usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+14... 17 °С
Buludsuz, yağmursuz
Sabah
+13... 16 °С
Buludsuz, yağmursuz
Bu gün
+14... 17 °С
Buludsuz, yağmursuz
Sabah
+13... 16 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Bu şirkətlər ölkə qanunvericiliyinə uyğun xidmət göstərir. Bakucity.az bu dəfə paytaxtda fəaliyyət göstərən təhlükəsizlik xidməti şirkətləri və onların qiymətləri barədə araşdırıb.  Əlaqə saxladığımız 3 şirkət barədə məlumatları oxuculara təqdim edir. “Qartal”  Mühafizə müəssisəsindən saytımıza verilən məlumata görə, şirkət  Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” ölkə başçısının qanununa əsa...
Kriminal
Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi qeydə alınıb. Bakucity.az-ın xəbərinə görə, Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən 12500 ABŞ dolları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov saxlanılıb.  O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Məlum olub ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni av...
Cəmiyyət
Xarici dilləri öyrənməyin əsas nüansları. Müasir dövrdə xarici dillərin öyrənilməsi zəruridir. Hazırda bu sahə müxtəlif təkliflərlə zəngindir. Şəhərdə çox sayda xarici dillərin öyrənilməsini təklif edən kurs və dil mərkəzləri var. Bugünkü materialda Bakucity.az xarici dil öyrənməyin düzgün yanaşma tərzini, eləcə də paytaxtımızda dil kurslarının qiymətini araşdırıb. Düzgün seçim “GLOBUS” Təhsil Mərkəzinin müəllimi, tərcüməçi Nina Trifonova hesab edir ki, di...
Biznes
Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində müxtəlif növ məhsulların qiymətləri araşdırılıb. Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində müxtəlif növ məhsulların qiymətləri araşdırılıb. Bakucity.az xəbər verir ki, araşdırma zamanı “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı 42 eyni adda mal üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb. Müəyyən olunub ki, yalnız dörd adda məhsul üzrə qiymə...
Hadisələr
Hadisə “28 may” metrostansiyası yaxınlığında baş verib. Bu gün müğənni Mətanət Əsədovanın qəzaya düşməsi ilə bağlı xəbər yayılıb. Bakucity.az xəbər verir ki, qəza törədən Mətanət Əsədova yox, Xalq artisti Məleykə Əsədova imiş. Məleykə Əsədovanın sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib. “Maşınımı möhkəm vurublar. Allah məni qorudu. Avtomobilimə ziyan dəyib”, - deyə o bildirib. Qeyd edək ki, Mətanət Əsədovanın qəzaya düşməsi ilə bağlı xəbəri Avto...
Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron p...
Cəmiyyət
Sentyabrın 5-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normada daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Də...
Hadisələr
Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, hadisə kənar dairəvi yolda (“Maşın bazarı”nın yanı) baş verib. “Ford” markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəzaya səbəb isə yolda olan çala olur. Qəza nəticəsində sürücü yüngül bədən xəsarəti alıb. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Ötən gün, sentyabrın 3-də, Bakıda qadın doğuş zamanı ölüb. Bakucity.az xəbər verir ki, hadisə səhər saatlarında Nizami rayonunda yerləşən 7 saylı doğum evində qeydə alınıb.  Hüquq-mühafizə orqanları hazırda 26 yaşlı ananın ölümü ilə bağlı araşdırma aparırlar. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. (oxu.az) Bakucity.az
Hadisələr
Ata oğlundan polisə şikayət edib. Paytaxtın Xəzər rayonunda oğul atasının avtomobilini qaçırıb. Bakucity.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan 50 yaşlı Nazim Əzizov Xəzər Rayon Polis İdarəsinə şikayət edərək 24 yaşlı oğlu Orxan Əzizovun ona məxsus “VAZ 2107” markalı avtomobili qaçırdığını bildirib. O.Əzizov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağl araşdırmalar davam etdirilir. Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?