usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+9... 12 °С
Buludlu, yağmursuz
Sabah
+8... 12 °С
Buludsuz, yağmursuz
Bu gün
+9... 12 °С
Buludlu, yağmursuz
Sabah
+8... 12 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Əraziyə yeraltı baxış keçirilib Bakı-Sumqayıt yolunun kənarında 1 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisi (OF-412) tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a verilən məlumata görə, 2020-ci il 29 Yanvar tarixində saat 14:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti - Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məluma...
Kriminal
Cinayət işi açılıb Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub. BakuCity.az-ın məlumatına görə, bu barədə "Report"a Masallı Rayon Prokurorluğundan bildirilib. Qeyd olunub ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
"25-ə qədər türk, 10-a yaxın azərbaycanlı var" Türkiyə Çində koronavirusun yayıldığı bölgədə olan Azərbaycan vətəndaşlarını təxliyə edəcək. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Hürriyet”in məlumatına görə, R.T.Ərdoğan Türkiyədə hazırda hər hansı problemin olmadığını vurğulayıb:  “Səhiyyə Nazirliyinin bu məsələdə təmkinli açıqlaması belədir: “Bizdə hələ ki, hər hansısa problem yoxdur”. Ancaq Çi...
Cəmiyyət
Törətdikləri cinayəti etiraf ediblər Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilini ələ keçiriməsi ilə bağlı 102-Zəng M...
Cəmiyyət
"İntim gimnastikasını yaratmışam" Bakıda qadınların intim bacarıqlarını artırmaq məqsədilə intim gimnastika dərsləri təşkil edilir. BakuCity.az "1news.az"-a istinadən xəbər verir ki, gimnastika dərsləri Marcina Jumati adlı şəxs tərəfindən keçirilir. Marcina deyir ki, bu kurslar Azərbaycanda barəsində danışılmayan bir çox faydalı məlumatları insanlara verir: "Mən Dubayda yaşayan azərbaycanlılardan da bir müddət əvvəl dəvət almışdım və onlara, o cümlədən ərə...
Hadisələr
Prokurorluq məlumatı təsdiqləyib Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib. Masallı Rayon Prokurorluğundan məlumatı t...
Cəmiyyət
Mərkəzi Bank müvafiq tədbirlər görəcək Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək. BakuCity.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək ba...
Cəmiyyət
Bəzi restoranlar məlumat verməkdən yayındı Çində yayılan koronavirusla əlaqədar olaraq Azərbaycanda da qabaqlayıcı tədbirlər gücləndirilib. Bəzi məlumatlara görə, bu virusun daşıyıcısı olan insanın təması nəticəsində əşya və qidalar vasitəsilə də yayılma təhlükəsi var. Belə olan halda Bakıda Çin mətbəxi nümunələri təqdim edən restoranlar da diqqət mərkəzinə düşür. Mövcud vəziyyəti araşdırmaq üçün BakuCity.az saytı paytaxtda fəaliyyət göstərən Çin restoranl...
Cəmiyyət
"Türk kanallarında kinolara baxıram" Baku TV paytaxt sakinləri arasında televiziya kanalları ilə bağlı sorğu keçirib. BakuCity.az xəbər verir ki, sakinlərə "Televiziyalarımızda nə çatışmır?" sualı ünvanlanıb. Sakinlərin bu suala cavabı birmənalı olmayıb. Paytaxt sakinləri kanallarda problemlərin çox olduğunu söyləyir: "Baxıram, amma türk kanallarına, o da kinodan-kinoya". Digər bir sakin isə yalnız xəbər proqramlarından razı qaldığını deyib: "Xəbərlər norm...
Cəmiyyət
Yanvarın 9-da sürüşmə sahəsi yenidən aktivləşib Badamdar qəsəbəsində aktivləşən sürüşmənin fəsadlarını aradan qaldırmaq, eləcə də analoji hadisənin təkrarlanmaması üçün ərazidə yeraltı suların axıdılması məqsədilə quyular qazılacaq. Görüləcək işlərlə bağlı layihə hazırlanıb. BakuCity.az AzTV.az-a istinadən xəbər verir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində üç quyu qazılacaq. Dərinliyi 30 metr olacaq quyuları daxildən bərkitmək üçün metal lövhələr...
