usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,89 ₼
Alış
1,89 ₼
Satış
1,89 ₼
eur:
1,89 ₼
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+16... 18 °С
Buludsuz, yağmursuz
Bu gün
+17... 19 °С
Buludsuz, yağmursuz
Sabah
+16... 18 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...
Ekologiya
Bakıda istirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-20-də paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Oktyabrın 15-də Azərbaycanın paytaxtında keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn jurnalist Ahmet Hakan təəssüratlarını bölüşüb. BakuCity.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək qayıtdım” başlıqlı yazı yazıb. O qeyd edib ki, Bakıya “Qafqazın...
Hakimiyyət
Bakıda qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib. İlham Əliyev bildirib ki, paytaxtda qəzalı vəziyyətdə olan, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar boşaldılandan sonra həmin yataqxanaların yerində yeni binalar tikilə bilər: Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. BakuCity.az "Report”a istinadən məlumat verir ki, bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub. Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stan...
Cəmiyyət
Bakının Nizami rayonu, Keşlə qəsəbəsində transformatora girərək yanan, nəticədə qolu amputasiya olunan 2010-cu il təvəllüdlü Zəhra Əliyeva ilə bağlı bəzi təfərrüatlar məlum olub. İddia olunurdu ki, həkimlər uşağın nənəsindən pul istəyiblər. Uşağın qolunun amputasiya olunmadan müalicəsi mümkün imiş, sadəcə barmaqları kəsilməklə kifayətlənmək olarmış, amma həkimlər müalicədən boyun qaçırıblar. Təhsil aldığı məktəbdən də dəcəlliyinə görə qovulduğu, üstəlik, ö...
İdman
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Araz Abdullayev idman avtomobilini yüksək sürətlə idarə etməklə gündəmə gəlib. BakuCity.az xəbər verir ki, A.Abdullayev bahalı avtomobili ilə Bakı küçələrində yüksək sürətlə hərəkət edərək bu görüntüləri sosial şəbəkədə paylaşıb. Xatırladaq ki, bir neçə il əvvəl futbolçu avtomobili ilə Nobel prospektində iki süpürgəçini vurmuşdu. BakuCity.az
Mədəniyyət
Bu gün Bakıda Beynəlxalq Caz Festivalı başlayır. BakuCity.az xəbər verir ki, açılış mərasimi saat 17:00-da Qız qalasının yaxınlığında olacaq. Festival çərçivəsində tədbirlər “Rotunda Jazz Club”, Beynəlxalq Muğam Mərkəzi və Akademik Musiqili Teatrda keçiriləcək. “Baku Jazz – 2019” müddətində caz haqqında maraqlı filmlər, seminarlar və sərgilər də nümayiş olunacaq. Həmçinin oxu: Bakıda Rusiya istehsallı qısametrajlı filmlər nümayiş olunacaq Festival oktyabrı...
Cəmiyyət
Sakinlər Bakıda avtobus dayanacağını zəbt edən taksi sürücüsündən şikayət edirlər. “Taksi fəaliyyəti ilə məşğul olan 90-RT-456 dövlət nömrə nişanlı avtomobilin sürücüsü "İnşaatçılar" metro stansiyasının "Amrahbank" tərəfə çıxışında dayanma-durma qaydalarını pozaraq Şərifzadə küçəsindəki avtobus dayanacağını zəbt edir. Nəticədə avtobusların yolun ikinci və üçüncü zolağında dayandığına görə yolda tıxac yaranır”. BakuCity.az xəbər verir ki, bu barədə Avtosfer...
Müsahibə
BakuCity.az-ın “Hekayəni danış” rubrikasının budəfəki qonağı Azərbaycan Dağ İdman Klubunun üzvü, fotoqraf Darya Derkaçdır. O, saytımıza müsahibəsində bu idman növünə gəlişindən, uğurlarından və gələcək planlarından danışıb. Daryanın sözlərinə görə, Bakıda qayalıq məkanlar çox deyil, amma sevdiyi bir məkan var. O, Dağ İdman Klubundakı dostları ilə birlikdə məşq etmək, qayalar boyunca dırmaşmaq və söhbət etmək üçün hər bazar günü Nardarana gedir. Birlikdə mü...
Ekologiya
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Həmçinin oxu: Bakıda yaz havası nə qədər davam edəcək?...
