usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+9... 10 °С
Buludsuz, yağmursuz
Sabah
+11... 12 °С
Buludlu, yağmursuz
Bu gün
+9... 10 °С
Buludsuz, yağmursuz
Sabah
+11... 12 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
BBAK mətbuat xidmətinin açıqlaması Bakucity.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub. Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. P.Məmmədova bildirib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq: “Sərnişinlərdən xahiş edirik ki,...
Cəmiyyət
Yeni siyahı açıqlanıb Bakucity.az xəbər verir ki, büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri yenidən müəyyən edilib. Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ni yeni redaksiyada təsdiq edib. Qərar sentyabrın 1-də...
Hadisələr
Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub Bakucity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu 2 minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (Report) Bakucity.az
Mədəniyyət
Filmin qapalı nümayişi rəsmi premyeradan bir gün əvvəl gerçəkləşib Bakucity.az xəbər verir ki,  “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissoru Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub. Təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Həmçinin, tədbirdə furşet, alkoqol və alkoqolsuz içkilər təşkil edilib. Bundan başqa, təqdimat fərqli dekorasiya,...
Cəmiyyət
Qurban bayramı ilə əlaqədar dördgünlük tətil başlayır Bakucity.az xəbər verir ki, avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür. Beləliklə, 10-13 avqust tətil günləridir. Növbəti iş günü avqustun 14-dür. Bakucity.az
Ekologiya
Temperatur yenidən yüksələcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 21-23, gündüz 32-34, Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa...
Cəmiyyət
İki nəfərin ölümünə səbəb olmuş Nail Allahverdiyevin haqqındakı qərar dəyişib Bakucity.az xəbər verir ki, Ali Məhkəmə Nail Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb. N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yeri...
Ekologiya
Coğrafiya İnstitutu hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu ölkədə avqust ayında hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb. İnstitutun direktoru Ramiz Məmmədov havanın belə keçməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu deyib. Onun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Misal olar...
İdman
Bakıda motokross üzrə çempionat keçirilib Bakucity.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilib.  İdmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Yarışın yekun nəticələrinə əsasən 125sm3 həcmli motosikletlərdə I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm3 həcmli motosikletlərdə isə I yerə Vaqi...
Hadisələr
Bakıda qətl hadisəsi törədilib Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bir neçə gün əvvəl bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. A.İsgəndərov avqustun 8-də aldığı xəsarətdən xəstəxanada ölüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?