Cəmiyyət
Əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır “Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”. BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva “Report”a deyib. O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdi...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Bakıda yanvarın 30-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 12-14 dərəcə is...
Cəmiyyət
Ət məhsullarını və yumurtanı tam bişirin Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələrini açıqlayıb. BakuCity.az həmin tövsiyələri təqdim edir: Özünüzü və başqalarını xəstəlikdən qoruyun • əllərinizi yuyun• öskürdükdən və asqırdıqdan sonra• xəstələrə qulluq edərkən• yemək hazırlayərkən, əvvəl və sonra• yeməkdən əvvəl• tualet istifadəsindən sonra• əllər vizual olaraq çirkl...
Cəmiyyət
Marketdə oğurlanıb Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb. BakuCity.az xəbər verir ki, T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hadisə yanvarın 28-i saat 18:45 radələrində Nəsimi rayonu Bülbül prospekti, 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb: “Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra ça...
Cəmiyyət
Yasamal sakini QİÇS-dən əziyyət çəkirdi Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini 1974-cü il təvəllüdlü C.R (ad şərtidir) QİÇS virusundan ölüb. Araşdırmalar zamanı C.R-nın uzun müddət narkotik istifadəçisi olduğu da məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında “TOP-5”ə daxil olub. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu “Fodors Travel” turizm şirkətinin reytinqi göstərir. Reytinqdə 1-ci yeri Parisin şimalında, Montmartr təpəsində yerləşən məşhur funikulyor tutub. Bu funikulyor saatda iki min sərnişin daşıya bilər. İkinci yerdə Macarıstanın Budapeşt şəhərindəki Buda tə...
Cəmiyyət
Tələbat azdır "Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək.  Bu barədə “Report”a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib. Həmçinin oxu: Koronavirusa görə Quançjoudan Bakıya uçuşlar da dayandırıldı Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır.  ABŞ-a uçuşlar martdan bərpa ediləcək. BakuCity.az
Cəmiyyət
Çirkləndiricilər dəfələrlə cərimələnib, xəbərdarlıq olunub Hövsanda dənizə çirkab suların axıdılması problemi Hövsan kanalının rekonstruksiyası layihəsi çərçivəsində həll oluna bilər. Bu barədə BakuCity.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildiriblər. Hövsan kanalına çirkab suların bir neçə yerdən axıdıldığını Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov da təsdiqləyib və səbəblərini açıqlayıb. O bi...
Cəmiyyət
Aprelin 1-dək dayandırılıb "China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb. BakuCity.az xəbər verir ki, bu barədə "APA-Economics"ə şirkətin Bakıdakı ofisindən bildirilib. Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: Həmçinin oxu: AZAL-dan Çinə bilet alan sərnişinlərə MÜRACİƏT "Quançjou-Bakı aviareysi cari il aprelin 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olun...
Cəmiyyət
İşlər bu il də davam edir 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib. Bu barədə BakuCity.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imza...
Hadisələr
Açıq kəllə-beyin travması alıb Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon, Cavadxan küçəsində yerləşən mənzildə qeydə alınıb. 1972-ci il təvəllüdlü K.Quliyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən dabankeşlə döyülüb. Başından açıq kəllə-beyin travması alan qadın 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-c...
Hadisələr
"Uşağı ölüb, iş və ev davası edir" “Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”. BakuCity.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib: “Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını...
Cəmiyyət
“Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktlar "Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərinin genişləndirilməsi diqqət mərkəzindədir. Yeni dövrün çağırış və təhdidləri, yol-nəqliyyat hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alınan hər bir yol-nəqliyyat hadisəsi faktlar üzrə ayrı-ayrılıqd...
Hadisələr
2-si azyaşlı olmaqla 4 nəfər təxliyə olunub Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub....
