usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+28... 33 °С
Buludsuz, yağmursuz
Sabah
+28... 33 °С
Buludsuz, yağmursuz
Bu gün
+28... 33 °С
Buludsuz, yağmursuz
Sabah
+28... 33 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Cəmiyyət
Bakı Şəhər Statistika İdarəsi yeni hesabat açıqlayıb Bakucity.az xəbər verir ki, 2019-cu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8041,7 milyon manat olub.  Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4523,1...
Cəmiyyət
Əhaliyə məsələ ilə bağlı xəbərdarlıq edilib Bakucity.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-də çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. "Ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir".  Bunu jurnalistlərə açıqlamasında id...
Cəmiyyət
Qaz xətlərində təmir-bərpa işləri aparılacaq Bakucity.az xəbər verir ki, bu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlıdır.  Bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması i...
Hadisələr
Bakı sakinindən 30 ədəd tramadol həbi götürülüb Bakucity.az  xəbər verir ki, araşdırmalar zamanı Elçin Məmmədov adlı şəxsin həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib. Həmin aptekə baxış keçirilib, oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilərək götürülüb. Bakucity.az
Cəmiyyət
Paytaxtın 5 inzibati rayonunda qazlaşdırılma işləri aparılacaq Bakucity.az xəbər verir ki, proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə...
Cəmiyyət
Bakı Şəhər Statistika İdarəsi yeni hesabat açıqlayıb Bakucity.az xəbər verir ki, bu ilin yanvar-may aylarında əvvəlki ilin anoloji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal maaş 3,9% artaraq 821,4 manat olub. Hesabat dövründə ən yüksək orta aylıq maaş sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdədir. Ən aşağı əməkhaqqı isə...
Ekologiya
Avqustun 2-də paytaxtda gözlənilən hava şəraiti açıqlanıb.  Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 30-35, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən h...
Cəmiyyət
Vətəndaşlar problemin çox olduğunu, qurumlar isə onların həll olunacağını deyir Paytaxtın Abşeron rayon ərazisində (Xırdalan / MK-23 və s.) yaşayan sakinlərin Bakucity.az-a bildirdiklərinə görə, abonentlərin telefon xətləri təxminən 2014-2015-ci illərdə Abşeron Telekomunikasiya Qovşağı tərəfindən xəbərdarlıq edilmədən kəsilib və telefon nömrələri dəyişdirilib (341 EATS-dən 342-ə keçirilib). Həmin vaxta qədər internet provayder seçimində sərbəst olan abonen...
Cəmiyyət
Ölüm hadisəsi qeydə alınmayıb Bakucity.az xəbər verir ki, bu ilin əvvəlindən bu günə kimi 18 nəfər intihara cəhd edib. Onların hamısı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.  Bu barədə şöbənin baş həkimi Azər Maqsudov bunları deyib: “Daha çox sirkə turşusu və dərman içərək intihara cəhd edən insanlar bizə müraciət edib. 18 nəfərdən 12-si sirkə turşusu içib, 6 nəfər isə dərman qəbul edib. Daha çox sakitləşdirici, yuxu, depressiyaya qarş...
Cəmiyyət
Yay məktəbinə 35 iştirakçı qatılacaq Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı və “Maire Tecnimont” şirkətinin dəstəyi ilə Bakıda Yay məktəbi təşkil olunacaq. 16-24 sentyabr 2019-cu il tarixlərində keçiriləcək Yay məktəbi  “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusuna həsr olunacaq.  Yay məktəbində əcnəbi tələbələrlə yanaşı, Bakı Ali Neft Məktəbinin III və IV kurs...
Hadisələr
Binəqədi rayonunda piyadanı avtomobil vurub Bakucity.az xəbər verir ki, hadisə "Bolluq" bazarının yaxınlığında baş verib. Minik avtomobili 1977-ci il təvəllüdlü Arazxanova Vüsalə Süleyman qızını vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Paytaxt məktəblərinin məzunları qızıl və gümüş medalla təltif olunub Bakucity.az xəbər verir ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb. Əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş...
Cəmiyyət
Vətəndaşların istirahətlərinin təşkili üçün hər şərait yaradılır Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanıb. Paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü...
Hadisələr
H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vəkil Əli Hüseynovun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Buna görə də H.Quliyev ba...
Cəmiyyət
“Diqlas”dakı yanğınla bağlı 400-dən çox sahibkar istintaqa cəlb edilərək dindirilib Bakucity.az xəbər verir ki, bu barədə prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd edilib ki, 26 mart 2019-cu il tarixdə Bakıda yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokuro...
Hadisələr
Payxtaxt sakini Z.Paşayevdən 8 ədəd 500 avroluq saxta əsginaz götürülüb Bakucity.az xəbər verir ki, görülmüş tədbirlərlə Z.Paşayevə həmin əsginazları vermiş bir əcnəbi vətəndaş saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb. Bakucity.az
Cəmiyyət
Faktla bağlı Bakı polisi hərəkətə keçdi Bakucity.az xəbər verir ki, bir qrup sakin sosial şəbəkələrdə Nizami rayonu, metronun“Neftçilər” stansiyasının həndəvərində yolun bağlanması ilə bağlı məlumat yayıb. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətin rəisi, polis mayoru Elşad Hacıyev “Reportun” sorğusuna cavab olaraqbildirib ki, həmin ərazidə yaşayan sakinlərdən daxil olan foto-yazılı müraciət BŞBPİ-nin İctimai Təhlükəsizlik və NizamiRayon Poli...
