usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+28... 33 °С
Buludsuz, yağmursuz
Sabah
+28... 33 °С
Buludsuz, yağmursuz
Bu gün
+28... 33 °С
Buludsuz, yağmursuz
Sabah
+28... 33 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Yarmarkalar paytaxtın iki rayonunda təşkil olunacaq. Bakucity.az xəbər verir ki, Ramazan bayramı ilə bağlı təşkil olunacaq yarmarkalar iyunun 4 və 5 tarixlərində baş tutacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məslə ilə bağlı bunları deyib:   “Yarmarkaların təşkil edilməsinə əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsalı olan ərzaq məhsulların...
Cəmiyyət
BBAK sərnişinlərə müraciət etdi. Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu, Ramazan bayramı ilə əlaqədardır.  Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq. Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarət...
Cəmiyyət
Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarılıb. Bakucity.az xəbər verir ki, təhqiredici video yayılandan sonra mayın 31-də müəllim işdən azad olunub. Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını daməlum olub. Hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib. Xatırladaq ki, bağça müəllimi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.  Bakucity.az
Ekologiya
Sabaha paytaxtda gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, Şimal çimərliklərində (Sumqayıt, Nov...
Hadisələr
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəx saxlanılıb. Bakucity.az xəbər verir ki, Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan  Maştağa qəsəbə sakini Əhməd Quliyev narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasi...
Hadisələr
Şirkət rəhbəri şərti azadlığa buraxılıb. Bakucity.az xəbər verir ki, Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb.  M.Mahmudov azadlığa çıxdıqdan sonra əmlakın üzərinə qoyulan həbsin götürülməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti...
Hadisələr
Paytaxtda 34 yaşlı qadın intihar edib. Bakucity.az xəbər verir ki, hadisə Nizami rayonu, Özbəkistan küçəsində baş verib.  Rübabə Muradova adlı qadın özünü 18 mərtəbəli binanın 11-ci mərtəbədən ataraq intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report) Bakucity.az
Hadisələr
Müştərinin 30 min manatlıq qızılları oğurlanıb. Bakucity.az xəbər verir ki, “Bazarstore”un Masazır qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Mədəniyyət
Muzeylər mədəni irsin saxlanc yeri kimi böyük əhəmiyyət daşıyır. Bakıda ən vacib məkanlardan biri də muzeylərdir. Muzeylərin təhlükəsizliyi, necə qorunması isə hər zaman aktual olub.  Bəs, muzeylərdə yanğın təhlükəsizliyi hansı səviyyədədir? Yanğın baş verərsə, tarixi eksponatlar necə xilas ediləcək? Muzeylərin təhlükəsizliyi üçün hansı işlər görülür? Bakucity.az bu suallara cavab tapmaq üçün maraqlı araşdırma aparıb. Materialı oxuculara təqdim edirik. Azə...
Hadisələr
Paytaxtda narkotik alqı-satqısı ilə məşğul olan dəstə yaxalanıb. Bakucity.az xəbər verir ki,  Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq...
Cəmiyyət
Bu gün paytaxtın iki qəsəbəsində su olmayacaq. Bakucity.az xəbər verir ki, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar iyunun 3-də gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qeyd edək ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.  Bakucity.az
Cəmiyyət
Bakı şəhəri üzrə muzdlu işçilərin sayı açıqlanıb. Bakucity.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında paytaxtda muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 84 nəfər artaraq 716 min 74 nəfər olub. Əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı da 4,9% artaraq 817,3 manat olub. Bakı şəhərində rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı cədəvəlini təqdim edirik: Bakucity.az
Cəmiyyət
“Arzu etdiyin gələcəyə nail olmaq üçün şüurunu indi idarə et” Bakucity.az xəbər verir ki, YARAT müasir incəsənət məkanı “İnsan: özünü dərk et” proqramı çərçivəsində Bakıda “Yeni özünə doğru 5 addım” adlı giriş mühazirə və praktiki təlimlər təşkil edir. Təlimləri şəxsiyyətin potensialının inkişafı üzrə mütəxəssilər - “IntAlt Life” komandası 12, 14, 15, 16 iyun tarixlərində keçəcək.  “IntAlt Life” komandası Rusiyada İntellekt və Altruizm Mərkəzinin təşkilatç...
