Xəbərlər - bakucity.az
usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,91 ₼
Alış
1,91 ₼
Satış
1,91 ₼
eur:
1,91 ₼
Bu gün
+24... 26 °С
Buludsuz, kiçik yağış
Sabah
+24... 26 °С
Buludsuz, yağmursuz
Bu gün
+24... 26 °С
Buludsuz, kiçik yağış
Sabah
+24... 26 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Biznes
Bu düşərgələrdə övladınız istirahət edəcək, dil öyrənəcək Yay aylarında valideynləri ən çox düşündürən məsələ uşaqların asudə vaxtını necə təşkil etməkdir.  Bakucity.az bununla bağlı araşdırma aparıb. Məlum olub ki, Bakıda uşaqların istirahəti üçün maraqlı və qiymət baxımından sərfəli məkanlar az deyil. Əyləncəli istirahət “Kidssmile" Uşaq İnkişaf Mərkəzi uşaqlara maraqlı ekskursiya, ustad dərsləri, müsabiqələr, idmanla məşğul olmağı təklif edir. "Dünya ət...
Hadisələr
Sürücü hamı tərəfindən tənqid olunub Bakucity.az  xəbər verir ki, Qaradağ rayonu ərazisindəki magistral yolda hərəkətdə olan “Mercedes Vito” markalı avtomobilin (Nömrə nişanı: 99-RB-822) sürücüsü təhlükəli hərəkətlər edib. O, avtomobili ayağını pəncərədən çıxararaq idarə edib. Qeyd edək ki, bir neçə gün öncə Bakıdan Lerikə sərnişin daşıyan “Mercedes Vito” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması 8 nəfər ölmüşdü. Bakuci...
Hadisələr
Paytaxtda yaşayış binasında yanğın baş verib Bakucity.az  xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 127 m² olan 3 otaqlı ofisin mətbəxində 5 m² sahədə mebel və 1 ədəd məişət avadanlğı yanıb. Bunu da oxu: Səhər saatlarında Bakı metrosunda nə baş verib? - AÇIQLAMA Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  Bakucity.az
Hadisələr
Qatarda problem yaranıb, sərnişinlər boşaldılıb Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında “Dərnəgül” - “Həzi Aslanov” xətti istiqamətində hərəkətdə olan qatarda texniki problem yaranıb.  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə bağlı bunları deyib: “Hadisə ötən yay gətirilən yeni qatarlardan birində baş verib. “İnşaatçılar” stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Təhlükəsizl...
Hadisələr
Paytaxtda baş verən qəza kameralara düşüb  Bakucity.az xəbər verir ki, orta zolaqda hərəkət edən “BMW” markalı avtomobil qəflətən sağa dönüb və arxadan gələn motosiklet ona çırpılıb. Hadisə nəticəsində motosiklet sürücüsü bir neçə metr kənara düşüb. Qəza zamanı o, yüngül xəsarət alıb. Bakucity.az
Hadisələr
Nərimanov rayonunda intihar hadisəsi baş verib Bakucity.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb. O. Ağayev hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, Orxan Ağayevin ölümünün intihar olduğu dəqiqləşməyib. Hadisənin intihar olub-...
Hadisələr
Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Biləcəri qəsəbəsinin girişində, “Sarı market”in qarşısında “Kamaz” markalı yük avtomobili yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (Baku.ws) Bakucity.az
Hadisələr
Sürücünün düzgün manevr etməsi həyatlarını xilas edib Bakucity.az xəbər verir ki, piyada keçidi olmayan yerdə yolu keçməyə cəhd edən xanımlar kameraya düşüb. Hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.  Sürücünün vaxtında düzgün manevr etməsi özünü sözün əsl mənasında avtomobilin altına atmaq istəyən piyadaların həyatını xilas edib.  Sözügedən görüntüləri təqdim edirik: (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda 20 yaşlı qadın itkin düşüb. Bakucity.az xəbər verir ki, Hüseynova Gültəkin Natiq qızı ayın 8-i saat 11 radələrində evdən çıxıb və geri qayıtmayıb. Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan qadın telefon vasitəsilə bir daha evə qayıtmayacağını bildirib.  Onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Əliyev Yusif Elşən oğlu ərizə ilə polisə müraciət edib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 12-də Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət...