Hadisələr
Bakıda baş verən növbəti qəza anı kameralara düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Qazel” markalı yük maşını texniki səbəbdən yolun ortasında dayanmalı olur. Həmçinin oxu: Bakıda Milli Məclisin yanında dəhşətli qəza - VİDEO Bu zaman sürətlə hərəkətdə olan avtomobillər onunla toqquşmamaq üçün sağa-sola hərəkət edirlər. Lakin sürücülərdən biri öz zolağı ilə hərəkəti davam etdirir və arxadan yüksək sürətlə “Qazel”ə çırpılır. Nəticədə avt...
Cəmiyyət
Səhiyyə Nazirliyi Bakıda küçəyə atılan uşağın vəziyyəti ilə bağlı açıqlama yayıb. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib. Həmçinin oxu: Bakıda bir günlük körpəni qutuya qoyub küçəyə atdılar - VİDEO Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziy...
Hadisələr
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın bəzi vaqonlarında qapılar açılmayıb, həmçinin tuneldə qatarın işıqları sönüb.  BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb. Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıblar. Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-...
Cəmiyyət
Bakıda sayca 10-cu Çağırış Kuboku keçiriləcək Azərbaycan Respublikası Gənclər Fondu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə ənənəvi X Çağırış Kubokunun keçirilməsi planlaşdırılır. BakuCity.az xəbər verir ki, “Nə? Harada? Nə zaman?” və “Xəmsə Milli İntellektual Oyunu“ üzrə ənənəvi X Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il həyata keçirilən ənənəvi turnirlərdəndir. İntellektual oyu...
Kriminal
Bakı Metropolitenində cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.  Həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub.  Araşdı...
Hadisələr
Bakının Lökbatan qəsəbəsində küçədə bir günlük oğlan uşağı tapılıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə olub. Məlumata görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb. Qaradağ rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, yeni doğulmuş uşağı küçədə Lökbatan qəsəbə sakini aşkar edib və sağ olduğundan polisə məlumat verib....
Hadisələr
Bakıda 17 yaşlı oğlan itkin düşüb. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə oktyabrın 13-də Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 2002-ci il təvəllüdlü Təbriz Əliyev yaşadığı "Yeni məhəllə", ev 21 ünvanından saat 19:20 radələrində özünə məxsus əşyaları götürərək çıxıb və bir daha geri qayıtmayıb. Oktyabrın 17-də isə 2004-ci il təvəllüdlü Nejan Məmmədova  paytaxtın Yasamal rayonunda yaşadığı A.Şaiq küçəsi, 181 saylı ünvanda...
Cəmiyyət
Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq. Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub-qərb hissəsində yerləşən yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərz...
Hadisələr
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Buta.ws-ə istinadən məlumat verir ki, qəza Bakının “Sovetski” adlan ərazisində qeydə alınıb. "Tofaş" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan üç qız ağır xəsarət alıb. BakuCity.az
Kriminal
Bakıda çay evində qətl hadisəsi baş verib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nah...
Mədəniyyət
Prezident İlham Əliyev Xalq artisti Fikrət Verdiyevi Bakıda mənzillə təmin edib. BakuCity.az xəbər verir ki, bu barədə sənətkarın həyat yoldaşı, məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva sosial şəbəkədə yazıb. O qeyd edib ki, hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, tarzən, 50 il əvvəl Gəncədə "Göygöl" ansamblının yaradıcısı və G...
Cəmiyyət
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman” intellektual oyunu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdan ibarətdir. Xəzər ray...
Cəmiyyət
Çinli turoperatorlar Bakının turizm obyektlərinə baxacaqlar. Dövlət Turizm Agentliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nüma...
Cəmiyyət
Bakıda taxıl konfransı keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AzPromo) BakuCity.az-a verilən məlumata görə, oktyabrın 23-24-də Bakıda XI Beynəlxalq Taxıl Konfransı (Global Grain Outlook) keçiriləcək. Tədbirin Rusiya Taxıl Birliyinin (Российский зерновой союз) təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulur. Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, BƏƏ, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arp...
Hakimiyyət
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib. BakuCity.az-ın məlumatına görə, yol tikintisinin Azərbaycanda geniş vüsət aldığını deyən dövlət başçısı deyib ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir: “Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən siz...
Cəmiyyət
“Dövlət Nəzarət Təhlükəsizlik Departamenti” MMC-nin, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olmuş vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb. Baş Prokurorluğun mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, ilkin araşdırmalarla MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cü...