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az  xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı avtomobil və “Shacman” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlu ölüb.  Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri onun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə...
Mədəniyyət
Müğənni konsert zamanı ən sevilən hitlərini səsləndirib. Bakucity.az xəbər verir ki, mayın 31-də "Monex Summit Caspian"ın təşkilatçılığı ilə "Elektra Events Hall”-da ruminiyalı məşhur müğənni İnnanın solo konserti keçirilib. Üç minə yaxın tamaşaçısı olan konsertə DJ Kənanın və müğənni Relayanın musiqilərilə start verilib. Bakıdakı fanatlarını məşhur “Hot”, “Yalla”, “Nirvana”, “Ruleta”, “India”, “Sun is up”, “Tu manera” ve s. kimi sevilən hitləri ilə cuşa g...
Hadisələr
Saatlıda üzərinə benzin tökərək yandıran qadın dünyasını dəyişib. Bakucity.az xəbər verir ki, 1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı müalicə üçün Bakı xəstəxanalarından birinə göndərilsə də, onun həyatını xilas etmək olmayıb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
İyun ayının qeyri-iş günləri açıqlanıb. Bakucity.az  xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun - Ramazan  bayramı, 15 İyun - Milli Qurtuluş  günü və 26 İyun -Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək. 15 İyun - Milli Qurtuluş  günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günl...
Hadisələr
Səhər saatlarında paytaxtda motosiklet qəzası baş verib. Bakucity.az xəbər verir ki, Səbail rayonu Neftçilər prospektindəki qəza zamanı iki nəfər xəsarət alıb.  Rza Qasımov motosikletlə prospektlə hərəkətdə olarkən anidən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü və motosikletdəki sərnişin 1998–ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb. Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər...
Hadisələr
Paytaxtda sürücü öz avtomobilində bıçaqlanıb.  Bakucity.az xəbər verir ki, İsmayılov Eldar Əlisa oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.  Məlum olub ki, o, idarə etdiyi "90-TL-007" dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobilində naməlum şəxslər tərəfindən döyülərək bıçaqlanıb. Yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Ona.az) Bakucity.az
Mədəniyyət
Ulduzlar Bakıya isti səfər edəcəklər. Bakucity.az xəbər verir ki, iyulun 25-dən 28-dək şou-biznesin ən populyar ulduzları möhtəşəm "JARA 2019" Beynəlxalq Musiqi Festivalında çıxış etmək üçün Xəzər dənizinin sahilinə, Bakıya gələcəklər. Mayın 30-da isə, Moskvanın "RoseBar Crocus Sity" mərkəzində festivalın ənənəvi “Pre-Party”si baş tutub.   Artıq dördüncü yaydır ki, "Jara" günəşli günləri və sevimli musiqiləri ilə davam edir. “Pre-Party” ilə  festival iştir...
Cəmiyyət
Bakı 7 axşam qiyabi məktəbi fəaliyyət göstərir Bakucity.az xəbər verir ki, 1 ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Bunu  Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib. O, qeyd edib ki, axşam məktəblərinin ləğv edilmə səbəbi icbari təhsilin 9 illik olması ilə bağlıdır: "2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Axşam məktəblərində 18-45 yaş arasında olan şəxsl...
Mədəniyyət
Müsabiqənin qalibləri bəlli olacaq. Bakucity.az xəbər verir ki, "Miss & Mister AZERBAIJAN 2019" Milli gözəllik müsabiqəsinin çoxdan gözlənilən final gecəsi bu gün saat 19:00-da Bakı Musiqi Akademiyasının OPERA Studiyası keçiriləcək. Tədbirin aparıcıları Şirməmməd Hüseynov və Nərminə Hacıyevadır.  Münsiflər heyətində yarışmanın baş təsisçisi və təşkilatçısı Anelya Orduxanova, icraçı direktoru Anil Abbasov və başqa məşhurlar olacaq.  Yarışmada 17 oğlan və 17...
