usd:
1,70 ₼
eur:
2,02 ₼
Filters
Filters
Siyasət
İspaniyanın “La Vanguardia” qəzeti Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən yazır. İspaniyanın qocaman nəşrlərindən biri olan “Lа Vanguardia” qəzetində “Erməni ordusu ilə baş verən insidentdə Azərbaycanın iki əsgəri öldürülüb” sərlövhəli məqalə dərc edilib. BakuCity.az xəbər verir ki, məqalədə erməni ordusunun artilleriyadan istifadə etməklə Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədindəki mövqeləri tutmağa cəhd g...
Cəmiyyət
Moskvadan növbəti çarter reysi yerinə yetirilib. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan növbəti çarter reysi yerinə yetirib. BakuCity.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib. Rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada e...
Siyasət
"İrəvanı Bakının əlindən alan olmayacaq". 12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır. BakuCity.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. D.  Korkodinovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər - işğal olunmuş Azərbaycan tor...
Hadisələr
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam, Sabunçu rayonunda qeydə alınıb. Avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova  Rüqəyya Bayandur qızını vurub.  Azyaşlılar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti ağırdır. (report) BakuCity.az
Hadisələr
Bakıda sex yanıb, bir nəfər xəsarət alıb. Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Belə ki, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb. Onlardan 5 285 pasiyent dünyasını dəyişib. Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb. Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alı...
Ekologiya
Bakıda 13 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  29-34, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nis...
Kriminal
Polis Bakı küçələrindəki nəzarəti gücləndirib. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, diqqətə çatdırılır ki, tənə...
Cəmiyyət
SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Əvvəlki aylarda koronavirusa yoluxma hallarının həftəlik artımı azalmışdı, ancaq son günlər yenidən artım qeydə alınıb.  ÜST rəhbəri iyulun 10-da sutka ərzində rekord sayda yoluxma halı (228 mindən çox) oluğunu bildirib. Qebreyesusun sözlərinə...
Cəmiyyət
Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. BakuCity.az xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. P...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?