Hadisələr
Bakıda ərzaq firmalarından birinə məxsus yük maşını qəza törədib. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Əlövsət Quliyev küçəsində baş verib. Həmçinin oxu: Bakıda Milli Məclisin yanında dəhşətli qəza - VİDEO Qəzaya səbəb sürücünün yol kənarındakı ağacın hündürlüyünü nəzərə almaması olub. "Ford" markalı maşının yük hissəsi ağaca ilişərək aşıb. Nəticədə yolun sol hissəsində dayanan, polis əməkdaşına məxsus "Chevrolet" markalı maşına da zi...
Cəmiyyət
Bakının yaxınlığında, Böyük Zirə (keçmiş Nargin) adasının şimal sahilində döyüş gəmilərinin böyük qəbiristanlığı var. Bunlar SSRİ Hərbi Dəniz Qüvvələrinin keçmiş Qırmızı Bayraq Xəzər Donanmasının gəmiləridir. Bir zamanlar güclü olan "dəniz canavarları" bu gün qiyamət sonrası mənzərəni xatırladır. Hələ sovet dövründə Nargin Xəzər flotiliyasının dayanacaqlarından biri kimi istifadə olunurdu. 80-ci illərdə bura istismar müddəti bitmiş və ya təmirini gözləyən...
Hadisələr
Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb. BakuCity.az-ın məlumatına görə, qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb: “Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir. Bu səbəbdən də həmin şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”....
Siyasət
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıdakı mitinqlə bağlı məlumat yayıblar. Qurumların mətbuat xidmətlərindən BakuCity.az-a daxil olan məlumatda qeyd olunur: “Son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif...
Cəmiyyət
Yaxın zamanlarda "Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq. BakuCity.az xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov Trend-ə deyib. Onun sözlərinə görə, yeni xətdə bir neçə yeniliklər də gözlənilir: “Hələlik yeni istiqamət üzrə turun haradan başlayıb, harada bitməsi tam məlum deyil. Onu deyə bilərəm ki, bu, yeni bir istiqamət olacaq və burada şəhərin mədəniyyətini əyani şəkildə göstərmək...
Ekologiya
Bakıda mülayim hava şəraiti oktyabrın 20-dək davam edəcək. Bunu BakuCity.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. U.Tağıyeva bildirib ki, bu ilin oktyabr ayının birinci yarısı nisbətən sabit və mülayim isti hava şəraiti ilə səciyyələnir. Havanın temperaturu iqlim norması ilə müqayisədə 3-4 dərəcə yüksəkdir: “Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda oktyabrd...
Mədəniyyət
Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ll Animafilm - Bakı Beynəlxalq Animasiya Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. BakuCity.az xəbər verir ki, üç gün davam edəcək (18-20 oktyabr) festival Azərbaycan animasiyasının 50 illiyinə həsr olunub. Festival rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının, Çexiya və Fransanın Azərbaycandakı səfirliklərinin, “Çinar Yayımları” nəşriyyatın...
Kriminal
"Hər gün içib evə gəlirdi, bacıma hədə-qorxu gəlirdi". BakuCity.az xəbər verir ki, bu sözləri hadisə yerində olan Lent.az -ın əməkdaşına mərhum Təranə İsmayılovanın qardaşı Rahib İsmayılov deyib. R.İsmayılov bacısının cinayəti törədən şəxslə evliliyinin heç bir il çəkmədiyini bildirdi: "Bacım onunla heç bir il deyildi ki evli idi. Vaqif evsiz, işsiz bir adamdır. Biz Qərbi Azərbaycandanıq, onlar əslən Bərdə rayonundandır. Bu gördüyünüz həyətdə 2 otaqlı 2 ev...
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda oktyabrın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu paytaxtda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yü...
Cəmiyyət
Ötən ay Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədilə “Yaşıl guşələr”in yaradılması və qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncamla sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə paytaxtda yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında “Yaşıl guşələr”in yaradılm...
Cəmiyyət
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində şagird idarəetmə sistemi yaradılıb. İdarədən BakuCity.az-a verilən məlumata görə, şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcək peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vas...
Hadisələr
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda Şəfayev Mehdiyev küçəsinin daha bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabrın 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Ə...
Kriminal
Bakının Binəqədi rayonu, Aydınbəyov küçəsi, 22 ünvanında qətl törədilib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən...