Cəmiyyət
Nəsimi rayonunda yerləşən kafenin fəaliyyəti məhdudlaşdırılıb Bakucity.az xəbər verir ki, qeyd edilən ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir. Baxış zamanı kafedə məh...
Ekologiya
Avqustun 1-də paytaxtda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək.  Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütub...
Cəmiyyət
Avqust ayı üçün qeyri-iş günləri açıqlanıb Bakucity.az xəbər verir ki, gələn ay 11 gün iş olmayacaq. Belə ki, avqust ayının 3-4-ü, 10-11-i, 17-18-si, 24-25-i və 31-i tarixləri şənbə və bazar günlərinə düşür. Ayın 12-i və 13-ü isə Qurban bayramı münasibətilə qeyri-iş günüdür. Beləliklə, ayın 10, 11, 12 və 13-də davamlı olaraq 4 gün qeyri-iş günü, ümumillikdə ay ərzində isə 11 istirahət günü var.  Qeyd edək ki, bu müddət ərzində Bakı sakinləri və şəhərimizin...
Hadisələr
Paytaxtda baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, iyulun 15-də R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobil yolda texniki nasazlıq ucbatından dayanmış Z.Yusubova məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.  Qəza nəticəsində “Mercedes”də olan Z.Yusubovun oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilib, 12 yaşlı Namiq orada ölüb.  Zərbənin gücündən "Lexus" markalı avtomobil aşıb. (Avtosfer.az) Bakucity.az
Cəmiyyət
Sosial şəbəkələrdə yayılan video maraq doğurub. Bakucity.az xəbər verir ki, Bakıda çəkilən görüntülərdə tülkünün insanların arasında gəzməsi əks olunub. Kadrlar Dağüstü parkda çəkilib. Videonu çəkən şəxs görüntüləri sosial şəbəkələrdə paylaşıb. İzləyicilər Bakıda tülkünün olmasına təəccübləniblər. (Milli.az) Bakucity.az
Hadisələr
Paytaxtda qadın mağazadan kofta və şalvar oğurlayıb Bakucity.az xəbər verir ki, hadisə Xətai rayonunda, “Əhmədli” metrosu yaxınlığında qeydə alınıb. Hadisə Məhəmməd Hadi 155 ünvanında yerləşən “Kinze boutique” mağazasında baş verib. Qadının oğurluğu müşahidə kamerasına düşüb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
"Göstəriş verdiyimizə görə sürücülərə necə protokol tərtib edək? Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov paytaxt yollarında tətbiq edilən sarı solaqla bağlı açıqlama verib. Onun sözlərinə görə, sarı zolağa keçmək üçün özləri sürücülərə şərait yaradıblar: “Hesab edirəm ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının yüksək səviyyədə təşkil edilməsində elə sürücüləri...
Hadisələr
Nəsimi rayonunda qarajda tüstülənmə olub Bakucity.az hadisə səhər saatlarında 1-ci mikrorayon, Asif Məhərrəmov, 20 C ünvanında qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. Yanğının qarşısı saat 08:00-da alınıb. Tüstülənməyə səbəb qarajdakı elektrik naqillərində nasazlıq olub. (Oxu.az) Bakucity.az
Hadisələr
Binəqədi rayonundakı geyim mağazasında inanılmaz fakt üzə çıxıb Bakucity.az xəbər verir ki, 8-ci mikrorayonda yerləşən mağazada qadınların soyunub-geyinmə otağına müşahidə kamerası qoyulub. Bununla da, paltarını dəyişən şəxsləri izləmək mümkündür. Şikayətçi redaksiyanın “qaynar xətti”nə mağazadan foto çəkib. Onu sizə təqdim edirik: (Baku.ws) Bakucity.az
Hadisələr
Paytaxtın 1 Saylı Respublika Psixiatriya Xəstəxanasından pasiyent qaçıb Bakucity.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Əsgərov Fərid Fuad oğlu iyulun 29-da psixiatriya xəstəxanasından çıxaraq geri qayıtmayıb. Hazırda 12-ci Polis bölməsinin əməkdaşları onun axtarışı ilə məşğuldur. Sabunçu rayonunda ötən sutkalar ərzində 16 yaşlı qız itkin düşüb. Ramana qəsəbəsinin sakini Piriyeva Aytac Orxan qızı iyulun 28-də səhər evdən çıxıb. Qızın valideynləri ayın 29...
Cəmiyyət
Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 27-də növbəti hərrac keçiəcək Bakucity.az xəbər verir ki, elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət əmlakı 668.3 kv.m-lik torpaq sahəsi ilə birgə...
Ekologiya
Paytaxtda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 31-də Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq.  Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz ol...
