usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+10... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludsuz, yağmursuz
Bu gün
+10... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Ekologiya
Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda 12 ağac aşıb. Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Orxan Məmmədov bildirib ki, 20-dən çox ağacın isə budaqları sınıb: “Hadisələr Nərimanov, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Nizami rayonlarında baş verib”. Şöbə rəisi əlavə edib ki, paytaxtın iki ərazisində ağac maşının üstünə düşü...
Hadisələr
Bakıda gənc qız oğurlanıb. Bakucity.az “Report”a istinadən məlumat verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü S.Ə. adlı qız Mətləb adlı şəxs tərəfindən qaçırılıb. Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Bakucity.az
Mədəniyyət
Türkiyənin məşhur serialında Bakı ilə bağlı kobud səhvə yol verilib. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyədə və Azərbaycanda izlənmə rekordları qıran “Hər yerdə sən” adlı serialın 16-cı seriyasında Azərbaycanın dünyaca məşhur memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi opera binası kimi təqdim edilib. Qeyd edək ki, ekran əsərində baş rolun ifaçıları Aybükə Pusat və Furkan Andıçdır. Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin layihəsi 2007-ci i...
Hadisələr
Bakı İstintaq Təcridxanasında qadın üzləşmə zamanı döyülüb. Bakucity.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən İstintaq Təcridxanasında baş verib. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında üzləşmə zamanı 32 yaşlı Elçin Pirişov 38 yaşlı qadını döyüb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Mədəniyyət
“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışını Novruz bayramında etməyi düşünürük”. Bakucity.az xəbər verir ki, bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib. X.Əhmədov heykəlin hazırlanma prosesinin başlandığını bildirib: “Eskizdən sonra bir metr hündürlükdə işçi model hazırlanır, həmin model artıq hazırdır. Bundan sonra işçi model böyudülərə...
Hadisələr
Bu gün Bakıda güclü yanğın hadisəsi baş verib. Bakucity.az Trend-ə istinadən məlumat verir ki, yanğın Binəqədi rayonu "Baksol" yolu adlanan yerdə qeydə alınıb. Adıçəkilən ərazidə 2 evin yanması onların qarşısında olan 2 minik avtomobilinə də ziyan vurub. Belə ki, "VAZ" markalı avtomobil tamamilə yanaraq kül olub, "OPEL"ə isə xeyli ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cəlb olunub. Binəqədi rayonunda ümumi sahəs...
Mədəniyyət
İsrailin “Qızıl səsi” azərbaycan dilində Bakıda ilk klipini çəkib Üç il əvvəl İsrailin Hadera şəhərindən Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan “Bir söz var” adlı ilk klipini çəkib. Bakucity.az Milli.az-a istinadən xəbər verir ki, klipin rejissoru Nal Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.  Layihənin həyata...
Cəmiyyət
Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib. Bu barədə Bakucity.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib:  “Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxuna...
Cəmiyyət
“Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur” Müasir dünyanın şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb.  Bunları təhsil üzrə ekspert Kamran Əsədov Bakucity.az-a açıqlamasında deyib. Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Ölkədə ali təhsil müəssisələri məzunlara...
Cəmiyyət
Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə şikayət edib. Bakucity.az-ın Avtosfer.az-a xəbərinə görə, məlumat verən şəxs bildirib ki, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər. Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə e...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?