usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+15... 18 °С
Buludlu, yağmursuz
Sabah
+10... 12 °С
Buludlu, kiçik yağış
Bu gün
+15... 18 °С
Buludlu, yağmursuz
Sabah
+10... 12 °С
Buludlu, kiçik yağış
Filters
Filters
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...
Ekologiya
Xəzər dənizində zəlzələ olub Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub. BakuCity.az
Cəmiyyət
Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün işlər görülür. Təxminən bir həftə əvvəl Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, sərnişinlərin daşınması üçün avtobusların sayı artırılacaq. Həmçinin, avtobuslarda olan yer qədər sərnişin daşınmasına icazə veriləcək. Lakin bugünkü mənzərə onu göstərir ki, sərnişindaşımada ara məsafəsinin saxlanılması tələbinə riayət edən, demək olar ki, yoxdur. Ekspres və müntəzəm marş...
Cəmiyyət
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələyib. Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir.  Daxili İşlər Nazirliyindən (DİN) BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazis...
Cəmiyyət
Xüsusi karantin rejimini pozanlarla bağlı DİN açıqlama verib Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Nazirlikdən BakuCity.az-a bildirilib ki, xüsusi karantin rejimi...
Ekologiya
Aprel ayına olan hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, aprel  ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.  Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlə...
Cəmiyyət
Azərbaycanda koronavirusa görə karantində olanların sayı açıqlanıb Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. BakuCity.az
Cəmiyyət
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır. BakuCity.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”...
Cəmiyyət
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlanıb "Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsu...
Kriminal
Bakıda karantin rejimini pozan gözəllik salonu və lombard aşkarlanıb Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər keçirilir. BakuCirt.az Report-a istinadəön xəbər verir ki, Bakıda polis əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Be...
Cəmiyyət
“Koronavirus xəstəliyi özünü fərqli simptomlarla büruzə verir. Bəzən bu xəstəlik insanda heç bir əlamət olmadan da keçə bilər”. BakuCity.az xəbər verir ki, bunu Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev Baku TV-nin efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib. O bildirib ki, insanlar maksimum dərəcədə ehtiyatlı olmalı, yalnız yüksək hərarəti əsas götürməməl...
Cəmiyyət
Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib Bu ilin yanvar-fevral ayılarında Bakıda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 62,5%-ni tikinti, yenidənqurma və genişləndirmə 8,6%-ni əsaslı təmir, 5,4%-ni cari təmir, 23,5%-ni isə sair tikinti işləri təşkil edib. BakuCity.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.  Məlumata görə, ümumi inşaat işlərinin 91,8%-ini qeyri-dövlət tikinti müəssisələri (ö...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 2-nə olan hava proqnozunu açıqlayıb Nazirliyin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə...
Cəmiyyət
Sıxlıq davam edərsə, avtobusların sayı azaldılacaq. Bakucity.az xəbər verir ki, bu barədə REAL-a Bakı Nəqliyyat Agentlyinin Mətbuat katibi Mais Ağayev ətraflı məlumat verib. BakuCity.az
Biznes
AQTA normadan artıq şəkər istehlakının təhlükələri barədə xəbərdarlıq edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) normadan artıq şəkər istehlakının immun sisteminə mənfi təsiri barədə maarifləndirici məlumat hazırlayıb.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, qış-yaz aylarında immun sistemi zəifləyir, orqanizmimiz infeksiyalara qarşı müqavimət göstərməkdə çətinlik çəkir.  Bunun qarşısını almaq üçün düzgün, balanslı şəkildə qidalanmaq lazımd...
Cəmiyyət
Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb. BDYPİ-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Qu...
Cəmiyyət
Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.  BakuCity.az  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyib.  Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağl...
Biznes
Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb 2020-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhs...
Biznes
Paytaxtın sənaye istehsalında qeyri-dövlət sektorunun payı 81% olub Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,4 mlrd. manat təşkil edib. BakuCity.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,1%-i mədənçıxarma, 16,3%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıları...
