usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+10... 12 °С
Buludlu, yağmursuz
Sabah
+10... 11 °С
Buludsuz, yağmursuz
Bu gün
+10... 12 °С
Buludlu, yağmursuz
Sabah
+10... 11 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hakimiyyət
Dövlət başçısı ilə şəkil də çəkdiriblər Azərbaycan Prezidenti İlham Əliyev “28 May” metro stansiyasının ətrafında sakinlərlə görüşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib. Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb. Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib. BakuCity.az
Cəmiyyət
Kliniki Tibbi Mərkəzə yerləşdirilib Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib. Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanı...
Hadisələr
Cinayət işi açılıb Abşeron rayonunda bir evdən müxtəlif vaxtlarda 3 dəfə oğurluq edən dəstə üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib. Naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına...
Cəmiyyət
Qiyməti 300 manata qədər dəyişir Siqaret çəkməyin zərərlərindən çox danışılır: ağciyər xərçəngi, xroniki bronxit, ürək xəstəlikləri - bunlar siqaretdən istifadənin gətirə biləcəyi ziyanın yalnız kiçik bir siyahısıdır. Lakin elm dayanmadan inkişaf edir və elm adamları təhlükəni minimuma endirən,  hətta pis vərdişdən qurtulmağa kömək edən hər cür qadcetlər icad edirlər. BakuCity.az bugünkü məqalədə adi siqaretləri elektron siqaretlə müqayisə edəcək.  Nikotin...
Cəmiyyət
Küçələrin adlarının olmaması problemlər yaradır Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülük sovxozu" adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər. Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə probl...
Cəmiyyət
"Bazarstore"ların sayı 40-dan çoxdur Bakıda "Bazarstore" supermarketlər şəbəkəsinin əhatə dairəsi genişləndirilir. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, şəbəkənin növbəti mağazası Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski və Abbas Səhhət küçələrinin kəsişməsində istifadəyə veriləcək. Beləliklə, Nəsimi rayonunda ikinci "Bazarsore" açılacaq. Hazırda "Bazarsore Nəsimi 2" mağazası üçün vakansiyalar (satıcı, kassir, paketçi, qəssab, aşpaz, nəzarətçi) mö...
Cəmiyyət
Texniki səbəblərə görə dayandırılıb Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb. Bu barədə BakuCity.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Qeyd olunub ki, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb. Həmçinin oxu: Bakıya qatarla gəlib-gedənlərə ŞAD XƏBƏR Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələ...
Hadisələr
"Hyundai" və "Kia" sürət yarışına çıxıb Bakının Yasamal rayonunda 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. BakuCity.az APA-ya istinadə xəbər verir ki, Moskva prospektində körpünün üzərində “Hyundai" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətlə gedən "Kia" və "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin təsirindən "Hyundai" aşıb, sürücü isə had...
Cəmiyyət
Manevr qaydalarını pozur Bakıda avtoxuliqanlıq edən şəxs qanunsuz hərəkətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. BakuCity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 99-UB-207 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq digər sürücülərə təhlükə yaradıb. Həmçinin oxu: Bakıda 5 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO Avtoxuliqan bu hərəkəti ilə başqa avtomobillərin normal hərəkət...
Hadisələr
Yaşlı qadın meyiti aşkarlanıb Bakıda meyit tapılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Küçədən təxminən 70 yaşlarında qadın meyiti aşkar edilib. Aparılan araşdırmalara nəticəsində meyit tapılan şəxsin, 1944-cü il təvəllüdlü Səmədova Svetlana Absəməd qızı olması müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Ana qızının könüllü qaçdığına inanmır Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir. Evli kişiyə qoşulub qaçan tələbənin anası "Səni axtarıram" proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb. Yeganə universitetin 4-cü kurs tələbəsidir. BakuCity.a...
Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...
Mədəniyyət
"Zarafatımız dünəndən var" Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.  BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.  O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl kon...
Hadisələr
Magistralın ortasında bir neçə nəfər davaya qarışıb Bakıda baş vermiş qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin...
Cəmiyyət
Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq...
