usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+25... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludlu, yağmursuz
Bu gün
+25... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Paytaxtda 42 yaşlı qadın intihar edib, yoxsa dəm qazından boğulub? Bakucity.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Sevinc Orucova evində dəm qazından boğulub. Bu barədə sosial şəbəkələrdə onun dostları məlumat verib.  APA informasiya agentliyi isə paytaxtın Səbail rayonunda yaşayan sözügedən qadının intihar etdiyi haqda xəbər yayıb. Xəbərdə qeyd edilib ki, iyunun 5-də axşam saatlarında Səid Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Orucova Sevinc...
Müsahibə
Rus Dram Teatrında tamaşaçıları hansı yenilik gözləyir? İyunun 8-də  Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrınında ikiqat premyera olacaq. Birincisi, teatr həvəskarları fransız dramaturqu Patrik Bessonun “Heyvanarın dialoqu” və “Taksiçi” adlı  pyesləri əsasında hazırlanan “Tənhalıq komediyası” adlı yeni tamaşaya baxa biləcəklər. İkincisi, tamaşaçılar aktyor Fuad Osmanovu yeni ampulada, rejissor kimi görəcəklər. Bakucity.az qarşıdakı teatr bayra...
Hadisələr
Sabunçu rayonunda 52 yaşlı kişini laqunda kəsib.  Bakucity.az xəbər verir ki, Pirşağı qəsəbə sakini 1967-ci il təvəllüdlü Hüseynov Elşən Abdı oğlu həyətdə iş gördüyü zaman əlindəki laqunda ilə üzünü kəsib.  Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona üzün kəsilmiş-deşilmiş yarası diaqonozu qoyulub. E.Hüseynova ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Hadisələr
Davaya sərnişinin avtobusa uşaq arabası daxil olması səbəb olub. Bakucity.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən 18 nömrəli avtobusda baş verib.  Belə ki, avtobusa orta qapıdan uşaq arabası ilə daxil olan sərnişindən sürücü avtobusu tərk etməyi tələb edib. Sərnişin isə ön qapıdan uşaq arabası ilə daxil olmağın mümkün olmadığını, buna görə orta qapıdan daxil olduğunu deyib. "Ön qapıdan mümkün deyil, d...
Mədəniyyət
Festival “Qaraj” Muzeyi və MDB ölkələrinin əsas mədəniyyət müəssisələri ilə birgə keçirilir. Bakucity.az xəbər verir ki, bu il festival çərçivəsində müasir incəsənətlə bağlılığı olan müxtəlif strategiyalar və onunla əlaqədar estetik tətbiqlər haqqında 7 film nümayiş olunacaq. Festivalın tərəfdaşları YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzidir. Nümayişlər həmin məkanlarda keçiriləcək. YARAT-da bütün nümayişlər ödənişsizdir və yalnız telefon vasi...
Mədəniyyət
Timati festivalda solo proqramını reallaşdıracaq. Bakucity.az xəbər verir ki, "Jara" beynəlxalq festivalının rəsmi “Instagram” səhifəsində yenilənmiş musiqi proqramı təqdim olunub. Qeyd edək ki, bu siyahı böyüməyə davam edəcək, yəni, illik musiqi festivalının pərəstişkarlarını daha çox sürprizlər gözləyir. Xatırladaq ki, "Jara" festivalı Azərbaycanın paytaxtında artıq dördüncü dəfə - iyulun 25-də başlayacaq və iyulun 28-dək davam edəcəkdir. Festivalın info...
Cəmiyyət
Bu il metro stansiyalarında 7 ventilyator quraşdırılacaq. Bakucity.az xəbər verir ki, hazırda metronun "Memar Əcəmi" və " Qara Qarayev" stansiyalarında hər birində bir ədəd 75 kVt-luq ventilyatorlar quraşdırılıb. "Bakı Metropoliteni" QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev məsələ ilə bağlı bunları deyib: "Hazırda xüsusi sifariş əsasında Rusiyanın "Ventprom" maşınqayırma zavodunun məhsulu olan 7 ventilyator Bakıya gətirilib. Ventilyatorla...
Cəmiyyət
Bayram günü paytaxt yollarında təhlükəsizlik necə təmin olunacaq? “Bayram günlərində paytaxt yollarında avtomobillərin hərəkəti ilə bağlı hələlik heç bir məhdudiyyət nəzərdə tutulmayıb, xüsusi göstəriş yoxdur. Amma hər zaman olduğu kimi yollarda bütün təhlükəsilik tədbirləri görüləcək”.  Bunları Bakucity.az-a açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.  Onun sözlərinə görə, paytaxtda bütün istiqamətlər üzrə rahat...