Hadisələr
Onları görənlər dərhal polisə məlumat versin Bakucity.az xəbər verir ki, Bakıda müxtəlif cinayətlərdə şübhəli bilinən və axtarışa verilən şəxslərin yeni siyahısı açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəsmi saytında axtarışda olan 36 nəfərin adı və fotosu yerləşdirilib. Onların arasında iki qadın da var. Daha ətraflı videodan izləyin: Bakucity.az
Mədəniyyət
Məşhur filmi Azərbaycan dilində izləmək şansınız var Bakucity.az xəbər verir ki, “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının 2019-cu ildə dublyaj olunmuş “Anonim qatillər klubu” savaş filminin Azərbaycan dilində nümayişi keçirilir. Filmi sələndiriblər - Ofeliya Novruzqizi, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Azər Aydəmir, Vusal Həci-Qədir, Gülnarə Zülalova, Allahverdi Yolçiyev, Samir Ələskərov, Vügar Hüseynov, Ellada...
Hadisələr
Paytaxtda kişi özünü asıb Bakucity.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Belə ki, həmin qəsəbədə yaşayan 1985-ci il təvəllüdlü Muradov Mirfətulla Saleh oğlu özünü asaraq intihar edib. Onun özünü öldürməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Bakucity.az
Cəmiyyət
Gənclər internetdən necə istifadə etməlidir? Bakucity.az xəbər verir ki, “Gənclər arasında "İnternetdən necə faydalanmalı?" mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatıb.  “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yasamal rayonunda keçirilən layihə yeniyetmə və gənclərin böyük marağına səbəb olub, in...
Hadisələr
O, ictimai yerlərdə azyaşlı qızlara qarşı seksual hərəkətlər edirmiş Bakucity.az xəbər verir ki, paytaxtda azyaşlı qızlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sözgedən şəxs 1961-ci il təvəllüdlü Nuşirəvan Məhərrəmovdur. Polis əməkdaşları onu Xətai rayonunda ələ keçiriblər.  Faktla bağlı araşdırma aparır Bakucity.az
Cəmiyyət
Sərnişinlərə yeni hərəkət cədvəli qrafiki paylanılıb Bakucity.az xəbər verir ki, sabahdan etibarən  Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli aşağıdakı kimi tənzimlənəcək: Bakucity.az
Biznes
Sərnişinlər topladıqları millərlə bilet qazana bilərlər Bakucity.az xəbər verir ki, Rusiyanın “Nordavia” şirkəti iyulun 25-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlar həyata keçirəcək. Bakıya uçuşlar həftədə iki dəfə, cümə axşamı və şənbə günləri “Boeing 737” və “Boeing 700” təyyarələri ilə gerçəkləşdiriləcək. “Ekonom-klass” uçuşlar zamanı sərnişinlərə isti yeməklər, sərinləşdirici içkilər, çay və qəhvə təklif olunacaq. Uçuş planı: Uçuş planı Reysin nömr...
Hadisələr
“Təhlükəsiz şəhər” xidmətinin operatorları 2796 hadisə aşkarlayıb Bakucity.az xəbər verir ki, kameraların arxiv görüntülərindən istifadə edilməklə 123 bağlı cinayət açılıb.  Bu barədə iyulun 10-da Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısına həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd edilib ki, 23 soyğunçuluq və quldurluq cinayəti törətmiş 21 nəfərdən ibarət 13 qrup, eləcə də 51 mənzil oğurluğu törədən 67 nəfərdən ibarət 30 ci...
Cəmiyyət
Əcnəbi vətəndaşın itmiş əşyaları tapılıb Bakucity.az xəbər verir ki, Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edib. Buna səbəb isə  Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartları olan pul kisəsinin itməsidir.  Polisin həyata keçirdiyi axtarış nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qıs...