Cəmiyyət
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bakucity.az  xəbər verir ki, bu münasibətilə Dənizkənarı tədbir keçirəcək.  "Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq.  Lakin Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir baş tutacaq. Tədbirin əsas təşkilatçısı Qida Təhlükəsizliyi Agentliyidir. Tədbir saat 12-də Kukla Teatrının arxasındakı meydanda baş tutacaq", - deyə...
Biznes
AZAL sərfəli qiymətlərlə bilet təklif edir. Yayın gəlişi adətən insanlarda səyahət həvəsinin çoxalmasına səbəb olur. Xüsusilə də paytaxda qış aylarında keçən gərgin iş rejimindən sonra... Ən azı bir həftəlik istirahət etmək üçün isə kifayət qədər vəsait lazımdır. Pulunuz az, istəyiniz çoxdursa fikir etməyin və ən ucuz aviareysləri seçin.  Bakucity.az paytaxtdan ABŞ və Avropaya bir həftəlik səyahət etməyi arzulayanlar üçün “Economy Classic” seçimini asanlaş...
Hadisələr
Əmircanda qəsəbəsində naməlum qadın meyiti tapılıb. Bakucity.az  xəbər verir ki, qəsəbədə yerləşən rus-tatar qəbiristanlığında tapılan meyitlədərhal təcili-tibbi yardım xidmətinə və polisə məlumat verilib. Qadının kimliyi və ölüm səbəbi araşdırılır. (Bizimyol.info) Bakucity.az
Ekologiya
Paytaxtda temperatur yüksələcək. Bakucity.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayında paytaxtda havanın orta aylıq temperaturunu açıqlayıb. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.     Aylıq yağıntının miqdarının iqlim norma...
Mədəniyyət
Rəsm duyğuların cilalanmış portreti, mənzərəsidir.  Rəssamların digər sənət adamlarından fərqlənən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları cızırlar.   Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələri var. Dünya incəsənətinə töhfələr  vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələrvermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə,Mikayıl...
Hadisələr
Paytaxtın mərkəzində cinayət hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarov adlı şəxs M.Şərifli küçəsindən qaçırılıb. Hadisə mayın 28-da baş verib.  Bu barədə onun anası, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciətində bildirib.  O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirib, daha sonra  naməlum istiqamətdə a...
Ekologiya
Bu gün paytaxt səmasında göyqurşağı görünüb. Bakucity.az xəbər verir ki, səhər saatlarında qeydə alınan maraqlı təbiət hadisəsi təqribən 15 dəqiqə davam edib. Bakucity.az
Hadisələr
Bakı metrosunda intihar hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, "28 May” stansiyasında qatarın gəlişini gözləyən qadın özünü relslərin üzərinə atıb.  İntihar etmək istəyən qadın sağ qalıb. O, xilas edilərək, təcili tibbi yardıma təhvil verilib Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. (Azxeber.com) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında Qaradağ rayonu Sahil qəsəbəsində BMW markalı avtomobil yük maşınına çırpılıb.  Hadisə nəticəsində bir nəfərin öldüyü deyilir. Bakucity.az
Mədəniyyət
“Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib. Bakucity.az xəbər verir ki, 30 mayda “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Playboy əməliyyatçı” fransız komediyasının Azərbaycan dilində nümayişi keçirilib. Filmi səsləndiriblər İslam Mehrəliyev, Oksana Rəsulova, Allahverdi Yolçiyev, Emin Nəsirli, Erkin Ergin, Vüsal Həci-Qədir, Vüqar Hüseynov...
Cəmiyyət
Tibb işçiləri də ötən gün gücləndirilmiş rejimdə çalışıblar.  Bakucity.az  xəbər verir ki, Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub. Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır.  Müraciətlər nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi əcnəbi, biri azərbaycanlıdır. (Oxu.az) Qeyd edək ki, bu barədə Səhiyyə Nazirliyindən bildiriblər. Bakucity.az
Cəmiyyət
Birliyin nümayəndəliyini Bakıda açmaq mümkündürmü? Bakucity.az  xəbər verir ki, mayın 29-da “SeaBreeze Residences & Hotel”-də dünyanın hər yerində qeyd olunan (26 iyunda)“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar mətbuat konfransı keçirilib. Bakıda keçirilən görüşün təşəbbüskarı Xalq artist Emin Ağalarov olub. Konfransda Rusiya Milli Anti-narkotik Birliyinin (MAB) sədri Nikita Luşnikov, qarışıq döyü...