Cəmiyyət
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb. BakuCity.az məlumat verir ki, şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub. Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır. Qeyd edək...
Hadisələr
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Parlament prospektindən İzzət Nəbiyev küçəsinə dönən avtomobilin sürücüsü Milli Məclis binasının yanında qəfildən idarəetməni itirib, maşın qarşı yolda hərəkətdə olan digər avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib, sürücülər yüngül xəsarət alıb. BakuCity.az
Hakimiyyət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ictimai nəzarəti gücləndirməyə çağırıb. BakuCity.az-ın məlumatına görə, dövlət başçısı oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə deyib ki, Azərbaycanda hər bir sahə şəffaf olmalı və ən yüksək standartlara cavab verməlidir: “Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki,...
Hadisələr
Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində qeydə alınıb. Rayon ərazisində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu xidmət aparan zaman minik avtomobili onu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib. O bildirib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər: "Bu gün şəhərimizdə əsas ictimai nəqliyyat növləri metro və müntəzəm marşrut xətt avtobuslarıdır. Son vaxtlar dəmir yolu...
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib, dava zamanı o, üç bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki qolun, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməl...
Mədəniyyət
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi açılıb. BakuCity.az xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir.  Sərginin ekspozisiyası rəssamlar İsmayıl Axundov, Əzim Əzimz...
İdman
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq. BakuCity.az xəbər verir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri saat 12:00-dan etibarən almaq mümkün olacaq. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iTicket satış məntəqəsi), “Park Bulvar AVM” (iTicket satış məntəqəsi) ticarət mərk...
Cəmiyyət
Azərbaycanın “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqə daha bir istiqamət üzrə uçuşlara başlayır. “Buta Airways”dən BakuCity.az-a verilən məlumata görə, 30 oktyabr 2019-cu il – 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə – çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əl...
Mədəniyyət
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. Üç coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. BakuCity.az “Sputnik Azərbaycan”a istinadən məlumat verir ki, özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço hə...
Cəmiyyət
Bakıda 570 güzəştli mənzilin seçimi başa çatıb. Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. Agent...
Mədəniyyət
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. BakuCity.az xəbər verir ki, konsert proqramı Xorvatiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Xorvatiya səfiri Branko Zebiç tədbirdə çıxışı zamanı Azərbaycan-Xorvatiya münasibətlərinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayı...
Cəmiyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.  Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları,...
Siyasət
Oktyabrın 16-da Bakıda Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan BakuCity.az-a verilən məlumata görə, iclasda fond tərəfindən 2019-cu ildə görülmüş işlər barədə, o cümlədən  12-ci qrant müsabiqəsinin nəticələri, Xaricdə Təhsil Proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, GəncLik proqramı,...
Hadisələr
Bakıda gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhra Əliyevanın iki ayağı və qolu amputasiya olunub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. O bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb. E.Cavadova yazıb ki, uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir söz...
Cəmiyyət
Bakıda qaydaları pozan iki sürücü kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10 VD 330 dövlət nömrə nişanlı, “Prado” markalı və 90 AS 410 dövlət nömrə nişanlı, “Range Rover” markalı avtomobillərin sürücüləri əks istiqamətə çıxaraq təhlükə yaradıblar. Həmçinin oxu: Bakıda avtomobil çayxanaya girdi - VİDEO Görüntüləri təqdim edirik: BakuCity.az
Siyasət
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. BakuCity.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Mitinq təşkilatçılarına bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə əsasən, me...
Mədəniyyət
Oktyabrın 20-də Bakıda, Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq. BakuCity.az xəbər verir ki, 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupu çıxış edəcəklər. Konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifa...
Cəmiyyət
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində 48 814 şagird I sinifdə təhsil alır. Onlardan 46 051 şagird Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki, 2 763 şagird isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyur. İdarədən BakuCity.az-a verilən məlumata görə, ümumilikdə 48 814 birinci sinif şagirdindən 45 949 nəfəri ümumi təhsil məktəblərində, 2865 nəfəri isə lisey və gimnaziyalarda təhsil alır. Qeyd edək ki, hər il ol...
Ekologiya
Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda oktyabrın 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi n...
