usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+14... 17 °С
Buludsuz, yağmursuz
Sabah
+13... 16 °С
Buludsuz, yağmursuz
Bu gün
+14... 17 °С
Buludsuz, yağmursuz
Sabah
+13... 16 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Binəqədidə narkotik satışı ilə məşğul olan qadın saxlanılıb Bakucity.az xəbər verir ki, paytaxt sakini Ruhiyyə Tağıyevanın üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb. R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı, satışı ilə də məşğul olduğunu etiraf edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlum...
Hadisələr
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.  "Onlardan biri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib", deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.  Hadisə yerindən çəkilmiş görüntüləri təqdim ediri: (Baku.ws) Bakucity.az
Cəmiyyət
“Bir günlük əks cinslə yer dəyişsəydiniz, kim olmaq istərdiz?” Bakucity.az xəbər verir ki, Bakıda bu sualla keçirilən sorğu zamanı maraqlı anlar yaşanıb. Sorğuda iştirak edən gənc xanım suala maraqlı cavab verib: “Ürəyimdən keçən bir şeydir, həqiqətən. Bir günlük oğlan olsaydım, Mübariz İbrahimov olmaq istəyərdim”. Xanımın bu videosu qısa zamanda minlərlə baxış toplayıb. Bakucity.az
Hadisələr
Paytaxtda 22 yaşlı oğlan dənizdə batıb Bakucity.az xəbər verir ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Fuad Mövlanov Sabunçu rayonu, Nardaran qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb.  Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bakucity.az
Mədəniyyət
Paytaxtda “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq Bakucity.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutacaq ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq. Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Ma...
Hadisələr
Yasamal rayonunda iki avtoxuliqanlıq faktı qeydə alınıb Bakucity.az xəbər verir ki, Bakıda yol polisi tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 90 ZJ 357 dövlət nömrə nişanlı, "Mercedes Gelandewagen" markalı avtomobili idarə edən Paşa Hüseynov avtoxuliqanlıq edib. Belə ki, "Qələbə" dairəsi xidmət aparan YPX əməkdaşları həmin sürücünün 3000 manatdan artıq cərimə borcunun olduğunu müəyyən ediblər. Daha sonra avtomobilin saxlanılması üçün işarə veribl...
Cəmiyyət
İdmançılarımız komanda və fərdi yarışlarda mübarizə aparacaqlar Bakucity.az xəbər verir ki, Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) ikinci günə start veriləcək. Basketbol, voleybol və həndbol yığmaları ilk görüşlərini keçirəcəklər. İkinci yarış günündə üzgüçülər, atletlər və güləşçilər medal uğrunda mübarizə aparacaqlar. Ümumilikdə isə 10 dəst medal sahibini tapacaq. Atletika 09:20. Qızlar, nüvə itələmə, təsnifat Günel Hüseynova...
Cəmiyyət
Elektrik xətlərində təmir işləri aparılacaq Bakucity.az xəbər verir bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində elektrik enerjinin verilişində fasilə yaranacaq. Fasilə həmin ərazilərdə elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır. Qeyd edək ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bakucity.az
Cəmiyyət
Bakıda yanacaq daşıyan maşın yüksək sürətlə hərəkət edib Bakucity.az xəbər verir ki, sürücü maşını 100 km/saatdan çox sürətlə idarə edib. Belə ki, yanacaq daşıyan avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub və bununla həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atıb. Ekspertlərin sözlərinə görə,  bu hal qanunvericiliklə qadağandır.  Qanunvericilik heç bir halda bu avtomobilin belə sürətlə hərəkət etməsinə icazə vermir. (Xəzət TV) Bakucity.az
İdman
Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.  “Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü -...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?