Hadisələr
Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında qeydə alınan yanğın söndürülüb.  Hadisə yerinə Fövqəladı Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib. İlkin məlumata görə, yanğın köhnə təkərlər, məişət tullantıları və quru ot olan ərazidə qeydə alınıb.  Bakucity.az
İdman
“Beşiktaş”ın futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. Bakucity.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı futbolçu sabah Gənclər və İdman naziri Azad Rəhimovla görüşəcək. Qeyd edək ki, Rikardu Kuarejma “Sportinq”lə bir, “Portu” ilə üç dəfə Portuqaliya çempionu olub. Onun “İnter”lə bir dəfə İtaliya, “Beşiktaş”la iki dəfə Türkiyə çempionluğu da var. O, 2010-cu ildə “İnter”lə UEFA Çempionlar Liqasının da qalibi olub. (Oxu.az) Bakucity.az
Hadisələr
“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.  Bakucity.az xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasındakı avadanlıqlarda nasazlıq yaranıb.  Orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar: “Mayın 29-u səhər saatlarında su prosessorlarına t...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Q...
İdman
“Çelsi” azarkeşləri qələbəni böyük coşqu ilə qeyd ediblər. Bakucity.az xəbər verir ki, ötən gün Bakıda keçirilən UEFA Avropa Liqasnın final oyununda “Arsenal”a 4:1 hesabı ilə qallib gələn “Çelsi”nin azarkeşləri səhərə qədər qələbəni qeyd ediblər.  Onlar mahnı sədaları altında rəqs etməklə, bir-birini qucaqlayıb təbrik ediblər. Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Hadisələr
Bakıda qadını hədələyib pul almaq istəyən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-...
Hadisələr
Ötən gecə Bakıda bədbəxt hadisə baş verib. Bakucity.az xəbər verir ki, Nobel prospekti ilə hərəkət edən "Mercedes E-class" markalı avtomobilinin sürücüsünün ürəyinin dayanıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  Bakucity.az
Cəmiyyət
UEFA Avropa Liqasının finalı ilə bağlı poçt markası buraxılıb.  Bakucity.az xəbər verir ki, “Azərmarka” MMC tərəfindən ədavülə buraxılan poçt vərəqi “UEFA Avropa Liqasının finalı 2019” adlanır.  Orijinal poçt vərəqi 2 növ maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 100x132 mm, markanın ölçüsü isə 40x28 mm-dir. Poçt markalı vərəq “Azərmarka”nın rəssamı Nəriman Məmmədzadə tərəfindən hazırlanıb. Layihə Belarus Respublikasının “Bobruisk Integrated Printi...
Cəmiyyət
Üzüyün Osmanlı imperiyasına məxsus olduğunu bildirilib. Bakucity.az  xəbər verir ki, Osmanlı İmperiyasına məxsus olan 1 250 000 AZN-lik qədimi üzüyü Rauf Həsənov adlı şəxs elan saytlarından birində satışa çıxarıb. Elanda verilən məlumata görə, zinət əşyasının sənədləri var.   Daha ətraflı məlumat almaq üçün bu linkə daxil olun: https://tap.az/all/personal-belongings/watches-jewellery/12076042 Bakucity.az
Cəmiyyət
Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başlayıb. Bakucity.az xəbər verir ki, Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsi olan konfrans iki gün davam edəcək.  Builki konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb.  SOCAR, BP, “Inpex”, “Petronas”, “SOCAR AQS”, “Dentons”, “Equinor” və digər dünyaca məşhur şirkətlər konfransda iştirak edir.  Tədbir çərçivəsində yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhs...
Hadisələr
Paytaxtda bir nəfər öz evindən oğurluq edib. Bakucity.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Seyfulla Rzayev ərazi üzrə 30-cu polis şöbəsinə məlumat verib ki, evdən içində 30 min dollar pul olan seyf oğurlanıb. Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar. Onların kimliyi isə hər kəsi şoka salıb.  Ev sahibinin oğlu Nəriman Rzayev və onun tanışı Atamoğlan Cə...
