Xəbərlər - bakucity.az
usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,91 ₼
Alış
1,91 ₼
Satış
1,91 ₼
eur:
1,91 ₼
Bu gün
+24... 26 °С
Buludsuz, kiçik yağış
Sabah
+24... 26 °С
Buludsuz, yağmursuz
Bu gün
+24... 26 °С
Buludsuz, kiçik yağış
Sabah
+24... 26 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Bakıda ərəb turistlərin davası ilə bağlı yeni görüntülər yayılıb Bakucity.az xəbər verir ki, “Park Bulvar”da qeydə alınan hadisədə iki ərəb turist bir-birilə dalaşıb. Onları mühafizəçilər və mühafizə polisinin əməkdaşları ayıra bilmir. Ətrafda olan insanlar da, ərəb turistlərin davasından narahat görünürlər. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, əslində hadisə zamanı ərəblər azərbaycanlı ilə yox, öz aralarınd...
Ekologiya
Paytaxtda iyulun 5-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava...
Hadisələr
Bakıda evakuator sərnişin avtobusuna çırpılıb Bakucity.az xəbər verir ki, yolun sağ zolağı ilə hərəkətdə olan sərnişin avtobusuna qəflətən arxadan evakuator çırpılıb. Zərbə nəticəsində avtobus idarəetməni itirib. Hadisə nəticəsində ölən olmasa da, yüngül yaralananlar var. (Avtosfer.az) Bakucity.az
Cəmiyyət
Bununla bağlı 47 152,8 manatlıq müqavilə bağlanıb Bakucity.az xəbər verir ki, müqavilə Bakı Nəqliyyat Agentliyi  (BNA) ilə “İnşaat Təmir Tikinti və İstehsal Müəssisəsi” MMC arasında imzalanıb. Pilot layihə çərçivəsində svetoforlar üçün idarətemə məntəqəsinin təşkili həyata keçiriləcək.  Xatırladaq ki, dünən BNA tərəfindən yayılan məlumata görə, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçəl...
Hadisələr
Paytaxtda hamilə qadının pulqabısı oğurlanıb Bakucity.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsindəki marketlərin birində qeydə alınıb. Belə ki, marketə girən qadın çantasını arabada qoyub. Bu an ətrafdakı ortayaşlı kişi çantaya yaxınlaşaraq pulqabını oğurlayıb. O diqqətdən yayınmaq üçün pulqabını köynəyinin altına qoyub. Bu anlar təhlükəsiz kamerası tərəfindən qeydə alınıb. (Azxeber.com) Bakucity.az
İdman
“Səbail”in debüt matçı saat 20:00-da başlayacaq Bakucity.az xəbər verir ki, “Səbail”in UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk matçının biletləri satışa çıxarılıb.  Rumıniyanın “Universitatya Krayova” komandası ilə iyulun 11-də “ASCO Arena”da keçiriləcək qarşılaşmanın biletlərini iticket.az saytından əldə etmək olar. Biletlərin qiyməti 1 – 3 manat təşkil edir. Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, səhər saatlarında Xəzər rayonu, Kənd qala qəsəbəsi yaxınlığında  “Mercedes” markalı, “10 MG 342” nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yaxınlığındakı parka girib. Qəza nəticəsində sürücü ağır yaralanıb. Ətrafda olan insanlar yaralını maşından çıxarıblar və ilkin yardımdan sonra xəstəxanaya aparılıb. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil. (Baku.ws) Bakucity.az
Mədəniyyət
Tanınmış aşıqların ifası sazsevərlərin ürəyincə olub Bakucity.az xəbər verir ki, yulun 2-də Heydər Əliyev Sarayında “Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçirilib. Konsertdə sevilən aşıqlar Altay Məmmədli, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nargilə Mehdiyeva, Gözəl Kəlbəcərli, Cahangir Quliyev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Avdı Musayev, Şaiq İncəli, Əli Tapdıqoğlu, şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı və "Çeşmə" folklor qr...
