usd:
1,70 ₼
eur:
1,87 ₼
Bu gün
+10... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+9... 10 °С
Buludlu, kiçik yağış
Bu gün
+10... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+9... 10 °С
Buludlu, kiçik yağış

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Bakıda baş verən ağır qəzanın görüntüləri yayılıb. Bakucity.az-ın xəbərinə görə, görüntüləri Avtosfer.az saytı dərc edib. Videoda düzünə gedən sürücü svetoforun sarı işığında hərəkət edib. O, növbəti svetofora çatana kimi, sağdan yolayrıcına daxil olan sürücülərə yaşıl işıq yanır. Nəticədə qəza qaçılmaz olur. Qeyd edək ki, bu yolayrıcında tez-tez baş verən qəzaların səbəblərindən biri sürücü məsuliyyətsizliyidir.  İşıqforun yaşıl işığında hərəkət edən sürü...
Cəmiyyət
Oktyabrın 10-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.  Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-23, Bakıda gecə 15-17, gündüz 22-24...
Cəmiyyət
Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub. Bakucity.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayar...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb. Bakucity.az Unikal.org-a istinadən xəbər verir ki, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb. Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından təsdiqləyiblər. Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın...
Cəmiyyət
Oktyabrın 9-da səhər saat 09:00-dan  Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu barədə Bakucity.az-a “Azəriqaz” QSC-dən məlumat verilib. Saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı...
Cəmiyyət
Bakıda doqquz aydır itkin düşən 21 yaşlı qız axtarılır. Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, hadisə bu ilin yanvar ayında paytaxtın Xətai rayonu ərazində baş verib.  Belə ki, 1998-ci il təvəllüdlü Bahar Əzimova Neapol küçəsi ev 16 ünvanından çıxaraq bir daha geri qayıtmayıb.  Lakin bu barədə qızın anası 9 aydan sonra, oktyabrın 7-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edib.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dəni­zinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir. DSX-dan Bakucity.az-a verilən məlumata görə, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli...
Cəmiyyət
Ötən gün sosial şəbəkələrdə yayılan video istifadəçilərin böyük marağaına səbəb olub. Bakucity.az xəbər verir ki, Mətbuat prospektində mənzillərin birinin eyvanından çəkilən görüntülərdə itin piyada keçidində dayanıb maşınların ona yol verməsini gözləməsi əks olunub. Lakin sürücülər piyada keçidində itə yol vermirlər. Bir müddət sonra həmin keçiddən yolu keçən iki kişidən biri heyvanın ona baxaraq sanki kömək istədiyini görür. Həmin piyada itə yolu keçməyə...
Mədəniyyət
Məşhur duetə çəkilən klip "Youtube"də təqim edilib İnternetdə Azərbaycan və Rusiya pop musiqisinin iki super ulduzu Aygün Kazımova və Filipp Kirkorovun ötən yayın əsas hitlərindən olan “Jalma” duetinə çəkilən klip təqdim edilib.  Bakucity.az xəbər verir ki, 30 və 31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Rusiya şou-biznesinin kralı Rusiya xalq artisti Filip Kirkorovun yeni solo konsertində Azərbaycanın xalq artisti Aygün Kazımova xüsusi ulduz qonaq o...
Hadisələr
Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “VAZ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlu...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?