Hadisələr
Paytaxtda yanğın zamanı bir nəfər ölüb. Bakucity.az xəbər verir ki, hadisə Pirallahı rayonunda baş verib.  Tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Bakucity.az
Mədəniyyət
Məlumat festivalın rəsmi “Instagram” səhifəsində dərc olunub. Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Musiqi Festivalı "Jara 2019"-da ilk dəfə Azərbaycan xalq artisti Brilliant Dadaşova çıxış edəcək. “Onun adı özünə çox yaraşır. Onun səsi də, özü də Azərbaycan səhnəsinin əsl briliyantıdır! O, 90-cı illərdə müvaffəqiyyət qazandı.   İyulun 26-da, yayın ən möhtəşəm hadisəsi olan  "Jara" festivalı çərçivəsində Azərbaycanın xalq artisti Brilliant Dadaşova t...
Hadisələr
Azarkeşə təhlükəsizliklə bağlı xəbərdarlıq edilib.  Bakucity.az xəbər verir ki, bu gün Bakı bulvarında “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın formasını geyinən şəxs saxlanılıb. Polis əməkdaşları Tailand vətəndaşı olan azarkeşlə söhbət aparıblar. Ona şəxsi təhülkəsizliyi ilə bağlı bir sıra məsələlər izah edilib. . Daha sonra o, sərbəst buraxılıb.  Qeyd edək ki, bu barədə idman jurnalisti Zeynəb Əliyeva özünün “Facebook” səhifəsində məlumat...
Cəmiyyət
Paytaxta süvari polislərdən ibarət patrullar gəzir. Bakucity.az xəbər verir ki, Bakıda keçirilən UEFA Avropa Liqasının finalı ilə bağlı təhkim oluna süvarilər şəhərin mərkəzi küçələrində görünüblər. Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında keçiriləcək matç Bakının Olimpiya Stadionunda yerli vaxtla 23:00-da başlayacaq. Azərbaycan DİN bundan əvvəl final matçı ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının mayın 31-nə kimi güclə...
İdman
"Çelsi"nin ən yüksək maaş alan futbolçuları Bakıdadır. Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda həlledici qarşıdurmada Londonun iki futbol klubu - “Arsenal” və “Çelsi” qarşılaşacaqlar. Bu münasibətlə Bakucity.az "Çelsi” FK-nın ən məşhur və bahalı futbolçuları barədə araşdırma aparıb. Londonun “Çelsi” FK məşhur rus biznesmen Roman Abramoviç tərəfindən 2003-cü ildə satın alınıb. Klubun əmək haqqı fondu 225 milyon...
Hadisələr
Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, yükdaşıma qaydalarını pozan “VAZ 21 07” markalı avtomobilin  üzərindəki standartlara uyğun olmayan yük yeri qopub. Avtomobil yoluna düşün “baqaj” zəncirvari qəzaya səbəb olub.  Bunu da oxu: Bakıda erməni futbolçunun formasını geyinən azarkeş saxlanıldı - FOTO Sözügedən qəznın görüntülərini təqdim edirik: (Avtosfer.az) Bakucity.az
İdman
İclas Bakıda keçirilən Avropa liqasının final ilə əlaqədardır.  Bakucity.az xəbər verir ki, bu gün Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir. İclas 14:00-dan 19:00-dək davam edəcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi 2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi 3. Futzal üzrə UEFA Avropa çempionatı 2020-2022 4. 2019/2020 UEFA Avropa U-17 v...
Cəmiyyət
Bakı Şəhər Statistika İdarəsi ilkin göstəriciləri açıqlayıb.  Bakucity.az xəbər verir ki, bu ilin yanvar-mart aylarında əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı artıb. İndi paytaxtda işləyənlər 4,9 faiz artımla 817,3 manat orta aylıq əməkhaqqı alırlar.  Bildirilib ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşki...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. Bakucity.az
Hadisələr
Paytaxtda silsilə oğurluqlar və soyğunçuluq törədən şəxs saxlanılıb. Bakucity.az xəbər verir ki, polis əməkdşaları mayın 26-da paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlayıb. Məlum olub ki, o, aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlayıb. Faktla bağlı araşdırmalar davam edir. Bakucity.az
Cəmiyyət
Polis patrul kateri sutkalıq xidmətə cəlb edilib. Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və...
