usd:
1,70 ₼
eur:
1,93 ₼
Bu gün
+29... 31 °С
Buludsuz, yağmursuz
Sabah
+29... 31 °С
Buludsuz, yağmursuz
Bu gün
+29... 31 °С
Buludsuz, yağmursuz
Sabah
+29... 31 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib. Azərbaycanda COVID-19-a daha 559 yeni yoluxma qeydə alınıb, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün ölkədə 8 312 test aparılıb. Ümumilikdə isə bu günə qədər aparılan testlərin sayı 592 778 təşkil edir. BakuCity.az
Cəmiyyət
Azərbaycan əhalisinin sayı açıqlanıb. BakuCity.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 1 iyun vəziyyətinə əhalinin sayı 10 089 900 nəfər təşkil edib. BakuCity.az
Siyasət
"Ermənistan sərhədində vəziyyət çox vahiməlidir". Rusiya Azərbaycan - Ermənistan sərhədindəki gərginliyin artmasından narahatdır və bunu dayandırmaq üçün əlindən gələni edəcək. BakuCity.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko qeyd edib: “Biz bu vəziyyətdən çox nigaran və narahatıq, döyüşləri dayandırmaq üçün, sonra da danışıqlar çərçivəsində hamını qane edəcək variantlar tapmaq üçün ə...
Siyasət
Türkiyə Ermənistanla sərhəddə silahlı PUA-ları havaya qaldırıb. Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib. BakuCity.az xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb. Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb. Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri artıq iki gündür Ermənistan – Türkiyə sərhəd...
Siyasət
Azərbaycan ordusu düşmənin maşın karvanın vurub. Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Məlumata görə, düşmən bölmələri i...
Kriminal
Milli Məclisin inzibati binasının qarşısında gənc oğlan özünü doğrayıb.  BakuCity.az xəbər verir ki, görüntüdə vətəndaşın özünə bıçaqla xəsarət yetirməsi əks olunub.  Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.  Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat veriləcək. (baku.ws) BakuCity.az
Ekologiya
Bakıda 16 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər  yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz  31-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. ...
Cəmiyyət
Milli Məclisin qarşısında bir vətəndaş özünü şəhid etmək üçün intihara cəhd edib. BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlama verib. E. Zahidov bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyib: Həmçinin oxu: Gənc oğlan Milli Məclisin...
Cəmiyyət
İyulun 20-dən sonra sərt karantin rejiminin yumşaldılması ilə bağlı hər hansı məlumat yoxdur. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışarkən deyib: "Hələlik bir şey deyə bilmərəm. Olanda məlumat veriləcək".  Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah iyul ayının 20-nə kimi ölkədə sər...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir. Bu barədə BakuCity.az-a Dövlət Xidmətindən məlumat verilib. "Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin t...
Kriminal
"Whatsapp”da yayılan səs yazısını yayan şəxs haqqında məlumatlar yayılıb. BakuCity.az xəbər verir ki, ermənilər Azərbaycanda qorxu və xaos yaratmaq üçün təxribata əl atıblar. Azərbaycan sərhədində baş verənlər haqda saxta məlumatlar tirajlayan şəxsin erməni olduğu üzə çıxıb. O, yalandan bildirib ki, guya Azərbaycan ordusunun diviziyası dağıdılıb və kəndlərdə böyük itkilər var.  BakuCity.az
Kriminal
Ötən gecə Bakıda baş verənlərlə bağlı cinayət işi başlanılıb. Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri birgə məlumat yayıb. BakuCity.az-ın verdiyi xəbərə görə, məlumatda deyilir: Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından...
Siyasət
Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistan tərəfi böyük itkilər verib.  BakuCity.az xəbər verir ki, Ermənistan Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan öz facebook səhifəsində bu barədə paylaşım edib. Ş. Stepanyan bildirib ki, 10 hərbi qulluqçu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti xüsusilə ağırdır. Ancaq Ermənistanın real itkiləri bundan qat-qat çoxdur. Praktika onu göstərir ki, ermənilər hər d...
Siyasət
Böyük Britaniya Xarici İşlər Nazirlyi Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa çağırır. BakuCity.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yazılıb. Xarici İşlər Nazirliyi atəşkəs rejiminin pozulmasından narahatlığını bildirib: “Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narah...
Cəmiyyət
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. “Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”. BakuCity.az  xəbər verir...
Cəmiyyət
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur. BakuCity.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib. Dəfn mərasimində Prezident Admisintrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər. Qeyd edək ki, gener...
Kriminal
Bakıda orduya dəstək yürüşündə təxribata cəhd edilib. İyulun 14-də axşam saatlarında Bakı şəhərində başlayan orduya dəstək yürüşü Milli Məclisin qarşısında izdihamlı mitinqə çevrilib. BakuCity.az xəbər vürir ki, iştirakçılar Ali Baş Komandana, orduya və dövlətə dəstəyini ifadə edib. Amma yürüşə gələn bir qrup təxribatçı Milli Məclisin binasının qapılarını sındıraraq, binaya daxil olublar. İğtişaşçılar polis maşınını aşırdaraq polisə müqavimət göstəriblər....