Mədəniyyət
Konsertlərə bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir. Bakucity.az xəbər verir ki, iyunun 8-də Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçiriləcək. Festivalda azərbaycanlı rəqqaslar, mügənnilər, artistlər çıxıç edəcəklər. Bundan əlavə, bulvarda Azərbaycan Rəqs Assosiasiyasının peşəkar müəllimləri tərəfind...
Biznes
Bir çox akvaparklar mövsümü açıq elan edib. Yay aylarında hər kəs çimərliklərdə və akvaparklarında mümkün qədər çox vaxt keçirmək istəyir.  Bakucity.az paytaxtın ən məşhur akvaparklarındakı qiymətvə göstərilən xidmətləri araşdırıb.  “Pullman Baku” otelinin əməkdaşı Zülfüqar Cabbarov qeyd edib ki, onlarda akvaparla yanaşı, uşaqlar üçün 50 sm dərinliyinə hovuz var. Hovuzda açıq, düz, spiral və bağlanmış dirəvi slayd var. Qonaqlara milli və Avropa mətbəxindən...
Mədəniyyət
Qaliblərə pul mükafatı veriləcək. Bakucity.az xəbər verir ki, 9 iyunda Bakı Olimpiya Stadionunda “Caspian Flava Crew”in təşkilatçılığı ilə “Break dance & Hip-Hop” rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçiriləcək.  Yarışma 2017-ci ildən adı çəkilən rəqslərinin inkişafı üçün təşkil olunmuş çempionatdır. Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyətində Moskova şəhərindən “Break Dance” üzrə bir çox dünya yarışlarının qalibi və həm...
Hadisələr
Təhlükəsiz şəhər kamerasına dəhşətli görüntülər düşüb. Bakucity.az  xəbər verir ki, Bakıda məktəblərdən birinin qarşısında “VAZ 21 07” markalı, üzərində “taksi” nişanı olan avtomobil məktəbliləri vurub.  Şagirdlər yolu keçmək istəyirlər. Bu zaman asta sürətlə “Mercedes” markalı avtomobil onların qarşısından keçir. Şagirdlər bir anlıq dayanıb “Mercedes”in keçməsini gözləyirlər. “VAZ 21 07” markalı avtomobil anidən hərəkət edir və şagirdlərə çırpılaraq onlar...
Hadisələr
Metronun “Nizami” stansiyasının yaxınlığında binada yanğın baş verib.  Bakucity.az xəbər verir ki, yanğın Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın səkkizinci mərtəbəsində başlayan yanğının söndürülüb. (Oxu.az) Bakucity.az
Cəmiyyət
Bakı Şəhər Təhsil İdarəsi statistik göstəriciləri açıqlayıb.  Bakucity.az xəbər verir ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. Paytaxtda 45 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 399 nəfər bitirəcək. Cari tədr...
Mədəniyyət
Əfsanəvi "Karvan" qrupunun üzvü “Jara”nı cuşa gətirəcək. Bakucity.az xəbər verir ki, iyulun 26-da Bakı Beynəlxalq Musiqi Festivalı "Jara-2019" da Azərbaycan pop musiqisinin məşhur ifaçısı İlqar Xəyal çıxış edəcək. Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində məlumat verilib. “Əfsanəvi "Karvan" qrupunun üzvü olan İlqar Xəyal məşhur qrupun dağılmasından sonra səhnədən uzaqlaşmadı.  O, estradada ən parlaq ifaçılardan biridir. Həyatda isə illər öncəsi ol...
Hadisələr
Bakının Xətai rayonu Zığ şosesində yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, şəhərdən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Renault Megane” markalı avtomobil yol kənarındakı dəmir maneəyə çırpılıb. Hadisə nəticəsində dəmir maneə avtomobilin ön şüşəsindən salona girib, arxa şüşədən çıxıb. “Renault”a ciddi ziyan dəyib. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir. Onun avtomobildə tək olduğu, ciddi xəsarət almadığı bildirilir. (T...
Mədəniyyət
“Miss & Mister Azerbaijan” 2019 başa çatıb. Bakucity.az xəbər verir ki, mayın 31-də OPERA Studiyasında “Miss & Mister Azerbaijan” 2019 Milli Gözəllik Müsabiqəsinin final gecəsi keçirilib.  Gecənin aparıcısı Şirməmməd Hüseynov olub. Finalın açılışına yarışma iştirakçılarının və layihənin oğlanlar üzrə xoeroqrafı Hidayət Xəlilovun hazırladığı xüsusi rəqs proqramı ilə start verilib. Yarışmanın münsiflər heyətində müsabiqənin təsisçisi və təşkilatçısı Anelya O...
