usd:
1,70 ₼
eur:
1,85 ₼
Bu gün
+18... 20 °С
Buludsuz, yağmursuz
Sabah
+20... 23 °С
Buludsuz, yağmursuz
Bu gün
+18... 20 °С
Buludsuz, yağmursuz
Sabah
+20... 23 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...
Cəmiyyət
Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq. Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir. İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir? BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Novxanıda qeydə alınıb. "Oskar" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücü idarə etdiyi avtomobilin qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmaması üçün manevr edib. Bu zaman avtomobil yol kənarındakı dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 1964-cü il təvəllüdlü Ksel Svetlana Petrovna xəsarət alıb. Yaralı tə...
Cəmiyyət
Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edilib. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyi...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü İsmayılov Emin Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qalça nahiyəsinin küt travması diaqnozu qoyulub. BakuCity.az
Ekologiya
26 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dər...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...
Cəmiyyət
Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə. Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar. BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti iş...
Cəmiyyət
Qurban bayramının qeyd edildiyi günlər qeyri-rəsmi iş günləri olacaq. İyulun 31-i və avqustun 1-i Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. BakuCity.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncamında öz əksini tapıb. Azərbayan Respublikasının Baş Naziri Əli Əsədovun 2 dekabr 2019-cu il tarixində imzaladığı...
Hadisələr
Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb. “Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib. Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş...
Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. 8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? “Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İ.Məmmədov şənbə-bazar günü hərəkətin məhdudlaşdırılması məsələsinə də toxunub: “Karantin rejiminin yumşaldı...
Ekologiya
25 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 20-24, Bakıda gecə...
Cəmiyyət
İyunun 1-dən bəzi qadağalar qaldırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyyətinin sədri Ramin Bayramlı məlumat verib. R.Bayramlı ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb: "Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunm...
Biznes
“Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb. BakuCity.az xəbər verir ki, 23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb. COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb. Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəh...
Cəmiyyət
Tibbi ləvazimatların idxal gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb. Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri...
Hadisələr
Güclü külək paytaxtda bir sıra fəsadlar törədib. Ötən gün axşam saatlarında əsməyə başlayan külək paytaxtın bəzi ərazilərində bir sıra fəsadlar törədib. BakuCity.az xəbər verir ki, Sabunçu rayonunda ağacın budaqları qırılaraq yol kənarına düşüb. Paytaxtın bəzi yerlərdə ağaclar güclü küləyin təsirindən kökündən qopub. Həmçinin, paytaxtın digər yerlərində ağacların budaqları avtomobillərin üstünə aşıb. Bir sıra ərazilərdə ağacları yollara aşırıb. Nəticədə av...
Cəmiyyət
Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib. Bu gün günün ikinci yarısından başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub. FHN-dən BakuCity.az-a bildirilib ki, müraciətlərə əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Muradova Nərgiz Nəriman qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Bu gün Azərbaycanda Ramazan bayramıdır.  Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 24-nə təsadüf edir. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.  Orucun mühüm əməllərindən biri olan fitrə zəkatın...
Ekologiya
24 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumatına əsasən mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olaca...
Cəmiyyət
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edib. BakuCity.az xəbər verir ki, edilən xəbərdarlığa əsasən, müddəti keçmiş sürücülük vəsiqəsi olan şəxslərə karantin məhdudiyyətləri zamanı verilən güzəşt müddəti 31 may 2020-ci il tarixində başa çatır.  Bu tarixədək köhnə sürücülük vəsiqələrinin ASAN xidmət və “ASAN Kommunal”da yeniləri ilə əvəzlənməsi başa çatdırılmalıdır. Çünki avtomobili müddəti başa çatmış sürüc...
Cəmiyyət
"Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta gedən avtobuslarda sosial izoliyasiya qaydalarına ciddi nəzarət olunur". BakuCity.az xəbər verir ki, bunu açıqlamaslnda Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Pərvin Məmmədova deyib. P.Məmmədovanın bildirdiyinə görə, Bakıdan rayonlara avtobusların işləməsi ilə bağlı suala da aydınlıq gətirib. "Düşünürük ki, növbəti mərhələdə ictimai nəqliyyatın bərpasına icazə verilərsə, Bakı Beynəlxalq Avtovağzal buna hazırd...