Cəmiyyət
Bakının şərq hissəsinə yeni magistral kəmərin çəkilməsi nəzərdə tutulub Bakucity.az xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən su anbarından çəkiləcək magistralın reallaşması maliyyə qoyuluşundan aslıdır.  "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. "Bununla bağlı layihə mövcuddur, lakin onun reallaşdırılması investisiya qoyuluşu imkanlarından asılıdır", - "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri An...
Ekologiya
"Azərsu" ASC Bakıətrafı ərazilərdə yeni layihə həyata keçirəcək Bakucity.az xəbər verir ki, sözügedən ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi nəzrdə tutulub. Bu barədə "Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib: “Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki, yoxdur. Mövcud olan kanalzasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı qəsəbələrə kanalizasiya...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin “Məzun günü”ndə maraqlı anlar yaşanıb Bakucity.az xəbər verir ki, məzun Şaiq Məmişov rektor Elmar Qasımovdan diplomunu oynaya-oynaya alıb.  Elmar Qasımov məzunun bu addımını təbəssümlə qarşılayıb. Bakucity.az
Hadisələr
Qaradağ rayonunda mənzildən oğurluq edilib Bakucity.az xəbər verir ki, hadisə rayonun Qızıldaş qəsəbəsində baş verib.  Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən iki qadın saxlanlılıb. Bunlar həmin qəsəbə sakini Ş.Şəbiyeva və Ağdaş rayon sakini X.Abdullayevadır. Faktla bağlı araşdır...
Ekologiya
Paytaxtda iyulun 11-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək,...
Hadisələr
Bakıya gələn avtobus Gürcüstan sərhədində qəzaya uğrayıb Bakucity.az xəbər verir ki, avtobus iritonnajlı yük maşını ilə toqquş. Xoşbəxtlikdən qəza zamanı sərnişinlər avtobusda olmayıb. Onlar sərhəd nəzarəti üçün Gürcüstan sərhədində endiblər.  50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir. Gürcüstan polisi faktı...
Cəmiyyət
Nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb Bakucity.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub. Daxil olan məlumat əsasında Agentlik əməkdaşları həmin...
Mədəniyyət
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb Bakucity.az xəbər verir ki, sədr Əbülfəs Qarayev bağlanış sessiyasında çıxış edib. O, komitə üzvlərinə, qonaqlara təşəkkür edib. Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıb. Sonra üzv dövlətlərin nümayəndələri çıxış ediblər.  Qeyd edək ki, UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında daha bir neçə nominasiya Ümumdünya...
Hadisələr
Paytaxtda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib Bakucity.az xəbər verir ki, Xətai rayonu, Əhmədli küçəsində yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qaynanası ilə mübahisə edib. Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub. Ə.Babayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.  Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Bakucity.az
Hadisələr
Sükan arxasında yuxulayan sürücülər qəza törətdi Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur. İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxa...
Cəmiyyət
Məktəblərdə xüsusi tədbirlər keçirirlir Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunur.  BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.  Təhsil müəssisələrində məzunlara f...
Hadisələr
Paytaxtda gənc qız intihar edib Bakucity.az xəbər verir ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində yaşayan 2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı intihar edib. O, yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bakucity.az
Hadisələr
Görüntülər Nazirliyin rəsmi "Facebook” hesabında yayımlanıb Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı yayılan məlumatdan sonra Daxili İşlər Nazirliyi hadisənin başvermə anını əks etdirən görüntüləri paylaşıb.  Videodan görünür ki, Xətai rayonunda yaşayan Arzu Əliyeva oğlu Qorxmaz Cahangirovun saxlanıldığı bölməyə gələrək, orada polislərə təzyiq göstərib....