Cəmiyyət
“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.  Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu he...
Ekologiya
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb  küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s...
Cəmiyyət
Bu gün axşamdan metro bağlanacaq Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  BakuCity.az-a daxil olan məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii...
Cəmiyyət
Sosial şəbəkədə dezinfeksiya işləri aparan şəxslərdən birinin əks olunduğu video yayılıb BakuCity.az xəbər verir ki, videonun paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində çəkildiyi iddia olunur.  Görüntülərdə şəxsin dezinfeksiya məhlulu üçün nəzərdə tutulan xüsusi qaba su doldurduğu görünür. Çəkiliş yarıda kəsildiyi üçün sonra nə baş verdiyi məlum deyil. Vətəndaş isə iddia edir ki, küçələrə dərman əvəzinə su səpirlər. Koronavirusun yayılmasına qarşı mübarizə a...
Cəmiyyət
Azərbaycanda 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Məlumatda deyilir: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci...
Ekologiya
1 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-s verilən məlumata görə aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündü...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin...
Cəmiyyət
Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur. Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı “BP Azərbaycan” şirkətin...
Cəmiyyət
“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır” Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib. BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniy...
Cəmiyyət
Bu gündən küçəyə çıxmaq qadağan olunub Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən paytaxtda da bir sıra məhdudiyyətlər həyata keçirilir. BakuCity.az-ın məlumatına görə, “Report”un əməkdaşları paytaxt sakinlərinin xüsusi karantin rejiminə necə riayət etmələri ilə tanış olmaq üçün gecə saat 00:00-...
Cəmiyyət
Müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaqlar Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək. Bunu BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə a...
Cəmiyyət
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. BakuCity.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-i...
Cəmiyyət
Sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək Koronavirus infeksiyası ilə əlaqədar mövcud durumda dövlət kredit ödənişlərinə dəstək verəcək, kommunal xidmətlərin limiti artırılacaq. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək...
Cəmiyyət
Bir sıra istiqamətlər üzrə fəaliyyət 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlu...
Hakimiyyət
FHN də müvafiq tədbirlərə cəlb olunacaq Prezident İlham Əliye “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,”...
Cəmiyyət
Ümumilikdə 273 yoluxma faktı qeydə alınıb Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq...
Cəmiyyət
Əraziyə baxış keçirilib Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar. Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri iddia edib ki, ölkə...
Cəmiyyət
Ət məhsulları mağazalarında acınacaqlı vəziyyət Pandemiyanın geniş yayıldığı bir zamanda əsas məsələ təmizliyə, gigiyenaya diqqət yetirməkdir – həm işləyənlər, həm də evdə qalanlar üçün. Evdə qalan insanların ən çox istifadə etdikləri məhsulların arasında ət də var. Bəs ət məhsulları satan mağazalarda vəziyyət necədir? Dəfələrlə bu tip obyektlərə reydlər təşkil olunub, mağaza sahibləri cərimələnib. BakuCity.az-ın məlumatına görə, Baku.TV-nin əməkdaşları xü...
Cəmiyyət
Əməkhaqqı saxlanılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib...
Ekologiya
Mülayim şimal küləyi əsəcək Bakıda mart ayının son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 31-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9,...
Cəmiyyət
Sərfiyyat iki dəfə çox olacaq “Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, hazırkı...
Cəmiyyət
“Heç bir məhdudiyyət yoxdur” Sosial şəbəkələrdə bu gündən şəxsi avtomobillərə benzin satışının qadağan olunacağı ilə bağlı məlumatlar yayılıb. “SOCAR Petroleum” QSC-dən BakuCity.az-a bildirib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin fasiləsiz satışı davam edir. Hər kəs istədiyi miqdarda yanacaq əldə edə bilər: “Hazırda yanacaq satışında heç bir məhdudiyyət yoxdur”. “Azpetrol”dan da yayılan məlumatları təkzib ediblər. BakuC...
