usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+25... 28 °С
Buludlu, yağmursuz
Sabah
+23... 26 °С
Buludlu, yağmursuz
Bu gün
+25... 28 °С
Buludlu, yağmursuz
Sabah
+23... 26 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 21-də , Bakıda və Abşeron yarımadasında mayın 20-dən 21-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 16-18, günd...
Cəmiyyət
Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq. Bakucity.az xəbər verir ki, buna səbəb Azərbaycanda baş tutacaq UEFA Avropa Liqası turniridir.  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məsələ ilə bağlı bunları deyib: "2019-cu il 29 may tarixində Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyununa maraq yüksək olduğuna görə xarici ölkələrdən çox...
Cəmiyyət
Satıcılar haqda protokol tərtib edilib. Bakucity.az  xəbər verir ki, Atatürk prospektində prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması müəyyən olunub. Həsən Əliyev və Azadlıq prospektinin kəsişməsində yerləşən köşkdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı aşkar edilib. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb, onlara xəbərdarlıq olunub. Aşkar edilən faktlarla b...
Hakimiyyət
Birinci xanım maraqlı fotolarını paylaşıb.  Bakucity.az  xəbər verir ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahına gedib. Mehriban Əliyeva sosial şəbəkədəki hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb: "İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək...
Cəmiyyət
Yaxın günlərdə təmir-bərpa işləri yekunlaşacaq. Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu ərazisindəki Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 3.2 km, eni isə 20 metr olan küçədə aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı...
Kriminal
Bakıda dəhşətli qətl baş verib.  Bakucity.az xəbər verir ki, hadisə Xəzər rayonunda  1974-cü il təvəllüdlü  Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü  Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə  olan Vasif Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb. Hüquq- mühafizə orqanlarının əməkdaşları...
Hadisələr
“Facebook”-da tanışlıq pis nəticələnib. Bakucity.az xəbər verir ki, Nizami rayon sakini olan 17 yaşlı N.A.(xanım) Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, bildirib ki, 2018-ci ilin may ayında Səid adlı şəxs ona aid şəkilləri “Facebook”-da yayacağı ilə hədələyib. Şəkilləri yaymaması üçün ondan 1700 manat pul alıb. Bundan başqa N.A polisə yazdığı şikayət ərizəsində Səidin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. (Ona.az) Bak...
Hadisələr
Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bakucity.az xəbər verir ki, Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlunun anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisəsi faciəli sonluqla bitib. O, anasını boğaraq öldürüb. Bunu da oxu: Bakıda yarmarkadan sonra biabırçı mənzərə yaranır - VIDEO Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yand...
Hadisələr
Kənd təsərrüfatı yarmarkasından sonra ərazi zibilxanaya dönür. Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, metronun “Əhmədli” stansiyasının  yaxınlığında təşkil edilən yarmarkadan sonra biabırçıq vəziyyət yaranır. Bu barədə ərazidə yaşayan sakinlər şikayətlərində bildiriblər. Qeyd edilir ki, Məzahir Rüstəmov küçəsində hər şənbə və bazar günü təşkil olunan yarmarkadan sonra ərazidəki zibillər təmizlənmir: Bunu da oxu: Bakının mərkəzindəki ağır yol qəz...
Biznes
"FloorEx"dən 50 faizə qədər endirimlə laminat və parket alın! Bakucity.az xəbər verir ki, tikinti materiallarının satışı sahəsində ixtisaslaşmış "FloorEx" şirkəti müqəddəs Ramazan ayına özəl endirim kampaniyasına başlayıb.  Ekoloji cəhətdən təmiz, geniş çeşidə malik Avropa brendlərini evinizdə görmək üçün əla imkanınız var. Bunun üçün şirkətin mağazasına yaxınlaşmağınız yetərlidir.  Kampaniya mayın 6-dan iyunun 5-nə qədər davam edəcək. Bu müddət ərzində la...