Cəmiyyət
Təhsil müəssisəsindəki 3D piyada zolağı maraqla qarşılanıb Bakıda “ABC – Azerbaijan British College”nin rəsm müəllimi, rəssam Yusif Mirzəyevin çəkdiyi 3D piyada zolağı məktəbdə təhsil alan şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb. Y.Mirzəyev BakuCity.az-a açıqlamasında deyib ki, 3D formatında piyada zolağı çəkmək ideyası məktəbin rəhbərliyi tərəfindən irəli sürülüb: “Məktəbin rəhbərliyi və bütün müəllimlər üçün təhsilin keyfiyyəti önəmlidir, amma ən...
İdman
Oyun saat 18:00-da başlayacaq Bakıda keçiriləcək Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb. BakuCity.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək. Oyun saat 18:00-da “Dalğa Are...
Cəmiyyət
Sistem sınaq mərhələsindədir Gələn aydan dəmir yolunda biletləri onlayn şəkildə qaytarmaq mümkün olacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev “Report”a deyib. O bildirib ki, onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün hazırda biletlərin onlayn qaytarılması sistemi sınaqdan keçirilir: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnu...
Cəmiyyət
Martin və Pşemislav Cavanşiri Cəlil Məmmədquluzadənin məzarını ziyarət ediblər Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Martin və Pşemislav Cavanşiri Fəxri xiyabanda babaları Cəlil Məmmədquluzadənin məzarını ziyarət...
Hadisələr
Zəhərlənənlər arasında uşaqlar da olub Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. BakuCity.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb. Noyabrın 13-də keçirilmiş toy mərasimindən sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub. Xoşbəxtlikdən ölüm halı qeydə alınmay...
Cəmiyyət
Polis axtarışa başlayıb Bakıda iki gənc qız və bir kişi itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbab...
Hadisələr
Maşın piyadanı bir neçə metr kənara atdı Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə “Statistika dairəsi” adlanan ərazidə qeydə alınıb. Yüksək sürətlə hərəkət edən avtomobil piyada keçidinin üstündən keçən şəxsi vurub və bir neçə metr kənara atıb. BakuCity.az
Hakimiyyət
Söhbət 9 dövlət əmlakından gedir "Real TV"nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb. BakuCity.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, müəllif bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra dövlət əmlakları özəlləşdirərək zəbt edib. Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib: 1. Bakı nın Nəsimi rayonunda, Mi...
Hadisələr
16 yaşı var Bakının Sabunçu rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 13-də saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yaşayan 2003-cü il təvəllüdlü V.Kərimov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bir-birilərini təhqir ediblər Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl “Koroğlu” metro stansiyasından Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb. Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübah...
Cəmiyyət
Jalüz və plyonkadan istifadəyə görə sürücülər cərimələnmir "Nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür". BakuCity.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev "Report"a deyib. "Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti quru...
Mədəniyyət
Moda həvəskarları bir araya gəldi  Noyabrın 15-də Bakı Biznes Mərkəzində “Baku Fashion Expo 2019”un açılışı olub. BakuCity.az-ın məlumatına görə, tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası (AFDA) tərəfindən “Non Stop Creative Agency”, “Baku Business Center” və “Lenovo”nun dəstəyi ilə baş tutdu və Yoga, YAR, Dastan, Phobia VR və A sinif moda məktəbinin yeni modelləri təqdim olunub. Yeni eksperimental moda layihəsində Fəxriyyə Xələfova, Səbinə Zulalova...
Mədəniyyət
“Ey gözəl Bakı, xoş gəlmişəm” Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz Azərbaycandadır. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dünən Bakıya təşrif buyurub.  Stendap ulduzu qaldığı hoteldən “Azneft” meydanının görüntülərini çəkərək "İnstaqram" səhifəsində paylaşıb. O, videoya “Ey gözəl Bakı, xoş gəlmişəm”, - şərhini yazıb. Xatırladaq ki, C.Yılmaz bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. BakuCity.az
Cəmiyyət
Bakıda gün ərzində 2,2 milyon sərnişin daşınır Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın daha 19 küçə və prospektində avtobus zolaqların təşkil edilməsi ilə bağlı layihə hazırlayıb və aidiyyəti qurumlara göndərib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu "AFTO FM" radiosunun efirində Agentliyin Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov bildirib. O qeyd edib ki, məqsəd avtobusların daha rahat hərəkətini təmin et...