Hadisələr
Yasamal rayonunda bina yanır Bakucity.az xəbər verir ki, yanğın Mətbuat prospekti 31A ünvanında, "Həyat clinic”in yerləşdiyi hündürmərtəbəli yaşayış binasında baş verib. İlkin məlumata görə, yanğın 3-cü mərtəbədən başlayıb. Hadisə yerinə yanğınsöndürən maşınlar, hüquq mühafizə əməkdaşları cəlb olunub. (Qafqazinfo.az) Bakucity.az
Hadisələr
Ötən gün Xətai rayonunda lombarda basqın olub Bakucity.az xəbər verir ki, iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib. Lombardın sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub. Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb...
Hadisələr
Zabratda toy məclisində klarnet ifaçısı qəfildən dünyasını dəyişib.  Bakucity.az xəbər verir ki, Vaqif Zabratlı adlı tanınmış musiqiçinin toyda ölüm anının videosu yayılıb. Qeyd edək ki, Vaqif Zabratlı adıyla tanınan klarnet ifaçısının toyda halı qəfil pisləşib və o, təcili tibbi yardım xidməti gələnə qədər keçinib. V.Zabratlı xüsusən Bakı toylarının tanınmış musiqiçilərindən olub. Bakucity.az
Biznes
Paytaxtın bu iki restoranında təzə pivə içmək şansınız var Restoranda pivə bişirilirsə, bu, həmin məkanda həmişə təzə pivə ala biləcəyinizin təminatıdır. Paytaxtdakı  bəzi restoranlarda müştərilərə təzə pivə təklif olunur.  Bakucity.az paytaxtda fəaliyyət göstərən iki restoranda verilən təzə pivə barədə material hazırlayıb. Zəngin menyu və təzə pivə  Paytaxtda öz pivəsi ilə tanınan ən populyar restoranlardan biri “Beerbasha Restaurant”dır. Restotoranın əmə...
Hadisələr
Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyib Bakucity.az Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb. Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub. Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. (baku.ws) Bakucity.az
Ekologiya
Nazirlik paytaxtda bir neçə istirahət mərkəzinin bağlanması ilə bağlı məhkəməyə müraciət edib Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənubsahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib və bundan əvvəl verilən məcburi göstərişlərin icra vəziyyəti yoxlayıb.  Bununla bağlı Nazirliyin M...
Hadisələr
Saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbirləri seçilib Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat gəzdirən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Daxil olan məlumat əsasında Yasamal rayon sakini Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfindən saxlanıl...
Hadisələr
Onların meyiti aidiyyəti üzrə təhvil verilib Bakucity.az xəbər verir ki, Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb. M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə t...
Mədəniyyət
Rusiya telekanalı Heydər Əliyev Mərkəzinin parkında yeni şou təşkil edib Bakucity.az xəbər verir ki, iyulun 28-də Heydər Əliyev Mərkəzinin parkında, “Jara-2019” musiqi festivalı çərçivəsində Rusiyanın MUZ TV televiziya kanalının möhtəşəm “open-air” diskotekası (açıq diskoteka) reallaşıb. Təməli keçən il qoyulan layihə paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdı.Buna görə də, bu il Emin Ağalarov yenidən doğma şəhərinə belə bir hədiy...
Hadisələr
Paytaxtda qeyri-adi yol qəzası kameraya düşüb Bakucity.az xəbər verir ki, hava limanı yolunda yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobilin ön oturacağında sərnişin xanım qapını açaraq özünü yola atıb. Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşür və qızı qucağına alaraq avtomobilə qoyur, daha sonra yoluna davam edir. Hadisəyə səbəb avtomobildə mübahisənin olduğu ehtimal edilir. Görüntüləri təqdim edirik:  (Baku.ws) Bakucity.az
Hakimiyyət
Vətəndaşlara maddi yardım ödəniləcək Bakucity.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən, 1890-cı ildə tikilmiş qəzalı binanın sökülməsi ilə bağlı məsələni nəzarətə götürüb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məsələ ilə bağlı bunları deyib: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu binada köçürülmə...
Hadisələr
Hazırda onun vəziyyəti orta ağırdır Bakucity.az xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yaşadığı evin yaxınlığında beş yaşlı Paşayev Səid Eyvaz oğlu yolu keçərkən maşın vurub. Yaralı təcili yardım maşını ilə xəstəxanaya gətirilib. Xəstəyə qarının küt travması diaqnozu qoyulub. Xəstə aidiyyəti üzrə həkim nəzarətinə götürülüb. Bakucity.az
Cəmiyyət
Daha bir neçə Bakıətrafı qəsəbəyə elektrik qatarı hərəkət edəcək Bakucity.az xəbər verir ki, hazırda Novxanı sərnişin stansiyası tikilir. Artıq işlər yekunlaşmaq üzrədir.  Bakı dairəvi dəmir yolu xəttində aparılan işlərlə yaxından tanış olaq. (Xəzər Xəbər) Bakucity.az
Mədəniyyət
Populyar rus müğənnisi "Jara"da yeni mahnısını təqdim edib  Yuliya Kovalçukun sözlərinə görə, gənc ifaçıların yaradıcılığına həsr olunmuş ayrıca konsert ideyası əla olub. Həmçinin, o, qeyd edib ki, belə bir festivaldakı çıxış onlar üçün uğurlu başlanğıc olacaq. Y. Kovalçuk özü bu gün yeni nəsl musiqiçiləri arasında çıxış edəcəyindən məmnun olduğunu da bildirib. Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar arti...