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, “Mersedes” markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, prospektdə hərəkətdə olan zaman qarşıdakı avtomobili sağdan ötüb və daha sonra sol yola çıxmaq istəyərkən qarşısında hərəkətdə olan digər maşınla toqquşub.  Bunu da oxu: Rayon maşınlarının Bakıya girişi qadağan edildi Zərbənin təsirindən “Mersedes” yol kənarındakı beton maneəyə çırpılıb. Neftçilər prospektində baş ve...
Cəmiyyət
Mayın 27-dən 30-dək rayon maşınlarının paytaxta girişi qadağan edilib.  Bakucity.az xəbər verir ki, bu, mayın 29-a Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalı ilə bağlıdır.  Final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbir...
Mədəniyyət
“British Council” Bakı sakinlərini növbəti dəfə Birləşmiş Krallığın film dünyasına dəvət edir. Bakucity.az xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festivala start verilib.  Böyük Britaniyanın ən populyar, həyəcan verici və yeni  filmləri Bakı sakinlərinə təqdim olunacaq. “Britaniya film baharı”nı 2019...
Hadisələr
Silahlı atışmaya görə daha iki nəfər saxlanılıb. Bakucity.az xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən və kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarılırdı. Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralan...
Hadisələr
Sabunçuda qadın naməlum şəraitdə bıçaqlanıb.  Bakucity.az  xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Belə ki, 1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Hadisələr
Mənzillə bağlı mübahisə dava ilə nəticələnib.  Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qeydə alınıb.  1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.  Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-...
Mədəniyyət
“Jara”nın “Instagram” hesabında məlumat paylaşılıb. Bakucity.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Azərbaycan müğənnilərinin adları açıqlanıb. 25-28 iyul tarixlərində keçiriləcək festivalda ötən gecə “Avroviziya-2019”da uğurla ölkəmizi təmsil edib, finala vəsiqə qazanan müğənni Çingiz Mustafayev iştirak edəcək. Qeyd edək ki, “Jara-2019”da Xalq artistləri Aygün...
Hadisələr
Qayda pozuntusunun görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki, Bakıda yol polisinə məxsus “99-YP-394” dövlət nömrə nişanlı “BMW" markalı avtomobil hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.  Belə ki, YPX avtomobili Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayıb. Daha sonra yol polisi qoşa xəttin tələblərini də kobud şəkildə pozaraq, qarşı yola çıxıb.  Bundan başqa, manevrlər edə...
Mədəniyyət
Bakı küçələrindən biri onun adını daşıyacaq.  Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb.  Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək.  Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək.  Mədəniyyət Nazirliyi Bakı şəhər İc...
Hadisələr
Qaradağ rayonunda avtomobildən silah-sursat aşkarlanıb. Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə silah-sursat olduğu haqda məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində avtomobildən “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb. Fakt...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   Bakucity.az
Ekologiya
Paytaxtda reydlər davam etdirilir.  Bakucity.az xəbər verir ki, mayın 16-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı çirkab suları ətrafa axıtdığına görə Xocəsən qəsəbə sakini Azər Bağırov haqda İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. Xocəsən qəsəbə sakini Elmxan İsmayılov barəsində isə texniki suları kənara təyinatsız axıtdığına görə İnzibati Xətalar Mə...
Mədəniyyət
Məşhur musiqiçi ilk dəfə Bakıda konsert verəcək. Bakucity.az xəbər verir ki, mayın 25-də saat 20:00-da, Heydər Əliyev Sarayında baş tutacaq konsertə hazırlıqlar davam edir. Bunununla bağlı gün ötən “Landmark" otelində konsertə həsr olunmuş mətbuat konfransı keçirilib.  Konfransa moderatorluğu “124 Studios” şirkətinin icraçı direktoru Orxan Nəbiyev edib.  Mətbuat konfransda “United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande, İsrailin Azərbaycand...
