usd:
1,70 ₼
eur:
1,91 ₼
Bu gün
+32... 34 °С
Buludsuz, yağmursuz
Sabah
+31... 33 °С
Buludsuz, yağmursuz
Bu gün
+32... 34 °С
Buludsuz, yağmursuz
Sabah
+31... 33 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Ekologiya
Meteohəssas insanlar üçün əlverişsiz olacaq Yanvarın 23-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə...
Cəmiyyət
Ərazidə metro stansiyasının tunelləri qazılıb Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır: "B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün...
Cəmiyyət
Tədbirlər görülür İpoteka və Kredit Zəmanət Fondu bu gün satışına start verilən kirayə mənzillərlə bağlı açıqlama yayıb. Fonddan BakuCity.az-a verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb: “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” po...
Hadisələr
Avtomobil yararsız vəziyyətə düşüb  Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yolda hərəkətdə olan 41-BC-069 dövlət nömrəli "BMW X5" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb...
Hadisələr
Cinayət işi açılıb Bakıda fəhlə faciəvi şəkildə ölüb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də, saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb. Belə ki, “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ö...
Cəmiyyət
ASC abonentlərdən üzr istəyir Bakının bir sıra ərazilərində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 22 yanvar 2020-ci il tarixində gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. BakuCity.az
Cəmiyyət
6 sərnişin yerləşir Azərbaycan Televiziyasının “Telesəhər” verilişində Bakıya yeni gətirilən “London” taksisi ilk dəfə olaraq görüntülənib. BakuCity.az xəbər verir ki, verilişin qonağı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yeni taksilərin elektriklə işlədiyini xatırladıb. Qeyd edib ki, bu taksi avtomobilləri tam enerjini bir saata yığır və bir yığıma...
Cəmiyyət
10 kəsim sahəsinə baxış keçirilib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrin...
Cəmiyyət
Uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri görülür Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, imzalanan sərə...
Hadisələr
Yanğın söndürülüb Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Xətai rayonu, Natiq Əliyev, 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər evlərindən çıxa bilmədiklərini deyiblər. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yalnız b...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?