Hadisələr
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib Bakucity.az xəbər verir ki, iyulun 8-də Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.  Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bakucity.az
İdman
O, 2015-ci ildən bu klubda çalışırdı Bakucity.az xəbər verir ki, Natiq İsmayılov “Zirə” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib.  Qeyd edək ki, Natiq İsmayılov bu klubdakı işinə icraçı-direktor kimi başlamışdı. O, 2017-ci ilin sentyabrında Bakı klubuna prezident təyin edilmişdi.  Onun hansı səbəbdən isfea verdiyi bilinmir. (Oxu.az) Bakucity.az
Cəmiyyət
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq işlərinə başlayıb Bakucity.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Bakıda və regionlarda bayram vaxtı heyvan kəsimi ilə bağlı çadırlar quraşdırılacaq: “Bu çadırlar, heç olmasa, minimum standartları özündə cəmləşdirən heyvan kəsimi çadırları olmalıdır”. (Oxu.az) Bakucity.az
Hadisələr
Paytaxtda iki qadın şirniyyat evinin satıcını aldadıblar Bakucity.az xəbər verir ki, Nizami küçəsində yerləşən şirniyyat evinə daxil olan xanımlar 6 manatlıq şirniyyat alıblar. Ödəniş edilən zaman qadınlardan biri 100 manat çıxarıb. Daha sonra 1 manat da çıxarıb və satıcıya verib ki, ondan 95 manat pul qalığını alsın. Lakin qadın satıcıya 1 manatı verib, 100 manatı isə çantasına qoyub.  Bu barədə mağazanın rəhbəri polisə də şikayət edib. Sözügedən görüntül...
Mədəniyyət
Filmlər Azərbaycan və rus dillərində nümayiş olunub Bakucity.az xəbər verir ki, “CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə “Kino Gecəsi” keçirilib.  İyulun 6-da baş tutan gecədə saat 23:00-dan səhər saat 7-dək qonaqlara “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmlərin təqdim olunub.    Bütün gecəni səhərədək  DJ-in dinamik musiqisi tamaşaçıları əyləndirib.  Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfe...
Analitika
Bina istifadəyə veriləndən əsaslı təmir olunmayıb           Bakının Yasamal rayonunda yerləşən və 500-ə yaxın otağı olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının binası hazırda acınacaqlı vəziyyətdədir. Bir əsrə yaxın yaşı olan binada sonuncu dəfə 40 il əvvəl təmir işləri aparılıb, əsaslı təmir isə heç vaxt olmayıb.  Maraqlıdır, bu binanın təmiri nəzərdə tutulubmu? Hazırda kinostudiyada dövlət sifarişi ilə filmlər çəkilirmi? Kinostudiyanın ba...
Cəmiyyət
Hər iki məhsulun qiymətində 40-60 qəpik bahalaşma var Bakucity.az xəbər verir ki, bir neçə gündür ki, Bakının meyvə-tərəvəz bazarlarında pomidor və xiyarın qiyməti bahalaşıb.  Bahalaşmaya səbəb isə istehsal edilən məhsulun böyük hissəsinin xaricə satılmasıdır. Nəticədə məhsul qıtlığı yaranıb.  Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, pomidor və xiyarın qiymətində nəzərə çarpan qiymət artımı ixracın artması ilə bağldır: ''Hazırda baza...
Hadisələr
Bakıda polis avtomobili qəza törədib Bakucity.az xəbər verir ki, paytaxtın Əlövsət Quliyev küçəsində polis avtomobili qarşı tərəfdən gələn avtomobili gözləməyib. Nəticədə qəza baş verib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər əzilib. (Report) Bakucity.az
Cəmiyyət
Bu yolla internetdən istifadə problemləri aradan qaldırılacaq? Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinin beynəlxalq standartlarla təqdim edilməsi istiqamətində yaşayış binalarının optic şəbəkəyə keçidi prosesini davam etdirir. Belə ki, aprel ayından etibarən “Evədək optika” layihəsin...
