usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+5... 6 °С
Buludlu, kiçik yağış
Sabah
+4... 5 °С
Buludlu, kiçik yağış
Bu gün
+5... 6 °С
Buludlu, kiçik yağış
Sabah
+4... 5 °С
Buludlu, kiçik yağış

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Bakı İstintaq Təcridxanasında qadın üzləşmə zamanı döyülüb. Bakucity.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən İstintaq Təcridxanasında baş verib. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında üzləşmə zamanı 32 yaşlı Elçin Pirişov 38 yaşlı qadını döyüb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Mədəniyyət
“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışını Novruz bayramında etməyi düşünürük”. Bakucity.az xəbər verir ki, bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib. X.Əhmədov heykəlin hazırlanma prosesinin başlandığını bildirib: “Eskizdən sonra bir metr hündürlükdə işçi model hazırlanır, həmin model artıq hazırdır. Bundan sonra işçi model böyudülərə...
Hadisələr
Bu gün Bakıda güclü yanğın hadisəsi baş verib. Bakucity.az Trend-ə istinadən məlumat verir ki, yanğın Binəqədi rayonu "Baksol" yolu adlanan yerdə qeydə alınıb. Adıçəkilən ərazidə 2 evin yanması onların qarşısında olan 2 minik avtomobilinə də ziyan vurub. Belə ki, "VAZ" markalı avtomobil tamamilə yanaraq kül olub, "OPEL"ə isə xeyli ziyan dəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cəlb olunub. Binəqədi rayonunda ümumi sahəs...
Mədəniyyət
İsrailin “Qızıl səsi” azərbaycan dilində Bakıda ilk klipini çəkib Üç il əvvəl İsrailin Hadera şəhərindən Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan “Bir söz var” adlı ilk klipini çəkib. Bakucity.az Milli.az-a istinadən xəbər verir ki, klipin rejissoru Nal Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.  Layihənin həyata...
Cəmiyyət
Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib. Bu barədə Bakucity.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib:  “Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxuna...
Cəmiyyət
“Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur” Müasir dünyanın şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb.  Bunları təhsil üzrə ekspert Kamran Əsədov Bakucity.az-a açıqlamasında deyib. Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Ölkədə ali təhsil müəssisələri məzunlara...
Cəmiyyət
Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə şikayət edib. Bakucity.az-ın Avtosfer.az-a xəbərinə görə, məlumat verən şəxs bildirib ki, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər. Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə e...
Cəmiyyət
Bakıda ata ögey oğluna işgəncələr verib. Bakucity.az  xəbərinə görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb. Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib. Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır....
Mədəniyyət
Oktyabrın 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası təqdim olunub. Bakucity.az-a teatrın mətbuat xidmətindən bildirilib ki, bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Möylə Mirzəliyevin 60 illik yubileyi münasibətilə nümayiş edilib. Tamaşadan öncə aktyorun həyat və yaradıcılığı barəsində Akademik Musiqili Teatrın direktor müa...
Mədəniyyət
Oktyabrın 5-i saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qızıl toy” (O.Kazımi və R.Heydər) iki hissəli musiqili komediyası 47-ci dəfə (2014-cü ildən) tamaşaçıların görüşünə gəlib. Teatrdan Bakucity.az-a verilən məlumata görə, əsərin bu dəfəki nümayişi tanınmış rejissor, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) baş rejissor vəzifəsində çalışmış Yusif Əkbərovun 70 illik...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?