usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+11... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+10... 12 °С
Buludsuz, yağmursuz
Bu gün
+11... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+10... 12 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
"Yaxşı olardı ki, istilik daha tez verilsin" Havanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi bir az tez vermək mümkün deyilmi? ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Sakin...
Hakimiyyət
Noyabrın 10-da mitinq gözlənilir Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib. BakuCity.az-ın məlumatına görə, BŞİH-in cavab məktubu təşkilatçılara təqdim edilib. Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib. Bununla bağlı təşkilatçılar məlumatlandırılıb. BakuCity....
Cəmiyyət
Bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb “Azərişıq” ASC Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış doqquz yaşlı Zəhra Əliyevanın müalicəsinə yardım edilməməsi məsələsinə münasibət bildirib. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksə...
Cəmiyyət
Uçuşların bir hissəsi gecikmə ilə yerinə yetirilib Heydər Əliyev Beynəlxalq Hava Limanı 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib. Aeroportun mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, oktyabrda Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıqla BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkətləri göstərib....
Cəmiyyət
“Medinex” sərgisi 3 zonadan ibarətdir Bakıda “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçirilir. BakuCity.az xəbər verir ki, noyabrın 7-dək davam edəcək “Medinex” Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir. Üç zonadan ibarət olan “Medinex” sərgisi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. "Showcase" zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlar...
Cəmiyyət
"Sürücüləri normadan iki dəfə artıq işlədirlər" Bakı Nəqliyyat Agentliyi iki avtobusun toqquşması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, noyabrın 4-də Qara Qarayev prospektində “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. ...
Mədəniyyət
Tanınmış ifaçılar "Zabul Segah" muğamı ifa edəcəklər Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu barədə BakuCity.az-a mərkəzdən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir....
Cəmiyyət
Çıxarışı da var Bakıda ən ucuz mənzil Qaradağ rayonu, Qızıldaş qəsəbəsində satılır. BakuCity.az Bina.az-a istinadən məlumat verir ki, 5 mərtəbəli binanın (köhnə tikili) 5-ci mərtəbəsində yerləşən mənzilin sahəsi 50 kvadratmetrdir. Həmçinin oxu: Bakının ən bahalı mənzili satışa çıxarılıb - FOTO İki otaqlı yaşayış sahəsinin çıxarışı var. Mənzil orta təmirlidir. Qiyməti 18 min manatdır (360 AZN/m²). BakuCity.az
Ekologiya
18 dərəcə isti olacaq Noyabrın 7-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 76...
Hadisələr
Birinin 20, digərinin 18 yaşı var Bakıda itkin düşmüş iki gənc qız tapılıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də Nəsimi rayon Mustafayev küçəsində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü G.Nağıyeva həmin gün saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra 20 yaşlı gəncin yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət ediblər. Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?