Cəmiyyət
Bayraq sabah endiriləcək.  Bakucity.az xəbər verir ki, Britaniyanın Azərbaycandakı səfirliyinin qarşısından LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı asılıb. Səfirliyin rəsmi "Facebook” səhifəsində bildirilib ki, bayrağın asılmasına səbəb 17 may – Homofobiya və Transfobiyaya qarşı mübarizə günüdür. Bakucity.az
Hadisələr
Bakıda dəhşətli yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, paytaxtda avtomobil piyada keçidindən yolu keçən vətəndaşları vurub.  Digər avtomobillər piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirib.  Hadisə nəticəsində iki qadın ağır xəsarət alıb. Onlardan biri hadisə yerində keçinib. Digər qadın isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək...
Hadisələr
Paytaxtda oğurluq edən şəxslər saxlanılıb. Bakucity.az xəbər verir ki, saxlanılan şəxslər Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədovdur.  Onlar mayın 16-da Bakı şəhər sakini C.Sultanovanın çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlayıblar. Bu barədə qadın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müra...
Hadisələr
Paytaxtda hamilə qadın əri tərəfindən bıçaqlanıb. Bakucity.az  xəbər verir ki, Abşeron rayonu Fatmayi qəsəbəsində yaşayan 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır.  “Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırd...
Biznes
Ötən aydan torpaq bazarında canlanma yaranıb.  Hazırda Bakıda və Abşeron yarımadasında torpaq alqı-satqısı 10 faizə qədər artıb. Bu artım Bakıətrafı ərazilərdə daha çox müşahidə edilir.  Əmlak ekspertləri isə bildirirlər ki, bu canlanma mövsümi xarakter daşıyır.  Bakucity.az Bakıda satışa çıxarılan ən ucuz və bahalı torpaq sahələrinin qiymətini araşdırıb.  Ən bahalı torpaq sahələri; 1, 2, 3 sot Səbail rayonu Badamdar qəsəbəsinin elit yerlərindən hesab olun...
Cəmiyyət
Xüsusi komissiya yaradılıb. Bakucity.az  xəbər verir ki, Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib.  Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açıqlama verib:  Bunu da oxu: Bakıda bu universitetlərə yeni prorektor təyin olundu - SİYAHI “Bəzi sakinlər uzun illər yaşadığı evi rəsmiləşdirə bilmir. Yəqin ki, yaxın günlərdə bu məsələ nəinki Bakıda, bütün respublikada öz həllini tapacaq”. Bakucity.a...
Hadisələr
Gecə saatlarında paytaxtda yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Həsən Əliyev küçəsində qeydə alınan qəzaya xanım sürücünün yol nişanının tələbini pozması səbəb olub. Onun idarə etdiyi “90 CB 272” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil qarşı yolda hərəkətdə olan “99 MG 533” dövlət nömrə nişanlı“Volkswagen” markalı avtomobilə çırpılıb.  Zərbənin təsirindən “Volkswagen” yol kənarındakı səkiyə dəyib. Bunu da oxu: Bakıda zibil maşınının t...
Hadisələr
Paytatxda baş verən yol qəzasının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, aprelin 27-də zibil maşını yol kənarında dayanan avtobusa çırpılıb. Nəticədə 24 sərnişin xəsarət alıb.  Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, nə də zolağı dəyişib hərəkətini davam etdirir. Ehtimal edilir ki, o, sükan arxasında yuxulayıb. Bakucity.az
Cəmiyyət
Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimə keçəcək. Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının keçiriləcəyi dövr üçün nəzərdə tutulub.  Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək. Artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə y...
Hakimiyyət
Pirallahıda yeni zavod fəaliyyətə başlayıb.  Bakucity.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında “Diamed Co” şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib. Dövlət başçısı zavodu işə salıb, istehsal prosesi ilə tanış olub. Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib. Bakucity.az
Mədəniyyət
Görüşdən sonra film nümayiş etdirilib.  Bakucity.az xəbər verir ki, “CinemaPlus Azərbaycan” premium kinoteatrında Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş keçirilib. Görüş Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.  Görüşdən sonra isə rejissorun “Древний лес” ("Qədim meşə") filmi nümayişi etdirilib.  Litvalı bioloq və dokumentalist Mindaugas Survila öz layihəsinin həyata keçirilməsinə 12 il...