Cəmiyyət
“Biz həm ermənilərə, həm də COVİD-19-a qarşı mübarizə aparırıq” Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb. BakuCity.az məlumat verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub...
Cəmiyyət
Ciddi zərurət olmadan nəqliyyatdan istifadə etməyin Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, b...
Cəmiyyət
“Məsafə saxla” xəbərdarlığına əməl olunmur Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə əlaqədar Bakı Metropoliteninin iş saatlarının azaldılması metronun girişində sıxlığın yaranmasına səbəb olub.  BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, sərnişinlər ara məsafəsi saxlamır, polisin “Məsafə saxla” xəbərdarlığına əməl etmirlər. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamal...
Cəmiyyət
Saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karan...
Cəmiyyət
Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. BakuCity.az-ın verdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələl...
Cəmiyyət
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onları...
Ekologiya
Axşam şimal-qərb küləyi əsəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 30-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz oluna...
Cəmiyyət
Karantinə alınıb Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb. BakuCity.az-ın məlumatına görə, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov "Report”a deyib. Deputat icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, İcra Hakimiyyətin...
Cəmiyyət
İnzibati tənbeh tədbirləri tətbiq ediləcək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib. BakuCity.az-ın məlumatına görə, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb: “Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitə...
Cəmiyyət
“Hər şey vəziyyətin gedişatından asılıdır” Təhsil Nazirliyi məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirib. BakuCity.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yay tətilin ləğv olunacağını güman etmir: “Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. O qeyd edib ki, indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil, hər şey vəziyyətin gedişatından asılıdır. Qeyd edək ki, koron...
Cəmiyyət
Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib. BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir. Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək. Lakin artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb. Bu isə xüsusi karantin rejiminin...
Cəmiyyət
Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır. BakuCity.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq: “Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul ol...
Cəmiyyət
İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, maaş ala bilmirlər Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur. Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi ilə əlaqədar evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi və sudan daha çox istifadə etməsidir. Belə olan haldavətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən, bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə çətinliyi yar...
Cəmiyyət
İnsanların sıx toplaşdığı yerlərə getməyin Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a verilən məlumata görə, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır. Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat M...
Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib Operativ Qərargahdan BakuCity.az-a verilən məlümata görə xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.  Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət s...
Cəmiyyət
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə...
Hakimiyyət
Fərman iyunun 1-dək qüvvədədir Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28-30-cu hissələr əla...
Cəmiyyət
“Yanlış məlumatlardır. Elə hal olmayıb”. Sosial şəbəkələrdə yaşı 65-dən çox olan vətəndaşların çölə çıxdıqları təqdirdə cərimə olunduğuna dair yayılan məlumatlara aydınlıq gətirilib. BakuCity.az-ın məlumatına görə, Çevik Polis Alayının əməkdaşı Ramiz Xeyirbəyov AzTV-nin “Xəbərlər” informasiya proqramının canlı efirinə bağlantı zamanı bildirib ki, məlumatların heç bir əsası yoxdur: “Yanlış məlumatlardır. Elə hal olmayıb. Həmin şəxslər maarifləndirilir, lazı...
Cəmiyyət
Ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır “Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib. O qeyd edib ki, əraziyə yalnız avtomobillərin...
Cəmiyyət
Aprelin 20-dək xüsusi karantin rejimidir Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa, digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. BakuCity.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törə...
Kriminal
Postu keçəndən bir neçə kilometr sonra polis saxlayıb Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib. Belə ki, daxil olan əm...
Cəmiyyət
Bəzi sərnişinlər zərurət olmadan evdən çıxırlar Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, həmçinin daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd, ilk növbədə, dövlət əhəmiyyətli, həya...
