usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+10... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+9... 10 °С
Buludlu, kiçik yağış
Bu gün
+10... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+9... 10 °С
Buludlu, kiçik yağış

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
İndiyədək 6400 minik avtomobili verilib Bakıda müharibə əlillərinə avtomobil verilib. BakuCity.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğr...
Hadisələr
4 gündür itkin düşüb Bakıdan Yevlaxa gedən qız itkin düşüb. BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Xətai rayonu, M.Hadi küçəsi, ev 72, mənzil 28-də yaşayan, 1997-ci il təvəllüdlü Əhmədova Qəmər Elşən qızı oktyabrın 29-da yaşadığı evdən çıxaraq Yevlaxa getdiyini bildirsə də, itkin düşüb. Həmçinin oxu: Bakıda daha bir qız evə qayıtmadı, polis axtarır Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Su bəzi mağazalara da dolub Gecə saatlarında yağan güclü yağış nəticəsində paytaxtın bəzi əraziləri su altında qalıb. BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub. Belə ki, Lökbatanda yerləşən “Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib. Həmçinin oxu: Bakıda yolları su basdı, avtomobillər batdı - FO...
İdman
"Qarabağ" yenə məğlub olmadı Ötən gün Azərbaycan Premyer Liqasında X tura start verilib. BakuCity.az xəbər verir ki, turun açılış oyununda "Neftçi" çempionatın lideri "Qarabağ"ı qəbul edib. Oyunda hesab açılmayıb – 0:0. Hazırda turnir cədvəlində 26 xallı “Qarabağ” birinci, 18 xallı paytaxt təmsilçisi ikincidir. Bu gün "Səbail" "Keşlə" ilə görüşəcək, sabah isə "Zirə" "Sumqayıt"ı, "Qəbələ" "Sabah"ı qəbul edəcək. BakuCity.az
Hadisələr
Toy yasa döndü Bakının Xəzər rayonu, Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, “Bənövşə" şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı 3 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və Əliyev Elçin Qadir oğlu, 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnoz...
Cəmiyyət
Yollarda sürət həddi endirilib Bakıda iki gündür yağan güclü yağış avtomobillərin və piyadaların hərəkətinə çətinliklər yaradıb. BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, gecə saatlarında yağan intensiv yağış nəticəsində şəhərin bir sıra ərazilərində yolları su basıb. Belə yollardan biri Səbail rayonu, Bayıl qəsəbəsi ərazisindədir. 20-ci sahə yaşayış massivinə gedən yolun alternativ hissəsini su basdığından avtomobillər çətinliklə üzləşib. 30-50 s...
Ekologiya
35 m/s-dək güclənəcək Sabah Bakıda güclü külək əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcək. Gündüz yarımadanın bəzi yerlərində küləyin arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.  Fasilələrlə yağış yağacaq. BakuCity.az
Hadisələr
Turist polisə şikayət edib Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda qeydə alınıb. Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Faisal Abdul Azizi həmin klubun iş rejimini pozub. O, mühafizəçilərin klubdan çıxmaqla bağlı tələblərinə məhəl qoymayıb. Nəticədə mühafizəçi ərəb turisti döyüb. Döyülən şəxs polisə şikayət edib. Faktla bağl...
Ekologiya
Güclü şimal küləyi əsəcək Bakıda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 2-3-də paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək. BakuCity.az
İdman
Biletlərin qiyməti 2 manatdan başlayır Azərbaycan milli komandasının futbol üzrə Avro-2020-nin seçmə mərhələsi çərçivəsində son ev oyununun biletləri satışa çıxarılıb. BakuCity.az xəbər verir ki, millimiz son oyununu noyabrın 16-da Uels yığmasına qarşı keçirəcək. Matç “Bakcell Arena”da təşkil olunacaq. Biletlərin qiyməti və satış nöqtələrini diqqətinizə çatdırırıq: 4-cü kateqoriya – 2 AZN3-cü kateqoriya – 3 AZN2-ci kateqoriya – 4 AZN1-ci kateqoriya – 5 AZN...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?