Cəmiyyət
Saat 10:00-da başlayacaq Yanvarın 31-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldi...
Hadisələr
O, huşunu itirib Yanvarın 27-də Bakının Yasamal rayonunda taksi sürücüsü soyğunçuluğa məruz qalıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Rayon Polis Şöbəsindən Oxu.az-a bildirilib. Saat 04 radələrində Abbas Mirzə Şərifzadə küçəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü, 31 yaşlı Xəqani Səfərov sərnişin kimi avtomobilinə minən iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Hücum edənlərdən biri H.Səfərovu yumruqla başından vurub, nəticədə o, h...
Cəmiyyət
30 ədəd ağac və kollar əkilib Yanvarın 28-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. BakuCity.az xəbər verir ki, yenilənmış növbəti həyət Yasamal rayonu, Parlament prospekti 2B, 4 və 6A ünvanlarında 600 sakinin yaşadığı üç yaşayış binasını əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətd...
Cəmiyyət
Qaydaları kobud şəkildə pozub Bakıda toy karvanındakı sürücülərdən birinin yol hərəkəti qaydalarını kobud surətdə pozması kameraya düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. Həmçinin oxu: Araz Abdullayev Bakı küçələrində "avtoşluq" etdi - VİDEO Görüntülərdə “Niva” markalı avtomobilin sürücüsünün “avtoşluq” etməsi əks olunub. BakuCity.az
Cəmiyyət
Dövlət Gömrük Komitəsinə müraciət olunub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib. AQTA-dan BakuCity.az-a bildirilib ki, ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsin...
Cəmiyyət
Küçəyə çıxmaq qadağandır “Çinin Uhan şəhərindəki tələbələrimizin, vətəndaşlarımızın vəziyyəti digər bölgələrdəki vətəndaşlarımızla müqayisədə daha ağırdır. Çünki onlar yaşadıqları mənzillərdə, təhsil aldıqları ali məktəblərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər”. BakuCity.az xəbər verir ki, bunu AzTV-yə Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı deyib. Səfir bildirib ki, vətəndaşlarımız lazımi ərzaq ehtiyatı...
Cəmiyyət
Səhiyyə ocaqlarında "qaynar xətlər" yaradılacaq Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən BakuCity.az-a verilən m...
Cəmiyyət
Bu, yeni iş yerlərinin açılmasına da imkan verəcək Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq eko parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər. BakuCity.az-ın məlumatına görə, qurumdan FED.az-a bildiri...
Hadisələr
Gəmidə dəlik əmələ gəlib Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir. DSX-dən BakuCity.az-a bildirilib ki, 2020-ci ilin 25 yanvar tarixində saat 21 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma t...
Cəmiyyət
Əsas məsələ fövqəladə hal çantasının olmasıdır Bir neçə gün əvvəl Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 bal gücündə zəlzələ əhali arasında təşvişə səbəb olub. Zəlzələnin baş verməsi binalarda və yaşayış obyektlərində dağıntılarla nəticələnib. Qonşu ölkədəki hadisə Azərbaycanda tikilən yeni binaların zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib. Çünki ölkəmizdə də zaman-zaman güclü və zəif zəlzələlər olub. Yeni tikilən çoxmərtəbəli binalarda hər h...
Mədəniyyət
Festivalın ilk günündə çıxış edəcək bəzi müğənnilərin adları məlum oldu "Jara-2020" beynəlxalq musiqi festivalının rəsmi ”İnstaqram“ səhifəsində builki tədbirin açılışını edəcək bəzi sənətçilərin adları açıqlanıb. BakuCity.az xəbər verir ki, yubiley festivalının açılışında iştirak edəcək ulduzlar arasında Emin, #2Masha, Maks Barskix, Burito, “Vremya i Steklo” (Время и Стекло), Monatik, Qriqori Leps, Slava (Слава), MOZGI, Mişel Andrade kimi sənətçilər var....
Cəmiyyət
Kəsişən yollar da yenidən qurulacaq Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BakuCity.az-a verilən məlumata görə, qurum tərəfindən aparılan yenidənqurma işləri çərçi...
