usd:
1,70 ₼
eur:
1,92 ₼
Bu gün
+22... 25 °С
Buludlu, yağmursuz
Sabah
+24... 26 °С
Buludsuz, yağmursuz
Bu gün
+22... 25 °С
Buludlu, yağmursuz
Sabah
+24... 26 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Hakimiyyət
Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıb "Xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin". BakuCity.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil: "Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün təd...
Ekologiya
12 dərəcə isti olacaq Martın 20-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcə...
Cəmiyyət
Ötən ilin yayında çox ucuz idi Bakıda sarımsaq qısamüddətli bahalaşmadan sonra yenidən ucuzlaşıb.  BakuCity.az xəbər verir ki, bu, "Report"un marektlərdə apardığı araşdırma nəticəsində məlum olub. Xatırladaq ki, dünyada, o cümlədən Azərbaycanda yayılmış koronavirus infeksiyasından qorumaq üçün əhalinin sarımsağa tələbatı kəskin artmışdı. Son nəticədə bu məhsulun 1 kiloqramının qiyməti 15 manata yüksəlmişdi. Hazırda isə qiymətlər 7-8 manat civarında dəyişir...
Cəmiyyət
Əməliyyatlar elektron əsasda davam etdiriləcək Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək. Bu barədə BakuCity.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesabl...
Cəmiyyət
Suallara cavab tapmaq olar Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə www.koronavirusinfo.az informasiya portalı istifadəyə verilib. BakuCity.az xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən məlumat portalı istifadəyə verilib. Portalda koronavirus...
Cəmiyyət
Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı yerləşir SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq edirlər. SOCAR-dan BakuCity.az-a verilən məlumata görə, “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılmışdır. SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə...
Cəmiyyət
Qayıdış da yalnız Bakıda qeydiyyatda olanlar üçün mümkün olacaq Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir. BakuCity.az-ın məlumatına görə, bu barədə Kompleksin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.  Onun sözlərinə görə, reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng etmək, eyni zamanda [email protected] e-poçt ünvanına və Bak...
Cəmiyyət
Rayon qeydiyyatında olanlar müxtəlif bəhanələr gətirirlər Gecə saat 00:00-dan etibarən rayon dövlət qeydiyyat nişanlı avtomobillərə paytaxta girişinə qadağa qoyulub. BakuCity.az APA TV-yə istinadən xəbər verir ki, bunun üçün paytaxta şimal, cənub və qərb rayonlarından gələn yollarda xüsusi postlar qurulub. Bakı-Qazax şosesinin 65-ci kilometirliyində, yəni Ələt qəsəbəsində qurulan postda yol polisi əməkdaşları ilə birgə Qaradağ Rayon Polis İdarəsinin Əlahid...
Ekologiya
Bakı şəhərində çirklənmə yol verilən həddi keçməyib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son günlərin hava şəraitini şərh edib. BakuCity.az-ın məlumatına görə, U.Tağıyeva bildirib ki, bir neçə gündür hava şəraiti gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları fonunda temperatur iql...
Hadisələr
Ürək çatışmazlığından ölüb Bakıda 22 həftəlik hamilə qadın ölüb. BakuCity.az xəbər verir ki, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayeva bətnindəki uşaqla birlikdə ölüb. Araşdırmalar zamanı məlum olub ki, Ş.Mustafayeva 5 il qabaq ürək əməliyyatı keçirib. Bu il martın 17-də "Mitral qapağın protezinin trombozu" diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyyə Xəstəxanasına yerləşdirilib. Ötən gün isə ürək çatışmazlığından ölüb. Faktla bağlı Yas...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?