Cəmiyyət
“Yaxın günlərdə ucuşların bərpası və sərhədlərin açılması gözlənilmir”. BakuCity.az xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. R.Bayramlının sözlərinə görə, beynəlxalq ucuşların açılması müzakirə edilir: “Burada bir sıra məsələlər nəzərə alınır. Ola bilsin ki, iyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəliş bər...
Hadisələr
Bakının mərkəzində yanğın hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, Alov Qüllələrinin yaxınlığında hazırda böyük ərazidə yanğın hadisəsi qeydə alınıb. (mətbuat) BakuCity.az
Kriminal
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib. Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər naməlum şəxs onu hədələyib. Quldurlar ondan 100 manat alıb qaçıblar. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlar...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Hadisə nəticəsində Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev idarə etdiyi “Nissan” markalı avtomobilin idarəetməsini itirərək, nəqliyyat vasitəsini aşırıb. Nəticədə, S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 20 yaşlı Azər Bədirli isə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi...
Cəmiyyət
“Azərbaycanda koronavirusa yoluxmada pik dövrün yaşanması ötən həftə baş verib”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlının sözlərinə görə, ötən həftə yeddi nəfər koronavirusdan ölüb: “Son həftə ərzində - mayın 16-da 158 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmaqla, pik dövr olub". Səd...
Cəmiyyət
Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb. BakuCity.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqində çıxışı zamanı deyib. R.Bayramlının sözlərinə görə, yoluxanların 47,4%-i Bakı, 10,8%-i Aran, 9,8%-i Lənkəran, 8,1%-i Abşeron, 1,4%-i Quba-Xaçmaz, 1,1%-i Yuxarı Qarabağ, 0,8%-i Dağlıq Şirvan, 0,7 %-i Şəki-Zaqatala, 0,1%...
Cəmiyyət
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti əməliyyat keçirilib. BakuCity.az-a daxil olan məlumata görə ötən gün axşam saatlarında DİN əməkdaşları tərəfindən B.Çobanzadə 17 ünvanında yerləşən “Top Qapı” restoranında əməliyyat keçirilib. Əməliyyatın keçirilmə səbəbi hələlik məlum deyil. Qeyd edək ki, əməliyyat sonrası saxlanılanların 25-ci polis bölməsinə aparıldığı deyilir. BakuCity.az
Cəmiyyət
“Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir”... “Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İ.Məmmədov şənbə-bazar günü hərəkətin məhdudlaşdırılması məsələsinə də toxunub:...
Mədəniyyət
Azərbaycan Milli Xalça Muzeyinə tanınmış simalarla virtual tur təşkil olubub. Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq maraqlı layihə reallaşdırıb. BakuCity.az xəbər verir ki, tanınmış televiziya aparıcıları - Dilarə Səlim, Emil Şahzadə və Leyla Quliyeva kimi məşhur simalar Muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Virtual tur çərçivəsində həmçinin...
Cəmiyyət
Azərbaycanda son iki həftədə koronavirusdan 14 nəfər ölüb. “Azərbaycanda epidemioloji vəziyyəti nəzarətdə saxlaya bilsək, sağalanların sayında ciddi artım əldə edə bilərik”. BakuCity.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. R.Bayramlı qeyd edib ki, ötən həftə 365 nəfər virusdan sağalaraq evə buraxılıb: “V...
Cəmiyyət
"Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir". İyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, qərar qəbul edilə bilər. BakuCity.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib: "Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsa...
Cəmiyyət
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb. "1962-ci il təvəllüdlü tibb işçisi bu gün vəfat edib". BakuCity.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. R.Bayramlı qeyd edib ki, onun başqa xəstəliyi də olub: “Aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı və süni nəfəs aparatına qoşulmuşd...
Cəmiyyət
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb. Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. R.Bayramlının sözlərinə görə, COVID-19 üçün götürülən anali...