Cəmiyyət
Yeni avtobusların Bakıətrafı qəsəbələrə verilib-verilməməsi məsələsinə aydınlıq gətirilib. BakuCity.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib ki, ilk növbədə, vətəndaşların daha çox narazı qaldığı xətlər üzrə yenilənmələr olacaq: “Bu məqsədlə bir neçə müddətdir daxil olan vətəndaş müraciətləri araşdırılır. Ətraf kənd və qəsəbələr istiqamətində yeni avtobusların istismara verilməsi mümkündür, bir...
Cəmiyyət
Bakıda “Azercell”in şəbəkəsində problem yaranıb. BakuCity.az-ın məlumatına görə, "Azercell"in şəbəkəsində yaranmış problemlə bağlı "Report"un sorğusuna cavab olaraq "Azercell Telecom" MMC-dən bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür: “Qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək”. Xatırladaq ki, bu gün səhər saatlarından...
Hadisələr
Ötən gün Bakıda intihar etmək istəyən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda xilas edilib. BakuCity.az məlumat verir ki, həmin hadisənin görüntüləri yayılıb. Baku.ws-in yaydığı videodan göründüyü kimi, özünü hündürlükdən atmaq istəyən qadınla danışıqlar aparılır. Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürl...
Hadisələr
Bu gün Bakının Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S.Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib. Amma S.Abbasova ev dustaqlığında olduğu üçün prokuro...
Mədəniyyət
Oktyabrın 23-də Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan altı qısametrajlı film nümayiş ediləcək. BakuCity.az xəbər verir ki, filmlərin təqdimatı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə reallaşacaq. Qeyd edilən tarixdə “Plastikin gücü”, “Ağac”, “İçində okean olan balıqqulağı”, “Bəxtsiz”, “Savadsızlığın ləğv edilməsi” və “Qadın yataqxanası” filmləri izləniləcək. Proqramın xronometrajı 1...
Hadisələr
Bakıda bir ay əvvəl itkin düşmüş 21 yaşlı qadın tapılıb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində baş verib. 1998-ci il təvəllüdlü Ə.Muradova Mayakovski küçəsində yaşadığı ünvandan səhər saatlarında çıxıb və bir daha geri qayıtmayıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Muradova tapılaraq ai...
Cəmiyyət
Türkiyədən Bakıya gətirilən yeni avtobuslar xüsusi təlim keçmiş sürücülər tərəfindən idarə olunacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda Türkiyədən alınan 300 avtobusun gətirilməsi prosesi davam etdirilir: "Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd avtobusun Bakıya gətirilməsi da...
Cəmiyyət
BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu gün Atatürk parkının təmirdən əvvəl necə olmasından, hazırda nə qədər dəyişməsindən bəhs edəcəyik.  Keçmişə baxış Park intensiv hərəkətli Atatürk prospektini iki hissəyə ayırır və ya prospektin düz ortasında yerləşir. Ümumi sahəsi 6.5 hektardır. Bu yaşıllıq ərazinin ətrafında bir çox köhnə və müasir tikililər var. Yerli sakinlər təmiz hava almaq, söhbət etmək, bir sözl...
Cəmiyyət
Bakının iki qəsəbəsinin qazla təminatında fasilə yaranıb. “Azəriqaz” İstehsalat Birliyindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Sulutəpə” qaz paylayıcı stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparılır. Bununla əlaqədar Binəqədi rayonunun Biləcəri və Xocəsən qəsəbələrinə qaz verilişində məhdudiyyətlər var. BakuCity.az
Hadisələr
Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və mebel qismən yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Kriminal
Bakının Səbail rayonunda döyülmə faktı qeydə alınıb. BakuCity.az APA-ya istinadən xəbər verir ki, T.Əliyarbəyov küçəsində 2000-ci il təvəllüdlü Səlimov Savalan Həmid oğlu xuliqanlıq zəmnində döyülərək ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakının Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu. Sadalanan problemlə...
Cəmiyyət
15 oktyabrda Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və şairin adını daşıyan parkın açılışı olub. BakuCity.az xəbər verir ki, Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan yeni büstlə əvəz olunub, parkda isə abadlıq və yenidənqurma işləri aparılıb. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilib və şairin yeni tərtibatda...
Cəmiyyət
Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis bölməsinə müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən bildirilib. Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib. Polis araşdırma zamanı atanın dərsləri...
Hadisələr
Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya uğrayıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb. Məlumata görə, Gülnarə Məmmədovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub. Həmçinin oxu: Meksika səfiri Bakıda qəzaya düşdü Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıblar. Xatırladaq ki, oktyab...