Cəmiyyət
“Qorxu və qüssə insanı öz ağuşuna alarsa, xəstəliyə qalib gəlmək olmayacaq”  Hippokrat  Hollivudda çəkilən filmlərin ssenariləri müasir həyatımızda baş verən bir çox hadisələri illər öncə qabaqlayır. 230 minədək adamın həyatına son qoyan 2004-cü il sunamisindən çox-çox əvvəl süjetinin əsasını təbii fəlakətlər təşkil edən Hollivud filmləri nümayiş etdirilirdi. 2019-cu ilin sonundan dünyanı bürüyən koronavirus pandemiyasından da əvvəl müxtəlif infeksiyaların...
Mədəniyyət
"Qaya" ansamblının əfsanəvi bədii rəhbəri Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib. BakuCity.az-ın məlumatına görə, tanınmış müğənni 82 yaşında dünyasını dəyişib. R.Babayev bu gün II Fəxri xiyabanda dəfn olunacaq. Rauf Babayev 1937-ci ildə Gümrüdə  anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax"...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək...
Cəmiyyət
Piyada gələrək Bakıya girməyə cəhd edənlər var Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib. Nazir qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılsa da, bəzi vətəndaşlar postlara qədər...
Kriminal
Ürəyindən dörd bıçaq zərbəsi vurub Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, dünən günorta saatlarında rayonun Cəyirli kənd sakini, 32 yaşlı İsmət Zamanov həyat yoldaşı, 23 yaşlı Zülfiyyə Zamanovanı Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında öldürüb. Belə ki, ailə müayinə üçün uşaqlarını xəstəxanaya gətirib. Onlarla bərabər, Z.Zamanovanın qardaşı da xəstəxanaya gəlib. İ.Zamanov qaynında...
Hakimiyyət
Gündəliyə 16 məsələ daxil edilib Milli Məclisin 30 mart tarixində keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. BakuCity.az-ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyiş...
Mədəniyyət
“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırıb “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. BakuCity.az xəbər verir ki, bu məqsədlə “CinemaPlus” tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Az...
Biznes
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin turizm sənayesinin nümayəndələrinə müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Hörmətli turizm təmsilçiləri və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar! Ötən müraciətimizdə biz ümumi gedən proseslərdən, işçilərin ixtisarı və bu kimi bir sıra neqativ faktlardan xəbərdar olduğumuzu bildirdik, sahibkarları sosial məsuliyyətə dəvət etdik, cəmiyyətin və dövlətin rifahı naminə hər kəsi...
Kriminal
Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub “What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumları...
Cəmiyyət
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik...
Cəmiyyət
Azərbaycanda bu günədək koronavirusa görə aparılan testin sayı məlum olub Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən çox test aparılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-...
Cəmiyyət
Bu büdcənin getdikcə böyüməsi gözlənilir Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ qərargah yaradılanda ilk dəfə 10 milyon manat vəsait ayrılmışdı: “Hazırda Ko...
Cəmiyyət
Yaşı 65-dən çox olanların evdən çıxması qadağandır Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Fonddan BakuCity.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğ...
Cəmiyyət
Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, martın 12-də Türkiyədən qayıdan 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri...
Cəmiyyət
Yerli məhsulun bir litrinin qiyməti 3-5 manat olacaq Azərbaycanda ekoloji təhlükəsiz dezinfeksiya mayesinin kütləvi istehsalına dair təkliflər hazırlanıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu layihə rəhbəri Əhəd Bəşirov deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq səhiyyə təşkilatlarına müraciət olunub və operativ qərargaha da təkliflər təqdim olunacaq. "Neytral anolit" deyilən maddə, epidemiya və pandemiya ilə mübarizədə bir nömr...
Cəmiyyət
Karantin qaydaları izah edilib, evinə göndərilib Xalq artisti Arif Quliyev 65 yaşdan yuxarı şəxslərin evdən bayıra çıxması ilə bağlı qadağanı pozub. BakuCity.az xəbər verir ki, polis əməkdaşları 70 yaşlı Xalq artisti ilə yaşadığı məhəllədə maarifləndirici söhbət aparıb, ona karantin qaydaları izah edilib və evinə göndərilib. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən,...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Martın 27-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi nor...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?