Hadisələr
Binəqədi rayonunda 82 yaşlı qadın evdə köməksiz vəziyyətdə qalıb. Bakucity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlumata görə, mənzilin giriş qapısı açılıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Qriqelis Nina Arqunovnanın meyitini aidiyyəti üzrə təhvil verilib. Bakucity.az
Cəmiyyət
Baku-Sabunçu dəmiryolu bu gündən xidmətə açılıb. Bakucity.az xəbər verir ki, yeni xəttlə qatar Sabunçuya qədər olan məsafəni cəmi 15 dəqiqəyə qət edəcək. Bakı-Sabunçu qatarı gündə 12 dəfə hərəkət edəcək. Bu istiqamətdə qatarlar təkcə şənbə, bazar və bayram günləri işləməyəcək. Baku-Sabunçu sərnişin qatarı xəttində İsveçrənin Ştadler qatarları hərəkət edəcək. Qatar ən müasir oturacaqlarla, eləcə də kondisioner sistemi ilə tam təchiz olunub. Bu istiqamətdə e...
Biznes
Hərraca ümumilikdə ölkə üzrə 85 əmlak çıxarılıb. Bakucity.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı iyulun 2-də keçiriləcək. Özəlləşməyə çıxarılan Abşerondakı 30 saylı mağazanın ümumi faydalı sahəsi 184,6 kv.m, torpaq sahəsi isə 231 kv.m təşkil edir. Obyekt investorlar üçün əlverişlidir və torpaq sahəsi ilə birgə özəlləşdirilir.  Özəlləşməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən də 5-i paytaxtda yerləşir.   Qeyd edək k...
Hadisələr
Bakıda dəhşətli qəza baş verib. Bakucity.az xəbər verir ki, Yasamal rayonunda mikroavtobus dərəyə yuvarlanıb. Ölən və xəsarət alanların olması barədə məlumat yoxdur. (Primetime.az) Bakucity.az
Hadisələr
Paytaxtda kişi həyat yoldaşını güllələyib. Bakucity.az xəbər verir ki, hadisə iyunun 1-i axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb. 61 yaşlı Novruzov Zahid Balabəy oğlu ov tüfəngi ilə 55 yaşlı həyat yoldaşı Novruzova Təranə Yəhya qızının baş nahiyəsindən atəş açaraq öldürüb. Daha sonra kişi özünə atəş açaraq, intihar etmək istəyib. Ancaq Z.Novruzov sağ qalıb və hazırda xəstəxanadadır.  İlkin ehtimallara görə, kişi qadını qısqanclıq zəminində qətlə...
Biznes
Paytaxtda 1 otaqlı ən bahalı və ucuz ev neçəyədir? Bakıda daşınmaz əmlak bazarında canlanma müşahidə edilir. Bakucity.az paytaxtda ən bahalı və ən ucuz 1 oataqlı mənzillərin qiymətini araşdırıb.  Ən bahalı 1 otaqlı mənzil Nərimanov rayonunda “Avesta”nin arxasında 9 mərtəbəli “Leninqrad” layihəli köhnə binanın 7-ci mərtəbəsində, orta blokda yerləşən 1 otaqlı (44 m²) təmirsiz bina 67 000 manata satılır. Mənzildə qaz, su və işıq daimidir. Mənzilin çıxarış sən...
Mədəniyyət
Kinoteatrda yayın ilk filmi, Elton Conun həyat hekayəsi nümayiş olunub. Bakucity.az xəbər verir ki,  iyunun 3-də “Amburan Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında yay mövsümünün möhtəşəm açılışı keçirilib. Açılışın ilk günü premyerasından 6 gün öncə təqdim olunmuş, dünya şöhrətli ulduz Elton Conun həyatından bəhs edən “Roketmen” bioqrafik "myuzikl-film"in nümayişi gerçəkləşib. Qonaqlar kinoteatrda quraşdırılmış səsyazma studiyası formasında...
Cəmiyyət
Yarmarkalar paytaxtın iki rayonunda təşkil olunacaq. Bakucity.az xəbər verir ki, Ramazan bayramı ilə bağlı təşkil olunacaq yarmarkalar iyunun 4 və 5 tarixlərində baş tutacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məslə ilə bağlı bunları deyib:   “Yarmarkaların təşkil edilməsinə əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsalı olan ərzaq məhsulların...
Cəmiyyət
BBAK sərnişinlərə müraciət etdi. Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu, Ramazan bayramı ilə əlaqədardır.  Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq. Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarət...
Cəmiyyət
Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarılıb. Bakucity.az xəbər verir ki, təhqiredici video yayılandan sonra mayın 31-də müəllim işdən azad olunub. Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını daməlum olub. Hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib. Xatırladaq ki, bağça müəllimi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.  Bakucity.az
Ekologiya
Sabaha paytaxtda gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, Şimal çimərliklərində (Sumqayıt, Nov...
Hadisələr
Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəx saxlanılıb. Bakucity.az xəbər verir ki, Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan  Maştağa qəsəbə sakini Əhməd Quliyev narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasi...