Hadisələr
Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub Bakucity.az xəbər verir ki, hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb. Bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış 12:44-də gəlib. Hadisə yerinə 5 biriqada gedib. 22 yaşlı qız qapalı kəllə beyin travması, yuxarı ətrafların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 20 yaşlı oğlan isə qapalı kəllə beyin travması alıb. Xəsarət alanların vəziyyəti ağırdır. 38 ya...
Mədəniyyət
Festivalın dördüncü mövsümü başa çatıb Bakucity.az xəbər verir ki, Bakıda dördüncü dəfə keçirilən "Jara-2019" beynəlxalq musiqi festivalı dünən başa çatıb. Festival paytaxt sakinləri və qonaqları üçün qırmızı xalıda ulduzların çıxışları və möhtəşəm konsertləri, film premyeraları, maraqlı duetlər, yeni və əfsanəvi mahnılarla yadda qaldı. Hər festival gününün özünəməxsus xüsusiyyəti var idi.  Qriqori Leps, Stas Mixaylov və “Lyube” qrupunun yaradıcılıq gecələ...
Ekologiya
Abşeron yarımadası və Bakını əhatə edən qırılmalarda seysmiklik qiymətləndirilib Bakucity.az  xəbər verir ki, espublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bunları deyib: "Yasamal rayonu ən çox tikinti aparılan ərazi olduğuna görə, orada son bir neçə ildə araşdırmalar aparılıb. Bu rayonunda yeni tikililər olan ərazilər yoxlanılıb, qrunt sularının səviyyəsi öyrənilib. Eyni zamanda çox saylı tikinti sahələrindən alınmış...
Mədəniyyət
Bakıda "Jara-2019" dördüncü musiqi festivalının bağlanışı möhtəşəm keçib Bakucity.az xəbər verir ki, iyulun 28-də Xəzərin sahilində "Sea Breeze" də dördüncü "Jara-2019" beynəlxalq musiqi festivalı ilə yekunlaşan möhtəşəm və dinamik bir qala konserti gerçəkləşib. Gecə yeni nəsl musiqisinə həsr olundu. Ənənəyə görə, konsert bu mövsüm son günü ulduzların gecəsi ilə başa çatıb. Gecədə məşhur ifaçılar, musiqiçilər və “bloqqer”lər növbəti festival günündə təəssü...
Müsahibə
O, ən populyar mahnılarından birini səsləndirib Bakucity.az xəbər verir ki, “jara-2019” beynəlxalq musiqi festivalında çıxış edən məşhur rusiyalı müğənni Elvin Qrey bütün mahnılarının sevgi haqda olduğunu deyib.  Qeyd edək ki, festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunur. Festivalın rəsmi infor...
Mədəniyyət
Qrup üzvləri Bakını sevdiklərini deyiblər Bakucity.az xəbər verir ki, formalarına diqqət etmələrinə baxmayaraq, qızlar Bakıda Azərbaycanın milli yeməklərindən: dolma və lülə-kabab yeyiblər və çox məmnun olduqlarını etiraf ediblər: "Şəhəriniz çox gözəldir, buraya mütləq qayıdacağıq, bizi tez-tez dəvət edin...". Xatırladaq ki, "Jara" beynəlxalq musiqi festivalı Bakıda dördüncü dəfədir keçirilir. Layihənin səhnəsində bu il 250-yə yaxın sənətçi bir araya gəlib...
Cəmiyyət
Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək Bakucity.az xəbər verir ki, bununla əlaqədar olaraq 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur. Qeydiyyatdan keçən avtomobil və sahibləri avq...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyulun 30-da Bakıda və Abşeron yarımadasında iyulun 30-da hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Abşeron...
Cəmiyyət
Daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb Bakucity.az xəbər verir ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev buna qədər Göygöl Rayon Polis Şöbəsinin rəisi olub. (Ölke.az) Bakucity.az
Cəmiyyət
“Metropark” ticarət və əyləncə mərkəzinə giriş bağlanıb Bakucity.az xəbər verir ki, buna səbəb şənbə günü “Metroparkda” baş vermiş yanğındır.  Üç gün ərzində “Metropark”da təmir-bərpa işləri həyata keçiriləcək. Ticarət mərkəzi işlər yekunlaşdıqdan sonra açılacaq.  Xatırladaq ki, iyulun 27-də Bakının Nərimanov rayonu ərazisində yerləşən yeddimərtəbəli “Metropark” ticarət və əyləncə mərkəzində yanğın olub.  Nəticədə binanın 2 və 3-cü mərtəbələrində şaxta boy...