Siyasət
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. BakuCity.Az xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan prezidentlərinin də iştirak etdiyi görüşdə Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib. Qeyd edək ki, tədbirdə növbəti Zirvə Görüşünün Türkiyədə ke...
Hadisələr
Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub. Həmçinin oxu: Bakıda avtobus "Toyota" ilə toqquşdu - FOTO Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb. Sürücülər isə bir-birilərini günahlandıraraq, hadisə yerinə polis və sığort...
Cəmiyyət
Sentyabrın 25-də açılışı olmuş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi prosesi gecikir. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BakuCity.az-a açıqlamasında isə işlərin plana uyğun getdiyini bildirib: “Heç bir gecikmə yoxdur, işlər plana uyğun gedir. Müəyyən işlər var ki, onların tam yekunlaşmasından sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək”. “Koroğlu” metro stansiyasını...
Hadisələr
Bakıda 54 yaşlı kişi ölüb. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 1965-ci il təvəllüdlü Məmmədov Qadir Aydın oğlu rayon ərazisindəki küçələrin birində ölüb. Q.Məmmədovun ölüm səbəbinə hələ aydınlıq gətirilməyib. Meyit daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza Mərkəzinə təhvil verilib. Daha bir analoji hadisə isə Qaradağ rayonu ərazisində qeydə alınıb. Küçədə orta yaşlı kişinin meyiti aşkar...
Cəmiyyət
Bakıda ən ucuz mənzillər 19 min manata satılır. BakuCity.az Bina.az saytına istinadən məlumat verir ki, mənzillərdən biri Binəqədi rayonu, G.Həsənbəyli, 72 ünvanında 4 mərtəbəli binanın (yeni tikili) 4-cü mərtəbəsində yerləşir. Bir otaqlı mənzil təmirsizdir, sahəsi 31 kv.m təşkil edir. Çıxarışı var. Maraqlıdır ki, mənzili kreditlə də əldə etmək mümkündür. Bu halda yaşayış evi 21 min manata başa gələcək. Kreditin şərtləri: 5 illik, ilkin ödəniş 8 min manat,...
Cəmiyyət
Bakı Metropolitenində yeni konsepsiya hazırlanıb. "Bakı Metropoliteni" QSC-dən BakuCity.az-a verilən məlumata görə, bunu Rusiyanın Nijni Novqorod şəhərində keçirilən "Metro" Beynəlxalq Assosiasiyasına üzv olan metropolitenlərin baş mühəndislərinin ənənəvi illik texniki şurasının iclasında QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.  Metropolitenlərin elektrik təchizatı ilə bağlı problemlərin müzakirəsi zamanı Bakı Metropolitenində belə hallar...
Cəmiyyət
İlin ən sirli, qorxulu, eyni zamanda, əyləncəli günlərindən biri olan Hellouin yaxınlaşır. BakuCity.az saytı paytaxt sakinləri üçün Bakıda keçiriləcək ən yaxşı “Halloween Party”lərin siyahısını təqdim edir. Qeyd edək ki, bəzi yerlərdə bayram 31 oktyabrdan iki-üç gün əvvəl başlayacaq. Bundan əlavə, siyahımızda həm böyüklər, həm də uşaqlar üçün qorxulu parti seçə bilərsiniz. “Sky Hotel”də “Drakulanın evində qonaqlıq”: Macəra 31 oktyabr saat 18:30-da başlayac...
Kriminal
Bakıda saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” və onun mütəşəkkil dəstəsi ifşa edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçir...
Cəmiyyət
Bakının Kürdəxanı qəsəbəsində 960 şagirdlik məktəb binası tikiləcək. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə,  müəbir təhsilssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur: "Ehtiyac olan ərazidə daha bir yeni məktəbin (161 nömrəli tam orta məktəb) tiki...
Cəmiyyət
Space TV-də yayımlanan "Olar? Olmaz!" verilişində növbəti araşdırma tamaşaçılara təqdim edilib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, verilişə müraciət edən, illər əvvələ kimi milyonçular sırasında adı olan Pirikişinin son vəziyyəti izləyənləri dəhşətə gətirib. Bakıda mebel sexlərinə görə ilklərdən olan adamın iddiaları marağa səbəb olub. O, bu hala gəlməyində cadugərləri günahlandırıb. Belə ki, Pirikişi evdən tapdığı cadulara görə üz tutduğu fal...
Ekologiya
Bakıda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 16-da paytaxtda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?