Cəmiyyət
Paytaxtda yaşayış binalarının liftləri yenilənir Bakucity.az xəbər verir ki, Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalayıb. Müqavilə əsasında bu ilin sonuna kimi 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda 63 ədəd lift gətirilib və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanır. Bu...
Cəmiyyət
Paytaxt yollarında “Sarı zolaq” tətbiq ediləcək Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədardır.  Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Məlumatda deyilir ki, ilk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektindən başlanılıb. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılıb və yol nişanları qo...
Cəmiyyət
“ADA – Avropa Birliyi 2019” 4-cü yay məktəbi fəaliyyətə başlayıb Bakucity.az xəbər verir ki, ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi yay məktəbi dörd həftə davam edəcək. Yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və məktəblilər üçün intellektual oyunlar təşkil olun...
Hadisələr
Heydər Əliyev prospektində sıxlıq müşahidə edilir Bakucity.az xəbər verir ki, buna səbəb prospektdə baş vermiş yol qəzasıdır.  Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza “Şəfa” stadionunun yanında qeydə alınıb. Bakucity.az
Hadisələr
Paytaxtda qızların əlbəyaxa davası kameraya düşüb Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən parkda baş verib. Belə ki, 4 qız arasındakı mübahisə dava ilə nəticələnib.  Onları ayırmaq üçün əraziyə polis çağırılıb. Qızlardan ikisi saxlanılıb.  Qeyd edək ki, təqdim etdiyimiz videoda qızlar xoşagəlməz ifadələr işlədirlər.  Bakucity.az
Cəmiyyət
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib Bakucity.az xəbər verir ki, BŞBP-nin müraciətində şəhərdəki antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandığı bildirilib: “Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin...
Hakimiyyət
Dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib Bakucity.az xəbər verir ki, həmin kollecin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir. Bu barədə müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işləri həyata keçirir. Onların arasında Nardaran qəsəbəsi də var: “Nardaranda b...
Ekologiya
Paytaxt çimərliklərində reydlər davam etdirilir Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi növbəti iyulun 5-də paytaxtın Türkan qəsəbəsi ərazisində keçirilib. Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına...
Mədəniyyət
Tədbirdə 20-dən çox xarici ölkədən qonaqlar iştirak edəcək Bakucity.az xəbər verir ki, iyulun 15-dən 19-dək Bakıda I Dünya İslam Kulinariya Konqresi, Dünya İslam Kulinariya Təşkilatının II konfransı, II İslam Kulinariya çempionatı keçiriləcək. Tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların halal kulinariya çempionatı, WICS kateqoriyalı kulinariya münsifi kursları keçiriləcək. Münsif kursları tanınmış xarici mütəxəssislər tərəfindən aparılac...
Hadisələr
Onlarla bağlı xidməti yoxlama aparılıb Bakucity.az xəbər verir ki, polis əməkdaşları barədə Bakı Şəhər Baş Polis İdarəsində aparılan xidməti yoxlama  aparılıb. Məlum olub ki, mətbuatda yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu Azadlıq prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı çəkilib. Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu...
Hadisələr
Paytaxtda naməlum şəxslər evə basqın ediblər Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində iki nəfər naməlum şəxs yaşayış evinə basqın ediblər.  Onlar ev sahibləri 1979-cu il təvəllüdlü Araz Sofiyev və həyat yoldaşı Rəna Sofiyeva bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Naməlum şəxslər evdən 5000 ABŞ dolları aparıblar. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tapılması ist...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütu...
Hadisələr
Paytaxtda 18 yaşlı qız itkin düşüb Bakucity.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.Belə ki, qəsəbə sakini, 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb.  Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı və kürəyə salan qara sumkası ol...
