usd:
1,70 ₼
eur:
2,01 ₼
Bu gün
+24... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 23 °С
Buludlu, yağmursuz
Bu gün
+24... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 23 °С
Buludlu, yağmursuz
Filters
Filters
Kriminal
Cinayət işi açılıb  Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb. Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Mux...
Cəmiyyət
Çinli tələbə karantindədir Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən 3 nəfərin adı məlum olub. BakuCity.az Trend-ə istinadən məlumat verir ki, həmin şəxslər 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır. Həmçinin oxu: Çində 17 mindən çox insan koronavirus daşıyıcısıdır: ölənlərin sayı 360...
Cəmiyyət
Gecə ilə gündüz bərabərləşəcək Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb. BakuCity.az-ın məlumatına görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya bildirilib ki, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq. Fevralın 25-i Su, martın 3-ü...
Hadisələr
Yol kənarında xidmət aparırmış Bakıda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Həmçinin oxu: Bakıda yol polisinə bıçaqla hücum edildi - VİDEO "Prado" markalı avtomobil idarətməni itirərək yol kənarında xidmət aparan polis əməkdaşını vurub. BakuCity.az
Cəmiyyət
2296 xəstənin vəziyyəti ağırdır Çin Səhiyyə Nazirliyi ölkədə koronavirus qurbanlarının sayının artaraq 361 nəfərə çatdığını elan edib. BakuCity.az-ın məlumatına görə, həmçinin qeyd edilir ki, hazırda Çində 17 205 nəfər bu qorxunc virusun daşıyıcısıdır. Ölkədə 21 558 xəstəliyə yoluxma halının qeydə alındığı, 2296 xəstənin vəziyyətinin ağır olduğu, 475 nəfərin isə sağaldığı bildirilir. Həmçinin oxu: Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi...
Cəmiyyət
Vətəndaşlar geri ödənişləri əldə etmək üçün hara müraciət etsinlər? Bir müddət öncə İqtisadiyyat naziri ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bu aydan etibarən geri ödənilməsinə başlanacağını açıqlamışdı. Artıq qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanmaq üzrədir. BakuCity.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin...
Cəmiyyət
Meyit məhkəmə tibb ekspertizasına verilib Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 17 yaşlı Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib. Qeyd edək ki, A.Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub. BakuCity.az
Cəmiyyət
Bəzi yerlərdə yağış yağacaq Sabah Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralın 2-də paytaxtda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın tempe...
Cəmiyyət
Araşdırma başladı Ötən gün Bakıda təcili tibbi yardım maşınının sürücüsünün zibili qutularını eşələməsi ilə bağlı görüntü yayılıb. BakuCity.az-ın məlumatına görə, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”. Qeyd edək ki, sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdak...
Cəmiyyət
Hüseyn Cavid prospekti və digər küçələrin nəqliyyat yükü azaldılacaq Paytaxtın Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilir. Bakı Nəqliyyat Agentlyindən (BNA) BakuCity.az-a verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsinin Ə.Haqverdiyev və Lev Landau küçələrini əlaqələndirən hissəsi təmir edilərək istifadəyə verilib və bu səbəbdən işıqfor obyektində əlavələr edilib. Yeni quraş...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?