Hadisələr
Şirkət rəhbəri şərti azadlığa buraxılıb. Bakucity.az xəbər verir ki, Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb.  M.Mahmudov azadlığa çıxdıqdan sonra əmlakın üzərinə qoyulan həbsin götürülməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti...
Hadisələr
Paytaxtda 34 yaşlı qadın intihar edib. Bakucity.az xəbər verir ki, hadisə Nizami rayonu, Özbəkistan küçəsində baş verib.  Rübabə Muradova adlı qadın özünü 18 mərtəbəli binanın 11-ci mərtəbədən ataraq intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report) Bakucity.az
Hadisələr
Müştərinin 30 min manatlıq qızılları oğurlanıb. Bakucity.az xəbər verir ki, “Bazarstore”un Masazır qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Mədəniyyət
Muzeylər mədəni irsin saxlanc yeri kimi böyük əhəmiyyət daşıyır. Bakıda ən vacib məkanlardan biri də muzeylərdir. Muzeylərin təhlükəsizliyi, necə qorunması isə hər zaman aktual olub.  Bəs, muzeylərdə yanğın təhlükəsizliyi hansı səviyyədədir? Yanğın baş verərsə, tarixi eksponatlar necə xilas ediləcək? Muzeylərin təhlükəsizliyi üçün hansı işlər görülür? Bakucity.az bu suallara cavab tapmaq üçün maraqlı araşdırma aparıb. Materialı oxuculara təqdim edirik. Azə...
Hadisələr
Paytaxtda narkotik alqı-satqısı ilə məşğul olan dəstə yaxalanıb. Bakucity.az xəbər verir ki,  Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq...
Cəmiyyət
Bu gün paytaxtın iki qəsəbəsində su olmayacaq. Bakucity.az xəbər verir ki, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar iyunun 3-də gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qeyd edək ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.  Bakucity.az
Cəmiyyət
Bakı şəhəri üzrə muzdlu işçilərin sayı açıqlanıb. Bakucity.az xəbər verir ki, bu ilin yanvar-fevral aylarında paytaxtda muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 84 nəfər artaraq 716 min 74 nəfər olub. Əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı da 4,9% artaraq 817,3 manat olub. Bakı şəhərində rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı cədəvəlini təqdim edirik: Bakucity.az
Cəmiyyət
“Arzu etdiyin gələcəyə nail olmaq üçün şüurunu indi idarə et” Bakucity.az xəbər verir ki, YARAT müasir incəsənət məkanı “İnsan: özünü dərk et” proqramı çərçivəsində Bakıda “Yeni özünə doğru 5 addım” adlı giriş mühazirə və praktiki təlimlər təşkil edir. Təlimləri şəxsiyyətin potensialının inkişafı üzrə mütəxəssilər - “IntAlt Life” komandası 12, 14, 15, 16 iyun tarixlərində keçəcək.  “IntAlt Life” komandası Rusiyada İntellekt və Altruizm Mərkəzinin təşkilatç...
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az  xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı avtomobil və “Shacman” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlu ölüb.  Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri onun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə...
Mədəniyyət
Müğənni konsert zamanı ən sevilən hitlərini səsləndirib. Bakucity.az xəbər verir ki, mayın 31-də "Monex Summit Caspian"ın təşkilatçılığı ilə "Elektra Events Hall”-da ruminiyalı məşhur müğənni İnnanın solo konserti keçirilib. Üç minə yaxın tamaşaçısı olan konsertə DJ Kənanın və müğənni Relayanın musiqilərilə start verilib. Bakıdakı fanatlarını məşhur “Hot”, “Yalla”, “Nirvana”, “Ruleta”, “India”, “Sun is up”, “Tu manera” ve s. kimi sevilən hitləri ilə cuşa g...
Hadisələr
Saatlıda üzərinə benzin tökərək yandıran qadın dünyasını dəyişib. Bakucity.az xəbər verir ki, 1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı müalicə üçün Bakı xəstəxanalarından birinə göndərilsə də, onun həyatını xilas etmək olmayıb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
İyun ayının qeyri-iş günləri açıqlanıb. Bakucity.az  xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun - Ramazan  bayramı, 15 İyun - Milli Qurtuluş  günü və 26 İyun -Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək. 15 İyun - Milli Qurtuluş  günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günl...
Hadisələr
Səhər saatlarında paytaxtda motosiklet qəzası baş verib. Bakucity.az xəbər verir ki, Səbail rayonu Neftçilər prospektindəki qəza zamanı iki nəfər xəsarət alıb.  Rza Qasımov motosikletlə prospektlə hərəkətdə olarkən anidən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü və motosikletdəki sərnişin 1998–ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb. Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər...