Cəmiyyət
Paytaxtda ilk dəfə “Aşpazlar Kuboku” çempionatı keçirilir. Bakucity.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən (15-17 may) "World Food Azerbaijan 2019" sərgisi çərçivəsində baş tutan birinci "CHEFS CUP 2019" (Aşpazlar Kuboku 2019) çempionatına Azərbaycanın bütün bölgələrindən olan aşpazlar qatılıb. Onlar komanda və fərdi şəkildə çıxış edirlər.  Müsabiqə aşpazlara yüksək peşəkarlıqlarını, istedadlarını və dünya miqyasında mehmanxana-restoran biznesi...
İdman
“Keşlə” futbol klubu 13 futbolçunu yola salıb.  Bakucity.az xəbər verir ki, yola salınan futbolçular - Davud Kərimi, Kamran Ağayev (qapıçılar), Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Qirdvaynis, Denis Silva Kruz, Nikola Mitroviç, Jonatan Ayite, Andre Klenon, Valeri Kutsenko və Anxelo Penyadır.  Qeyd edək ki, ilk dəfə “Keşlə” adı ilə çıxış edən klub Premyer Liqada 23 xalla sonuncu – VIII sıradadır.  Bununla belə, AFFA Lisenziya...
Hadisələr
Paytaxtda naməlum şəsxlər mənzilə basqın edib. Bakucity.az xəbər verir ki, maskalı şəxslər səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində qəsəbə sakini Sudabə Salayevanın evinə silahlı basqın edib. Onlar ev sahibindən hədə-qorxu ilə qızıl və pul tələb ediblər. Nəticədə ondan 5100 dollar alaraq qaçıblar. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs t...
Hadisələr
Paytaxtda Emin Səfərovu öldürən şəxs məlum olub. Bakucity.az xəbər verir ki, bu, Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı Zaur Yusifovdur. O,  Emin Səfərova 60 bıçaq zərbəsi endirib. Bildirilib ki, bu sözləri cinayət işində təqsirləndirilən şəxs – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlu Z.Yusifovun əleyhinə verdiyi ifadədə bildirib. Z.Yusifov mayın 14-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xatırladaq ki, mayın 10-na keçən gecə Bin...
Cəmiyyət
Paytaxtda su xəttində qəza baş verib. Bakucity.az xəbər verir ki, Nizami rayonunda 150 mm diametrli su xətti partlayıb. Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb. Ətraf ərazilərə içməli suyun verilişində fasilə yaranıb. Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək. Qeyd edək ki, sbu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. (Azxeber.com) Bakucity.az
Hadisələr
Paytaxtda ehtiyatsızlıq ölümə səbəb olub. Bakucity.az xəbər verir ki, Qaradağ rayonun Lökbatan qəsəbəsində  2017-ci il təvəllüdlü Abbasova Ayla Ramin qızı yaşadığı evin 4-cü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.  Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. Bakucity.az
Biznes
Bakıdan Rusiyanın Həştərxan şəhərinə birbaşa uçuşlara başlanılıb. Bakucity.az xəbər verir ki, "Buta Airways"in həyata keçirdiyi uçuşlar hər həftənin I və IV günləri “Embraer E190” təyyarələri ilə təşkil edilir. Biletin qiyməti minimal tarifi 29 avrodur (bir tərəfə). 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyat nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək olar. Qeyd edək ki,...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava durumu açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 17-də Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi r...
Cəmiyyət
Bakıda bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib.  Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub.  Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BD...
Mədəniyyət
"Jara 2019" 25-28 iyul tarixlərində keçiriləcək. Bakucity.az layihənin “Instagram“ səhifəsinə istinadən xəbər verir ki, Azərbaycanın Xalq Artisti Aygün Kazımova iyulun 25-28-də Bakıda keçiriləcək "Jara 2019" beynəlxalq musiqi festivalında iştirak edəcək. Məlumata görə, ifaçı 26 iyulda səhnəyə çıxacaq və Filipp Kirkorov ilə duet də oxuyacaq. Bakucity.az
Hadisələr
Onların barəsində həbs qətimkan tədbiri seçilib. Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Nəticədə qəsəbə sakinləri əvvəllər məhkum olunmuşlar Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstə...