Hadisələr
Xəzər rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Mərdəkan qəsəbəsi, 28 may küçəsində 2015-ci il təvəllüdlü Həsənli Uğur Dəyanət oğlunu “VAZ 2107” markalı avtomobil vurub. Xəstəxanaya yerləşdirilən yaralı əməliyyt olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (APA) Bakucity.az
Cəmiyyət
Bakıya yeni hərbi prokuror təyin edilib Bakucity.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun əmri ilə ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub. O, bundan əvvəl Hərbi Prokurorluğun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Məlumatı hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əli...
Cəmiyyət
Şagirdlər ümumilikdə 50 test tapşırığını yerinə yetiriblər Bakucity.az xəbər verir ki, Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb. Bakı şəhəri üzrə 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb. Final mərhələsində şagirdl...
Hadisələr
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub Bakucity.az xəbər verir ki, binasının birinci mərtəbəsində ümumi sahəsi 1600 m² olan mağazada 3 ədəd soyuducu və 2 m² sahədə rəf yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  Qeyd edək ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bakucity.az
Hadisələr
Hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb Bakucity.az xəbər verir ki, baş verən davanın videosu yayılıb.  Görüntülərdə mühafizə xidməti əməkdaşlarının dava edənləri sakitləşdirə bilmədiyi,  əraziyə mühafizə polisinincəlb olunduğu görünür.  Həmin videonu təqdim edirik: (Baku.ws) Bakucity.az
Mədəniyyət
“CinemaPlus Amburan” kinoteatrında “Kino Gecəsi” Bakucity.az xəbər verir ki, iyulun 6-dan 7-nə keçən gecə “CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə “Kino Gecəsi” keçiriləcək. Saat 23:00-dan səhər saat 7-dək qonaqlara “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmləri nümayiş olunacaq. Bütün gecəni səhərədək DJ-in dinamik musiqi ilə parlaq çıxışı tamaşaçıları əyləndirəcək. Həmçinin tədbirdə alkoqollu və al...
Cəmiyyət
Binaların tullantı meydançalarına iki rəngdə yeni konteynerlər qoyulub Bakucity.az xəbər verir ki bina sakinlərinə isə 2 cür-yaşıl və narıncı çeşidləyici paketlər paylanılıb Bu addım Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytax ərazisində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin müasir səviyyədə təşkil edilməsi Konsepsiyası çərçivəsində atılıb. Hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli kont...
Mədəniyyət
Xalq artisti Amalya Pənahovanın xatirəsi əbədiləşdiriləcək Bakucity.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov sərəncamı ilə Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsi vurulacaq. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu sərən...
Cəmiyyət
Əvvəlki illə müqayisədə 3,9 faiz artım var Bakucity.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 820,0 manat olub. Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqəd...
Hadisələr
Yay aylarında velosipedlə baş verən yol qəzalarının sayı artıb Bakucity.az xəbər verir ki, yolun hərəkət hissəsində velosiped sürənləri bir çox hallarda avtomobillər vurur. Bununla bağlı oxuculara iki fərqli qəzanın görüntüsünü təqdim edirik. Birinci qəzada velosipedçi yolayrıcını keçməyə çalışır. Bu zaman qarşı tərəfdən gələn avtomobil onu vurur. Xoşbəxtlikdən avtomobil velosipedə daha çox dəydiyi üçün onu idarə edən gənc sağ qalır. O, ətrafdakı insanları...
Cəmiyyət
Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir Bakucity.az xəbər verir ki, bu gün saat 22:00-dan iyulun 4-də səhər saatlarınadək paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.  Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az  xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardar...
Biznes
Beynəlxalq çatdırılma zamanı bir çox məhdudiyyətlər var Son illər Bakıda kuryer xidmətinə tələbat artıb. Bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər var. Onlardan bəziləri ölkə və şəhər daxilində çatdırılma ilə yanaşı, beynəlxalq çatdırılmaları da həyata keçirir. Bakucity.az paytaxtda kuryer şirkətlərinin hansı xidmətləri təqdim etməsi, hər hansı məhdudiyyətlər olub-olmaması, çatdırılma zamanı yaranan problemlərə görə müştəriyə təzminat ödənilməsi məsəl...
Cəmiyyət
BMT ilə vacib müzakirələr aparılıb Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə təhsil sahəsində əməkdaşlığı nəticəsində yeddi nigeriyalı gənc 2019-2023 tədris illəri müddətində BANM-də neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alacaq.  Tələbələrin təhsili “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BMT-nin ayırdığı təqaüdlər hesabı...
Cəmiyyət
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə azalıb Bakucity.az xəbər verir ki, bu ilin yanvar-may aylarında Bakı şəhərinin iaşə dövriyyəsi 369,3 mln. manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% artım deməkdir. Dövriyyənin 43,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 56,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.  Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ili...
Cəmiyyət
Paytaxtın bir neçə küçəsində işıqforlar işləmir Bakucity.az xəbər verir ki, elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas...
Hadisələr
Paytaxtda yüksək sürətlə hərəkətdə olan avtomobil aşıb Bakucity.az xəbər verir ki, Nobel prospekti, “Nargilə dairəsi” adlanan ərazidə sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi qəza ilə nəticələnib.  Avtomobil əvvəlcə minik maşını, sonra yol polisi avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb. Zərərçəkənlərlə bağlı məlumat yoxdur. (Oxu.az) Bakucity.az
Hadisələr
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın baş verib Bakucity.az xəbər verir ki, Səbail rayonunda yerləşən üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bakucity.az
Cəmiyyət
“Bizim həyət” layihəsi paytaxtın bütün rayonlarında həyata keçiriləcək Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib. Yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç. 8 ünvanında 2000 nəfər sakinin yaşadığı bina...
Hadisələr
Metronun "Koroğlu" stansiyası yaxınlığında xoşagəlməz hadisə baş verib Bakucity.az xəbər verir ki, avtobus sürücüsü ilə qadın sərnişin arasında mübahisə baş verib. Nəticədə sürücü qadını döyüb.  Qadın isə cavabında sürücünü söyərək təhqir edib.  Sözügedən videonu təqdim edirik: Bakucity.az
Mədəniyyət
Sərginin açılış mərasimi gerçəkləşib Bakucity.az xəbər verir ki, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində “Qırğızıstanın təbii və mədəni irsi” adlı sərginin açılışı olub. Açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğızıstan xarici işlər nazirinin müavini Nuran Niyazəliyev çıxış edib. Nuran Niyazəliyev çıxışında Azərbaycanla Qırğızıstan arasındakı ikitərəfli münasibətlərə toxunub: “İki...
Cəmiyyət
Sabunçu rayonundan olan çağırışçılar hərbi xidmətə yollanıblar Bakucity.az xəbər verir ki, iyulun 2-də Bakı şəhəri Nardaran qəsəbəsində Sabunçu rayonundan olan çağırışçı gənclərin müddətli hərbi xidmətə yolasalma mərasimi keçirilib. Çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, ağsaqq...
Hadisələr
İş adamı Hacı Mazanın əməliyyat prosesi başa çatıb Bakucity.az xəbər verir ki, bu gün Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib. Universitetin mətbuat katibi Günel Aslanova bildirib ki, xəstə klinikaya gətirilərkən vəziyyəti ağır olub: “Ramazan Zeynalov bədənin çoxsaylı sınıqları ilə klinikaya daxil olub. Artıq üzərində...
Cəmiyyət
Bu gün ağır yol qəzası keçirən iş adamı hazırda əməliyyat masasındadır Bakucity.az xəbər verir ki, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində "Hacı Mazan" kimi tanınan Ramazan Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan verilən məlumata görə, Hacı Zaman hazırda əmə...
Cəmiyyət
Paytaxt sakinləri arasında sorğu keçirilib Bakucity.az xəbər verir ki, bu gün Azərbaycan polisinin 101 yaşı tamam olması münasibəti ilə "Baku TV" əməkdaşları şəhər sakinləri arasında sorğu keçirib. Vətəndaşlar Azərbaycan polisindən razıdırlarmı? Alınan cabaları təqdim edirik: Bakucity.az
Cəmiyyət
Məlumatı “Azərsu” ASC verib Bakucity.az xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bununla əlaqədar bu gün Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Bakucity.az
Hadisələr
Heydər Əliyev prospektində baş verən qəza yolda tıxac yaradıb Bakucity.az xəbər verir ki, qəza bir qədər əvvəl Heydər Əliyev prospekti keçmiş "Şəfa stadionu"nun yaxınlığında qeydə alınıb. Qəza şəhər istiqaməti ilə hərəkətdə olan iki minik avtomobili arasında baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hadisə səbəbindən hazırda Bağırov körpüsündən şəhər mərkəzi istiqamətində sıxlıq müşahidə olunur. DYP əməkdaşları hadisə yerindədir....