Cəmiyyət
Paytaxtda sarı zolaqlara daxil olan sürücülərə heç bir protokol yazılmayıb Bakucity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bunları deyib:  “Müşahidə kameraları davamlı şəkildə nəqliyyatın hərəkətini çəkir. Ayın 21-27-nə qədər bir neçə fakt istisna olmaqla, heç bir sürücü məsuliyyətə cəlb olunmayacaq. Bu məsələ ilə bağlı əməkdaşlarımız tərəfindən araşdırm...
Hadisələr
Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Görüntülərə əsasən, avtomobil asta sürətlə hərəkət edir, qadın isə yolu yavaş keçir. Bu zaman sürücü qadını vurur və üstündən keçir, yoluna davam edərək bir az irəlidə dayanır. Hadisə nəticəsində qadın yerindəcə dünyasını...
Cəmiyyət
Qala qəsəbəsində təbii qazın verilişi dayandırılacaq Bakucity.az xəbər verir ki, bu, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədardır.  Məhdudiyyət saat 11:00-13:00 radələrini əhatə edəcək.  Qeyd edək ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən  məlumata verilib. Bakucity.az
İdman
Paytaxtda keçirilən qaydasız döyüş yarışmasında dava düşüb Bakucity.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan “Ultimax Fight Nigt” döyüşlərdən birində gərgin mübarizə davaya çevrilib.  Rinqə daxil olan kənar şəxslər bir-birinə hücum edib. Kütləvi davanın görüntülərini təqdim edirik: (Baku.ws) Bakucity.az
Hadisələr
Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə Sahil qəsəbəsi yaxınlığında baş verib. Belə ki, mikroavtobus yük maşını ilə toqquşub. Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 07:42-də daxil olub. Qəza yerinə 6 təcili tibbi yardım briqadası yollanıb. Hadisə nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün isə orta ağırdı...
Mədəniyyət
Böyük festivalın bağlanışı, atəşfəşanlıq və festival fanatlarının göz yaşları Artıq əfsanəvi "Jara-2019" beynəlxalq musiqi festivalının dördüncü buraxılışı başa çatıb. Bakucity.az xəbər verir ki, final axşamında Timati və yeni nəsl ulduzlarının möhtəşəm və unudulmaz konserti olub. Ənənəyə görə, festivalın son axşamında ulduzlar nəinki səhnədə çıxış edib, həm də şouları ilə festivalı daha da alovlandırıblar. Musiqili festival 25-28 iyul tarixlərində, Bakını...
Mədəniyyət
Heydər Əliyev Fondunun vitse-prezidenti son festival axşamının qırmızı xalısında Leyla Əliyevanın sözlərinə görə, "Jara-2019" festivalının son axşamı hətta havada da xüsusi bir aura var və bu gecə də xüsusi olacaq. Bakucity.az xatırladır ki, iyulun 25-28-də keçirilən "Jara-2019" beynəlxalq musiqi festivalına Bakı hər il ev sahibliyi edir.  Festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radios...
Mədəniyyət
Müğənni bir çox “instagram” izləyicisi ilə öyünüb Musiqiçi, mahnı müəllifi və “blogger” Krill Niçayev izləyicilərinin sayının artacağına əmindir. Müğənni, Bakıda tanındığını və sevildiyini qeyd edib. Onun fikrincə paytaxtda o qədər dəyərləndirilir ki, hətta bir restoranda hesabını ödəmək istəyiblər. Bu isə təəccüblü deyil, çünki Kiril inanılmaz parodiyaları ilə məşhurlaşıb. "Jara-2019" beynəlxalq festivalı Bakıda, "Sea Breeze" otelində keçirilir. İyulun 28...
Mədəniyyət
Azərbaycanlı müğənni "Jara-2019" festivalını fəth edir Azərbaycanı "Eurovision 2016" mahnı müsabiqəsində təmsil edən azərbaycanlı müğənni artıq "Jara" musiqi festivalının səhnəsində ilk dəfə deyil və bu gün, layihənin son axşamında Samra duyğularını jurnalistlərlə bölüşmək üçün qırmızı xalıya çıxıb Qeyd edək ki, “Jara” musiqi festivalı Bakıda dördüncü dəfədir keçirilir.  Bu il layihənin səhnəsi bir səhnədə 250-yə yaxın sənətçi toplayıb. Son festival konser...
Mədəniyyət
Populyar ifaçı Bakıya tez-tez qonaq gəlir Reperin sözlərinə görə, dünən müğənninin yeni trekində klip çıxıv və həmin klipdə ifa etdiyi mahnını yeni nəslə həsr olunmuş konsertdə səsləndirməyi planlaşdırıb. CYGO Bakı ictimaiyyətinə yaxşı tanışdır: müğənni paytaxtda solo konsert verib və "Jara-2019" musiqi festivalı çərçivəsində keçirilən “Pre-party”də çıxış edib. Festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqor...
Mədəniyyət
Müğənni repertuarından jurnalistlər üçün mahnı ifa edib Sənətçinin fikrincə, yeni nəsl musiqisinə həsr olunan konsertin nə qədər möhtəşəm olacağını sözlə izah etmək çətindir. Bu il beynəlxalq musiqi festivalı 25-28 iyul tarixlərində keçirildi. Festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil olunur. Festi...