Cəmiyyət
Nazik bağırsağı deşilib Bakıda daha bir uşaq maqnit udub. BakuCity.az "Report"a istinadən məlumat verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər. Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.  Hazırda uş...
Cəmiyyət
5 palatada pnevmaniyadan müalicə alanlar yatır Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, tibb müəssisəsində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infek...
Ekologiya
Zəif duman olacaq Yanvarın 29-da Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-...
Cəmiyyət
Ölkədə iqtisadi artım, urbanizasiya hər il yeni daşınmaz əmlak təkliflərinin sayının artmasına səbəb olur. Bu sahədə ən böyük seçim Bakıdadır. Paytaxtda müştərilərə hər zövqə, qiymətə uyğun ev və mənzillər təklif olunur. BakuCity.az Baku.ws-ə istinadən satışda olan ən bahalı mənzil və evlərdən 10-nu təqdim edir: 1. Neftçilər prospektində 8 otaqlı mənzil, 1053 m² - 3,600,000 AZN 2. "28 May" metro stansiyasının yaxınlığında 5 otaqlı mənzil, 480 m² - 3 500 00...
Cəmiyyət
Avtomobilin sürücüsü də saxlanılıb Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.az-a deyib ki, hazırda görüntülərlə bağlı araşdırma davam etdirilir: “Biz müəyyən etmişik ki, həmin polis əməkdaşları Baş Dövlət Yol Polisi İda...
Cəmiyyət
Xəstəlik Çində alovlanıb Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a bildirilib, əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzalanıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədb...
Mədəniyyət
Son tamamlama işləri gedir Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması prosesi davam edir. BakuCity.az-ın məlumatına görə, bunu heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədov Baku.ws-ə bildirib. Onun sözlərinə görə, hazırda son tamamlama işləri gedir: "Hacının heykəlinin hazırlıq prosesi davam edir və son tamamlama işləri gedir. Hazırda heykəlin qəliblənməsi, tunca tökülməsi və yerinin tikilməsi qalıb. Qrafik üzrə necə...
Cəmiyyət
“Azərsu” abonentlərdən üzr istəyir Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə BakuCity.az-a "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətl...
Cəmiyyət
Virtual məkanda fala baxanlar da peyda olub Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə, xüsusən "İnstaqram"da müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artıb. Qeyd olunub ki, belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəx...
İdman
Seçkilər 4 ildən bir keçirilir Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, AFFA-nın yanvarın 28-də keçirilən konfransında assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib. Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. Qurumun prezidentliyinə seçkilər dörd ildən bir keçirilir. BakuCity.a...
Cəmiyyət
“E-sosial”ın funksionallığı daha da genişlənib Vətəndaşlara onlarla bağlı sosial məlumatlara real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq, öz sosial hüquqlarının təminatına daimi nəzarət imkanı verən “e-sosial” internet portalının funksionallığı daha da genişləndirilib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, portalın “e-Xi...
Cəmiyyət
Gələn aydan Pekinə reyslər dayandırılacaq Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər. Bu barədə BakuCity.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı tə...
Cəmiyyət
Bir aydır evi tərk edib Bakıda itkin düşən 34 yaşlı kişinin Türkiyəyə getdiyi məlum olub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə ötən il dekabrın 28-də, saat 16 radələrində paytaxtın Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Orxan Əliyev yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra O.Əliyevin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Bakı Şəhər Baş Polis İda...
Cəmiyyət
Plastik tullantılar da dənizə axıdılır Bakının Hövsan qəsəbəsində kanalizasiya və çirkab suları, eləcə də plastik tullantılar dənizə axıdılır.  BakuCity.az xəbər verir ki, bununla bağlı sakinlər Oxu.az-a müraciət edib.  Şikayətdə bildirilib ki, yaxınlıqda təmizləyici qurğunun tikilməsinə baxmayaraq, minlərlə plastik tullantı birbaşa dənizə axıdılır. BakuCity.az
Cəmiyyət
Yayın sonuna ərazidə işlər tam yekunlaşacaq "Badamdarla 20-ci sahə arasında olan avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir. Orada sürüşməyə əsas səbəb sudur. Yağış yağdı, su kütləsi artdı və bununla da yamac hərəkətə gəldi. Yuxarıdakı quyular vasitəsilə sürüşmə zonasında suyun qarşısını bir qədər almağa çalışırıq". BakuCity.az məlumat verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Ekzogen fövqəladə hallar şöbəsinin müdiri Ramiz...