Cəmiyyət
Azərbaycan Dövlət Telviziyasının 9 işçisi işdən azad edilib. AzTV-də işdən çıxarılan 9 sürücü şirkətdən yanacaq oğurluğu edib. Bu, konkret faktlarla sübuta yetirilib. Hazırda AzTV bu barədə (8 nəfər haqqında) Səbail Rayon Polis İdarəsinə və (1 nəfər haqqında) Laçın Rayon Məhkəməsinə müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Bu g...
Ekologiya
Havanın dəyişəcəyi barədə xəbərdarlıq. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən, mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu mayın 24-də ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı...
Kriminal
Dünən Nərimanov rayonunda cinayət hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, “Kosmos” yaşayış massivinin komendant müavini Fəridə (Soyadı dəqiqləşdirilir) bir qrup şəxs tərəfindən xəsarət yetirilib. Binanın həyətində əli silahlı bir qrup şəxs bina nəzarətçisini öncə hədələyib, sonra beşbarmaqla xəsarət yetiriblər. Sakinlərin sözlərinə görə, bu birinci dəfə deyil. Həmin mütəşəkkil qrup dəfələrlə binanın həyətində “razborka” ediblər. Bina sakinləri məsə...
Cəmiyyət
Gürcüstana səfər etmək istəyənlərdən koronavirusla bağlı test sənədi tələb olunacaq. BakuCity.az xəbər verir ki, Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi tədqim etməli olacaqlar. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. A.Qamkrelidzenin sözlərinə görə, Gürcüstan ilk növbədə “yaşıl zona”...
Ekologiya
23 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20, gündüz  23-28, Bakıda  gecə 18-20, gündüz  25-27...
Cəmiyyət
“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq olunub. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Kollegiyası Qərar verib. Qərarda deyilir: 1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir. 2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şami...
Kriminal
Azərbaycanda polis intihar edib. BakuCity.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yayılan məlumata görə, Ucar rayonunun Müsüslü kənd sakini, 1992-ci il təvəllüdlü Rafiq Əhmədov yaşadığı ünvandan özünü asıb. İntiharın səbəbi məlum deyil. R.Əhmədov Bakı şəhərində polis orqanlarında çalışıb. BakuCity.az
Cəmiyyət
Sabahdan Azərbaycanda Ramazan və 28 May bayramları ilə əlaqədar tətil başlayır. BakuCity.az xəbər verir ki, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün y...
Hakimiyyət
Prezident daha bir icra başçısını vəzifəsindən azad edib. Prezident İlham Əliyev Arif Akif oğlu Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Maaş sistemində yüksəlmə qeydə alınıb. 2020-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 744,5 manat təşkil edib. BakuCity.az xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 830,1 manat, qeyri neft-qaz sektorunda 674,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634,5 manat, özəl müəssisələrdə isə 893,1 manat olub...
Hakimiyyət
Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum olub. Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.  BakuCity.az xəbər verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir. V.Əliyev 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub.  2018-ci ilin mayın 18-dən isə Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.  Qeyd edək ki, Azərbaycan Prezidenti...
Kriminal
Bakıda cinayət hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, ötən gün saat 21 radələrində Bakının Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib. Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı öldürüb. H.Əskərov liftdə arvadına 48 bıçaq zərbəsi vurub və onun başını kəsib. Polis H.Əskərovu saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-c...
Cəmiyyət
Koronavirus pandemiyası digər infeksiyaların yayılmasına təsir edəcək. BakuCity.az xəbər verir ki, bu barədə müsahibəsində biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovski bildirib. A.Aqranovski bildirib ki, pandemiya səbəbilə insanlar daha çox ehtiyatlı olmağa və gigiyena qaydalarına əməl etməyə başlayıb. Bu, COVID-19 zəiflədikdən sonra “əldəki kir vasitəsilə ötürülən”...
