usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+11... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+10... 12 °С
Buludsuz, yağmursuz
Bu gün
+11... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+10... 12 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Alt paltarından qızıl çıxdı Bakıda gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük komitəsindən BakuCity.az-a verilən məlumata əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib. Daha sonra həmin şəxs ə...
Cəmiyyət
Yağıntı iqlim normasına yaxın olacaq Bakıda noyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrda paytaxtda orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 9-14, bəzi günlərdə 6 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 10-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim nor...
Cəmiyyət
Səhiyyə və təhsil sahəsində çalışanlar ən az maaş alıb 2019-cu yanvar-avqust aylarınin ilkin məlumatlarına əsasən, Bakıda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub. Bu barədə BakuCity.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və tə...
Cəmiyyət
İstehlak məhsullarının 24 faizi bazarlarda satılıb 2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 15 019,9 milyon manat olub. Bu barədə BakuCity.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6859,8 milyon manat...
Mədəniyyət
Müğənni Azərbaycan dilində də danışdı Rus pop-musiqisinin kralı Filip Kirkorov ötən gün Bakı Konqres Mərkəzində möhtəşəm şou ilə çıxış etdi. BakuCity.az xəbər verir ki, Rusiyanın Xalq artisti “#ЦветНастроения. Я+R” adlı şousunu təqdim edib. Konserti Rusiyada və Avropada tanınmış DJ Katya Quseva açıb. Sonra səhnəyə əvəzolunmaz F.Kirkorov çıxıb. “Salam, əziz Baku!” – məşhur müğənni Bakı tamaşaçılarını belə salamlayıb. O, çətinliklə də olsa, Azərbaycan dilind...
Ekologiya
İntensiv yağış yağacaq Noyabrın 1-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda arabir yağış yağacağı, bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Cəmiyyət
Ekologiyanın pozulması halları azalıb Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda yaşıllığın az olmasından danışıb. BakuCity.az-ın məlumatına görə, M.Babayev bugünkü mətbuat konfransında bildirib ki, Bakı o qədər də yaşıllığı olmayan şəhərdir: “Biz çalışırıq ki, Bakıda yaşıllıqlar salınsın. Hansısa bir pozuntu hesabına, qeyri-düzgün verilmiş icazə hesabına ağacların kəsilməsi və orada hansısa obyektin tikilməsi qəbuledilməzdir”. Nazir vurğula...
Siyasət
"Biz dinləyirik, lakin tərəf tutmuruq" Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsi ilə bağlı iddialarını tamamilə rədd edir. BakuCity.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında bildirilib. Bəyanatda deyilir ki, Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşıdır: “Aİ,...
Cəmiyyət
"Polis heç kimin köməyinə ehtiyac duymur" Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtəlif polis bölmələrinə qeyri-formal görüşə çağırılmaqla aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır. BakuCity.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.  O qeyd edib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında...
Hakimiyyət
Ev Heydər Əliyev Fondu tərəfindən təmir olunub Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, Elçibəyin oğlu Ərturqut Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirirəm. Bizim yaşadığımız evin təmiri ilə bağlı müraciət öz həll...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?