Hakimiyyət
Dövlət başçısı paytaxt sakinləri ilə səmimi söhbət edib. Bakucity.az xəbər verir ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar. Prezidentin Mətbuat xidmətindən verilən məlumata görə, gəzinti zamanı dövlətimizin başçısı və birinci xanım yerli sakinlər və şəhərimizin qonaqları ilə görüşüblər. Bakucity.az
Biznes
Bu restoranlarda hər axşam canlı musiqi təqdim edilir.  Təbii ki, restoranın dadlı menyu və yüksək keyfiyyətli xidmətə malik olması yaxşıdır. Daha yaxşısı isə məkanın öz müştərilərinə həm də gözəl musiqi proqramı təqdim etməsidir.  Bakucity.az  bu gün paytaxda müxtəlif janrlarda canlı musiqi təqdim edən məkanları araşdırıb. Məkan seçək “Atelier Vivanda” Avropa mətbəxilə xidmət göstərir. Bu məkan “steyk”ləri ilə məşhurdur. Burada açıq havada olan terras da...
Cəmiyyət
Bakı metrosunun stansiyaları bu gün gecə səhərə qədər işləyə bilər. Bakucity.az xəbər verir ki, bu, futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlıdır.  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunları deyib: “Bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib. Final qarşılaşmasının başlayacağı vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texnik...
Hadisələr
Paytaxtda ölümlə nəticələnən yol qəzasının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, görüntülərdə “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirdiyi və qarşı yolda hərəkət edən “Mitsubishi” markalı avtomobilə çırpıldığı əks olunub. Bunu da oxu: Bakıda qeyri-adi qəza: "Prado" aşdı, "Opel" çevrildi - VİDEO Məlumata görə, hadisə nəticəsində “BMW”nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü...
Hadisələr
Gecə saatlarında Bakıda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan “BYD” markalı minik avtomobili Məhəmməd Behbudovun idarə etdiyi “99-LK-284” dövlət nömrə nişanlı “Opel” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən hər iki avtomobil bir neçə metr irəliyə sürüşüb. “BYD” markalı minik maşını isə yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət lövhəsinə çırpıldıqdan sonra dayana bilib. Qəza nəti...
İdman
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gələcək. Final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tarixi oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.  Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib.  Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində  "BMV" və "Mitsubishi" markalı avtomobillər toqquşub.  Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən "BMV"-nin sürücü idarəetməni itirib. Nəticədə avtomobil qarşı yola çıxıb və  "Mitsubishi"-yə çırpılıb. Bunu da oxu - Bakıda oğlan sevdiyi qıza görə özünü binadan atdı "BMV"-dəki iki nəfər hadisə yerində keçinib. Ölənlərdən biri sürücünün azyaşlı oğ...
Cəmiyyət
Final günü paytaxtın bu yolları bağlı olacaq. Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.  Məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Məlumata görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn xarici qonaqların təhlükəsiz və...
Hadisələr
Paytaxtda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.  Bakucity.az xəbər verir ki, ötən gecə Babək prospektində "90 YP 482" dövlət qeydiyyat nişanlı xidməti "BMW"-nin evakuatora çırpılıb.  Qəza nəticəsində xoşbəxtlikdən ölən və ya ciddi xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda 19 yaşlı oğlan intihar edib. Bakucity.az xəbər verir ki, hadisə ötən gün Q.Qarayev küçəsi, 81 A ünvanında qeydə alınıb. 2000-ci il təvəllüdlü Şahin Hafiz oğlu Hüseynov özünü 9-cu mərtəbədən atıb.  O, hadisə yerindəcə dünyasını dəyişib. Bildirilir ki, gənc özünü sevdiyi qıza görə öldürüb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Paytaxtda bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq. Bakucity.az xəbər verir ki, Qala-Pirallahı avtomobil yolunda avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.  Bundan başqa, 27-28 may tarixlərində saat 22:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Məmmədəmin Rəsulzadə və Şıxəli Qurbanov küçələrində, həmçinin Azərbaycan prospektində üfiqi nişanlanma xətlə...
