanlı avtomobildə olan bir ailənin üç üzvü xəsarət alıb. 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Z.Mura...
Cəmiyyət
Müəllim və valideynlərin irad və təklifləri dinlənilib. Bakucity.az xəbər verir ki, mayın 3-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərlə görüşüb. Paytaxtdakı 149 nömrəli tam orta məktəbdə keçirilən görüşdə təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul və digər məsələlərlə bağlı müraciətlər dinl...
Cəmiyyət
Biləcəri dairəsində nəqliyyatın hərəkəti bərpa olunub. Bakucity.az xəbər verir ki, dairənin ətrafında aparılan təmir-tikinti işləri yekunlaşıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bunu da oxu: Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdi Bakucity.az
Mədəniyyət
Moda həftəsi Bakı sakinlərini beynəlxalq koleksiyalarla məmnun edib. Bakucity.az xəbər verir ki, mayın 1-də Daş Salnamə Muzeyində "Azerbaijan Fashion Week" - ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümünün açılışı olub. İlk gün çərçivəsində Azərbaycan, Qazaxıstan və Ukrayna dizaynerlərinin kolleksiyalarından ibarət 6 dəfilə sərgilənib. Azərbaycan moda həftəsinin 9-cu mövsümünə Qazaxıstanlı dizayner Alex Chzhenin özünəməxsus qadınvari-romantik stildə kollek...
Biznes
Azərbaycan bankı ilkə imza atıb. PAŞA Bank və “Türk Hava Yolları” birgə “Co-branding” (birgə markalaşma) məhsulunu təqdim edib.  Bakucity.az xəbər verir ki, Azərbaycan maliyyə bazarlarında ilk dəfə olaraq PAŞA Bank “Türk Hava Yolları” ilə birgə “Miles&Smiles” kartını müştərilərə təqdim edib.  Bu kartın bazara çıxarılması bankın nağdsız əməliyyatların inkişafına və elektron ödənişlərin genişləndirilməsinə dəstək stategiyasının tərkib hissəsidir. Bu kartı əl...
İdman
Final görüşündə nə qədər azarkeş olacaq? Bakucity.az xəbər verir ki, Avropa Liqasının paytaxtımızda keçiriləcək finalı ilə bağlı UEFA-nın saytında məlumat dərc edilib. Məlumatda qeyd edilib ki, Bakıda ilk dəfə avrokubokların həlledici görüşün baş tutacaq. Həmçinin, 2015-ci ildə tikilən Bakı Olimpiya Stadionunda AÇ-2020-nin final mərhələsinin 4 matçının keçiriləcəyi də vurğulanıb.  Bunu da oxu: Avroliqanın Bakı finalı saat neçədə başlayacaq? Sonuncu dəfə bu...
Cəmiyyət
Daxili işlər orqanlarında yeni təyinat olub. Bakucity.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə yeni rəis müavini təyin edilib. Bu, polis kapitanı Əli Şərif oğlu Əsədullayevdir.  Bunu da oxu: Bakıda yol polisi sürücülərə xəbərdarlıq edib Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədul...
İdman
UEFA Avropa Liqasının finalının başlama saatı açıqlanıb. Bakucity.az xəbər verir ki, görüş Bakı vaxtı ilə gecə saat 23.00-da (Avropa vaxtı ilə 21.00) başlayacaq. Bu qərar finala bütün Avropa ölkələrinin daha rahat vaxtda baxması üçün verilib. Bunu da oxu: UEFA Bakıda rekord sayda azarkeş gözləyir Qeyd edək ki, artıq UEFA-nın rəsmi saytı da matçın göstərilən vaxtda başlayacağını təsdiqləyib. (Qol.az) Bakucity.az
Ekologiya
Paytaxtın 7 rayonunda müasir konteynerlər qoyulub. Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb. Sözügedən müqavilə əsasında şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanması işləri sürətlə davam edir.  Bu işlərin əsas məqsədi Bakı şəhərində bərk məişət tullantılarının yığ...
Cəmiyyət
Dəmir yolunda təmir işləri aparılacaq. Bakucity.az xəbər verir ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib: Bunu da oxu: Bakının şimal çıxışında uzun tıxac yaranıb - FOTO “Dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq sabah - şənbə, bazar və b...
Kriminal
Paytaxtda həsb edilən müxtəlif ləqəbli cinayətkarları tanıyaq. Bakı polisi zaman-zaman paytaxta müxtəlif mütəşəkkil cinayətkar dəstə üzvülərini, narkotik alqı-satqısı və başqa cinayətlərdə iştirak edən şəxsləri saxlayır. Bəzən bu şəxslərin törətdikləri cinayətlə yanaşı, özlərinə seçdikləri ləqəb də geniş müzakirələrə səbəb olur.  Bakucity.az son illər polisin həbs etdiyi maraqlı ləqəbi olan cinayətkarlar haqda məlumatı təqdim edir. "Baron Dədəş"  Ötən il B...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Bunu da o...
Hadisələr
Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində avtomobil yolu keçən 35-40 yaşlı kişi vurulub. Aldığı xəsarətlər nəticəsində ölən piyadanın Bakı şəhər sakini İlqar Məmmədov olması müəyyən edilib.  Bunu da oxu: Bakıda xarici nömrələrlə qayda pozanlar necə cərimələnir? - AÇIQLAMA "Opel" markalı avtomobillə yol qəzasını törədərək hadisə yerind...
Hadisələr
Paytaxtda ofisdən pul və qızıl oğurlanıb. Bakucity.az  xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da rayon ərazisindəki ofislərin birindəki seyfdən 5900 manat, 2450 ABŞ dolları və 200 avro pul, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ağayev saxlanılıb. Faktla bağlı araşdır...
Analitika
"Qayda-qanun hamı üçün eynidir” Belə bir iddia var ki, son günlər Bakıda xarici nömrə nişanları ilə hərəkət edən avtomobillər daha çox qayda pozur. Ümumiyyətlə, paytaxtda yol hərəkəti qaydalarını kimlər pozur? Qayda pozuntularına qarşı yol polisi hansı tədbirlər görür, təbliğat işləri aparır? Bu sualları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovd cavablandırıb.  Bakucity.az materialı oxuculara təqdim edir.  Çox sayda xaric...
Cəmiyyət
Avtomobillər saatlardı tıxacda gözləyir. Bakucity.az xəbər verir ki, bir neçə saatdır Bakı-Şamaxı yolunda uzun tıxac yaranıb. Metronun "20 Yanvar" stansiyasından Sulutəpə istiqamətində hərəkət dayanıb. Bunu da oxu: Bakıda sərnişinlər üçün ölüm saçan "parkinq" - VİDEO Hazırda şəhərdən həmin istiqamətdə hərəkət demək olar ki, mümkünsüzləşib. Bakucity.az
Cəmiyyət
Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb. Bakucity.az xəbər verir ki, paytaxtın Atatürk prospektində yerləşən parkda təmirdən sonra Ayna Sultanovanın heykəlinin götürüləcəyi deyilir. Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə deyilənlər doğru deyil: "Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Sözügedən park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yen...