Hadisələr
Emin Səfərovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb. Bakucity.az xəbər verir ki, qətli sifariş verdiyi iddia olunan Zaur Yusifovun Dövlət Miqrasiya Xidmətinin əməkdaşı olub.  Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Kələntərli məsələ ilə bağlı bunları deyib:  “Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib”.  Qeyd...
Cəmiyyət
Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib. Bakucity.az xəbər verir ki, mayın 10-da dünyaya gələn körpələrin üçü də oğlandır. Körpılırin anası Kəsirə Əsədova bildirib ki, onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub. Üçəmlərə Heydər, İlham və Arif adlarını verilib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır. Bu, ananın ikinci hamiləliyidir. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda avtomobil yanıb. Bakucity.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) qarşısında "Nissan" markalı minik avtomobil alışaraq yanıb.  Yanğının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Avtomobilin Yasamal RPİ-də çalışan vəzifəli şəxsə məxsus olduğu bildirilir. (Report) Bakucity.az
Biznes
Obyekt tikintisi üçün əlverişli ərazidir. Bakıda şəxsi biznesini qurmaq istəyən, özünə aid obyektinin olmasını arzulayan xeyli insan var. Bunun üçün bəzən 1 sot torpaq sahəsi də yetərli olur, amma əlverişli ərazidə yerləşməsi önəmlidir. Təbii ki, bu zaman daha artıq pul xərcləmək lazım gəlir. Bakucity.az hazırda Bakıda satışa çıxarılan ən bahalı torpaq sahəsini müəyyənləşdirib.  Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki “3-cü küçə” deyilən ərazidə ye...
İdman
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayır. Bakucity.az xəbər verir ki, 4 gün davam edəcək yarışa 35 ölkədən gimnastlar qatılıb. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq k...
Cəmiyyət
İşə qəbul üzrə 555 nəfər yüksək nəticə göstərib. Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlan...
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, 3 nəfərin xəsarət alması ilə nəticələnən hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. “Niva” markalı minik avtomobili hərəkətdə olarkən onunla arxadan gələn maşın toqquşub.  Nəticədə “Niva”-nın sürücüsü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki X...
Hakimiyyət
Dövlət başçısı sərgilərdəki stendlərlə tanış olub. Bakucity.az  xəbər verir ki, mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub. Kənd təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan dövlətimizin başçısına sərgi...
Hakimiyyət
Dövlət başçısı sərəncam imzlayıb. Bakucity.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.  Prezident İlham Əliyevin 2018-ci il 26 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na...
İdman
Yarışlara “BİR” tələbə-könüllüləri dəstək verib. Bakucity.az xəbər verir ki, 13-14 may 2019-cu il tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçirilən “İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq para cüdo yarışlarının təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək veriblər.  40-a yaxın ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 90-a yaxın yüksək dil biliyinə malik “BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönlə...
Cəmiyyət
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni təyinat olub. Bakucity.az xəbər verir ki, Ramin Abdullayev bu gün QSC-nin Bakı Sərnişin Stansiyasına rəis təyin edilib. Qeyd edək ki, R.Abdullayev 2018-ci ildən sözügedən stansiyanın rəisi vəzifəsini əvəz edirdi. (Oxu.az) Bakucity.az
Cəmiyyət
Paytaxtda yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hava limanı yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında 71 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub. Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (Report) Bakucity.az
Analitika
“Bu, dövlət proqramında da öz əksini tapıb”. Avropada və dünyanın əksər ölkələrində tramvaylar hələ də işləyir. Bəzi böyük şəhərlərdə isə sürətli tramvaylar fəaliyyət göstərir. Türkiyədə isə sərnişindaşımada metrobusların istifadəsi tətbiq olunur. Bəs, Bakıda tramvay və trolleybus xətlərinin yenidən bərpası mümkündürmü? İllərdir tətbiqi gözlənilən və dəfələrlə müzakirələrə səbəb olan metrobus təcrübəsi necə, paytaxtda gözləniləndirmi? Bakucity.az  bu suall...