Hadisələr
Dünya çempionunun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilindi Bakucity.az xəbər verir ki, bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxs 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur. Məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub. O, qəza baş verən gün bədənin müxtə...
Ekologiya
Sabah Bakı ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 19-21, gündüz 29-31, Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32  dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu...
Cəmiyyət
Tədbir “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilib Bakucity.az xəbər verir ki, 28-30 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandaki Ölkə üzrə Nümayəndəliyi tərəfindən ilk dəfə “Yarat” Müasir İncəsənət Mərkəzində keçirilən inklüzivlik hakatonuna Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək verib. İnklüzivlik hakatonunun 1-ci günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib...
Kriminal
Qaradağ rayonunda oğuruq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bakucity.az xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsi ərazisindəki  xəstəxanaların birində Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Quliyeva saxlanılıb. Tutulan şəxs polisə ifadəsində törətdiyi əmli etiraf edib. Faktla bağlı araşdırma aparılı...
Cəmiyyət
Şagirdlər üçün “Yay məktəbi” öz işinə başladı Bakucity.az xəbər verir ki, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə paytaxtda “Yay məktəbi”nə start verilib. “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsin...
Cəmiyyət
QSC-dan metro istifadəçilərinə yeni xəbər Bakucity.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC tərəfindən bu gün ümumilikdə 10 vaqon yaxud 2 qatar xəttə çıxarılacaq.  İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək. Qeyd edək ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək. (Report) Bakucity.az
Biznes
Tədbir rəsmi hissədən və xarici qonaqların stendlərinin nümayiş olunduğu sərgidən ibarət olub Bakucity.az xəbər verir ki, 20 iyunda “Four Seasons” hotelində “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilib. “Norm Sement”, Beynəlxalq “CPI Worldwide” jurnalı və “ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy”nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 150-ə yaxın yerli və xarici qonaqlar, şir...
Cəmiyyət
Bu ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (+99412/599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən Bakucity.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 4 014 müraciət daxil olub. Daxil olan müraciətləri...
Cəmiyyət
Məqsəd şəhəri daha da gözəlləşdirməkdir Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Məqsəd Bakı şəhərini daha da gözəlləşdirməkdir.  Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq...
Hadisələr
Videogörüntü sosial şəbəkələrdə yayılıb Bakucity.az xəbər verir ki, bir neçə gün öncə paytaxtda xəstəxanada ölən Avropa çempionu Fərhad Poladovun  düşdüyü avtomobil qəzasını əks etdirən yeni video yayılıb. Videogörüntü sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. Həmin görüntünü təqdim edirik: Qeyd edək ki, qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov “Koroğlu” metro stansiyasının yaxınlığında idarə etdiyi “Niva” markalı avtomobi...
Ekologiya
Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək Bakucity.az xəbər verir ki, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq. Məlumat AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilib. Bildirilir ki, Günəş tutulması Yerin cənub yarımkürəsində - Çili, Argentina və Sakit okeanın cənubunda daha aydın görünəcək. Növbəti tutulma isə dekabrın 26-na təsadüf edəcək. Bakucity.az
Ekologiya
Bakucity.az hava haqqında məlumatı təqdim edir: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 18-20, gündüz 27-29, Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütub...
Kriminal
Sürücü qəza yerindən qaçıb Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb, sürücü isə qəza yerindən qaçıb. Piyadanı avtomobillə vurub ərazidən qaçan sürücü polisin apardığı əməliy...
Kriminal
Bakıda qızın çiynindən düşən şala görə qətl hadisəsi baş verib  Bakucity.az xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.  Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmədə təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi öldürdüklərini etiraf ediblər.  Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli bun...