Hadisələr
Bakıda ağır yol qəzası olub Bakıda “Mitsubishi” beton plitəyə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə...
Hadisələr
Sakinlər təxliyə edilib Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alanlar var - FOTO + VİDEO Mən...
Mədəniyyət
Yumorist tanınmış ifaçıları parodiya edib Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər. Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahn...
Hadisələr
"KamAZ" digər yük maşınını bir neçə metr sürüdü Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza "Rahat" marketin qarşısında baş verib. İslamov Soltanəli Güləli oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn, 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Niyaz oğlunun idarə etdiyi "QAZel" markalı yük maşını yol nişanının tələbini pozaraq sola dönmə əmə...
Ekologiya
Mülayim külək əsəcək Bakıda istirahət günləri üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
"Sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb" “Azəriqaz” İstehsalat Birliyi (İB) bu gün bir sıra KİV-lərdə “smart-kart” tipli sayğaclardan imtina edilməsi və ümumiyyətlə, bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, İB bəyan edib ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb: “Əslində Birlik maliyyə imkanlarını nəzərə...
İdman
Turistlər üçün ətraflı informasiya yerləşdirilib Avro-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib. BakuCity.az AFFA-ya istinadən məlumat verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar Avro-2020 i...
İdman
Beyl və Remzi də məşqlərdə iştirak edir Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uels millisi Bakıdadır.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniya təmsilçisi millimizdən fərqli olaraq, Avro-2020-yə çıxmaq şansını qoruyub saxlayır.  Bu səbəbdən hazırda qrupda səkkiz xalla dördüncü sırada olan Uels millisi Bakıdakı görüşdə üç xalı hədəfləyib. Əgər bu oyunda büdrəsələr, onlar ardıcıl ikinci dəfə qitə çempionatında iştirak hüququnu itir...
Mədəniyyət
Film tamaşaçılar tərəfindən maraqla izlənilib “28 Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” Premium-klass kinoteatrında real hadisələrə əsaslanan “Ford Ferrariyə qarşı” filmi premyerada öncə nümayişi olunub. Bakucity.az xəbər verir ki, dadlı furşet içkilərin yer aldığı tədbirin yadda qalan hissəsi kinoteatrın filmin mövzusuna uyğun dekorasiya ilə əhatələnməsi, ölkənin ilk konseptual kaver qrupu “Harmony Music Band”in şousu olub. Filmin rejissoru Ceyms...
Cəmiyyət
Milli Qəhrəman Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Ko...
Cəmiyyət
İtkin düşmüş şəxsin yaxınları polisə müraciət ediblər Bakı metrosunda sıxlıq zamanı itkin düşən 16 yaşlı gənci polis axtatır. Bu barədə BakuCity.az-a Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsindən bildiriblər. Hadisə noyabrın 12-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamə...
Cəmiyyət
Paytaxtın ən yaxşı boulinq klubları Boulinq dünyada ən populyar əyləncələrdən biridir. Bu oyun həm dostlarla birgə, həm də ailəvi istirahət üçün əla seçimdir. BakuCity.az paytaxtın ən populyar boulinq klublarının siyahısını təqdim edir.  X Strike – Bakı Əyləncə Mərkəzində (BƏM) yerləşir. Sahəsi 1000 kv.m olan boulinq salonu 12 cığırdan ibarətdir. Burada həm yeni başlayanlar, həm də təcrübəlilər üçün oynamaq olduqca rahatdır. Bundan əlavə, X Strike-də rəqib...
Cəmiyyət
"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır" "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.   İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nə...
Hadisələr
Sürücü xəsarət alıb Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu körpüsü ərazisində baş verib. Minik maşını manevr qaydalarını pozaraq iri qabaritli avtomobilin yoluna daxil olub. Nəticədə iri qabaritli maşın onu yol boyu sürüyüb. Hadisə nəticəsində sürücü xəsarət alsa da, ölüm halı qeydə alınmayıb. BakuCity.az
Hadisələr
Dostlar sıxlıqda bir-birilərini itiriblər Bakıda 16 yaşlı gənc itkin düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə noyabrın 12-də paytaxtın Binəqədi rayon ərazisində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Əlirza Böyükzadə dostu Fərman adlı şəxslə telefonla danışdıqdan sonra yaşadığı Yasamal rayonu, M.Fətəli küçəsi, ev 11 ünvanından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə or...
