usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+8... 9 °С
Buludlu, kiçik yağış
Sabah
+5... 7 °С
Buludlu, kiçik yağış
Bu gün
+8... 9 °С
Buludlu, kiçik yağış
Sabah
+5... 7 °С
Buludlu, kiçik yağış

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan "BMW" mrkalı avtomobil "Hyundai" marklı maşına çırpılıb. Hyunday zərbənin gücündən işıqforun qırmızı işığında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində "Mercedes"-də olan sürücü xəsarət alıb. Müəyyən olunub ki, "BMW"-nin sürücüsü avtomobili sərxoş halda idarə edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Paytaxtda yandğın hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Nəsimi rayonunda ümumi sahəsi 15 kv.m olan birmərtəbəli tikilinin (bərbərxana kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bakucity.az
Hadisələr
O, sonuncu dəfə çimərlikdə görünüb Bakucity.az xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb. Məlumatda bildirilir ki, P.Yarıyeva sonuncu dəfə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızı...
İdman
Bakının “Neftçi” klubu daha bir oyunçusu ilə yollarını ayırıb Bakucity.az xəbər verir ki, 32 yaşlı hücumçu Canluka Sansone ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qeyd edək ki, cari ilin fevralından “Neftçi”nin formasını geyinən C.Sansone 11 oyunda iki qol vurub. Bakucity.az
Hadisələr
Onun evindən 500 qramdan artıq heroin çıxdı Bakucity.az xəbər verir ki, Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.  Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Davam e...
Mədəniyyət
"JARA" pərəstişkarı üçün konsert proqramı hazırlanır Bakucity.az xəbər verir ki, "JARA" beynəlxalq musiqi layihəsinin təşkilatçılarından biri, Azərbaycanın Xalq artisti Eminin də çıxış edəcəyi “pre-party” 22 iyun tarixində “Sea Breeze Resort Baku” otelində keçiriləcək. Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində məlumat verilib: “Dostlar! Hörmətli bakılılar və günəşli şəhərimizin qonaqları, iyunun 22-də EMIN "Sea Breeze Resort Baku”da keçiriləcək “J...
Mədəniyyət
Beynəlxalq Caz Festivalı iyunun 15-dək davam edəcək Bakucity.az xəbər verir ki, iyunun 10-da Beynəlxalq Muğam Mərkəzində «Baku Summer Jazz Days» festivalının açılışı keçirilib. Festival iyunun 15-ə kimi davam edəcək.  Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən «Baku Summer Jazz Days» festivalının təşkilatçısı "Premier LTD Art Management" istehsal mərkəzidir. Bakıda caz musiqisi günlərini tanınmış Fransız saksafon ifaçısı Erik Truffaz öz kvart...
Hadisələr
Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova vəfat edib Bakucity.az  xəbər verir ki, 65 yaşlı həkim liposeksiya əməliyyatından 4 gün sonra ölüb. Onu əməliyyat edən plastik cərrah Vüqar Ələkbərov bildirib ki, pasiyentinin ölümündə günahı yoxdur:  "Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi.  Hazırda araşdırma gedir. Ölü...
Hadisələr
Paytaxtda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb Bakucity.az xəbər verir ki, hadisə Neftçilər prospektində (“Kukla teatrı”nın yanı) qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib və yolun kənarında yanan avtomobilə çırpılıb.  Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub. Onun sərxoş olduğu da üzə çıxıb. (Avtosfer.az) Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24 gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq. Abşeronun şimal çimərlikləri...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?