Mədəniyyət
Məşhur müğənni əmindir ki, Bakı hamıdan məmnundur Populyar rus müğənnisi Molli (Olqa Seryabkina) hesab edir ki, final konsert bu il festivalın ən qaynar konserti ilacaq. Müğənni Bakının dünyanın ən sevimli şəhərlərindən biri olduğunu etiraf edib,ona görə ki,  burada insanlar həmişə hər şeyin yaxşı olması üçün çalışırlar. Bakucity.az-ın məlumatına görə, Bakıda artıq hər il keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalı 25-28 iyul tarixlərində keçirilir....
Mədəniyyət
Xəzərin sahilində ulduzların göz qamaşdıran parıltısı Bakucity.az xəbər verir ki, iyulun 28-də ən böyük illik musiqi layihəsinin son gününə start verilib. Media nümayəndələri, şou-biznes adamlarının təəssüratlarını öyrəndikdən sonra sənətçilər, teleaparıcılar, “bloggerlər”lə söhbət edə biliblər. Ulduzlar qırmızı xalıda möhtəşəm görünüşləri ilə fanatları bird aha həyəcanlandırıblar. Sənətçilər festivalın dörd unudulmaz gününə görə təşkilatçılara, ictimaiyyə...
Mədəniyyət
Beynəlxalq festivalın son gecəsinin proqramı Bakucity.az xəbər verir ki, bu gün "Jara-2019" beynəlxalq musiqi festivalının bağlanış günü gözlənilir . Ənənəvi qırmızı xalıdan sonra səhnəyə yeni nəslin ən populyar sənətçiləri çıxacaq. Sənətçilərin siyahısı festival pərəstişkarlarına həqiqətən co.qu dolu bir konsert vəd edir. Bu il festivalda daha çox Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Belarus, Gürcüstan, Qazaxıstan və digər ölkələrin ulduzları iştira...
Müsahibə
Azərbaycanın xalq artisti festivalın 2020-ci ildəki planları barədə danışıb Bakucity.az-a eksklüziv müsahibəsində "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarov qeyd edib ki, festivalın əhatə dairəsi daha da genişləndiriləcək: "Daha böyük bir "Jara" səhnəsi qurmağa çalışacağıq, festivala yeni ölkələrin qatılmasına çalışcağıq". Xalq artistinin sözlərinə görə, gələn il üçün hazırlıqlar başlayıb. Müğənni "Jara" festivalının Bakı üçün əhəmiyy...
Mədəniyyət
Tədbir Rusiyanın MUZ TV telekanalı tərəfindən təşkil olunub Bakucity.az xəbər verir ki, iyulun 28-də Heydər Əliyev Mərkəzinin parkında "Jara-2019" beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunan ”open-air” diskotekası baş tutacaq. Bu il Rusiya musiqi kanalı da tamaşaçılara zəngin proqram təqdim edəcək. Diskotekada EMIN, Svetlana Loboda, İrina Dubtsova, HammAli & Navai, Mari Kraymbreri, “MBAND”, Mot, NATAN, Nyuşa, Ciqan, Rauf & Faik, Zvankiy, Aleksey...
Mədəniyyət
Rus müğənnisi və bəstəkarı Bakını sevdiyini deyib Müğənninin Bakucity.az-a bildirdiyinə görə, o, Bakını insanlarına və havasına görə bəyənir.  Pop ifaçısı vaxt azlığına görə şəhərdə gəzməyə vaxt tapmadığından təəssüfləndiyini bildirib. Elinanın sözlərinə görə, o, Xəzərin sahilində günəşdən zövq almağı çox istəyir. Qeyd edək ki, "Jara" beynəlxaql musiqi festivalı müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps,...
Mədəniyyət
Məşhur rusiyalı model Bakıya tez-tez qonaq gəldiyini deyib Bakucity.az xəbər verir ki, "Vitse Miss Rusiya 2012" Eminin onu "Jara" beynəlxalq musiqi festivalına dəvət etməsindən çox məmnun olduğunu bildirib. Alena Şişkova hər an məşğul olduğunu, amma buna baxmayaraq, səhərə qədər əylənmək də daxil olmaqla, hər şeyi vaxtında eləməyi bacardığını qeyd edib. Qeyd edək ki, "Jara-2019” beynəlxalq musiqi festivalı 25-28 iyul tarixlərində Bakıda keçirilir. Layihə m...
Mədəniyyət
Qrup Qriqori Lepsin repertuarından olan mahnı ifa edəcək Bakucity.az  xəbər verir ki, onların jurnalistlərə dediklərinə görə, “Pri-party”dən sonra səhnə dizaynının necə olması onlar üçün çox maraqlıdır. İfaçılar qeyd ediblər ki, festivalın miqyasın ildən-ilə genişlənir. “M-BAND” oğlanları Bakını daha çox “Jara” və ləzzətli yeməkləri ilə  tanıdıqlarını qeyd ediblər.  Xatırladaq ki, festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əm...