Cəmiyyət
Ərazi sahibsiz itlərin məkanına çevrilib Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna yaşayış massivində it dişləməsi nəticəsində 4 gün əvvəl dünyasını dəyişən 4-cü sinif şagirdi Ömər Poladovun valideynləri həkimləri məsuliyyətsizlikdə ittiham edirlər. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, valideynlərin iddiasına görə, Sabunçu rayon 3 saylı şəhər Klinik Xəstəxanasının həkimləri burada uşağa bir iynə vurmaqla kifayətlənərək daha sonra türkəçarə yolu ilə m...
Cəmiyyət
Sərnişinlərin sayı 46 265 nəfər olub 2019-cu il ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) yükaşırmanın həcmi 2018-ci ilə (3787,8 min ton) nisbətdə 7,2% artaraq 4061.6 min ton olub. BakuCity.az xəbər verir ki, ümumi yükaşırmanın əsas hissəsi, yəni 84,8%-i (3 444.2 min ton) ənənəvi olaraq tranzit yüklərin payına düşüb. 2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin ən yüksək g...
Cəmiyyət
Müvafiq sənədlər hazırdır Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır. Bu yaxınlarda həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. BakuCity.az xəbər verir ki, bu barədə Baku.ws-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.  Məlumata görə, müvafiq sənədlər hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək. "Bunun üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti il...
Cəmiyyət
Professor Akif Quliyev də işdən çıxarılıb Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri...
Hakimiyyət
6,4 milyon manat ayrılıb Prezident İlham Əliyev Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dö...
Cəmiyyət
Görüntülər araşdırılır Bakıda qadın sürücü idarə etdiyi avtomobillə avtobusun qarşısını kəsib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu gün səhər saatlarında qadın sürücü avtomobilini Heydər Əliyev prospektində Milli Gimnastika Arenasının qarşısındakı dayanacaqda 1 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan "Bakubus" MMC-yə məxsus avtobusun qarşısında saxlayıb. İctimai nəqliyyat vasitəsinin siqnal verdiyini görən həmin q...
Cəmiyyət
Qayda pozan sürücü axtarırlar Sosial şəbəkələrdə Dövlət Yol Polisinin əməkdaşlarının sürücülərə, belə demək mümkünsə, tələ qurması ilə bağlı videogörüntü yayılıb. BakuCity.az-ın Oxu.az-a istinadən məlumatına görə, sürücü iddia edir ki, yol polis əməkdaşı “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə xidməti avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edir, onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər. Görüntülərdən aydın olur ki, i...
Cəmiyyət
"Qəsəbədaxili yollar agentliyin balansında deyil" Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yolların bərbad vəziyyətdə olması ilə bağlı məsələyə aydınlıq gətirib. BakuCity.az-ın məlumatına görə, İcra Hakimiyyətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (...
Cəmiyyət
Yaxın vaxtlarda həllini tapacaq Azərbaycanda qatarlara onlayn bilet satışı ilə bağlı yenilik olacaq. BakuCity.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov FED.az-a bildirib. Onun sözlərinə görə, hazırda onlayn bilet alışı mümkün olsa da, bileti alan sərnişin kassaya yaxınlaşıb onun kağız variantını əldə etməli olur: Həmçinin oxu: Qatarlara bilet satışında YENİLİK “Yaxın vaxtlardan etibar...