İdman
Yarışa 250 gimnast qatılacaq Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.  BakuCity.az-ın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq. Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noy...
Ekologiya
Mülayim külək əsəcək Bakıda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 16-da paytaxtda bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Qızıl medal qazanıblar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 nömrəli tam orta məktəbin VI sinif şagirdi Kənan Cəfərli 37 kiloqram çəki dərəcəsində kikboksinq idman növü üzrə Rusiyada keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. İdarədən BakuCity.az-a verilən məlumata görə, final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal və diplomla mükafatlandırılıb. Vətənə qalibiyyətlə dönə...
Cəmiyyət
"Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq?" Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti bu gün başa çatıb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, mövcud məhdudiyyət götürüləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitə...
Cəmiyyət
229 avtobusun hərəkət sxemi normallaşıb Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti asanlaşıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metro stansiyasının yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyatın sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qald...
Cəmiyyət
Polis qızı axtarır Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb. BakuCity.az "Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib. Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib. O, gecəni orada qalıb. Səhər saat 7...
Cəmiyyət
Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib Ölkə başçısının tapşiriğına əsasən  Xəzər rayonu Türkan qəsəbəsində  sakinlərlə səyyar görüş keçirilib. Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin   problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər.  Görüşlər çərçivəsində Xəzər...
Cəmiyyət
İllik ödəniş orta hesabla 2000 ABŞ dollarıdır Azərbaycan təhsilindən yalnız ölkə vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar. Həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dövlət səviyyəsində diqqət göstərilir. Maraqlıdır, Bakıda təhsil almaq xarici vətəndaşlara neçəyə başa gəlir? Onlar bu təhsildən xüsusi olaraq nə qazanırlar? BakuCity.az-ın bu və digər suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.  “Sinqapu...
Cəmiyyət
Bina əvvəlki görünüşünə qaytarılacaq Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur. BakuCity.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işlərinə artıq bir müddətdir start verilib. Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı və dam örtüyü bərpa olunur. T...
Siyasət
Deportasiya əməliyyatları davam etdiriləcək Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb. Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deportasiya olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar. Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qey...
Hadisələr
Evə buraxılıblar Bakıda gecə saatlarında 18 mərtəbəli binada yanğın baş verib. Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar". Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alan...
Hadisələr
6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb Bakıda gecə saatlarında 18 mərtəbəli binanın damında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub. 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Yanğın Dövlət Yanğından Mü...
Cəmiyyət
"Biz də çörək pulu üçün çıxmışıq" Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos...  Problemi Baku.tv araşdırıb. Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa,...
İdman
Qvineya millisində də oynayıb "Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. BakuCity.az paytaxt klubunun saytına istinadən məlumat verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Y.Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını...
Cəmiyyət
Qız uşağı dünyaya gətirib Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18 yaş müəy...
Hadisələr
Başı telefona qarışıb Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır. Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir. Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır. Hadisə nəticəsində taksi sürücüsü xə...
Siyasət
Azərbaycan jurnalistləri də Ermənistana gedəcək Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfər erməni jurnalist gələcək. Bu barədə BakuCity.az Haqqin.az saytına istinadən məlumat verir. Xarici İşlər Nazirliyindən məlumatı nə təsdiq, nə də təkzib ediblər. Lakin “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiq edib. Digər məlumata əsasən, 18-19 noyabrda bir qrup Azərbaycan jurnalisti də Ermənistana səfər edəcək. BakuC...
Cəmiyyət
Bəzi binalarda istilik mənbələri sıradan çıxıb Noyabrın 15-dən Bakıda yaşayış binalarına istilik sisteminin verilməsi məqsədilə qazanxanaların vaxtından əvvəl işə salınması barədə məlumat verilib. Paytaxtın bəzi rayonlarında yerləşən binaların girişinə isə bildiriş vurularaq istilik sisteminin noyabrın 1-dən veriləcəyi bildirilib. BakuCity.az saytı məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə sa...