Mədəniyyət
Rusiyanın xalq artisti qırmızı xalıda anons verib Bakucity.az xəbər verir ki, qırmızı xalıda jurnalistlərlə ünsiyyət quran Aleksandr Buynov hər kəsin zövq almasına səbəb olan mahnısını səsləndirib, rəqs etdib. O, hətta Azərbaycan dilində də danışıb. Axşamın unudulmaz olacağına söz verib. Qeyd edək ki, festival müğənni və bəstəkar Emin Ağalarov (EMIN), Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, “Rusiya radiosu”nun və “Qızıl qrammofon” mükafatının...
Müsahibə
Məşhur aparıcı "Jara"nı ən vacib musiqi festivalı hesab edib Bakucity.az xəbər verir ki, rus yazıçısı,məşhur radio və televiziya aparıcısı Yulia Baranovskaya bildirib ki, "Jara" onun üçün ən sevimli tədbirlərdən biridir.  Yuliya Baranovskaya hesab edir ki, bu festival nəinki digərlərindən fərqlənir, həm də birinci yerdədir. Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Em...
Müsahibə
"Jara-2019" festivalının dördüncü günü daha əyləncəli olacaq Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycanın xalq artisti Emin Ağalarov bildirib. Müğənni əlavə edib ki, o, 2005-ci ilərin hitlərini oxuyacaq. Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, “Rusiya Radiosu”nun və “Qızıl Qramofon” mükafatının təsi...
Müsahibə
Rusiyanın əməkdar artisti Bakıda solo konsert vəd edib Bakucity.az xəbər verir ki, məşhur rus və ukraynalı müğənni Nataşa Koroleva azərbaycanlı pərəstişkarlarını çox sevdiyini və onlar üçün darıxdığını deyib. Nataşa Koroleva "Jara-2019" festivalı çərçivəsində 90-cı illərin musiqilərinə həsr olunmuş axşamda çıxış edib. Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağa...
Mədəniyyət
Ulduzlar tamaşaçılara əfsanəvi musiqilərlə duyğusal anlar yaşadıb Bakucity.az xəbər verir ki, Bakıda keçirilən “Jara-2019" beynəlxalq festivalının üçüncü konsert günündə musiqi həvəskarları üçün ürəklərə çox əziz olan mahnılar səsləndirilib. Gecəyə gələn Bakı sakinləri və turistlər doğam ifaçılarla ən sevilən mahnıları oxuyublar. "Jara" azarkeşləri üçün bu axşam Dilarə Kazımova, Anita Tsoi, Aleksandr Malinin, Vladimir Kuzmin, Stas Pexa, Rodion Gazmanov, Qr...
Mədəniyyət
Məşhur rus ifaçısı Bakı səfəri zamanı baş verən maraqlı hadisədən danışıb Bakucity.az xəbər verir ki, Bakıda artıq hər il keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində paytaxtımıza gələn məşhur rus ifaçısı inanır Stas Piexa qırmızı xalıdan keçərkən jurnalistlərin suallarını cavablandırıb. Qeyd edək ki, festivalın təkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Le...
Mədəniyyət
Azərbaycanlı müğənni böyük pərformans vəd edib Bakucity.az xəbər verir ki, məşhur ifaçı Dilarə Kazımovanın sözlərinə görə, çıxışı zamanı həm mahnı oxuyacaq, həm də rəqs edəcək. Çünki "Jara" üçün maraqlı şou hazırlayıb. Xatırladaq ki, Dilarə kazımova Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində "Start a fire" mahnısı ilə təmsil edib. Festivalın rəsmi informasiya tərəfdaşı Bakucity.az saytıdır. Bakucity.az
Mədəniyyət
Qrup üzvləri yay əhval-ruhiyyəsini hamı ilə bölüşüblər Bakucity.az xəbər verir ki, Bakıda keçirilən “Jara-2019” yay musiqi festivalı davam edir. Daha əvvəl qeyd edildiyimiz kimi, bu axşam 90-cı illərin musiqilərinə həsr olunub. Festival iştirakçıları arasında populyar olan rus “Hi-Fi” qrupu da qırmızı xalı üzərindən keçib. Qrup üzvləri etiraf ediblər ki, Azərbaycan paytaxtında dincəlmək, dənizində üzmək və Bakı yayının bir parçasını özləri ilə aparmaq istə...
Mədəniyyət
Qrup üzvüləri Azərbaycan paytaxtının gözəlliyindən danışıblar Bakucity.az xəbər verir ki, qrup üzvləri Azərbaycanın paytaxtını Nyu-Yorkla müqayisə edərək, şəhərimizin daha təmiz olduğunu qeyd ediblər. Qrup yaxşı çıxışlar vəd edib və tamaşaçılarla birlikdə mahnı oxuyacaqlarını söyləyiblər. Qeyd edək ki, festivalın təkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Rusiya radiosu"nun və “Qızıl qrammafon” mü...
Müsahibə
Leyla Əliyeva "Jara-2019"-un üçüncü gününə qatılıb Bakucity.az xəbər verir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2019" və Bakı haqda təəssüratlarını bölüşüb. O, qeyd edib ki, Bakı insanları birləşdirən şəhərdir.  Qeyd edək ki, bu il festivalda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, İsveç, ABŞ və digər ölkələrdən populyar estrada müğənniləri iştirak edirlər. "Jara"nın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalar...