Hadisələr
Paytaxtda tələbələr arasında baş vermiş davanın görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki hadisə ötən gün paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarə...
Hadisələr
Atışmanın bütün iştirakçıları saxlanılıb. Bakucity.az xəbər verir ki, mayın 13-dən 14-nə keçən gecə 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, şəhərin mərkəzində ictimai asayişi pozublar.  Hadisə Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. İsa Əzizov bıçaqla asayiş keşikçisinə müqavimə...
Biznes
Aİ-Azərbaycan biznes forumu keçiriləcək. Bakucity.az xəbər verir ki, Biznes Forum Aİ-nin Azərbaycandakı nümayəndəliyi, Alman-Azərbaycan Ticarət Palatası və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə baş tutacaq. Mayın 13-də keçiriləcək 5-ci biznes forumda Azərbaycanda biznes mühiti haqqında ümumi sessiya, hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sah...
Hadisələr
Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bakucity.az  xəbər verir ki, paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin...
Ekologiya
Paytaxtda gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz  27-29 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütun...
Hadisələr
Paytaxtda sürücü gözlənilməz hadisə ilə üzləşib.  Bakucity.az xəbər verir ki, onun avtomobilinin mühərrik hissəsinə ilan girib. Avtomobilin sahibi və onunla birlikdə bir neçə nəfər həmin ilanı çıxarıblar. Sözügedən görünütləri təqdim edirik: (Baku.ws) Bakucity.az
Hadisələr
Qəsdən yanğın törədən şəxsə ağır cəza verilib. Bakucity.az xəbər verir ki, bbu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlərə höküm oxunub. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, M. Məmmədov ömürlük, T. Məmmədhəsənov 4 il, M. Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  A. Məmmədovaya isə şərti cəza verilib.  Qeyd edək ki, bu ilin martın 2...
İdman
"Keşlə" komandası kapitanı ilə müqaviləni uzadıb.  Bakucity.az xəbər verir ki, 26 yaşlı Slavik Alxasovla yeni sözləşmə 1+1 şərti ilə imzalanıb.  Qeyd edək ki, Slavik Alxasov 2016-cı ildən paytaxt təmsilçisinin şərəfini qoruyur.  Bakucity.az
Mədəniyyət
“Pokemon. Detektiv Pikaçu” premyeradan 3 gün öncə “CinemaPlus”da nümayiş olunub Bakucity.az xəbər verir ki, “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 3 gün öncə məşhur “Pokemon. Detektiv Pikaçu” animasiya filminin kinoadaptasiyası nümayiş olunub. Qonaqlar arasında uşaqlar da olub. Tədbirdə balaca qonaqların üzünə Pikaçu obrazını çəkən rəssam iştirak edib. Rejissor Rob Lettermanın amerikan-yapon istehsallı və komediya-fant...
Hadisələr
Bülbülə qəsəbəsində anbardan oğurluq edilib.  Bakucity.az xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov saxlanılıb. Mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsə...
Cəmiyyət
Sürücülərdən diqqətli olmaları xahiş edilib. Bakucity.az xəbər verir ki, paytatda bir neçə yolda rənglənmə və təmir işləri aparılacaq. Belə ki, mayın 15-16-da səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri yeniləncək.  Bunu da oxu: "Facebook"-da görüntüləri yayılan tibb bacısı Bakıda öldü - VİDEO Heydər Əliyev adına Beynəlxalq hava limanının yol...