Cəmiyyət
""Diqlas"ın iki mərtəbəsi artıq sökülüb və sökünütü davam edir" Bakucity.az xəbər verir ki, bu barədə Nizami rayon icra başçısının I müavini Qərib Məmmədov deyib. Onun sözlərinə görə, bu ilin mart ayında yanaraq tamamilə yararsız vəziyyətə düşən "Diqlas" Ticarət Mərkəzinin yerində nə tikiləcəyi bilinmir: "Yerində nə olacağı hələ bilinmir".  (News24.az) Bakucity.az
Hadisələr
Hadisə iyulun 7-də baş verib Bakucity.az xəbər verir ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan 1951-ci il təvəllüdlü Vladimir Sinominko Qonomiç palatada çarpayısına çıxaraq özünü asıb. İntiharın səbəbi məlum deyil. Bunun ruhi xəstəliklə bağlı olduğu güman edilir. Faktla bağlı polis araşdırma aparır.  Bakucity.az
Cəmiyyət
Qarnizonun döyüş hazırlığı təhlil edilib Bakucity.az xəbər verir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 2-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.  Tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər. Müşavirədə Müdafiə nazirinin mü...
Mədəniyyət
Bu festival dördüncü dəfə təşkil olunacaq Bakucity.az xəbər verir ki, sentyabrın 11-dən 16-dək Bakıda keçiriləcək İndoneziya mədəniyyət festivalının (ICF-2019) proqramı açıqlanıb.  Bu il festival iki məkanda - Heydər Əliyev Sarayında və Fəvvarələr Meydanında baş tutacaq. Qeyd edək ki, festivalın keçirilməsində məqsəd azərbaycanlıları İndoneziya sənətinin və mədəniyyətinin müxtəlifliyi ilə tanış etməkdir. (Report) Bakucity.az
Hadisələr
Paytaxtda yol polisi qayda pozan sürücülərə qarşı reyd keçirib Bakucity.az xəbər verir ki, reyd zamanı avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi ehtimal olunan tələbə süni tıxac vasitəsi ilə saxlanılıb. İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Həsənov saxlanılan zaman onun avtomobilindən energetik içkilər və şprits aşkarlanıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 gün müddətinə inzibati qaydada həbs edilib. (İTV) Bakuc...
Biznes
Paytaxtın servis mərkəzləri: xidmət və qiymətlər Kompüter təmiri üçün sərfəli qiymətlərlə geniş ceşidli xidmətlər təklif edən servis mərkəzi tapmaq vacibdir.  Bakucity.az paytaxtda bu sahədə xidmət göstərən şirkətlər barədə araşdırma aparıb.  Sözügedən şirkət nümayəndələri saytımıza kompüter təmiri qiymətləri, diaqnostika və bu kimi başqa məsələlər barədə danışıblar. Şirkətlər və xidmətlər Müştəriləri ən çox narahat edən maqam kompüter təmiri mərkəzlərində...
Cəmiyyət
Onlar lisey siniflərində təhsilini davam etdirmək hüququ qazanıb Bakucity.az  xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb. Valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən əldə edə bilərlər.  Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humani...
Hadisələr
Gecə saatlarında Hövsan yolunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, “Ford” markalı yük avtomobilinin sürücüsü  idarəetməni itirib. Nəticədə “Ford” 175 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qəza nəticəsində yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.  Bakucity.az
Hadisələr
Paytaxtdakı məşhur gül mağazasında yanğın baş verib Bakucity.az xəbər verir ki, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında, Qara Qarayev prospekti, yerləşən “Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın...
Hadisələr
Tanınmış yazıçının ürəyi dayanıb Bakucity.az xəbər verir ki, Xətai rayonunda yaşayan Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün yaşadığı  evdə ölü halda tapılıb. Yazıçının dostu Ömər Mazanov bildirib ki, M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşı Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb. (APA) Bakucity.az
Mədəniyyət
"Party"dən sonra qonaqları unudulmaz "Afterparty" gözləyir Bakucity.az xəbər verir ki, “Svyazani po rukam” və “Nikotin“ kimi hit mahnıları ilə məşhur olan, Rusiyanın tanınmış ulduzu ELLAI sentyabrın 7-si, Bakıda “Elektra Events Hall”da özünün ilk solo konserti ilə çıxış edəcək. Bununla yanaşı, bu konsertdə Bakı sakinləri ilk dəfə olaraq Azərbaycanın ən tanınmış DJ-i olan, DJ Chinanın remiksləri altında keçirilən “Neon party”də möhtəşəm bir gecə keçirəcəklə...