Cəmiyyət
Azərbaycanlılar Rusiyadan vətəndaşlıq alanların siyahısında 3,4 faizlə yeddinci yerdədir. BakuCity.az xəbər verir ki, bu barədə “Sputnik”in hazırladığı qrafikdən məlum olub. Ümumilikdə, 2016-cı ildən bəri yarım milyon insan Rusiya vətəndaşı olub. Onların da yarısını ukraynalılar təşkil edir. Cari ilin ilk rübündə 161 000 nəfər Rusiya vətəndaşlığını alıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə artıqdır. Siyahıya 46,6 faizlə ukraynalılar liderli...
Cəmiyyət
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib. Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib. Bundan əvvə...
Hadisələr
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Əzimov İlham Şahgül oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.  Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.  Ona qapalı kəllə-beyin travması və kürək sümüyünün sınığı diaqnozu qoyulub. (report) BakuCity.az
Kriminal
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin adları müəyyənləşib. BakuCity.az xəbər verir ki, bununla bağlı DTX-dən məlumat verilib.  Məlumata görə, keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzi...
Hakimiyyət
Dövlət Təhlükəsizlik Xidməti (DTX) general-leytenant Əfqan Nağıyevin və onun tabeliyində olan vəzifəli şəxslərin həbsi ilə bağlı məlumat yayıb.  DTX-dən BakuCity.az - a daxil olan məlumatda deyilir: "Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, haki...
Cəmiyyət
May ayı üzrə də ödənişlər həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha te...
Cəmiyyət
Azərbaycanda daha bir qadağa ləğv edilir. “Mart ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra tədbirlər həyata keçirdi, milli parklar bağlı elan edildi”.  BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə qeyd edib. H.Əlizadə bildirib ki, Qərargahın rəyindən asılı olaraq, yumşalma davam etsə, milli park və qoruqlar mayın 31-dən...
Cəmiyyət
Azərbaycanda bir sutkada 118 nəfər koronavirusa yoluxub, 87 nəfər sağalıb. Azərbaycan 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasın...
Ekologiya
Hava şəraiti kəskin dəyişəcək, teperator aşağı enəcək. ETSN-dan BakuCity.az-a verilən məlumata görə, mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. BakuCity.az
Cəmiyyət
"Qaraçılar məhəlləsi”ndə sakinlər karantin rejiminin tətbiqini pozmağa cəhd edib. Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Həmçinin oxu: DİN: Yevlaxda qaraçılar polisi yaraladı E.Zahidov bildi...
Cəmiyyət
Bayram və qeyri-iş günlərində küçəyə çıxışa qadağan olunub? TƏBİB yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram və qeyri-iş günlərində küçəyə çıxışa qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. BakuCity.az  xəbər verir ki, Vasif Əliyev Azərbaycanın bu məsələdə Türkiyənin təcrübəsini mənimsəyəcəyini istisna etməyib: "Buna səbəb insanların bir yerdə çox sayda toplaşmasıdır. Türkiyədəki infeksiyaların sayını azaltmaq...
Hakimiyyət
Kəmaləddin Heydərov düşdüyü qəza ilə bağlı açıqlama verib. Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən baş verən qəzadan danışıb. BakuCity.az xəbər verir ki, nazir öz açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib. Həmçinin oxu: Kəmaləddin Heydərov Bakıda belə qəza keçirdi - VİDEO “Yayılan görüntülərdə hər şeyi gördünüz. Baş verən qəzada xəsarət alan olmayıb. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”, – deyə K. Heydərov...
Cəmiyyət
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin”. BakuCity.az
Hakimiyyət
Azərbaycanda rəis və üç vəzifəli şəxs işdən çıxarılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət SosialMüdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb. BakuCity.az xəbər verir ki, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil TalıblıAPA-ya faktı təsdiqləyib. (apa) BakuCity.az
Cəmiyyət
Çin təcili tibbi yardım mütəxəssisi virusun simtomlarının dəyişdiyini deyib. Çinin aparıcı təcili tibbi yardım mütəxəssislərindən biri Qui Haibo Corona virusunun ölkənin şimal-şərqində baş verən yeni hadisələrdə əvvəlkilərlə müqayisədə fərqli bir yol tutduğunu və bu virusun simptomlarının yayıldıqca dəyişdiyini göstərir. BakuCity.az xəbər verir ki, Çinin şimal-şərqindəki Jilin və Heilongjang bölgələrində, yeni yoluxmaların baş verməsi, ikinci dalğasının ya...
