usd:
1,70 ₼
eur:
2,01 ₼
Filters
Filters
Cəmiyyət
Tanınmış müğənni Samir Piriyevin ailəsinin yaşadığı evə basqın edilib. BakuCity.az xəbər verir ki, hadisə iyunun 8-də, saat 12 radələrində baş verib. Belə ki, 27 yaşlı Aynur adlı qadın müğənninin evinə gəlib. Aynur Samir Piriyevin həyat yoldaşı Anara Piriyevaya hücum edib. (redaktor.az) BakuCity.az
Cəmiyyət
Bakının üç ərazisində koronavirusa yoluxma halları çoxalıb. Ümumi yoluxanların 56 faizinin cəmləşdiyi Bakının özündə xəstələrin sayına görə ilk üçlükdə yenə də Binəqədi, Xətai və Yasamal rayonlarıdır.  BakuCity.az xəbər verir ki, paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12  faizi Yasamalda qeydə alınıb. Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ...
Cəmiyyət
907-ci düzəlişin ləğvi üçün petisiya reallaşır. İyulun 20-sindən etibarən petitions.whitehouse.gov satrında 907-ci düəzlişin ləğviylə bağlı səsvermə başlayıb.  BakuCity.az xəbər verir ki, 19 Avqust 2020-ci ilə qədər vasitəsilə 69 246 imza toplanmalıdır. Bu imza sahiblərindən biri olmaqla Azərbaycanın haqq səsinin dünyaya çaymasına, ikili standartalara son qoyulmasına dəstək ola bilərsiniz! Qeyd edək ki, məqsəd 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olu...
Cəmiyyət
Bu gün Azərbaycan jurnalistləri peşə bayramlarını qeyd edirlər.  Bundan 145 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. BakuCity.az xatırladır ki, “Əkinçi” Azərbaycan dilində milli demokratik və xalq mətbuatının təməlidir. Cəmi 56 nömrəsi dərc olunan qəzet millətin aynası, Azərbaycan mətbuatının bayra...
Cəmiyyət
Bakıda sərt karantin rejimi tətbiq olunsa da, insanların çimərliklərə getməsinə icazə verilir. BakuCity.az xəbər verir ki, SMS icazə yazaraq dənizdə sərinlənməyə gedənlər var. Onlar çimərlikdə polis əməkdaşına icazə aldığını göstərir və dənizə daxil olur. Məlumata görə, belə vətəndaşlar az deyil və onlar 3 saatlıq icazə alaraq çimərliyə üz tuturlar. Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağı bildirilmişdi. Bununla əlaqəd...
Cəmiyyət
Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib: "Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb". Sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.  İndiyədək ölkədə ümumilikdə 28242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər və...
Siyasət
Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən gərginliyi müzakirə edib. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. “Cənubi Qafqazda təhlükəsizliyin təminatı, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin stabilləşməsi məsələləri,...
Siyasət
ABŞ Konqresində Azərbaycanla bağlı tarixi qərar verilib. ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb. BakuCity.az xəbər verir ki, bu proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər. Qeyd edilən düzəlişlərin m...
Siyasət
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. Onun sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənist...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?