Hadisələr
Paytaxtda sürücü öz avtomobilində bıçaqlanıb.  Bakucity.az xəbər verir ki, İsmayılov Eldar Əlisa oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.  Məlum olub ki, o, idarə etdiyi "90-TL-007" dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobilində naməlum şəxslər tərəfindən döyülərək bıçaqlanıb. Yaralı dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Ona.az) Bakucity.az
Mədəniyyət
Ulduzlar Bakıya isti səfər edəcəklər. Bakucity.az xəbər verir ki, iyulun 25-dən 28-dək şou-biznesin ən populyar ulduzları möhtəşəm "JARA 2019" Beynəlxalq Musiqi Festivalında çıxış etmək üçün Xəzər dənizinin sahilinə, Bakıya gələcəklər. Mayın 30-da isə, Moskvanın "RoseBar Crocus Sity" mərkəzində festivalın ənənəvi “Pre-Party”si baş tutub.   Artıq dördüncü yaydır ki, "Jara" günəşli günləri və sevimli musiqiləri ilə davam edir. “Pre-Party” ilə  festival iştir...
Cəmiyyət
Bakı 7 axşam qiyabi məktəbi fəaliyyət göstərir Bakucity.az xəbər verir ki, 1 ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq. Bunu  Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib. O, qeyd edib ki, axşam məktəblərinin ləğv edilmə səbəbi icbari təhsilin 9 illik olması ilə bağlıdır: "2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Axşam məktəblərində 18-45 yaş arasında olan şəxsl...
Mədəniyyət
Müsabiqənin qalibləri bəlli olacaq. Bakucity.az xəbər verir ki, "Miss & Mister AZERBAIJAN 2019" Milli gözəllik müsabiqəsinin çoxdan gözlənilən final gecəsi bu gün saat 19:00-da Bakı Musiqi Akademiyasının OPERA Studiyası keçiriləcək. Tədbirin aparıcıları Şirməmməd Hüseynov və Nərminə Hacıyevadır.  Münsiflər heyətində yarışmanın baş təsisçisi və təşkilatçısı Anelya Orduxanova, icraçı direktoru Anil Abbasov və başqa məşhurlar olacaq.  Yarışmada 17 oğlan və 17...
Cəmiyyət
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bakucity.az  xəbər verir ki, bu münasibətilə Dənizkənarı tədbir keçirəcək.  "Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq.  Lakin Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir baş tutacaq. Tədbirin əsas təşkilatçısı Qida Təhlükəsizliyi Agentliyidir. Tədbir saat 12-də Kukla Teatrının arxasındakı meydanda baş tutacaq", - deyə...
Biznes
AZAL sərfəli qiymətlərlə bilet təklif edir. Yayın gəlişi adətən insanlarda səyahət həvəsinin çoxalmasına səbəb olur. Xüsusilə də paytaxda qış aylarında keçən gərgin iş rejimindən sonra... Ən azı bir həftəlik istirahət etmək üçün isə kifayət qədər vəsait lazımdır. Pulunuz az, istəyiniz çoxdursa fikir etməyin və ən ucuz aviareysləri seçin.  Bakucity.az paytaxtdan ABŞ və Avropaya bir həftəlik səyahət etməyi arzulayanlar üçün “Economy Classic” seçimini asanlaş...
Hadisələr
Əmircanda qəsəbəsində naməlum qadın meyiti tapılıb. Bakucity.az  xəbər verir ki, qəsəbədə yerləşən rus-tatar qəbiristanlığında tapılan meyitlədərhal təcili-tibbi yardım xidmətinə və polisə məlumat verilib. Qadının kimliyi və ölüm səbəbi araşdırılır. (Bizimyol.info) Bakucity.az
Ekologiya
Paytaxtda temperatur yüksələcək. Bakucity.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyun ayında paytaxtda havanın orta aylıq temperaturunu açıqlayıb. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.     Aylıq yağıntının miqdarının iqlim norma...
Mədəniyyət
Rəsm duyğuların cilalanmış portreti, mənzərəsidir.  Rəssamların digər sənət adamlarından fərqlənən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları cızırlar.   Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələri var. Dünya incəsənətinə töhfələr  vermiş rəssamlarımızın adları da əsərləri kimi uzunömürlüdür. Bəşər mədəniyyətinə rəssamlıq sənəti ilə misilsiz töhfələrvermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə,Mikayıl...
Hadisələr
Paytaxtın mərkəzində cinayət hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarov adlı şəxs M.Şərifli küçəsindən qaçırılıb. Hadisə mayın 28-da baş verib.  Bu barədə onun anası, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciətində bildirib.  O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirib, daha sonra  naməlum istiqamətdə a...
