usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+11... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludlu, yağmursuz
Bu gün
+11... 13 °С
Buludlu, yağmursuz
Sabah
+10... 13 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Bakıda 18 yaşlı qızı oğurlayan şəxs “Ekologiya postu”nda saxlanılıb. Bakucity.az xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb. Hüquq-mühafizə orqanları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Məlum olub ki, R.İslamov idarə etdiyi...
Kriminal
Bakıda qonşuluqda yaşayan qadını başını kəsərək qətlə yetirən şəxs barəsində bəzi məqamlar üzə çıxıb. Bakucity.az xatırladır ki, hadisə sentyabrın 7-də, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsib. Qeyd edilir ki, X.Hüseynov daha əvvəl Cinayət Məcəlləsinin 234-cü- maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə g...
Hadisələr
Bakıda aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə yolun sürət həddi 120 km/saat olan hissəsində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan “Chevrolet Aveo” markalı 99 UE 738 nömrə nişanlı avtomobil idarəetməni itirərək yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Paytaxtın Xətai rayonunda yük maşının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, hadisə N.Rəfiyev küçəsində qeydə alınıb.  “İsuzu” markalı yük maşını idarəetməni itirərək aşması nəticəsində ərazidə olan daha iki avtomobilə ziyan dəyib.  Yük maşınının sürücüsü yüngül xəsarət alıb. Qəza səbəbindən yolda tıxac yaranıb.   Faktla bağlı araşdırma aparılır. (APA) Bakucity.az
Cəmiyyət
Tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənib. Bakucity.az xəbər verir ki, rejissor sosial şəbəkələrdə video paylaşaraq sürücülərə dayanma-durma qaydalarına riayət edilməsi üçün şərait yaradılmamasından danışıb. K.Mahmudov Bakı Nəqliyyat Agentliyinin kameralarından gizlənmək üçün avtomobilin qapılarını kameranın arxasında açıq saxlamağı məsləhət görüb.  “Bizi bezdirmisiniz! Bu barədə tədbir görmək lazımdır. Maş...
Cəmiyyət
Sentyabrın 11-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bakucity.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Məşhur gözəllik proseduru ilə bağlı bütün həqiqətlər ekspert rəyi ilə. Son zamanlarda Bakı sakinləri arasında müxtəlif növ gel örtüklü manikürlər məşhurlaşıb. Nail-dizaynın seçimi müxtəlifliyi və parlaqlığı ilə diqqəti çəkir. Üstəlik, belə bir örtük uzun müddət davam etməsi ilə  manikür həvəskarlarını cəlb edir. Bugünkü materialda Bakucity.az müasir manikürün əsas nüanslarını araşdıraraq bu gözəllik bazarındakı qiymətləri də göstərəcək. Moda meylləri “Bakı...
Cəmiyyət
Bakıda Şövkət Ələkbərova küçəsində yaşayış binasının eyvanı uçub. Bakucity.az xəbər verir ki, binanın ikinci mərtəbəsinin uçan eyvanı zirzəmidə olan obyektin damına dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Şahidlər bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb. (Trend) Bakucity.az
İdman
Ötən gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya matçından əvvəl Bakı metrosunda maraqlı anlar yaşanıb. Bakucity.az xəbər verir ki, oyundan öncə stadiona gedən xorvatiyalı azarkeşlər Bakı metrosunda mahnılar oxuyublar.  Görüntülər yerli sakinlərin marağına səbəb olub. Xatırladaq ki, “Bakcell Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı matçın 11-ci dəqiqəsində penalti zərbəsindən Luka Modriç açıb. Oyunun 72-ci dəqiqəsində isə Təmkin Xəlilz...
Cəmiyyət
Bu gün, sentyabrın 10-da, paytaxtın bəzi ərazilərinin qaz təchizatında fasilələr olacaq. Bakucity.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.  Saat 12:00-dan etibarən Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq. Gün ərzində “Zabrat-2” və Bilgəh qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq. Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?