Cəmiyyət
İdmançı polis xanımla bağlı videoçarx hazırlanıb. Bakucity.az xəbər verir ki, “Polis idmançıları yaxından tanıyaq” adlı rubrikanın ilk qonağı Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır. Xanım idmançımız karate üzrə 2 dəfə dünya kubokunun sahibi, səkkizqat respublika çempionu, pauerliftinq üzrə isə Avropa və üçqat respublika çempionudur. Polis zabitinin...
Hakimiyyət
Mərasimə digər rəsmi şəxslər də qatılıb. Bakucity.az  xəbər verir ki, mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər. Bakucity.az
Ekologiya
Paytaxtda növbəti üç günə olan hava proqnozunu açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz  24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 7...
İdman
Final oyunu ilə bağlı azarkeşlər üçün festival keçiriləcək.  Bakucity.az  xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) UEFA Azarkeş festivalında iştirak edəcək. mayın 25-29-da baş tutacaq Festivalda i.tirak edəcək azarkeşlər fəal iştiraka cəlb edəcək proqram, qısa videolar virtual reallıq vasitəsilə bütün dünyada münaqişə və digər zorakılıq hallarından əziyyət çəkən insanlara yardım edən humanitar təşkilat haqqında məlumat əldə etmək imkanı qazanac...
Cəmiyyət
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bakucity.az xəbər verir ki, polis polkovnik-leytenantı  Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. Bu barədə Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmr imzalayıb.  O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əm...
Hakimiyyət
Baş nazir Novruz Məmmədovun sərəncamda imzalayıb. Bakucity.az  Bakının Səbail rayonu, Bayıl yamacındakı sürüşmə zonasından 92 ailə köçürüləcək və fərdi yaşayış evlərinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödəniləcək. Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün Səbail rayon İcra Hakimiyyətinin hesabına 9 201 533 manat vəsait köçürüləcək və İH bu məbləğin müvafiq qaydada vətəndaşların bank hesablarına köçürülməsini...
Ekologiya
Paytaxtda güclü külək bir çox fəsadlara səbəb ola bilər. Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. O, qeyd edib ki, əvvəlki fəsillərə nisbətən ağaclarda ağırlıq nisbətən çoxalıb. Bununla da, külək nəinki qurumuş ağacları, hətta sağlamları da aşma təhlükəsi altında qoyur: “Təhlükəni nəzərə alaraq, sürücülərdən xahiş edilir ki, maşın...
Biznes
Depozit yatırımı insanları niyə vahiməyə salır? Depozit, xüsusən də fiziki şəxslərin əmanətlərinin strukturu bank sektoruna inamı göstərən və ya inamın formalaşmasına birbaşa təsir edən faktorlardan hesab olunur.  Bank hansı üstünlüklərinə görə etibarlı sayılır? Depozit yatıran vətəndaş nəyə diqqət etməlidir? Hansı valyuta növü daha çox qazandırır? Bakucity.az-ın bu suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb. Materialı oxuculara təqdim edir...
Biznes
Bu mağazalar hədiyyə seçimi üçün faydalıdır.  Hədiyyə seçməyin bəzi çətinlikləri var. Bu vəziyyətdə xüsusi hədiyyələr və süviner mağazaları köməyə çatır. Bakucity.az oxuculara məhz maraqlı hədiyyə mağazalarının seçimini təklif edir.  “3D Photo Crystal” mağazasında 3D və 2D formatlı orijinal şəkillər sifariş verə bilərsiniz. Bundan əlavə, bütün ölçüdə və formada kristaldan hazırlanmış gözəl aksesuarlar seçmək mümkündür. Məsələn, burada kiçik kristaldan olan...