Ekologiya
Bu gün paytaxt səmasında göyqurşağı görünüb. Bakucity.az xəbər verir ki, səhər saatlarında qeydə alınan maraqlı təbiət hadisəsi təqribən 15 dəqiqə davam edib. Bakucity.az
Hadisələr
Bakı metrosunda intihar hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, "28 May” stansiyasında qatarın gəlişini gözləyən qadın özünü relslərin üzərinə atıb.  İntihar etmək istəyən qadın sağ qalıb. O, xilas edilərək, təcili tibbi yardıma təhvil verilib Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. (Azxeber.com) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında Qaradağ rayonu Sahil qəsəbəsində BMW markalı avtomobil yük maşınına çırpılıb.  Hadisə nəticəsində bir nəfərin öldüyü deyilir. Bakucity.az
Mədəniyyət
“Playboy əməliyyatçı” filminin azərbaycan dilində nümayişi keçirilib. Bakucity.az xəbər verir ki, 30 mayda “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Playboy əməliyyatçı” fransız komediyasının Azərbaycan dilində nümayişi keçirilib. Filmi səsləndiriblər İslam Mehrəliyev, Oksana Rəsulova, Allahverdi Yolçiyev, Emin Nəsirli, Erkin Ergin, Vüsal Həci-Qədir, Vüqar Hüseynov...
Cəmiyyət
Tibb işçiləri də ötən gün gücləndirilmiş rejimdə çalışıblar.  Bakucity.az  xəbər verir ki, Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub. Müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır.  Müraciətlər nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi əcnəbi, biri azərbaycanlıdır. (Oxu.az) Qeyd edək ki, bu barədə Səhiyyə Nazirliyindən bildiriblər. Bakucity.az
Cəmiyyət
Birliyin nümayəndəliyini Bakıda açmaq mümkündürmü? Bakucity.az  xəbər verir ki, mayın 29-da “SeaBreeze Residences & Hotel”-də dünyanın hər yerində qeyd olunan (26 iyunda)“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar mətbuat konfransı keçirilib. Bakıda keçirilən görüşün təşəbbüskarı Xalq artist Emin Ağalarov olub. Konfransda Rusiya Milli Anti-narkotik Birliyinin (MAB) sədri Nikita Luşnikov, qarışıq döyü...
Hadisələr
Binəqədi rayonunda yanğın baş verib. Bakucity.az xəbər verir ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında qeydə alınan yanğın söndürülüb.  Hadisə yerinə Fövqəladı Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb edilib. İlkin məlumata görə, yanğın köhnə təkərlər, məişət tullantıları və quru ot olan ərazidə qeydə alınıb.  Bakucity.az
İdman
“Beşiktaş”ın futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. Bakucity.az xəbər verir ki, 35 yaşlı portuqaliyalı futbolçu sabah Gənclər və İdman naziri Azad Rəhimovla görüşəcək. Qeyd edək ki, Rikardu Kuarejma “Sportinq”lə bir, “Portu” ilə üç dəfə Portuqaliya çempionu olub. Onun “İnter”lə bir dəfə İtaliya, “Beşiktaş”la iki dəfə Türkiyə çempionluğu da var. O, 2010-cu ildə “İnter”lə UEFA Çempionlar Liqasının da qalibi olub. (Oxu.az) Bakucity.az
Hadisələr
“Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.  Bakucity.az xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasındakı avadanlıqlarda nasazlıq yaranıb.  Orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar: “Mayın 29-u səhər saatlarında su prosessorlarına t...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 26-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. Q...
İdman
“Çelsi” azarkeşləri qələbəni böyük coşqu ilə qeyd ediblər. Bakucity.az xəbər verir ki, ötən gün Bakıda keçirilən UEFA Avropa Liqasnın final oyununda “Arsenal”a 4:1 hesabı ilə qallib gələn “Çelsi”nin azarkeşləri səhərə qədər qələbəni qeyd ediblər.  Onlar mahnı sədaları altında rəqs etməklə, bir-birini qucaqlayıb təbrik ediblər. Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Hadisələr
Bakıda qadını hədələyib pul almaq istəyən şəxs yaxalanıb. Bakucity.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-...
Hadisələr
Ötən gecə Bakıda bədbəxt hadisə baş verib. Bakucity.az xəbər verir ki, Nobel prospekti ilə hərəkət edən "Mercedes E-class" markalı avtomobilinin sürücüsünün ürəyinin dayanıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  Bakucity.az
Cəmiyyət
UEFA Avropa Liqasının finalı ilə bağlı poçt markası buraxılıb.  Bakucity.az xəbər verir ki, “Azərmarka” MMC tərəfindən ədavülə buraxılan poçt vərəqi “UEFA Avropa Liqasının finalı 2019” adlanır.  Orijinal poçt vərəqi 2 növ maraqlı markadan ibarətdir. Poçt vərəqinin ölçüsü 100x132 mm, markanın ölçüsü isə 40x28 mm-dir. Poçt markalı vərəq “Azərmarka”nın rəssamı Nəriman Məmmədzadə tərəfindən hazırlanıb. Layihə Belarus Respublikasının “Bobruisk Integrated Printi...