Mədəniyyət
Tanqosevərlər üçün paytaxtda münasib qiymətə dərslər təşkil olunur XX əsrin əvvəllərində əvvəlcə "tango criollo" adlanan rəqs tez bir zamanda populyarlıq qazanaraq Avropa və ABŞ-a yayılıb. Bu gün isə tanqonun bir çox forma və üslubları var: Argentina tanqosu, Uruqvay tanqosu, bal tanqosu (ABŞ və beynəlxalq üslubda), Finlandiya tanqosu və qədim tanqo. Argentina tanqosu Argentina və Uruqvaydakı orijinal rəqslərə daha yaxındır. Ötən il paytaxta üçüncü buraxıl...
Cəmiyyət
Saxlanılan şəxslər təqsirlərini etiraf ediblər Bakıda silahlı şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əmə...
Cəmiyyət
İlk 5 ədədi Bakıya gətirılib Bakıya məişət tullantıları daşıyan 27 yeni avtomobil gətiriləcək. Bu barədə BakuCity.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınmasına başlanılıb. Dekabrın sonunda Almaniya istehsalı olan xüsusi...
Cəmiyyət
Azərbaycanın şərab yolu “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib Yanvarın 27-də Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib. Azərbaycan Turizm Bürosunun baş...
Mədəniyyət
Çempionatı Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası keçirir Paytaxtda Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə “Baku Dance Open – 2020” keçiriləcək. BakuCity.az xəbər verir ki, Bakı rəqs üzrə açıq çempionatına fevralın 9-u saat 10:00-da Azərbaycan Rəqs Assosiasiyasında start veriləcək. Çempionatı keçirilməsinin əsas məqsədi müxtəlif müasir və ictimai rəqs növlərində calışan istedadlı kollektiv...
Ekologiya
Mülayim külək əsəcək Yanvarın 28-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, g...
Cəmiyyət
Martın 8-dək uçuş olmayacaq “Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq. BakuCity.az xəbər verir ki, bu barədə “Report”a AZAL-dan bildirilib. Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir. Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək. BakuCity.az
Mədəniyyət
"Planet Parni iz Baku" KVN Teatrı 15-19 aprel tarixlərində yeni konsertləri ilə pərəstişkarlarını sevindirəcək Azərbaycanın Əməkdar artisti, əfsanəvi "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanovun BakuCity.az-a müsahibəsi - Bu il pərəstişkarlarınız üçün nə hazırlayırsınız? - Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, "Planet Parni iz Baku" KVN komandasının konsertlərinin Azərbaycan televiziyasına qayıtmasına şadam. Nümayişinə qadağa qoyulan b...
Cəmiyyət
Otmanbozdağ vulkanının təhlükə riski tədqiq olunub AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qaradağ rayonunda yerləşən Azərbaycanın ən iri və aktiv palçıq vulkanlarından olan Otmanbozdağın təhlükə riskini tədqiq ediblər. Akademiyadan BakuCity.az-a verilən məlumata görə, tədqiqatlar “Norm” MMC ilə institut arasında imzalanmış müqaviləyə əsasən baş tutub. Belə ki, vulkanın 2017 və 2018-ci illərdə iki fazalı püskürm...
Cəmiyyət
İşçi qrupu müvafiq işlər aparır Müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlıdır. BakuCity.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlanılıb: "Agentliyin və Təhsil Nazirliyinin birgə işçi qrupu müvafiq işlər aparır. Düşünürəm ki, 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhə...
Cəmiyyət
Polisin qanuni tələbinə əməl etməyib Sosial şəbəkələrdə Bakının Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb.  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbut xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər. Sürücü yol...
Cəmiyyət
Sürücü məhkəmə qarşısına çıxarıldı Xırdalanda iki azyaşlını vuran sürücü barəsində həbs qətimkan tədbiri seçilib. BakuCity.az APA-ya istiandən məlumat verir ki, yanvarın 23-də Xırdalan şəhəri ərazisində səki ilə hərəkət edən orta məktəb şagirdləri - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı avtomobillə vurub onlara bədən xəsarətləri yetirməkdə təqsirli bilinən Cəmil Bəylərov məhkəmə qarşısına çıxarılıb. Abşeron rayon mə...