İdman
İngiltərə təmsilçisi finala ciddi hazırlaşır. Bakucity.az xəbər verir ki, “Topçular”ın Bakıdakı ilk məşqi “Bakcell Arena” stadionunda gerçəkləşib. Unai Emerinin yetirmələri Avropa Liqasının Bakıda keçiriləcək final oyununa hazırlıqların sonuncu mərhələsinə start verib. Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” – “Arsenal” matçı saat 23:00-da başlayacaq. Bakucity.az
Hakimiyyət
Dövlət başçısı abidənin önünə əklil qoyub. Bakucity.az xəbər verir ki, mayın 27-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bakucity.az
Ekologiya
Paytaxtda əsən güclü külək beş ağac aşırıb. Bakucity.az xəbər verir ki, ağacların aşması faktı müxtəlif ərazilərdə qeydə alınıb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bunları deyib:  “Ağacların aşma halları paxtaxtın Suraxanı, Yasamal, Nəsimi, Binəqədi və Sabunçu rayonlarında qeydə alınıb. Ağacların budaqları sınaraq yola düşüb. Həmin ağaclar sağlam olub. Aş...
Mədəniyyət
Məşhur musiqiçi Bakıda konsert verdi. Bakucity.az xəbər verir ki, israilli kamança ifaçısı Mark Eliyahu mayın 25-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Konsert “United Cultures” və “124 Studios”in təşkilatçılığı, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin, “The Landmark” otel və biznes mərkəzinin, həmçinin “My Way Travel”in təşəbbüsü ilə reallaşıb. Mark Eliyahunun konsertdə təqdim etdiyi rəngarəng musiqilər tamaşaçılar tərəfindən...
Cəmiyyət
Biletin qiyməti adambaşına 97- 220 manat arasında olacaq. Bakucity.az xəbər verir ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmaları ilə bağlı işlər bu ilin avqustunda yekunlaşacaq. Bu barədə İTV-yə müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O, qeyd edib ki, sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib: "Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. S...
Hadisələr
Paytaxtda gənc oğlan intihara cəhd edib. Bakucity.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Səbail rayonunda qeydə alınıb. Belə ki,  Kamil İbrahim oğlu Talıbov özünü binalardan birinin eyvanından atmaq istəyib. Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Gənclə aparılan psixoloji söhbətlərdən sonra o, xilas edilib. İntihara cəhd hadisəsinin səbəbləri araşdırıl...
Mədəniyyət
Ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq.  Bakucity.az xəbər verir ki, mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.  Sərgidə Qacarl...
Hadisələr
Paytaxtda 24 yaşlı qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 24 yaşlı Əliyeva Kəmalə Təvəkkül qızı özünəməxsus şəxsiyyət vəsiqəsini, geyim əşyasını, 3 000 (5 100 AZN) ABŞ dolları və 2000 AZN məbləğdə pul götürərək evdən çıxıb və geri qayıtmayıb. O, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 75-də yaşayır.  Onun bacısı Əliyeva Aynur Təvəkkül qızı polisə ərizə ilə müraciət edib. Hazırda qızın axtarışı davam etdirilir. (Metbuat.az) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, hadisə Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.  Qəza *8555 “Ailə Taksi” şirkətində xidmət göstərən “Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkət edən digər “Hyundai” markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da maşınlara ziyan dəyib.  Hadisə ilə bağlı araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib. Bakucity.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1 nəfərin körpünün üzərinə çıxaraq intihar etmək istədiyi barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub.  Yanğın binanın üçüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə ol...
İdman
Avropa çempionatının açılış mərasimi keçirilib. Bakucity.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.  O, Azərbaycanda ilk dəfə aerobika üzrə Avropa çempionatı keçirildiyini xatırladıb: "Gördüyünüz kimi, yarış yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya,...
Hadisələr
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az  xəbər verir ki ki, paytaxt küçələrində, gecə saatlarında yüksək sürətlə hərəkət edən “Galendevagen” markalı avtomobil “Hyundai” markalı avtomobilə çırpılıb.  Qəzaya səbəb “Galendevagen”in sürücüsünün işıqforun tələbinə əməl etməməsidir. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda avtoxuliqanlıq edən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, o, Sumqayıt şəhər sakini 22 yaşlı Əmrah Əmrəliyevdir.  Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu mayın 18-də, saat 21:10 radələrində Salamzadə küçəsində “90 PD 158” dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobil ilə avtoxuliqanlıq edərkən saxlayıblar.  Əmrah Əmrəliyev barəsində toplanmış materiallar və videogörüntü Yasamal rayon məhkəməsinə t...