Mədəniyyət
Fanatlar sevimli sənətçiləri, bloggerlər və teleaparıcılarla görüşüblər. Bakucity.az xəbər verir ki, “Jara-2019” beynəlxalq musiqi festivalının əvvəlki iki günündə olduğu kimi, fanatlar qırmızı xalı üzərindən keçən şou-biznesin ən görkəmli nümayəndələrini alqışlayıblar. Şou-biznes dünyasının nümayəndələri isə təəssüratlarını media ilə bölüşərək, hər kəsi yaxşı əhval-ruhiyyədə saxlamağa davam ediblər. Bu gecə möhtəşəmliyi ilə hər kəsi təəccübləndirən qırmız...
Mədəniyyət
"Jara-2019"-un biletləri dünyanın müxtəlif yerlərində satılır Bakucity.az xəbər verir ki, “Jara” beynəlxalq musiqi festivalı təkcə Azərbaycanda və Rusiyada deyil, digər ölkələrdə də ən populyar layihələrdən biridir. Bu, hər il keçirilən musiqi festivalının bilet satış statistikasında aydın şəkildə göstərilir. Oxuculara satış rəqəmləri ilə tanış olmağı təklif edirik: Azərbaycan - 18309 Rusiya - 1905 Ukrayna - 374 Qazaxıstan - 243 Belarusiya - 66 Latviya - 2...
Mədəniyyət
"Jara"nın təşkilatçılarından biri ilə eksklüziv açıqlamalar verib Bakucity.az xəbər verir ki, "Jara-2019" beynəlxalq festivalının təşkilatçılarından biri, "Rus Radiosu"nun və "Qızıl Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikov Bakıda musiqi festivalının keçirilməsinin vacibliyini vurğulayıb. Sergey Kojevnikov həmçinin festivalın hələ uzun müddət davam edəcəyini və pərəstişkarlarını sevindirəcəyinə inandığını bildirib. "Jara-2019" beynəlxalq musiqi fe...
Mədəniyyət
Festivalın qonaqları və fanatları təəssüratlarını bölüşüblər Bakucity.az xəbər verir ki, Azərbaycanın paytaxtına toplaşan bir çox turist, ən sevilən ifaçılarını ən möhtəşəm musiqi festivalı olan “Jara-2019"-da izləmək üçün buradadırlar. Saytımız onlardan bəziləri ilə həmsöhbət olub və Bakı, musiqi və ifaçılar haqqında nə təəssüratlarını öyrənib. Qeyd edək ki, layihənin təkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın əməkdar artisti...
Mədəniyyət
Festivalın üçüncü günündə fanatları nə təəccübləndirəcək? Bakucity.az xəbər verir ki, Bakıda keçirilən musiqi festivalının üçüncü gününə hazırlıq işləri sürətlə davam edir. Bu gün Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, İtaliya, İsveç, Qazaxıstan və Gürcüstanın ən yaxşı sənətkarları eyni səhnədə bir araya gələcək. Videoda festivalın üçüncü gününün proqramı, eyni zamanda bu gecə hansı ifaçıların çıxış edəcəyi barədə məlumat alacaqsınız. Qeyd edək ki, layihənin tə...
Mədəniyyət
Azərbaycanın xalq artisti "Jara" ilə bağlı təəssüratlarını bölüşüb. Brilliant Dadaşovanın "Jara-2019" festivalının səhnəsində möhtəşəm çıxışından sonra Bakucity.az yerli şou-biznesin ən parlaq nümayəndələrindən olan ifaçı ilə həmsöhbət olub. O, Emin Ağalarovun "Jara" kimi böyük miqyaslı festivalda bənzərsiz bir atmosfer yaratmasından danışıb. Xatırladaq ki, “Jara" beynəlxalq "estivalı 2016-cı ildən başlayaraq hər il Bakıda keçirilir. Layihənin təkilatçılar...
Mədəniyyət
Bakıda keçirilən "Jara-2019" beynəlxalq musiqi festivalı davam edir Bakucity.az xəbər verdiyi kimi, bu il musiqi festivalında Azərbaycan şou-biznesinin bir çox ulduzu, o cümlədən milli estradanın “Diva”sı Aygün Kazimova da var. Saytımıza eksklüziv müsahibəsində Azərbaycanın xalq artisti bildirib ki, Rusiya pop-kralı Filipp Kirkorovla görüşdən əla əhvalı var. Müğənni Rusiyanın xalq artisti ilə uzunmüddətli dostluğundan, eyni zamanda Kreml Sarayındakı konser...
Mədəniyyət
Dünyaca məşhur ulduzlar “CinemaPlus” kinoteatrında bir araya gəlib Bakucity.az xəbər verir ki, iyulun 26-da "Jara" komediya filminin qapalı premyerası baş tutub. Xoş və səmimi atmosferdə təqdim olunan filmə ilk baxanlar arasında Filipp Kirkorov uşaqları Alla-Viktoriya və Martinlə, Emin Ağalarov oğlu Əli ilə, Denis Klyaver həyat yoldaşı ilə, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazayev, Aygun Kazımova, Cəfər Axunzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun...