usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+9... 11 °С
Buludsuz, yağmursuz
Sabah
+11... 12 °С
Buludlu, kiçik yağış
Bu gün
+9... 11 °С
Buludsuz, yağmursuz
Sabah
+11... 12 °С
Buludlu, kiçik yağış

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Ümumilikdə 102 tələbə təqaüd alacaq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2019/2020-ci tədris ilində ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. Onlardan 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər...
Cəmiyyət
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən, bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşları gözə dəymir. Bu nə ilə əlaqədardır? Bakucity.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə...
Mədəniyyət
Tanınmış opera ifaçısı səhnəyə ilk dəfə 19 yaşında gəlib. Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva  Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsinə təyin edilib. Bakucity.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat yayıb. Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub.  Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, “Koroğlu operası”nda “Xanəndə qız” obrazı ilə gəli...
Siyasət
Birinci xanım parkda yaradılan şəraitlə tanış olub Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni yaradılan istirahət parkı ilə tanış olub. Bakucity.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Bundan əlavə,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 13-dəKürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta mək...
Cəmiyyət
Restoranın fəaliyəti məhdudlaşdırılıb Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, mənzil 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus “Sabiha” restoranında yoxlama aparıb. Bakucity.az-ın xəbərinə görə, yoxlama zamanı məlum olub ki, restoranda əhalinin qidalanmasının təşkili və ya yeməklərin, eləcə də içkilərin hazırlanması, onların saxlanması, əhaliyə satılmasına dair sanit...
Cəmiyyət
Vaqif Əsədov reydlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), “20 Yanvar” və “3-cü mikrorayon” dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə Dövlət Yol Polisi tərəfindən icazə verilməyəcək. Bu qadağa taksi və digər nəqliyyat vasitələrinə aid ediləcəkmi? Bakucity.az Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöb...
Cəmiyyət
Narkotiki “Whatasapp” vasitəsilə yeniyetmələrə 10 manata satırlar Bakıda mənşəyi bilinməyən, təhlükəli kimyəvi maddələrdən hazırlanmış narkotiklər dövriyyəyə daxil olub. Bakucity.az xəbər verir ki, bu barədə tanınmış bloger Saleh Nəsirov öz Facebook səhifəsində yazıb. Bloger iddia edir ki, bu narkotikin adını “Şüşə” qoyublar: “Mənə daxil olan məlumata əsasən, şəhərdə, ələlxüsus “Kubinka” tərəflərdə “Şüşə”, “Padpres” adlanan, mənşəyi bilinməyən, təhlükəli k...
Hadisələr
Hadisə Pirallahı rayonunda qeydə alınıb Paytaxtın Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Sabaha gözlənilən hava proqnozu Sentyabrın 14-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.  Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. Bakucity.az
Siyasət
Dövlət başçısı Bakıda iki açılışda iştirak edib Bu gün, sentyabrın 13-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Bakucity.az xəbər verir ki, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Təhsil naziri Ceyhun Bayramov Mərkəzdə yaradılan şəraitlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bundan əlavə, sentyabrın 13-də Prezident İlham Əliyev...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?