Cəmiyyət
Aeroportda Hindistan ab-havası yaradıldı Bakucity.az xəbər verir ki, “ASAN Viza” komandası hava limanında Azərbaycana gələn turistlərlə zarafat edib. Onlar 1 iyul tarixinin Beynəlxalq Zarafat Günü hesab olunmasını nəzərə alaraq, bu addımı atıblar. Belə ki, onlar “Hindistana xoş gəlmisiniz!” deyərək, turistlərin Azərbaycana yox, Hindistana gəldiklərini bildiriblər. Bakıya gəlmədiklərini sanan turistlər isə bir müddət özlərini itiriblər. Turistlər bu münasib...
İdman
Hər iki futbolçu ilə 1+1 illik sözləşməyə qol çəkəcək  Bakucity.az xəbər verir ki, artıq bir müddətdir “Keşlə”nin düşərgəsində yer alan İlkin Qırtımov və AZAL-ın sabiq qapıçısı Stanislav Namaşko ilə müqavilə imzalanacaq. Namaşko 2014-2016-cı illərdə AZAL-ın formasını geyinib. Moldova yığmasının sabiq qolkiperinin son iş yeri Monteneqronun “Zeta” klubu olub. Baxışda olan 5 iranlı futbolçu isə bəyənilməyərək yola salınıb. Qeyd edək ki, “Keşlə” yay fasiləsind...
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Yasamal rayonu, Şərifzadə və Xiyabanı küçələrinin kəsişməsində “JEEP” markalı maşın idarəetməni itirərək işıqfora çırpılıb. Nəticədə işıqforun dirəyi zərbənin təsirindən qırmızı işıqda gözləyən iki avtomobilin üzərinə aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib. (APA) Bakucity.az
Hadisələr
Dünya çempionu qəzadan sonra ağır yaralı halda olub Bakucity.az xəbər verir ki, ötən gün MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun ölümü ilə nəticələnən yol qəzasının yeni görüntüləri yayılıb. Görüntülərdə vətəndaşların ağır yaralanan Fərhad Poladova yardım etdiyi görünür.  Qeyd edək ki, iyulun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb. F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol...
Mədəniyyət
Gənc ifaçı sevənləri ilə görüşüb Bakucity.az xəbər verir ki, "Black Star leybl"li artist, "Black Star Mafia" layihəsinin iştirakçısı Motun növbəti Bakı konserti iyunun 29-da "Elektra Events Hall" da gerçəkləşib. “Soprano” (feat, Ani Lorak), “Tələ”, “Tamamilə hər şey”(feat, Byanka), “Gecə və gündüz”, “Neçə il”(feat, Valeri Meladze) mahnılarının müəllifi olan Mot gecədə sevilən ifalarını təqdim edib. Tamaşaçılarının böyük əksəriyyəti dinamik gənclərdən ibarə...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, P...
Mədəniyyət
Çili rejissoru Sebastian Alarkon vəfat edib Bakucity.az xəbər verir ki, S. Alarkon xərçəng xəstəliyindən əziyyət çəkirmiş.   Bu barədə rejissorun keçmiş həyat yoldaşı Tatyana Yakovleva bildirib.  Qeyd edək ki, onun "Çili üzərində gecə" və nobelli yazıçı Mario Varqas Lyosanın "Şəhər və itlər" romanı əsasında ekranlaşdırdığı "Yaquar" filmlərinin bəzi hissələri Bakıda çəkilib. O, SSRİ-yə oxumağa gəlib və 1973-cü ildə Çilidə baş verən çevrilişdən sonra Rusiyad...
Cəmiyyət
İştirakçılar sertifikatlarla təltif ediləcəklər Bakucity.az xəbər verir ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (ÜTBAF) birgə təşkilatşılığı, ÜTBAF-nın aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərovanın iştirakı ilə keçirilən təlimlərdə aktiv şəhər bələdçiləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu,...
Cəmiyyət
"Diqlas" ticarət mərkəzinin sökülməsinə başlanıb Bakucity.az xəbər verir ki, yanan ticarət mərkəzinin söküntüsü sentyabr ayınadək yekunlaşacaq. Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. (APA) Bakucity.az
Hadisələr
Paytaxtda güclü külək 15 ağac aşırıb Bakucity.az xəbər verir ki, ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub. Bu barədə barədə Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bunları deyib: "Müxtəlif ünvanlardan 15 ağacın aşması, budaqların qırılması və çoxlu sayda ağacın əyilməsi ilə bağlı müraciətlər var. Həmin müraciətlər qe...