Hadisələr
Uçqun zamanı xəsarət alan olmayıb Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında baş verib. Belə ki, həmin küçədə sökülən yataqxana binasında uçqun olub.  Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb: “Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olu...
Mədəniyyət
Konsertdə böyük tamaşaçı marağı olub Bakucity.az xəbər verir ki, iyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçirilib. Ansamblın bədii rəhbəri və konsertmeysteri xalq artisti Munis Şərifovdur. Tanınmış teleaparıcı Emil Şahzadənin aparıcılıq etdiyi konsert proqramında orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri...
Hadisələr
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb Bakucity.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Asim Teymurov Bakıxanov qəsəbəsi R,Rüstəmov küçəsi 20 ünvanında yerləşən “Skorpion” restoranından çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Bu barədə itkin düşən A. Teymurovun atası Rasim Teymurov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır. (APA) Bakucity.az
Ekologiya
Novxanı çimərliyində bərbad vəziyyət yaranıb Bakucity.az xəbər verir ki, çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib. O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitori...
Cəmiyyət
Paytaxtda satılan saat böyük marağa səbəb olub Bakucity.az xəbər verir ki, elan saytlarından birində yerləşdirlən qədim saatın qiyməti 175 min dollardır (295 min manat). Qeyd edək ki, saatı almaq istəyən şəxslər bu linkə daxil olaraq ətraflı məlumat ala bilərlər: https://tap.az/all/sexsi-esyalar/saatlar-zinet-esyalari/12958241 Bakucity.az
Hadisələr
Xəzər rayonunda qadın 40 yaşlı kişini bıçaqlayıb Bakucity.az xəbər verir ki,  Buzovna qəsəbəsi, İmanov küçəsində yaşayan 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç Fatma adlı qadın tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Hadisələr
Sabunçu rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Bakıxanov ərazisində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən gənc qızı vurmamaq üçün qəfil əyləci basıb. Bu zaman arxadan gələn “Hyundai” markalı avtomobil ona, digər avtomobil isə “Hyundai”a çırpılıb. Hadisənin görüntülərini təqdim edirik. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda bu qaydanı pozan sürücülər ağır qəza törədir Bakucity.az xəbər verir ki, yol qəzaların səbəblərindən biri də yol ayrıcının keçilmə qaydasının pozulmasıdır Bir çox hallarda sürücülər yol ayrıcını keçən zaman hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsini buraxmır. Nəticədə qəza baş verir.  Təqdim edəcəyimiz videoda baş verən qəzalar da məhz bu qayda pozuntusundan irəli gəlir.  Bakucity.az
İdman
“Keşlə” futbol klubunun məşqçilər korpusu təsdiqlənib Bakucity.az xəbər verir ki, komanda çıxışını Tərlan Əhmədovun rəhbərliyi altında davam etdirəcək.  Baş məşqçiyə Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.  Məşqçilər korpusunda yer alan mütəxəssislərin hər biri ilə 1 illik müqavilə imzalanıb.  Bakucity.az
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 6-da Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək....
Hadisələr
Paytaxtda piyadanın vurulması ilə nəticələnən qəza baş verib Bakucity.az xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb. Belə ki, yaşlı qadın piyada keçidi olmayan yerdən yolu keçməyə çalışıb. Bu zaman "Lada-Priora” markalı avtomobil onu vurub. Qəzanın görüntülərini təqdim edirik: (Avtosfer.az) Bakucity.az
Ekologiya
Nəzarət tədbirləri davam etdirilir Bakucity.az xəbər verir ki, paytaxtda  sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.  Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçiridyi tədbirlər zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə Sabunçu rayonu ərazisindəki gölə çirkab sula...