Ekologiya
22 maya gözlənilən hava şəraiti. Bakıda və Abşeron yarımadasında mayın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm...
Hakimiyyət
Prezident İlham Əliyev iki yeni icra başçısı təyin edib. BakuCity.az xəbər verir ki, dövlət başçısı Seymur Vaqif oğlu Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Elçin Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. (qaynarinfo) Ba...
Kriminal
Bakıda 21 yaşlı qadının intihara cəhdinin qarşısı alınıb. BakuCity.az xəbər verir ki, onunla aprılan profilaktik söhbətlər zamanı yaxınlıqda olan polis əməkdaşı qadını xilas edib. (ölkə.az) BakuCity.az
Cəmiyyət
"Qaraçılar məhəllə”sində baş verən insidentlə bağlı DİN açıqlama yayıb. Daxili İşlər Nazirliyi Yevlax rayonunun "Qaraçılar məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib. BakuCity.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Həmçinin oxu: Koronavirusun tüğyan...
Cəmiyyət
Yevlaxda bir küçədə 53 nəfər koronavirusa yoluxub. Yevlax rayonunun "Qaraçılar məhəlləsi” adlanan ərazisində 53 nəfərin koronavirusa yoluxması və bu səbəbdən adıçəkilən məhəlləyə giriş-çıxışın bağlanması böyük rezonans doğurub. Medianın yazdığına görə, görülən təhlükəsizlik tədbirləri yerli qaraçıların etirazına səbəb olub, onların polis əməkdaşları ilə qarşıdurmaya getmələri haqda da məlumatlar dolaşır. BakuCity.az xəbər verir ki, Sfera.az Yevlax rayonunu...
Cəmiyyət
Azərbaycanda yenidən sərt karantin qaydaları tətbiq edilə bilər. “Bu gün COVİD-19 virusuna yoluxan insanların sayı 5 milyonu keçib. Bu virus nəticəsində dünyasını dəyişənlərin sayı isə yarım milyon civarındadır. Bütün bu faktlar onu göstərir ki, COVİD-19 virusu bütün dünya üçün ciddi  təhlükədir. BakuCity.az xəbər verir ki, bu sözləri millət vəkili Ramil Həsənov xüsusi karantin rejimi haqda danışarkən deyib: R.Həsənov bildirib ki, karantinlə bağlı yumşaldı...
Cəmiyyət
Naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb. Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb. BakuCity.az xəbər verir ki, K.Heydərova məxsus avtomobil işıqforun qırmızı işığında keçib və “Maserati”yə çırpılıb. Həmçinin oxu: Kəmaləddin Heydərov qəzaya düşdü: avtomobil yandı Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin...
Cəmiyyət
Baş infeksionist əhaliyə növbəti dəfə xəbərdarlıq edib. "Koronavirusun ağır forması xəstəxana şəraitində müalicə tələb edir. Amma insanların xəstəliyi yüngül keçirdikləri üçün evdə qalmaları düzgün deyil. Bu, epidemioloji nöqteyi-nəzərdən təhlükəlidir. Xəstəliyin başqasına keçmə ehtimalını azaltmaq, yayılmasının qarşısını almaq, evdə izolyasiya etmək çox çətindir". BakuCity.az xəbər verir ki, bunu baş infeksionist Cəlal İsayev deyib. C.İsayev bildirib ki,...
Cəmiyyət
Vergi orqanlarının vəzifəli şəxslərinə müavinət ödəniləcək. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək. BakuCity.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edib. Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illər...
Hadisələr
Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb. Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb. BakuCity.az  xəbər verir ki, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub. Avtoqaəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar....
Cəmiyyət
Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 55 nəfər sağalıb. Azərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCty.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin korona...
Cəmiyyət
Koronavirusa görə işçiləri işdən çıxaranlar cəzalandırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır.  Bununla bağlı Xidmət altsistem vasitəsi...
Cəmiyyət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?