usd:
1,70 ₼
eur:
1,83 ₼
Bu gün
+7... 9 °С
Buludsuz, yağmursuz
Sabah
+5... 7 °С
Buludlu, yağmursuz
Bu gün
+7... 9 °С
Buludsuz, yağmursuz
Sabah
+5... 7 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Sürücünün içkili olduğu ehtimal edilir Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla, beş nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “To...
Cəmiyyət
"Əməliyyat zamanı xəstənin çənəsindən tutub" Azərbaycan Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkimin pasiyenti döyüb təhqir etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən BakuCity.az-a daxil olan açıqlamada bildirilir: “Həmin xəstə üç ay öncə insult keçirib. Bu səbəbdən narkoz verilməyib və lokal keyitmə ilə əməliyyat həyata keçirilib. Əməliyyat edən həkim Emil Hüseynov deyir ki, əmə...
Cəmiyyət
Alternativ yollar açıqlandı Yanvarın 20-si səhər saat 08:00-dan tədbir tam başa çatanadək bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması və istiqamətin dəyişdirilməsi nəzərdə tutulub. BakuCity.az məlumat verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib. O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi və onların raha...
Cəmiyyət
"Çox yaxşı müəllimə idi, fəxri fərmanları var idi" Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllimə uşağı döyür, daha sonra videoya çəkildiyini görüb onu qucaqlayır. BakuCity.az-ın məlumatına görə, Uşaq evinin direktor Sevda Hacıyeva Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən il dekabrın 29-da baş verib: “Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova El...
Cəmiyyət
Sınıq xəsarətləri alıb Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Rüstəmov küçəsində qeydə alınıb. 55 yaşlı Əliyev Zülfü Vüqar oğlu qayınanası ilə mübahisə zamanı küt alətlə döyülüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin müayinə zamanı Z.Əliyevin qarnından küt travma və qabırğasından sınıq xəsarətləri aldığı müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Yeni sistem B3 ilə "Memar Əcəmi" stansiyaları arasındakı hissədə tətbiq olunub Bakı Metropolitenində qatarların səssiz hərəkəti təmin ediləcək. BakuCity.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təmsil etdiyi qurum tərəfindən qatarların hərəkət etdiyi yollarda dəmir-beton bloklarının quraşdırılması ilə qatarların daha səssiz hərəkət edəcəyini bildirib. Onun sözlərinə görə, dəmir-beton bloklarının xüsus...
Cəmiyyət
"Pulunuzu qaytarıb, üzr istəyə bilərəm" Bakıdakı göz klinikalarından birində ötən gün gözündə kataraktaya görə əməliyyata girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, yaşlı qadın əməliyyatdan ağlaya-ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə Medicina.az-a xəstənin qızı bildirib. O, anasının iki dəfə insult keçirdiyini, nitqində bir qədər qüsur olduğunu deyib: "Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxa...
Cəmiyyət
Nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq. Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır. Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sür...
İdman
Karyerasına Niderlandda başlayıb Bakının “Keşlə” futbol klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. BakuCity.az məlumat verir ki, 26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran A.Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Al-Mojzel” komandası olub. BakuCity.az
Cəmiyyət
Test imtahanından uğurla keçənlər müsahibəyə cəlb olunacaqlar Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?