usd:
1,70 ₼
eur:
2,01 ₼
Bu gün
+20... 22 °С
Buludlu, yağmursuz
Sabah
+19... 21 °С
Buludsuz, yağmursuz
Bu gün
+20... 22 °С
Buludlu, yağmursuz
Sabah
+19... 21 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Biznes
Bakını dünyaya tanıdan qəsəbə turizm cənnətinə çevrilir. Nefti ilə Azərbaycanı dünyaya tanıdan, yaxın zamanlara qədər isə baxımsız vəziyyətdə olan Balaxanıdan yolunuz düşsə, bəlkə də, gözlərinizə inanmayacaqsınız.  BakuCity.az xəbər verir ki, qəsəbə küçələrində həyata keçirilən təmir işlərindən sonra Səfəvilər, Sabir və Dirçəliş küçələri dünyanın məşhur turizm ərazilərinə bənzədilib.  Balaxanının yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məka...
Biznes
Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlanılıb. “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.  Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək. Bakı-London...
Cəmiyyət
Azərbaycan üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. BakuCity.az  xəbər verir ki, bu barədə statistika TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son məlumatda əksini tapıb. Belə ki, Bakı ilə yanaşı, koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronun, 8,4%-i isə Gəncə-Qazax bölgəsinin payına düşür. Eyni zamanda, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasında, 5,8 faizi Lənkəran rayonunda, 1,6 fai...
Cəmiyyət
Azərbaycanda daha 537 nəfər yoluxub, 7 nəfər ölüb. Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az-a xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfə...
İdman
"Rıbkanın gedişinə qarşı deyilik". "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın ukraynalı qapıçısı Aleksandr Rıbkanın ölkəsinin mətbuatına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. BakuCity.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Report"a açıqlamasında 33 yaşlı qolkiperin ölkəsinə gedişinə qarşı olmadıqlarını bildirib. Hacıyevin sözlərinə görə, təcrübəli oyunçunun 1 illik müqaviləsi qaldığından Azərbaycana qayıdışında problem olmayac...
Cəmiyyət
Koronavirusun demək olar ki, hər şeyi unutdurduğu və ya fona keçirdiyi bir dövrdəyik. Amma  unutmalı olmadığımız  bir yer var – CƏBHƏ  XƏTTİ. Azərbaycanın Ermənistanla cəbhə xəttindən danışırıq. Çoxunun bu sərhəddin hansı uzunluqda olmasından  xəbəri yoxdur. Googleyə baxmayın, özüm deyirəm - 246 kilometr. Bu, kəmiyyət ölçüsüdür.   Bəs, tale xətti cəbhə xətti ilə kəsişən şəxslərin yaşadıqlarının keyfiyyət parametrlərini  necə ölçək? Məsələn, ümidlərin, Vətə...
Cəmiyyət
Bakı səmasında naməlum obyekt əhalini təşvişə salıb. BakuCity.az xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində görüntülənən naməlum obyekt böyük marağa səbəb olub. Naməlum obyekti yaxınlıqda yaşayan şəhər sakini kamera ilə videogörüntüyə alıb. Kadrlarda nəməlum obyektin hərəkət etdiyi aydın görünür.o Amma obyekt uzaqda göründüyü üçün şəhər sakinlərinin təşvişinə səbəb olub. (ölkə.az) BakuCity.az
Ekologiya
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin qoxu yayılıb. “İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub”. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib. Vasif Əliyev qeyd edib ki,...
İdman
“Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək”. "Son aylar dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezi...
Ekologiya
Bakıda 8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz 35-39, Bakıda  gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.  Abşeron...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?