usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+8... 10 °С
Buludlu, yağmursuz
Sabah
+7... 8 °С
Buludlu, yağmursuz
Bu gün
+8... 10 °С
Buludlu, yağmursuz
Sabah
+7... 8 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
"ASAN Kommunal" isə bazar günü işləmir 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan "ASAN xidmət”, 11 noyabr tarixindən isə "ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. "AS...
Hadisələr
Vəziyyəti normal və qənaətbəxş idi Respublika Diaqnostika Mərkəzinin xəstənin özünü xəstəxananın pəncərəsindən atması hadisəsi ilə bağlı məlumat yayıb. Mərkəzdən BakuCity.az-a verilən məlumata görə, dünya statistikasına əsasən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlı...
Cəmiyyət
"Azərsu" əməkdaşları hadisə yerindədir Bu gün səhər saatlarında Bakıda yolun altından keçən su xəttində qəza baş verib. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Nəsimi rayonu ərazisində yüksək təzyiqli su xəttində baş verən qəza hündür fontanın yaranmasına və ətrafa xeyli suyun yayılmasına səbəb olub. Əraziyə "Azərsu" ASC-nin əməkdaşları cəlb edilib. Hadisə yerindən çəkilən fotonu təqdim edirik: BakuCity.az
Cəmiyyət
Nişandan cəmi 20 metr sonra radar quraşdırılıb Bakının Pirallahı rayonu ərazisində quraşdırılan yol nişanı sürücüləri çətinliyə salır. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sürücülərdən biri şikayət ünvanlayıb. Belə ki, sürət həddi 100 olan yolda dərhal sonra 40 nişanı qoyulub. Nişandan cəmi 20 metr sonra isə radar quraşdırılıb. Bu əraziyə ilk dəfə gələn sürücülər 100-lə gəldikləri yolda sürəti 40-a salmalıdır. Bu isə çox zaman çəti...
Cəmiyyət
Stansiyaların sayı 75-ə çatacaq Moskvada olduğu kimi, Bakıda da ikimərtəbəli metro stansiyası olacaq. BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov “Report”a deyib. Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmi...
Mədəniyyət
İçərişəhər Metrostansiyasında Tanqo Şou Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in The Landmark, Bakı Metropoliteni, Nizami Kinoteatr Mərkəzi və Nizami Restaurant & Lounge ilə birgə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr - 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır. "United Cultures"dən BakuCity.az-a verilən məlumata görə,  İçərişəhər Metrostansiyası, Tango məktəblərinin dəstəyi ilə 8 noyabr saat 17.00...
Cəmiyyət
Yolun uzunluğu 22 km olacaq Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək yol çəkməyi planlaşdırır.  BakuCity.az xəbər verir ki, “Report”un Energetika Nazirliyindən əldə etdiyi məlumata görə, bu məsələ “Pirallahı” Külək Enerji Parkının salınması çərçivəsində nəzərdə tutulub. Pirallahı-Çilov yolunun uzunluğu 22 km olacaq. Parkın ümumi gücünün 198 MVt olması planlaşdırılır. Layihə çərçivəsində hər biri 3,3 MVt gücə malik 60 ədəd külək turbin...
Cəmiyyət
Sürücülər diqqətli olsunlar Bakı-Şamaxı yolunun bir hissəsində rəngləmə işləri görüləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən sürücülərdən s...
Mədəniyyət
Ümumilikdə 2 lot satılıb Bu gün Bakıda Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçirilib. BakuCity.az xəbər verir ki, hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızd...
Cəmiyyət
Siyasi partiyalar və dini qurumlar müsabiqədə iştirak edə bilməz Azərbaycan Milli Tеlеviziya və Radiо Şurası ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyə müsabiqə еlan еdir. BakuCity.az xəbər verir ki, müsabiqədə iştirak еtmək üçün yayım üzrə хüsusi razılıq (lisеnziya) almaq üçün müəyyən оlunmuş qaydada ərizə; telеradiо yayımı kanalının fərqləndirici nişanı (studiyanın еmblеmi); iddiaçının fəaliyyət növünü...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?