Hadisələr
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, ötən gün Nəsimi rayonu ərazisində, Səməd Vurğun bağının qarşısında “Mercedes” markalı minik avtomobili 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının vurub. O,  “Mediclub” klinikasında 3 ay əvvəl işə başlayıbmış. Hadisə də elə klinikanın yaxınlığında baş verib.  Ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı çalı...
Hadisələr
Paytaxtdakı daş karxanasında ölüm hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, mayın 14-də Güzdək qəsəbəsində yerləşən daş karxanasında “Shacman” markalı yük avtomobilinin sürücüsü, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsgəndərov Seymur Arzu oğlu avtomobilin arxa yük yerinin qapısı arasında qalıb.  Onun yük yerinin qapısının açıq dayanması üçün qoyduğu dəmir parçası sürüşüb düşüb. Qapı bağlanan zaman S.İgəndərov baş nayihəsindən xəsarət alaraq ye...
İdman
Sammitdə maraqlı müzakirələr olacaq. Bakucity.az xəbər verir ki, Bakıda "Futbol və Biznes" sammiti işə başlayıb. Sammit AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilir. Sammitdə "Futbolun Makroiqtisadi təsiri", "Futbol İnvestisiyasından sosial fayda" və "Futbol tərəfdaşlığının biznesə təsiri" mövzularında panellər və sual-cavab olacaq. Tədbirdə AFFA rəsmiləri, fransalı dünya və Avropa çempionu Rober Pires, Azərbaycan milli komandalarının baş məşqçiləri, klub...
Biznes
Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir. Bakucity.az xəbər verir ki, bu gün Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb. Sərginin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib. O, sərgi haqda bunları deyib: “Bu ilin I rübündə kənd təsərrüfatı sahəsində 3,6% artım olub. Bu tendensiya ilin sonuna qədər davam edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ə...
Hadisələr
Paytaxtda meymun gənc oğlanın qulağını dişləyib. Bakucity.az xəbər verir ki, hadisə Nizami küçəsində baş verib. Belə ki, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb. Bunu da oxu: Bakıda "Tayota yandı - VİDEO Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib. (Ona.az) Bakucity. az
Cəmiyyət
Paytaxt sakinlərinə xəbərdarlıq edilib. Bakucity.az xəbər verir ki, "Bakı Telefon Rabitəsi” MMC telefoniya platformasında təkmilləşdirmə işləri və profilaktik tədbirlər aparıb. Bunu da oxu: İçərişəhərdə muzeylər 1 gün pulsuz olacaq - VİDEO Bununla bağlı mayın 14-dən 15-nə keçən gecə göstərilən telefoniya xidmətlərində fasilələr yaranıb. Bakucity.az
Hadisələr
Paytaxtda avtomobil yanıb. Bakucity.az xəbər verir ki, Sabunçu rayonunda “Toyota” markalı avtomobilin yanması  görüntüləri sosial şəbəkədə paylaşılıb. Bunu da oxu: Bakının mərkəzində su borusu patlayıb Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Mədəniyyət
“Elektra Events Hall”da anşlaq yaşanıb. Bakucity.az xəbər verir ki, mayın 11-də məşhur "HammAli" və "Navai" duetinin konserti “Elektra Events Hall”da gerçəkləşib. İfaçılar Rusiyanın bütün hit paradlarının ilk səhifələrində yer alan "Пустите меня на танцпол" ("Buraxın məni rəqs meydanına") adlı məşhur hitdən sonra daha da məhşurlaşıblar. Adıçəkilən hit “YouTube”da 92.000.000-ə yaxın baxış toplayıb. HammAli (Aleksandr Əliyev) Bakıdakı çıxışını həyatında ən y...
Mədəniyyət
Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.  Bakucity.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib. “Açıq qapı” günü paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəyl...
