usd:
1,70 ₼
eur:
2,01 ₼
Filters
Filters
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Xırdalanda qeydə alınıb. Sürücü, 26 yaşlı Nəbiyev Racib Nəriman oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, sürücü isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əziyi diaqnozları qoyulub. (report) BakuCity.az
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsində avtomobil yolu keçən 2011-ci il təvəllüdlü İmanova Zərifə Qənaət qızını vurub. Yaralı uşaq təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Qadağanın müddəti sentyabrın 1-dək uzadılıb. Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan...
Cəmiyyət
Buraxılış imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən BakuCity.az-a verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov ) olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imta...
Cəmiyyət
Azərbaycanda dərman qıtlığı var? “Nəticəsi pozitiv çıxan şəxslər SMS icazə ilə çölə çıxa bilmirlər. Yeni yaradılan sistem buna imkan vermir”. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Y.Qarayeva qeyd edib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət...
Cəmiyyət
Azərbaycanda koronavirusdan daha 7 nəfər ölüb. Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 7 nəfər ölüb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az
Cəmiyyət
Karantin rejimi həyat tərzinizdə nələri dəyişdi? Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunur. BakuCity.az xəbər verir ki, karantin rejimi bəzi sahələrin işinə, eləcə də insanların yaşayış tərzinə təsirsiz ötüşmür. Bu dövrdə evdə oturmaqla bəzilərimiz maddi cəhətdən qənaətçil olmağı da öyrənmiş olduq. Bəs başqa hansı vərdişlərə yiyələndik? "Report" bununla bağlı paytaxt sakinlərinin fikirlərin...
Cəmiyyət
Çinli alimlər donuzlardan insanlara ötürülə bilən və pandemiya riski daşıyan yeni qrip virusu aşkar ediblər. 2011-2018 illər arasında donuzlarda qrip viruslarını araşdıran bir qrup çinli alim G4 EA H1N1 adı verilən yeni virus üzə çıxarıb. BakuCity.az xəbər verir ki, insanlara ötürülə və tənəffüs yollarında çoxala bilən yeni virus, 2009-cu ildə Meksikada ortaya çıxan və dünyada təxminən 800 min insana yayılan “donuz qripi” kimi tanınan H1N1 virusu ilə oxşar...
Kriminal
Azərbaycanda oğluna kiçik toy məclisi təşkil edən ata həbs olunub.  Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tdbirlər görür. BakuCity.az xəbər verir ki, iyun ayının 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məcl...
Kriminal
Azərbaycanda axtarışda olan 23 nəfər tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb. (report) BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?