Mədəniyyət
Konsertin təşkilatçıları TÜRKSOY və Qazaxıstan səfirliyidir Bakucity.az xəbər verir ki, Bakıda Qərbi Qazaxıstan Vilayəti Estrada-Simfonik Orkestrinin görkəmli qazax dirijoru Qanat Əhmətovun rəhbərliyi ilə konserti baş tutub. Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan solistlərinin iştirakı ilə keçirilən konsertdə xalq nəğmələri, habelə Qurmanqazı, Muratbek Bəyəliyev, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Musa Bayjanulı, Seidulla Baytere...
Hakimiyyət
Prezident və xanımı görülən işlərlə tanış olublar Bakucity.az  xəbər verir ki, Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər. Bakucity.az
Cəmiyyət
Müfəssəl planlar həm də Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmalıdır Bakucity.az xəbər verir ki, Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nda dəyişiklik edib. Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəs...
Biznes
Uğurlu gün dadlı-ləzzətli səhər yeməyi ilə başlayır Mütəxəssislər hesab edir ki, səhər yeməyi insan orqanizmi üçün vacibdir. Bütün həftəni işləyən əksər insanlar üçün rahat səhər yeməyi imkanı yalnız həftə sonu yaranır. Bu imkanı  göz oxşayan bir yerdə, dadlı təamlardan ibarət məkanda dəyərləndirmək isə daha yaxşıdır.  Bakucity.az paytaxtda səhər yeməyi servis edən restoranları araşdırıb. “Mado” “Mado” restoranlar şəbəkəsinin Mərdanov qardaşları 3 (“Tarqov...
Hadisələr
Paytaxta turist kimi gələn İraq vətəndaşı ölüb Bakucity.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Heydər Abdulhüseyn özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb. Bütün tibbi yardımlar nəticəsiz qalıb, turist vəfat edib.  İlkin araşdırma zamanı turistin mədə-bağırsaq qanaxmasından öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. (Report) Bakucity.az
Cəmiyyət
Minlərlə baxış toplayan video müzakirələrə səbəb olub Bakucity.az xəbər verir ki, paxtaxtda gənc oğlanının sevgilisinə evlilik təklifi izlənmə rekordu qırır. O, ticarət mərkəzlərindən birində diz çökərək evlilik təklif edib. Gördükləri qarşısında təəccüblənən xanım isə "hə" cavabı verib. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Paytaxtda yeni mənzillərin qiymətində isə ucuzlaşma var Bakucity.az xəbər verir ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub. Bu, ötən illə müqayisədə 2.91 faiz artım deməkdir.  Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb. Ötən illə müqayisədə azalma 1.64 faizdir: "İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə...
Ekologiya
Paytaxt çimərliklərində monitorinq aparılıb Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən çimərlik ərazilərində aparılan monitorinqlər zamanı dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova bildirib ki, analizlərin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında - Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüv...
Hadisələr
Sumqayıt-Bakı elektrik qatarının fəaliyyətində problem yaranıb Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında dəmir yolunun Biləcəri-Keşlə mənzilində kontakt şəbəkəsində nasazlıq yaranıb. Nəticədə elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Hadisə ilə bağlı  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bunları deyib: “Problem dərhal aradan qaldırılıb və hazırda qatarl...
Hadisələr
Hadisənin intihar, yoxsa bədbəxt hadisə olması araşdırılır Bakucity.az xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində iki nəfərin dənizə düşüb.  Dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Vətəndaşlar sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Bakucity.az
Cəmiyyət
Sistemin işə düşməsi üçün proqram təminatı hazırlanır Bakucity.az xəbər verir ki, paytaxtda müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb. Bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə quraşdırılır. Sözügedən kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları verg...
Cəmiyyət
Məhsulun istehsal tarixinin də saxtalaşdırıldığı məlum olub Bakucity.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakı şəhəri Binəqədi rayonu 2-ci Mədən küçəsi 89 mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub.  Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tap...