usd:
1,70 ₼
eur:
1,99 ₼
Bu gün
+24... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 27 °С
Buludsuz, yağmursuz
Bu gün
+24... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 27 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Siyasət
Rusiyadan Ermənistana silah daşıyan təyyarənin uçuş zonası ortaya çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Qlobal” kanalı məlumat yayıb. Avqustun 25-dən etibarən hər gün Rusiyaya məxsus İl-76 təyyarəsi Mozdok-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşurtu ilə uçuşlar həyata keçirib. Hava yolu ilə silah daşıyan Rusiya Ermənistanı silahlandırır.  Həmçinin oxu: “TRT World” telekanalı Ermənistanın Tovuzda törətdiyi təxribatdan danışd...
Kriminal
Bakıda bıçaqlanma hadisəsi olub. BakuCity.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu tanıdığı şəxs tərəfindən yaşadığı evin həyətində bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onda sol saidin və əlin kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Dünyada qeydə alınmış koronavirus xəstələrinin sayı 25 014 282-yə çatıb. BakuCity.az xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19-a yoluxanlardan 17 381 570 nəfəri sağalıb, 843 100 nəfər isə vəfat edib. Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb. Ölkəmizdə indiyədək 36 174 nəfərin koronavirusa iyoluxub, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə...
Mədəniyyət
“Qarabağ” kolleksiyası dünya brendləri ilə birlikdə ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq. Azərbaycanın tanınmış dizeyneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə IDFW (International Digital Fashion Week) birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq. Dəb həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq. Gülnarə Xəlilova BakuCity.az-a bildirib ki, l...
Ekologiya
Bakıda 30 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 28-32,  Bakıda  gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rüt...
Cəmiyyət
Tədris və təlim-tərbiyə prosesinin təşkili barədə əmr imzalanıb. Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə əmr imzalayıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.  Qərada deyilir: 1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıd...
Cəmiyyət
"Rayonlara gediş-gəlişin tam şəkildə açılması insanları narahat edən məsələdir. Amma bu barədə hazırda məlumat vermək çətindir". BakuCity.az xəbər verir ki, bu bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, bu xəbəri indiki şəraitdə çatdırmaq mümkün deyil. BakuCity.az
Cəmiyyət
Yoluxma hallarının yüksək olduğu şəhərlərdə əlavə məhdudiyyətlər qalmaqdadır. Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Bildirilib ki, yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Gor...
Cəmiyyət
Yoluxucu xəstəliklər üzrə mütəxəssis qış aylarında koronavirusa yoluxma riskindən danışıb. BakuCity.az xəbər verir ki, yoluxucu xəstəliklər üzrə mütəxəssis Yasemin Çağlar qış aylarında koronavirusa yoluxma riskinin daha yüksək olduğunu bildirib. Yasemin Çağlar səbəb kimi insanların soyuq aylarda qapalı məkanlarda daha çox vaxt keçirdiyini göstərib. Y. Çağlar qrip və COVID-19 əlamətlərinin oxşar olduğunu qeyd edib. "Bu vəziyyətdə xəstəxanaların yükü artacaq...
Cəmiyyət
Bu gün Bakı yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə k...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?