Cəmiyyət
Ölkəyə qanunsuz gətirilib Gömrükçülər xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında B...
Cəmiyyət
Valideynləri sağlam insanlardır Bakıda dünyaya gələn qəribə görkəmli körpə ölüb. BakuCity.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinin baş həkimi Zəhra Abbasova deyib. O qeydə edib ki, körpə keçən həftə dünyaya gəlmişdi: Həmçinin oxu: Bakıda doğulan qorxunc körpə ilə bağlı baş ginekoloqdan açıqlama: "Həkim cinayət edib" - VİDEO “Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. U...
Cəmiyyət
"Buradakı internetə baxdıqda Almaniya üçün ağlamağım gəlir" Tezliklə Azərbaycanın mobil rabitə operatoru "Bakcell" 099 operator kodunu istifadəyə verəcək.  BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib. Bununla belə, R.Ratgeber konkret vaxt deyə bilməyəcəyini söyləyib. O, Azərbaycanda göstərilən internet xidmətinin keyfiyyətinə də toxunub: "Mən almanam. Buradakı internetin keyfiyyə...
Ekologiya
Xəzri güclənəcək Noyabrın 15-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək,...
Cəmiyyət
Onlara xəbərdarlıq edilib Dərs ili başlayandan Bakıda cəzalandırılan məktəb direktorları və direktor müavinlərinin sayı açıqlanıb. BakuCity.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilinin ötən dövrü ərzində İdarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 2 məktəb direktoru və 2 direktor müavini əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə barə...
Siyasət
Bakı Bəyannaməsi qəbul olunacaq Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər. Əvvəlcə birgə foto çəkdirildi. Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söylədi. Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlm...
Cəmiyyət
500 minə yaxın sənədsiz tikili var Prezident İlham Əliyevin müvafiq fərmanından sonra sənədsiz tikililərin qeydiyyata alınması ilə bağlı rayon icra hakimiyyətlərində komissiya təşkil olunub. BakuCity.az xəbər verir ki, bunu İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib. O bildirib ki, sənədsiz evlərlə bağlı artıq sayım işləri başlayıb: “Hazırda Nəsimi rayonu ərazisində sənədsiz evlərlə bağlı ölçmə işlər...
Cəmiyyət
Sabahdan binalar istilik sistemləri ilə təmin olunacaq Bakı və Bakıətrafı ərazilərdə binalara istilik sisteminin verilməsi məqsədilə qazanxanalar vaxtından əvvəl işə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə Baku.ws-ə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.  Onun sözlərinə görə, noyabrın 15-dən Bakı və Bakıətrafı ərazilərdəki binalar istilik sistemləri ilə tam təmin olunacaq: "Artıq dünəndən tes...
Mədəniyyət
Tədbirdə dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bir araya gələcək 14-17 noyabr tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfrans keçiriləcək. Azərbaycan Milli Xalça Muzeyindən Bakucity.az-a verilən məlumata görə, muzeydə baş tutacaq konfrans muzeyin təsisçisi, xalçaçı-a...
Kriminal
Sərxoş vəziyyətdə olublar Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfərin törətdiyi insidentin yeni görüntüləri əldə olunub. BakuCity.az xəbər verir ki, Baku.ws-in “qaynar xətti”nə göndərilən görüntülərdə insanların həmin şəxsləri döydükləri görünür. Qeyd edək ki, noyabrın 12-si saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hüc...
Cəmiyyət
Ağacın kəsilməsi faktı təsdiqini tapıb Bakıda yol kənarındakı ağacı kəsib yerində avtomobil dayanacağı qurublar. Son günlər sosial şəbəkələrdə bu məsələ geniş müzakirələrə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın təmir işi aparan yol idarəsi tərəfindən kəsildiyini iddia edir. Avtomobil Yolları Dövlət Agentliyi isə məsələdən xəbərsiz olduqlarını bildirir. İndi iki dövlət qurumu bir-birlərini ittiham edirlər. BakuCity.az Avtosfer.az-a istina...