Cəmiyyət
Yolların uzunluğu 51 km-dir 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan, Türkan və Dübəndi qəsəbələrində 51 km uzunluğunda olan 27 küçə və yola asfalt-beton örtüyü döşənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, asfaltlanan ərazinin sahəsi 350 min kv.m-dən çoxdur. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonu Binə, Buzovna, Q...
Cəmiyyət
Tikinti işlərinin 95 faizdən çoxu başa çatıb Türkiyədə Ankara-Sivas yüksək sürətli dəmir yolu Sivas-Ərzincan və Ərzincan-Ərzurum-Qars dəmir yolları vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşəcək. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər. Məlumata əsasən, Ankara-Sivas yüksək sürətli dəmir yolunun tikintisi bu ilin martında başa çatacaq və bundan sonra dəmir yolunun sınaqdan...
Cəmiyyət
Yeyinti faktı ilə bağlı daha bir cinayət işi başlanıb "Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli...
Hadisələr
Hadisənin təfərrüatı araşdırılır Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza Bakı-Salyan magistralında qeydə alınıb. Sürücü Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib. Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüse...
Cəmiyyət
Təkanlar səhər saatlarında qeydə alınıb Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində 3,4 maqnitudalı zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, yeraltı təkanlar saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb. Dərinliyi 28 km olan zəlzələ hiss olunmayıb. BakuCity.az
Biznes
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub 25 yanvar tarixində İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub. BakuCity.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10 -u seçilərək finala vəsiqə qazana bili...
Cəmiyyət
Ayın 30-dan tətbiq olunacaq Bakıda daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 30.01.2020-ci il tarixindən 67 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Qeyd edək ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş...
Ekologiya
Səhər duman olacaq Yanvarın 26-da Bakıda hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1° şaxatdan 2°-dək isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan...
İdman
İlin sonuna kimi Bakı klubunda olacaq “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. BakuCity.az xəbər verir ki, komanda George Antonla razılığa gəlib. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, George Anton Moldova millisinin də üzvüdür. O, daha əvvəl ölkəsində “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub. BakuCity.az
Cəmiyyət
Quduzluq əlaməti olub Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb. Belə ki, 4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçədə sahibsiz it dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib. Qonşuların bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını də...
Cəmiyyət
10-a yaxın sürücü cərimələnib Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib. BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb. BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq...
Hadisələr
6 nəfər xəsarət alıb Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.  İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a bildirilib ki, bu gün saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyn...
Cəmiyyət
Bərpa işlərini Avstriya şirkəti həyata keçirib İçərişəhər, Böyük Qala küçəsi, 50 ünvanında arxeoloji qazıntı aparılarkən aşkar edilmiş orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib. Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, h...
Hadisələr
Ölüm səbəbləri araşdırılır Bakıda bankda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb. Bankın əməkdaşı Ramilə Heydərova çalışdığı yerdə vəfat edib. Hazırda R.Heydərovanın ölüm səbəbləri araşdırılır. BakuCity.az
Hadisələr
Toksikologiya şöbəsinə yerləşdirilib Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb. Həmçinin oxu: Bakıda saxta spirtli içki hazırlayıb satanlar həbs edildi - FOTO + VİDEO Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içər...
Hadisələr
Yaralılar xəstəxanadadır Bu gün səhər 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomob...
Hadisələr
Zəlzələnin gücü 6,8 bal olub Türkiyənin Malatya və Elazığ əyalətlərində güclü zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir. Xilasetmə əməliyyatları davam edir. Zəlzələnin gücü 6,8 bal olub. Təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, eləcə də İraqın Ərbil və Duhok vilayətlərində hiss olunub. BakuCity.az
Cəmiyyət
Komitə hesabat verdi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamları ilə ötən il təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 647 211 kv.m təşkil edir ki, bunun da 2 520 808 kv.m-lik hissəsi mənzillərdir.  BakuCity.az-ın məlumatına görə, bu barədə komitənin sədri Anar Quiliyev qurumda keçirilmiş geniş...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?