usd:
1,70 ₼
eur:
2,00 ₼
Bu gün
+24... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 27 °С
Buludsuz, yağmursuz
Bu gün
+24... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 27 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Kriminal
Bakıda orduya dəstək yürüşündə təxribata cəhd edilib. İyulun 14-də axşam saatlarında Bakı şəhərində başlayan orduya dəstək yürüşü Milli Məclisin qarşısında izdihamlı mitinqə çevrilib. BakuCity.az xəbər vürir ki, iştirakçılar Ali Baş Komandana, orduya və dövlətə dəstəyini ifadə edib. Amma yürüşə gələn bir qrup təxribatçı Milli Məclisin binasının qapılarını sındıraraq, binaya daxil olublar. İğtişaşçılar polis maşınını aşırdaraq polisə müqavimət göstəriblər....
Siyasət
Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, iyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi "Orduya Dəstək Yürüşü” ilə bağlı açıqlama verib. BakuCity.az xəbər verir ki, DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dünən gecə saatlarında müşahidə edilən aksiyada asayiş pozuntusu olmayıb. Əraziyə cəlb edilən polis əməkdaşlarıın müşayəti ilə aksiya iştirakçıları orduya öz dəstəklərini ifadə ediblər. Polis ərazidə aksiya iştirakçılarının təhlükəsizliyini təmin edib. (unikal.org) BakuCity.az
Hadisələr
Tovuzun Dondar Quşçu kəndində olan millət vəkili Qənirə Paşayeva qolundan yaralanıb. BakuCity.az xəbər verir ki, bu barədə Q.Paşayeva özü dünən məlumat verib. "Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. On...
Kriminal
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayıb. Ermənistan mediasının "qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin o qədər də cəsur olmadıqları görünür. BakuCity.az xəbər verir ki, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir. Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür. (gapp.az) BakuCity.az
Siyasət
Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb. BakuCity.az xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib. Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll y...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Bu barədə BakuCity.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat ve...
Hakimiyyət
Azərbaycan ordusu iki erməni zabitlərini məhv edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində düşmən ordusunun iki yüksəkrütbəli zabiti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. Ş. Stepanyan bildirib ki, ölən erməni hərbçiləri mayor və kapitan rütbələrində olub. Mayor Qaruş Hambartsumyan, kapitan Sos Elbakyan məhv edilib.  BakuCity.az
Ekologiya
Bakıda 15 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətind'n BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-32, Bakıda  gecə 23-25, gündüz  30-...
Cəmiyyət
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq. BakuCity.az xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.  BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?