Cəmiyyət
Özəl şirətlər daha ucuz qiymət təklif edir Azərbaycanda uyğun qiymətə mənzil satışı davam edir. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, bir qədər əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli evlərin 570 mənzildən ibarət növbəti partiyasını satışa çıxarıb və bu günə olan məlumata görə, artıq 284 mənzilin satışı rəsmiləşdirilib.  Bununla yanaşı, «sosial evlər», «güzəştli mənzillər», indi isə «uyğun qiymətə mənzillər» adlandırılan bu mənzillərin satı...
Cəmiyyət
Pulsuz biletlər iki gün keçərlidir Bakıda “Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq: • Las-Veqasdan Pepper...
Cəmiyyət
Atraksionlar yaxın vaxtlarda gətiriləcək Bakıda Dənizkənarı Milli Parkın ərazisində yeni atraksionlar quraşdırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Trend-ə bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək: "Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olaca...
Cəmiyyət
"İnfrastruktur imkan verir ki, sürəti 140-a qaldıraq" Bakıdan Gəncəyə 3 saata çata bilərik. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cabid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, Bakı-Gəncə dəmir yolu ilə hazırda hər gün bir qatar gedir, bir qatar gəlir: “Dörd saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti saatda 140 kilometrə qaldıraq...
Hakimiyyət
Dəmir yolu üzrə işlərin 80 faizi görülüb Bakı dairəvi dəmir yolunun birinci hissəsi ilin axırınadək tamamlanacaq. BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib. C.Qurbanov qeyd edib ki, əvvəllər “elektriçka” adı ilə mövcud olmuş Bakı dairəvi dəmir yolu uzun illərdir işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi...
Hakimiyyət
"Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin" Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, onun göstərişi ilə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı...
Mədəniyyət
“Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” 13 noyabr saat 12:00 – da Bakı Ekspo Mərkəzində “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya keçirilib. Bakucity.az xəbər verir ki, sessiyada bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar. Tədbirin ardınca isə Bakı Ekspo Mərkəzinin foyesində "Caspian Ecology" sərgisi çərçivəsi...
Cəmiyyət
Sənədsiz məktəbli qalmayacaq Bakının təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir. Tədris ilinin ilk aksiyası 244 nömrəli tam orta məktəbdə təşkil olunub. Aksiya çər...
Cəmiyyət
Sac yeməklərini sevənlər üçün zəngin menyu Milli mətbəximizin bir çox ləziz təamları sırasında bol çeşidli, zövqə görə hazırlanan saciçi yeməklər də var. Amma sağlam qidalanmaq üçün harada və nə yediyimizə diqqət etməliyik. BakuCity.az paytaxtda fəaliyyət göstərən restoran və kafelərdə təklif olunan sac yeməkləri və onların qiymətləri barədə məlumat toplayıb.  Teleqüllə restoranında saciçi yemək üçün depozit ödəməlisiniz Akademik Abbaszadə, 12 ünvanında ye...
Cəmiyyət
68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub. Akademiyadan BakuCity.az-a verilən məlumata görə, C.Məmmədquluzadə şəcərəsinin nümayəndələri yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar. Onlar Az...
İdman
Matç türk əsilli hakimə tapşırılıb Bakıda Azərbaycan – Uels oyununu tanınmış hakim idarə edəcək. BakuCity.az xəbər verir ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Uels oyununa təyinatlar açıqlanıb. Oyunun baş hakimi Deniz Aytekin, onun köməkçiləri Eduard Beytinger, Rafael Foltin, dördüncü hakim isə Kristian Dingert olacaq. Hakimlər briqadası Almaniyadandır. Oyunu saat 21:00-da “Bakcell Arena”...
Cəmiyyət
Sabah işə qayıdacaq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun səhhətində problemlər yaranıb. BakuCity.az Sonxeber.az-a istinadən məlumat verir ki, polis polkovniki səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. Onun soyuqdəymə səbəbindən müalicə aldığı bildirilir. Polkovnik artıq iki gündür xəstəxanada olduğunu, müalicəsinin davam etdiyini və sabah işə qayıdacağını deyi...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?