Cəmiyyət
Üzüyün Osmanlı imperiyasına məxsus olduğunu bildirilib. Bakucity.az  xəbər verir ki, Osmanlı İmperiyasına məxsus olan 1 250 000 AZN-lik qədimi üzüyü Rauf Həsənov adlı şəxs elan saytlarından birində satışa çıxarıb. Elanda verilən məlumata görə, zinət əşyasının sənədləri var.   Daha ətraflı məlumat almaq üçün bu linkə daxil olun: https://tap.az/all/personal-belongings/watches-jewellery/12076042 Bakucity.az
Cəmiyyət
Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransı başlayıb. Bakucity.az xəbər verir ki, Xəzər Neft və Qaz sərgisinin tərkib hissəsi olan konfrans iki gün davam edəcək.  Builki konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb.  SOCAR, BP, “Inpex”, “Petronas”, “SOCAR AQS”, “Dentons”, “Equinor” və digər dünyaca məşhur şirkətlər konfransda iştirak edir.  Tədbir çərçivəsində yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhs...
Hadisələr
Paytaxtda bir nəfər öz evindən oğurluq edib. Bakucity.az xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Seyfulla Rzayev ərazi üzrə 30-cu polis şöbəsinə məlumat verib ki, evdən içində 30 min dollar pul olan seyf oğurlanıb. Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar. Onların kimliyi isə hər kəsi şoka salıb.  Ev sahibinin oğlu Nəriman Rzayev və onun tanışı Atamoğlan Cə...
Hadisələr
Paytaxtda yanğın zamanı bir nəfər ölüb. Bakucity.az xəbər verir ki, hadisə Pirallahı rayonunda baş verib.  Tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Bakucity.az
Mədəniyyət
Məlumat festivalın rəsmi “Instagram” səhifəsində dərc olunub. Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Musiqi Festivalı "Jara 2019"-da ilk dəfə Azərbaycan xalq artisti Brilliant Dadaşova çıxış edəcək. “Onun adı özünə çox yaraşır. Onun səsi də, özü də Azərbaycan səhnəsinin əsl briliyantıdır! O, 90-cı illərdə müvaffəqiyyət qazandı.   İyulun 26-da, yayın ən möhtəşəm hadisəsi olan  "Jara" festivalı çərçivəsində Azərbaycanın xalq artisti Brilliant Dadaşova t...
Hadisələr
Azarkeşə təhlükəsizliklə bağlı xəbərdarlıq edilib.  Bakucity.az xəbər verir ki, bu gün Bakı bulvarında “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın formasını geyinən şəxs saxlanılıb. Polis əməkdaşları Tailand vətəndaşı olan azarkeşlə söhbət aparıblar. Ona şəxsi təhülkəsizliyi ilə bağlı bir sıra məsələlər izah edilib. . Daha sonra o, sərbəst buraxılıb.  Qeyd edək ki, bu barədə idman jurnalisti Zeynəb Əliyeva özünün “Facebook” səhifəsində məlumat...
Cəmiyyət
Paytaxta süvari polislərdən ibarət patrullar gəzir. Bakucity.az xəbər verir ki, Bakıda keçirilən UEFA Avropa Liqasının finalı ilə bağlı təhkim oluna süvarilər şəhərin mərkəzi küçələrində görünüblər. Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” klubları arasında keçiriləcək matç Bakının Olimpiya Stadionunda yerli vaxtla 23:00-da başlayacaq. Azərbaycan DİN bundan əvvəl final matçı ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarının mayın 31-nə kimi güclə...
İdman
"Çelsi"nin ən yüksək maaş alan futbolçuları Bakıdadır. Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda həlledici qarşıdurmada Londonun iki futbol klubu - “Arsenal” və “Çelsi” qarşılaşacaqlar. Bu münasibətlə Bakucity.az "Çelsi” FK-nın ən məşhur və bahalı futbolçuları barədə araşdırma aparıb. Londonun “Çelsi” FK məşhur rus biznesmen Roman Abramoviç tərəfindən 2003-cü ildə satın alınıb. Klubun əmək haqqı fondu 225 milyon...
Hadisələr
Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, yükdaşıma qaydalarını pozan “VAZ 21 07” markalı avtomobilin  üzərindəki standartlara uyğun olmayan yük yeri qopub. Avtomobil yoluna düşün “baqaj” zəncirvari qəzaya səbəb olub.  Bunu da oxu: Bakıda erməni futbolçunun formasını geyinən azarkeş saxlanıldı - FOTO Sözügedən qəznın görüntülərini təqdim edirik: (Avtosfer.az) Bakucity.az
İdman
İclas Bakıda keçirilən Avropa liqasının final ilə əlaqədardır.  Bakucity.az xəbər verir ki, bu gün Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçirilir. İclas 14:00-dan 19:00-dək davam edəcək. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi 2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi 3. Futzal üzrə UEFA Avropa çempionatı 2020-2022 4. 2019/2020 UEFA Avropa U-17 v...
