usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+8... 10 °С
Buludlu, yağmursuz
Sabah
+7... 8 °С
Buludlu, yağmursuz
Bu gün
+8... 10 °С
Buludlu, yağmursuz
Sabah
+7... 8 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Hadisə aeroport yolunda baş verib Bakucity.az xəbər verir ki, hadisə ötən gecə aeroport yolunda baş verib. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi anidən alışmağa başlayıb. Avtomobili yolun kənarına çəkən sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib. Xəsarət alan olmayıb, avotomobilə isə ziyan dəyib. (Trend.az) Bakucity.az
Mədəniyyət
Ulduzların siyahısı artırılacaq  Bakucity.az xəbər verir ki, 22 iyun saat 19:00-da "Jara" beynəlxalq musiqi festivalının “pre-party”sində məşhur azərbaycanlı ifaçılar və rus şou-biznesinin bəzi ulduzları çıxış edəcəklər. Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində bildirilib. Səhifədə həmçinin, siyahının yekun olmadığını və qonaqları daha çox sürprizlərin gözlədiyi də qeyd olunub: "Bizim “line up” hər gün yeni artistlərlə dolu olur! Siyahının yekun...
Hadisələr
Binəqədi rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, "Kamaz" və "VAZ-2107" markalı yük və minik maşınları toqquşub. Nəticədə 1963-cü il təvəllüdlü Məmmədova Şəhla Habil qızı və 1988-ci il təvəllüdlü Abbasova Gülü Həvasət qızı ciddi xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Ş.Məmmədovaya kəllə-beyin travması və dişlərinin çoxsaylı sınığı, G. Abbasovaya isə sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağl...
İdman
Uşunun citkundo və çinda növləri üzrə Bakı kubokuna yekun vurulub Bakucity.az xəbər verir ki, iyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində yekun vurulan yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilib.  Çempionatda Bakının idman klublarından 200-ə yaxın idmançı qızıl medal uğrunda mübarizə aparıb. Bakı kuboku üzrə mübarizədə "Arktika" komandası medal hesabına görə birinci olub. "Anar-Mehemmedi" komandası ikinci, "Avatar" komandası isə üçüncü...
Mədəniyyət
Festival gənclər tərəfindən maraqla qarşılanıb Bakucity.az xəbər verir ki, iyunun 15-də Novxanıda yerləşən "AF Hotel" də yüzlərlə gəncin iştirak etdiyi "Colour Festival Azerbaijan 2019" adlı rəng festivalı keçirilib.  Geniş maştablı festivalda DJ ORKHAN, DJ JABRAILOV, DJ STASY, DJ RASL və DJ K.m.L musiqiləri ilə gənclərin rəng şousunu daha da canlandırıb. Tədbirin aparıcıları DMC REMO & MC VALERY olub.  Programa rənglər şousu, personajlar, oyunlar və hədiy...
Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...
Hadisələr
Paytaxtda su xəttində qəza baş verib Bakucity.az xəbər verir ki, qəza Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) qeydə alınıb.  Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən diqqətli olmaları xahiş olunur. Qeyd edək ki, mayın 31-də həmin ərazidə analoji hadisə baş verib. Bakucity.az
Hadisələr
Qaradağ rayonunda iki azyaşlı itkin düşüb Bakucity.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.  Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər.  Hazırda yeniyetmələrin axtarışları davam edir. Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlar...
Hadisələr
Bakıda intihar hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Yasamal rayonunda ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.  Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. Hadisənin səbəbləri araşdırılır. *** İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq inti...
Hadisələr
Bakıda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı tuneldə  Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarəteməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. (baku.ws) Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?