Hadisələr
Paytaxtda tələbələr arasında dava baş verib. Bakucity.az  xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisindəki dava zamanı Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. (Ona.az) Bakucity.az
Hadisələr
Paytaxtda mərkəzi küçələrdən birini su basıb. Bakucity.az xəbər verir ki, Rəşid Behbudov küçəsində 500 mm-lik su borusu partlayıb. Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirblər ki, hazırda hadisə baş verən əraziya qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır. Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq. Bakucity.az
Biznes
Bu il paytaxtda "Kənddən Şəhərə" brendi ilə 10 yeni market açılacaq. Bakucity.az xəbər verir ki, bu brend ölkədə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən tətbiq edilir.  Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli məsələ ilə bağlı bunları deyib: "Şirkətin bu təşəbbüsü çərçivəsində kiçik təsərrüfatı olan fermerlər öz sahələrində əldə etdikləri məhsulların bazara çıxarmaq i...
Hadisələr
Sərnişin avtobusunda xoşagəlməz hadisə baş verib. Bakucity.az xəbər verir ki, 91 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun dayanacaqdan kənar saxlanılmasını tələb edən sərnişin onun istəyini yerinə yetirməyən sürücüyə hücum edib. O, sürücüyə bir neçə təpik zərbəsi endirib və onu təhqir edib.  İnsidentin görüntüləri avtobusda yerləşdirilmiş təhlükəsizlik kamerasına düşüb. (Oxu.az) Bakucity.az
Hadisələr
Məhkmə sözügedən şəxsə ağır cəza verib. Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Azad Dandışa hökm oxunub. O, 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli ("bomj") həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyə...
Biznes
Bir sıra mövzular müzakirə ediləcək. Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan”) çərçivəsində II Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək. Mayın 17-də baş tutacaq konfrans Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təşkil olunacaq. Konfransda “Codex Alimentarius standartları: Yerli qanunvericilik və beynəlxalq harmonizasiya”, “Risklərə əsaslana...
Cəmiyyət
Bakı Mərkəzi Parkının 1-ci hissəsində tikinti işləri başa çatdırılıb.  Bakucity.az xəbər verir ki, bu ilin may ayının sonuna kimi şəhər sakinləri parkdan istifadə edə biləcəklər. Bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib. Məlumata görə, parkın bu hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq. Qeyd...
Ekologiya
Paytaxtda mayın 15-nə olan hava proqnozu açıqlanıb.  Bakucity.az sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz  26-28 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  Bakuci...
Biznes
Kabel televiziyalarının təklif etdiyi xidmətlər. Xeyli vaxtdır ki, internetin televizora marağı azaltmasına baxmayaraq, kabel televiziyası öz aktuallığını itirməyib. Paytaxtda sərfəli qiymətlərlə  keyfiyyətli yayım və çoxlu sayda kanal təklif edən şirkətlər az deyil. Bakucity.az paytaxtın bəzi kabel televiziyası şirkətlərinin təklifləri və qiymətlərini araşdırıb. Bakıda bu sektorda nələr təklif olunur? KATV 1 - öz abonentlərinə multimedia xidmətləri təklif...
Biznes
Sərgilər bir sıra yeniliklərlə zəngindir. Bakucity.az xəbər verir ki, 15-17 may tarixlətində Bakı Ekspo Mərkəzində bu ilin 4 ixtisaslaşmış sərgisini özündə birləşdirən ən genişmiqyaslı tədbir keçiriləcək. Sərgi kompleksinin üç zalında və açıq meydançasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “WorldFood Azerbaijan”, 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket...
Hadisələr
Paytaxtda qadın polisə yalan məlumat verib. Bakucity.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın polisə bildirib ki, mayın 11-də saat 10:00 radələrində evinə girmiş iki maskalı şəxsin onu bıçaqla hədələyib, daha sonra 5100 ABŞ dollarını apardığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.  2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdı...
Cəmiyyət
Paytaxtda "İnnovasiya Festivalı" ("İnnofest") keçiriləcək.  Bakucity.az  xəbər verir ki, 29 may-4 iyun tarixlərində baş tutacaq "İnnoFest" çərçivəsində bir çox sammit və forumlar keçiriləcək. Festivalın əsas məqsədi yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılmasıdır.  “Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimli tədbirlə bağlı bunları deyib: "Festivalda bir çox qlobal təşkilatları...