usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+4... 6 °С
Buludlu, yağmursuz
Sabah
+4... 5 °С
Buludlu, yağmursuz
Bu gün
+4... 6 °С
Buludlu, yağmursuz
Sabah
+4... 5 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Paytaxtda “manatlıq taksi”lərin sayı sürətlə artır. Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır.  Bununla bağlı Bakucity.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, “bir manatlıq tak...
Mədəniyyət
Final gecəsi sentyabrın 20-də keçiriləcək Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Moskvada keçirilən “Moscow İnternational Fashion Fest”də podiuma çıxıblar. Bakucity.az xəbər verir ki, türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala “ADDIM” Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar.  Belə ki, “Miss&Mr National Azerbaijan” gözəllik yarışmasının online səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda...
Cəmiyyət
Sabah olan hava proqnozu açıqlanıb. Sentyabrın 17-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində it itib Bakucity.az-ın xəbərinə görə, Spaniel cinsli itin sahibi bildirib ki, onu tapan şəxsi mükafatlandıracaq. Ev heyvanını tapan şəxslərdən xahiş olunur ki, (050) 391 71 17 və ya (055) 391 71 17 telefon nömrəsi ilə əlaqə saxlasınlar. Bakucity.az
Cəmiyyət
Bu gün, sentyabrın 16-da, Azərbaycanda Bilik günü qeyd edilir Yeni tədris ilində Bakıda 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq. Bakucity.az bu il ilk dəfə birinci sinfə gedən uşaqların həyəcanını fotoaparatın yaddaşına köçürüb. Nicat Alili Bakucity.az
Cəmiyyət
Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüb.  Bakucity.az xəbər verir ki, görüntülər Zabrat yolunda qeydə alınıb. Kadrlardan da görünür ki, 204 və 40 nömrəli marşurut xətti üzrə hərəkətdə olan avtobusların sürücüləri əks yola çıxaraq qaydaları pozublar.  Bundan əlavə qarşı tərəfin yolunda 40 nömrəli avtobusun sürücüsü “ötmə” əməliyyatı da edərək daha təhlükəli vəziyyət yaradıb. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Hadisə qısqanclıq zəminində baş verib Paytaxtın Sabunçu rayonunda kişi keçmiş həyat yoldaşının üstünə benzin tökərək yandırıb. Bakucity.az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib.  Burada keçmiş həyat yoldaşı ilə mübahisə edən R.Əhmədov onun üzərinə benzin tökərək diri-diri yandırıb. Xəstəxanaya çatdırılan A. Məmm...
Cəmiyyət
Bu gün Azərbaycanda yeni tədris ilinin ilk dərs günüdür Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Bakucity.az-ın xəbərinə görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: “Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək”. Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris...
Cəmiyyət
Məktəbdə 960 şagird üçün yer var Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər. Bakucity.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Bakucity.az
Cəmiyyət
Canlı musiqi adi iş günlərini gözəlləşdirir Sentyabrın 16-da, yeni dərs ilinin ilk günündə “Azərbaycan Dəmir Yolları” paytaxt sakinləri üçün sürpriz hazırlayıb. Bakucity.az xəbər verir ki, Dəmiryolu vağzalı ərazisində səhər saatlarında təşkil olunan proqram çərçivəsində canlı musiqi ifa olunub. Şəhər sakinləri və paytaxtımızın qonaqları bunu maraqla qarşılayıblar. Sosial şəbəkələrdə paylaşılan videolarda istifadəçilər qeyd ediblər ki, belə tədbirlərin çox...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?