İdman
Güləşçimiz ardıcıl dörd qələbə qazanıb Bakucity.az xəbər verir ki, 16 yaşlı Bakı məkətblisi yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanıb.  İtaliyanın Faenza şəhərində keçirilən yarışda millimizin üzvü Fərid Sadıxlı qitə çempionu tituluna yiyələnib. O, finala qədər macarıstanlı rəqibini 50, Bolqarıstan təmsilçisini 34, Latviya idmançısını 24 saniyəyə məğlub edib.  F.Sadıxlı finalda Rusiya güləşçisini 10:1 hesab ilə m...
Ekologiya
Paytaxtda iyul ayına olan hava proqnozu açıqlanıb Bakucity.az  xəbər verir ki, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində havanın qeyri-sabit, nisbətən sərin keçəcəyi gözlənilir. Abşeron yarımadasında şimal-qərb küləyi tez-tez güclənəcək. Bakıda və Abşeron yarımadasında orta ayl...
Hadisələr
Ötən gecə Binəqədi rayonunda təhlükəli yanğın baş verib Bakucity.az xəbər verir ki, Əhməd Rəcəbli küçəsində, "Elit" ticarət mərkəzinin yaxınlığında, iki hündürmərtəbəli yaşayış binasının qarşısında güclü yanğın olub. Alovun binalara keçmə təhlükəsi yaranıb.  Əraziyə yanğınsöndürənlər cəlb olunub. Çətinliklə də olsa, boş sahədə başlayan yanğın söndürülüb. (Baku.ws) Bakucity.az
Ekologiya
Paytaxtda müşahidə olunan hava şəraiti iyun üçün normaldırmı? Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məsələyə aydınlıq gətirib.  ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Redaktor bildirib ki, çox illik meteoroloji məlumatlara əsasən, iyun ayında Bakıda ən sərin hava 1996-cı ildə qeydə alınıb. U.Tağıyeva qeyd edib ki, 1996-cı ilin iyunun 2-də Bakıda havanın temperaturu 8.1 dərəcə olub. Xa...
Cəmiyyət
Paytaxtın avtomobil bazarında durğunluq yaşanır Bakucity.az xəbər verir ki, son 2 ayla müqayisədə alıcılıq xeyli zəifləyib. Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələbat var.  Rusiya istehsalı və kondisionersiz avtomobillər isə bazara az çıxarılır və belə maşınları isə bu aylarda nisbətən u...
Cəmiyyət
Metroda qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək Bakucity.az xəbər verir ki, hər il olduğu kimi, bu il də tədris mövsümünün yekunlaşması və paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri ilə əlaqədar metropolitendə sərnişin axını əhəmiyyətli dərəcədə azalır. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək. Mövsümi qrafikə uyğun olar...
Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq Bakucity.az xəbər verir ki, binanın təmiri ilə bağlı tender elan edilib.  Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub. Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub. ...
Mədəniyyət
Sərgi oktyabrın 28-nə qədər açıq olacaq Bakucity.az xəbər verir ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şəki: irsimizi yaşadan ulu diyar” adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, AMEA-nın Rəyasət Heyətinin və müxtəlif institutlarının, Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, N.Gəncəvi ad...
Hadisələr
Bakıda ana və övladı itkin düşüb Bakucity.az xəbər verir ki, Nizami rayon sakini Məzahir Ağayev rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1996-cı il təvəllüdlü Xırdaxanım Əlizadə azyaşlı qızı Zəhra Ağayeva ilə birlikdə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. (APA) Bakucity.az
Hadisələr
Xəzər rayonunda bədbəxt hadisə baş verib Bakucity.az xəbər verir ki, Zirə qəsəbəsində 2018-ci il təvəllüdlü Esmira Əliyeva yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb. Körpə ağır xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib. (APA) Bakucity.az
Cəmiyyət
Buhi xəstə olan qadının xəstəxanalardan birinə qəbulu zamanı insident yaşanıb. Bakucity.az xəbər verir ki, səhhəti pisləşən qadın akademik paytaxtda M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib. Xəstəxanada isə qeyri-müəyyən səbəblərdən həkimlə xəstənin yaxınları arasında mübahisə düşüb. Onlar həkimlərin qadına yardım etməkdən boyun qaçırdığını iddia ediblər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, insidentdən dərhal s...
