usd:
1,70 ₼
eur:
2,01 ₼
Bu gün
+27... 30 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludsuz, yağmursuz
Bu gün
+27... 30 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Məhəbbət Vəliyevanın təhsil naziri təyin olunduğu iddia olunur. Yaxın vaxtda prezident İlham Əliyevin imzaladığı sərəncam ölkə başçısının rəsmi saytında dərc olunacaq. Sosial şəbəkələrdəki reaksiyalar yuxarıda qeyd ediləni təsdiqləyir. Belə ki, bir qrup istifadəçi Məhəbbət Vəliyevanı təbrik edir. Qeyd edək ki, Məhəbbət Vəliyeva 2018-ci ildən təhsil nazirinin müavinidir. (index.az) BakuCity.az
Cəmiyyət
Prezident İlham Əliyevin etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının Nazirlər Kabinetinin iclasındaki bu çağırışına Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları - “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərov və qardaşı Nicat Heydərov da qoşulub. Həmçinin oxu: Azərbaycanlı nazirin oğulları orduya yazıldı - FOTO Onlar Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıb...
Cəmiyyət
Bakıda su kəmərində qəza baş verib. Bu barədə BakuCity.az-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. MBildirilib ki, Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. Məhdudiyyət 18 iyul 2020-ci il səhər saatlarına qədər davam edəcək. "...
Cəmiyyət
Rusiyada yaşayan Azərbaycanın məşhur simaları  şəhid olmuş hərbçilərimiz barədə paylaşım ediblər.  BakuCity.az xəbər verir ki, Xalq artisti Emin Ağalarov, məşhur bloqqer Hüseyn Həsənov, Jony (Cahid Hüseynli), Hammali (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov), Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Jah Khalib (Bəxtiyar Məmmədov), “Weel” (Vilayət Niftalıyev), “Ellai” (Elvin Əliyev), “Bahh Tee” (Bəxtiyar Əliyev), ELMAN (Elman Zeynalov) instaqramda post paylaşar...
Ekologiya
Bakıda 18 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.   Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  31-36, Bakıda  gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abş...
Cəmiyyət
Ermənistanın dövlət orqanları və bəzi restoranlarında Azərbaycan himni səsləndirilib. BakuCity.az xəbər verir ki, bunu informasiya texnologiyaları mütəxəssisi Rəşad İbrahimov edib. Mütəxəssis Ermənistanın bəzi dövlət orqanları və restoranlarının texnoloji boşluqlarından istifadə edərək, buna nail olub. R. İbrahimov deyir ki, bunu etməkdə məqsədi erməniləri hər zaman qorxu içində saxlamaqdır: “Müasir dövrdə ən böyük silahlardan biri də sosial mediadır. Bura...
Cəmiyyət
Sabah xüsusi kimyəvi maddələrlə paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. Qeyd olunub ki, iulun 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq...
Siyasət
Tovuzda ermənilərin top mərmisinin qalıqları aşkarlanıb. Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumatlar daxil olub. BakuCity.az xəbər verir ki, bununla bağlı ANAMA-dan məluma...
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Səbail rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Əliyev İsmayıl Əliyar oğlu naməlum şəxs tərəfindən bıçaq zərbəsi alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Döş qəfəsində kəsilmis-deşilmiş bıçaq yarası aşkarlanan İ. Əliyev cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun iki oğlu Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçiblər.  BakuCity.az xəbər verir ki, bununla bağlı K.Heydərovun böyük oğlu Tale Heydərov sosial şəbəkədə paylaşım edib.  Paylaşımda nazirin kiçik oğlu Nicat Heydərov da yer alıb.  BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?