usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+10... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludsuz, yağmursuz
Bu gün
+10... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb Bu barədə Bakucity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.A...
Cəmiyyət
Açılış mərasiminə İlham Əliyev və Mehriban Əliyeva da qatılıblar Oktyabrın 1-də Bakının Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yeni park istifadəyə verilib. Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar. Bakucity.az
Cəmiyyət
Atatürk prospektində yerləşən park əsaslı yenidənqurmadan sonra istifadəyə verilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Bakucity.az-ın xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Bakucity.az
Cəmiyyət
“TurStat” turizm portalı payız fəslində istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib. Bakucity.az xəbər verir ki, siyahıda Azərbaycanın paytaxtı Bakı şəhəri beşinci olub. Reytinqə Minsk və Nur-Sultan başçılıq edir.  Portal qeyd edir ki, rusiyalı turistlər Bakıya əsasən alış-verişə gəlirlər, bundan əlavə onların payızda Azərbaycana səfər etməsinə səbəblərdən biri də oktyabrın sonlarında Göyçayda keçiriləcək Nar bayramıdır....
Cəmiyyət
Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az-ın xəbərinə görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Bu gün səhər saat 10:00-dan paytaxtın iki rayonda qaz təchizatı dayandırılıb Bu barədə Bakucity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Bundan əlavə, Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev...
Mədəniyyət
Tanınmış müğənni, daha çox DiHaj səhnə adı altında fəaliyyət göstərən Diana Hacıyeva Bakucity.az-ın qonağı olub. İfaçı saytımıza müsahibəsində Bakıda sevdiyi yerlərdən və yeni layihələrindən danışıb. - 2017-ci ildə “Avroviziya” musiqi yarışmasında Azərbaycanı uğurla təmsil etdiniz, sonra YouTube-da müxtəlif ölkələrin bloggerləri səsinizdən və mahnılarınızdan heyrətləndilər. Müsabiqədən sonra Avropada çıxış etmək üçün təklif aldızmı? - Bu müsabiqənin xətti...
Cəmiyyət
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 6 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib. Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, 2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib. Uşaq şəkərli diabet xəstəsi imiş. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Cəmiyyət
Bu gün doqquz illik fasilədən sonra şəhərlərarası istiqamətdə ilk gecə reysi üzrə avtobuslar yola düşəcək. Bakucity.az-ın xəbərinə görə, Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.  İlk reys axşam saat 10.00-da xəttə çıxacaq. Ümumiyyətlə isə ge...
Cəmiyyət
Paytaxtın Binəqədi rayonunda Novxanı çimərliyi yaxınlığında ölüm hadisəsi qeydə alınıb. Bakucity.az-ın xəbərinə görə, bu barədə Oxu.Az məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yaşlı Abdullazadə Əminə Faiq qızı avtomobildən dəniz qırağına düşmək istəyərkən qəfildən halı pisləşib. Sürücüsü ona yardım etmək istəyən zaman Ə.Abdullazadə keçinib. Məlum olub ki, Ə.Abdullzadə epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır. B...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?