Cəmiyyət
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb Bakucity.az xəbər verir ki, bu gün tanınmış vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü, "Mərkəz" vəkil bürosunun müdiri Sərdar Qasımov vəfat edib. Qeyd edək ki, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğul olan Sərdar Qasımov əmək fəaliyyətinə 1973-cü ildə Ağdam rayonunda 43 nömrəli Tikinti İdarəsində fəhlə kimi başlayıb, daha sonra həmin rayonda müxtəlif təsərrüfat müəssisələrində hüquqşünas olaraq işləyib....
Mədəniyyət
Hazırda layihələrin qəbulu davam edir Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı elan etdiyi açıq heykəltəraşlıq müsabiqəsinə layihələrin qəbul müddəti avqustun 31-dək uzadılıb. Bu barədə qərar Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəra...
Biznes
May ayında Qərbi Avropadan gələn əcnəbilərin sayı 2 dəfə çox olub Dövlət Turizm Agentliyindən Bakucity.az-a verilən məlumata görə, 2019-cu ilin may ayı Azərbaycanda turizmin ən uğurlu aylarından biri hesab oluna bilər.  Belə ki, may ayı üzrə, bütün ölkələr və bölgələr üzrə səyahətçi sayının artması müşahidə olunub.  Bu isə o deməkdir ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanı 18% və ya 246 min daha çox xarici vətəndaş ziyarət edib.  Artımın...
Ekologiya
Paytaxtda iyunun 29-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında  gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bak...
Mədəniyyət
Film “CinemaPlus” da, çoxsaylı tamaşaçıların iştirakı ilə nümayiş olunub Bakucity.az xəbər verir ki, iyunun 28-də “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyerasından 2 gün öncə "Dolby Atmos" formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilib.     Filminin rejissoru Hari Dobermandır.  Filmdə Vera Farmiqa, Makkenna Qreys, Patrik Uilson, Emili Brobst, Medison İsman və başqaları çəkilib.   Film bu dünyaya axirət dünya...
Hadisələr
Heydər Əliyev prospektində ağır yol qəzası kameralara düşüb Bakucity.az xəbər verir ki, təcili yardım maşını sayrışan işıqlarını yandıraraq əks yola çıxır. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələrindən biri ona çırpılaraq istiqamətini dəyişib. Ardınca isə bir neçə avtomobil bir-birinə dəyib və nəticədə ağır qəza baş verib. (Avtosfer.az)  Bakucity.az
Mədəniyyət
Filmin layihə rəhbəri milyonçunun nəvəsidir  Bakucity.az  xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş “Nurlu əməllərin işığında”sənədli filminin təqdimat mərasimi keçirilib.  Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ilin 1-ci qrant müsabiqəsi çərçivəsində qalib ol...
Cəmiyyət
Ünvanlar vətəndaş müraciətləri nəticəsində müəyyən edilib Bakucity.az xəbər verir ki, paytaxtda dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması  - təxliyə təxliyə işlərinin həyata keçiriləcəyi ünvanlar açıqlanıb. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir:   S/s Küçə/pros...
