usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+11... 13 °С
Buludlu, yağmursuz
Sabah
+12... 14 °С
Buludlu, yağmursuz
Bu gün
+11... 13 °С
Buludlu, yağmursuz
Sabah
+12... 14 °С
Buludlu, yağmursuz
Filters
Filters
Cəmiyyət
Tıxac 20 Yanvar dairəsinə qədər davam edir Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində tıxac yaranıb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, yolun Abşeron rayonu, Masazır dairəsi keçən hissəsindən başlayan sıxlıq 20 Yanvar dairəsinə qədər davam edir. Sıxlıq səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub. Tıxaca səbəb yolun genişləndirməsi istiqamətində aparılan təmir işləridir. BakuCity.az
Hadisələr
Yanğın uzaqdan da diqqəti cəlb edir Abşeronda güclü yanğın hadisəsi olub. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb. İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir. Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir. BakuCity.az
Cəmiyyət
Biləsuvar gömrük məntəqəsi də fəaliyyətini dayandırıb "Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib". BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Qeyd...
Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?