Cəmiyyət
Bakı Şəhər Statistika İdarəsi ilkin göstəriciləri açıqlayıb.  Bakucity.az xəbər verir ki, bu ilin yanvar-mart aylarında əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı artıb. İndi paytaxtda işləyənlər 4,9 faiz artımla 817,3 manat orta aylıq əməkhaqqı alırlar.  Bildirilib ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşki...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq. Bakucity.az
Hadisələr
Paytaxtda silsilə oğurluqlar və soyğunçuluq törədən şəxs saxlanılıb. Bakucity.az xəbər verir ki, polis əməkdşaları mayın 26-da paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlayıb. Məlum olub ki, o, aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlayıb. Faktla bağlı araşdırmalar davam edir. Bakucity.az
Cəmiyyət
Polis patrul kateri sutkalıq xidmətə cəlb edilib. Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və...
Hakimiyyət
Dövlət başçısı paytaxt sakinləri ilə səmimi söhbət edib. Bakucity.az xəbər verir ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar. Prezidentin Mətbuat xidmətindən verilən məlumata görə, gəzinti zamanı dövlətimizin başçısı və birinci xanım yerli sakinlər və şəhərimizin qonaqları ilə görüşüblər. Bakucity.az
Biznes
Bu restoranlarda hər axşam canlı musiqi təqdim edilir.  Təbii ki, restoranın dadlı menyu və yüksək keyfiyyətli xidmətə malik olması yaxşıdır. Daha yaxşısı isə məkanın öz müştərilərinə həm də gözəl musiqi proqramı təqdim etməsidir.  Bakucity.az  bu gün paytaxda müxtəlif janrlarda canlı musiqi təqdim edən məkanları araşdırıb. Məkan seçək “Atelier Vivanda” Avropa mətbəxilə xidmət göstərir. Bu məkan “steyk”ləri ilə məşhurdur. Burada açıq havada olan terras da...
Cəmiyyət
Bakı metrosunun stansiyaları bu gün gecə səhərə qədər işləyə bilər. Bakucity.az xəbər verir ki, bu, futbol üzrə UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlıdır.  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunları deyib: “Bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib. Final qarşılaşmasının başlayacağı vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texnik...
Hadisələr
Paytaxtda ölümlə nəticələnən yol qəzasının görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, görüntülərdə “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirdiyi və qarşı yolda hərəkət edən “Mitsubishi” markalı avtomobilə çırpıldığı əks olunub. Bunu da oxu: Bakıda qeyri-adi qəza: "Prado" aşdı, "Opel" çevrildi - VİDEO Məlumata görə, hadisə nəticəsində “BMW”nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü...
Hadisələr
Gecə saatlarında Bakıda ağır yol qəzası baş verib. Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan “BYD” markalı minik avtomobili Məhəmməd Behbudovun idarə etdiyi “99-LK-284” dövlət nömrə nişanlı “Opel” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən hər iki avtomobil bir neçə metr irəliyə sürüşüb. “BYD” markalı minik maşını isə yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət lövhəsinə çırpıldıqdan sonra dayana bilib. Qəza nəti...
İdman
Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gələcək. Final matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Tarixi oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.  Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib.  Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində  "BMV" və "Mitsubishi" markalı avtomobillər toqquşub.  Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkət edən "BMV"-nin sürücü idarəetməni itirib. Nəticədə avtomobil qarşı yola çıxıb və  "Mitsubishi"-yə çırpılıb. Bunu da oxu - Bakıda oğlan sevdiyi qıza görə özünü binadan atdı "BMV"-dəki iki nəfər hadisə yerində keçinib. Ölənlərdən biri sürücünün azyaşlı oğ...
Cəmiyyət
Final günü paytaxtın bu yolları bağlı olacaq. Bakucity.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı paytaxtda bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.  Məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Məlumata görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn xarici qonaqların təhlükəsiz və...
Hadisələr
Paytaxtda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil qəzaya düşüb.  Bakucity.az xəbər verir ki, ötən gecə Babək prospektində "90 YP 482" dövlət qeydiyyat nişanlı xidməti "BMW"-nin evakuatora çırpılıb.  Qəza nəticəsində xoşbəxtlikdən ölən və ya ciddi xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda 19 yaşlı oğlan intihar edib. Bakucity.az xəbər verir ki, hadisə ötən gün Q.Qarayev küçəsi, 81 A ünvanında qeydə alınıb. 2000-ci il təvəllüdlü Şahin Hafiz oğlu Hüseynov özünü 9-cu mərtəbədən atıb.  O, hadisə yerindəcə dünyasını dəyişib. Bildirilir ki, gənc özünü sevdiyi qıza görə öldürüb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Bakucity.az