Hadisələr
Paytaxtda baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, hava limanı yolunda, Bakı Ekspo Mərkəzinin yaxınlığında yolu keçmək istəyən piyadanı avtomobil vurub. “VAZ 2107” markalı avtomobilin sürücüsü piyadanı vurmamamq üçün cəhd etsə də, maşının tini onun ayağını tutub. Nəticədə havaya qalxaraq bir neçə metr kənara düşən piyadanın ayağının biri qopub.  Ürəyi zəif olanların baxması məsləhət deyil. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Həyat yoldaşı polisə müraciət edib Bakucity.az xəbər verir ki, Binəqədi rayon sakini Mahir Qamboyev rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciətində bildirib ki, həyat yoldaşı, 1986-cı il təvəllüdlü Həlimə Qamboyeva, övladları - 2007-ci il təvəllüdlü Günay və 2010-cu il təvəllüdlü Yusiflə birlikdə evdən çıxıb geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. (APA) Bakucity.az
İdman
İclasda bir sıra beynəlxalq yarışların ev sahibləri müəyyənləşəcək Bakucity.az xəbər verir ki, iki gün davam edəcək iclasın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib. Tədbirdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmilər iştirak edirlər. Prezident Şurasında 3 ölkəyə FIDE üzvlüyünə qəbul olunacaq. Həmçinin, federasiyaların üzv...
Cəmiyyət
Qida Təhlükəsizliyi Agentliyi paytaxtın iki rayonunda reyd keçirib Bakucity.az xəbər verir ki, Nizami və Xətai rayonlarında keçirilən reydlər zamanı  satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Nizami rayonuRüstəm Rüsətmov küçəsi 72 a və76 ünvanlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində , qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hak...
Hadisələr
Qaradağ rayonunda sərnişin avtobusu piyadanı vurub Bakucity.az xəbər verir ki, ağır yaralanan 1986-cı il təvəllüdlü Şəmsəddinov Nəsimi Sabir oğlu 1 saylı Xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, qəzanı 114 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus törədib. Bakucity.az
Cəmiyyət
Mədəniyyət naziri məsələyə aydınlıq gətirib Bakucity.az xəbər verir ki, Vaqif Əliyevin rəhbərliyi altında Hacı Zeynalabdin Tağıyevin, Cəlil Məmmədquluzadənin və bir neçə memarın heykəlinin quraşdırılması ilə bağlı komissiya işləyir. Bu barədə açıqlama verən mədəniyyət naziri Əbülfəz Qarayev bunları deyib:  “Heykəllərin harada quraşdırılması geniş ictimaiyyətin, memarların, heykəltəraşların iştirakıyla müzakirə olunur. Bu, yaradıcı bir prosesdir. Biz onları...
Hadisələr
Yasamal rayonunda 2 yaşlı körpə 9-cu mərtəbədən yıxılaraq ölüb Bakucity.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində, doqquzmərtəbəli binada baş verib. Bakı Şəhər Prokurorluğundan "Report"a fakt təsdiqlənib, bildirilib ki, dünyasını dəyişən 2017-ci il təvəllüdlü Əhmədova Ruqiyyə Ceyhun qızıdır.  Bakucity.az
Hadisələr
Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb Bakucity.az xəbər verir ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı...
Biznes
Avtomobil əsasən hansı xüsusiyyətinə görə seçilir? Bakucity.az son zamanlar paytaxtda ən çox alınıb satılan avtomobil markalarını araşdırıb. Həmçinin, kişi sürücülər hansı modellərə üstünlük verir? Qadınlar avtomobil alarkən əsas nəyə diqqət etməlidir? Alıcılar hansı modelləri almağa ehtiyyat edirlər? Saytımızın bu və digər suallarını nəqliyyat üzrə ekspert Elməddin Muradlı cavablandırıb.  Bu avtomobillərin ehtiyyat hissələri çox bahadır Elməddin Muradlını...
Mədəniyyət
İfaçılar bəstəkarın ən sevilən əsərlərini səsləndiriblər Bakucity.az xəbər verir ki, 25 iyun saat 19:00-da Heydər Əliyev Sarayında Respublikasının Xalq artisti, bəstəkar Oqtay Kazıminin yaradıcılığına həsr olunmuş konsert proqramı gerçəkləşib. Konsertdə unudulmaz sənətkarın bəstələdiyi əsərlər səsləndirilib. Gecədə Oktay Kazimi adına Estrada orkestrı “Qaytağı”, Xalq artistləri Zaur Rzayev “Cavanlığım”, Mələkxanım Eyyubova “Bulaq suyu”, Əməkdar artistlər Za...
Ekologiya
Paytaxtda sabah gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi...
Hadisələr
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb Bakucity.az xəbər verir ki, Maştağa qəsəbə sakininin istixanasından ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib. Binəqədi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev...