usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+11... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+10... 12 °С
Buludsuz, yağmursuz
Bu gün
+11... 12 °С
Buludlu, kiçik yağış
Sabah
+10... 12 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb Bakucity.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Asim Teymurov Bakıxanov qəsəbəsi R,Rüstəmov küçəsi 20 ünvanında yerləşən “Skorpion” restoranından çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Bu barədə itkin düşən A. Teymurovun atası Rasim Teymurov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır. (APA) Bakucity.az
Ekologiya
Novxanı çimərliyində bərbad vəziyyət yaranıb Bakucity.az xəbər verir ki, çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib. O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitori...
Cəmiyyət
Paytaxtda satılan saat böyük marağa səbəb olub Bakucity.az xəbər verir ki, elan saytlarından birində yerləşdirlən qədim saatın qiyməti 175 min dollardır (295 min manat). Qeyd edək ki, saatı almaq istəyən şəxslər bu linkə daxil olaraq ətraflı məlumat ala bilərlər: https://tap.az/all/sexsi-esyalar/saatlar-zinet-esyalari/12958241 Bakucity.az
Hadisələr
Xəzər rayonunda qadın 40 yaşlı kişini bıçaqlayıb Bakucity.az xəbər verir ki,  Buzovna qəsəbəsi, İmanov küçəsində yaşayan 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç Fatma adlı qadın tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Hadisələr
Sabunçu rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Bakıxanov ərazisində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən gənc qızı vurmamaq üçün qəfil əyləci basıb. Bu zaman arxadan gələn “Hyundai” markalı avtomobil ona, digər avtomobil isə “Hyundai”a çırpılıb. Hadisənin görüntülərini təqdim edirik. (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtda bu qaydanı pozan sürücülər ağır qəza törədir Bakucity.az xəbər verir ki, yol qəzaların səbəblərindən biri də yol ayrıcının keçilmə qaydasının pozulmasıdır Bir çox hallarda sürücülər yol ayrıcını keçən zaman hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsini buraxmır. Nəticədə qəza baş verir.  Təqdim edəcəyimiz videoda baş verən qəzalar da məhz bu qayda pozuntusundan irəli gəlir.  Bakucity.az
İdman
“Keşlə” futbol klubunun məşqçilər korpusu təsdiqlənib Bakucity.az xəbər verir ki, komanda çıxışını Tərlan Əhmədovun rəhbərliyi altında davam etdirəcək.  Baş məşqçiyə Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.  Məşqçilər korpusunda yer alan mütəxəssislərin hər biri ilə 1 illik müqavilə imzalanıb.  Bakucity.az
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 6-da Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək....
Hadisələr
Paytaxtda piyadanın vurulması ilə nəticələnən qəza baş verib Bakucity.az xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb. Belə ki, yaşlı qadın piyada keçidi olmayan yerdən yolu keçməyə çalışıb. Bu zaman "Lada-Priora” markalı avtomobil onu vurub. Qəzanın görüntülərini təqdim edirik: (Avtosfer.az) Bakucity.az
Ekologiya
Nəzarət tədbirləri davam etdirilir Bakucity.az xəbər verir ki, paytaxtda  sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.  Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçiridyi tədbirlər zamanı Biləsuvar rayon sakini E.Əmirovun “QAZ-53” markalı avtomobili ilə Sabunçu rayonu ərazisindəki gölə çirkab sula...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?