Siyasət
Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, iyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib. BakuCity.az
Cəmiyyət
Daxili İşlər Nazirliyi "Orduya Dəstək Yürüşü” ilə bağlı açıqlama verib. BakuCity.az xəbər verir ki, DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dünən gecə saatlarında müşahidə edilən aksiyada asayiş pozuntusu olmayıb. Əraziyə cəlb edilən polis əməkdaşlarıın müşayəti ilə aksiya iştirakçıları orduya öz dəstəklərini ifadə ediblər. Polis ərazidə aksiya iştirakçılarının təhlükəsizliyini təmin edib. (unikal.org) BakuCity.az
Hadisələr
Tovuzun Dondar Quşçu kəndində olan millət vəkili Qənirə Paşayeva qolundan yaralanıb. BakuCity.az xəbər verir ki, bu barədə Q.Paşayeva özü dünən məlumat verib. "Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. On...
Kriminal
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayıb. Ermənistan mediasının "qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin o qədər də cəsur olmadıqları görünür. BakuCity.az xəbər verir ki, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir. Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür. (gapp.az) BakuCity.az
Siyasət
Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb. BakuCity.az xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib. Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll y...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Bu barədə BakuCity.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat ve...
Hakimiyyət
Azərbaycan ordusu iki erməni zabitlərini məhv edib. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində düşmən ordusunun iki yüksəkrütbəli zabiti məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. Ş. Stepanyan bildirib ki, ölən erməni hərbçiləri mayor və kapitan rütbələrində olub. Mayor Qaruş Hambartsumyan, kapitan Sos Elbakyan məhv edilib.  BakuCity.az
Ekologiya
Bakıda 15 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətind'n BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-32, Bakıda  gecə 23-25, gündüz  30-...
Cəmiyyət
Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq. BakuCity.az xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.  BakuCity.az
Cəmiyyət
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. BakuCity.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İ...
Cəmiyyət
COVID-19-a yoluxanlardan 356 nəfəri reanimasiyadadır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb. BakuCity.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8617 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 356 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır. Ümumilikdə 24 570 nəfər virusa yoluxub, 15 640 nəfər sağalıb. Qeyd olunub ki, ötən gün 8015 te...
Cəmiyyət
"Virus bir nömrəli düşmən olaraq qalır, amma bir çox hökumət və xalqların davranışı buna adekvat deyil". BakuCity.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus deyib. Onun sözlərinə görə, təməl prinsiplər nəzarətdə saxlanılmazsa, bu infeksiyada vəziyyət pisləşəcək, pisdən də pis olacaq: "Virusla bağlı əsas məqsəd yoluxmuş insanları aşkarlamaqdır. Ancaq ayrı-ayrı liderlərdən eşidilən fərqli mesajlar ən...
Hadisələr
"Azərbaycan Ordusunun general mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub". BakuCity.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. (baku.ws) BakuCity.az
Siyasət
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Tvitter"də Azərbaycanla bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, türkiyəli XİN rəhbəri sosial şəbəkə hesabında Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndiyi video-çarx yerləşdirib. M. Çavuşoğlu paylaşımına “səninləyikAzərbaycan” həştəqindən istifadə edərək “Can Azərbaycana canımız fəda” sözlərini yazıb. BakuCity.az
İdman
“Zirə” daha 6 futbolçusu ilə yollarını ayırıb. BakuCity.az xəbər verir ki, bu barədə məlumat klubun sosial şəbəkə hesabında paylaşılıb. "Zirə" ilə yollarını ayıran futbolçular Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudcadır. BakuCity.az
Biznes
Hazırda koronavirusu müalicə edən yeganə təsdiq olunmuş preparat “remdesivir”dur. BakuCity.az xəbər verir ki, hidroksixloroxin, kaletra, arbidol (umifenovir), afludol (umifenovir), favipiravir kimi preparatlar koronavirusu nəinki müalicə etmir, onlardan bəziləri hətta əks təsirlərə səbəb olur. Belə ki, hidroksixloroxin ürək-damar sistemində ağır fəsadlar yarada bilir. Xüsusilə bu ürək xəstəlikləri olan, yaşlı insanlara aiddir. Epidemiyadan əvvəl 6-7 manatl...
Cəmiyyət
Bakının mərkəzində gənc qızla oğlan arasında əlbəyaxa dava baş verib. BakuCity.az bildirir ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Şahidlərin sözlərinə görə, oğlan küçədə qaçaraq idman edən qıza sataşıb. Onun bu hərəkəti cavabsız qalmayıb. (hdxeber.com)  BakuCity.az
Cəmiyyət
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. BakuCity.az xəbər verir ki, Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Tovuzun kəndini belə atəşə tutub. "Onlar nə qədər kəndi atəşə tutsa da, biz mənfur düşmənin qarşısında igid kimi dayanmışıq”. BakuCity.az xəbər verir ki, bu sözləri “ARB Xəbər”ə ermənilərin atəşə tuduğu Tovuz rayonunun Ağdam kəndinin sakinləri deyib. Sakinlər lazım gələrsə, əsgərlərlə birlikdə döyüşməyə hazır olduqlarını da bildiriblər.  BakuCity.az
Siyasət
Ermənilər Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və y...
İdman
2025-ci ildə karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda olacaq.  BakuCity.az Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.  İK 2021 - 2025-ci ilin ilkin təqvimini nəzərdən keçirib.  BakuCity.az
Ekologiya
Bakıda 14 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer ...
Siyasət
Azərbaycan Ordusunun bölmələri qisas əməliyyatlarına başlayıb. “İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”. BakuCity.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib. Vaqif Dərgahlı bildirib ki, komandanlıq...
Siyasət
"Hərbçilərimizin qisası alındı". "Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib...
Cəmiyyət
AZAL iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib. BakuCity.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.  Məlumata görə, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb.  Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraiti...
Cəmiyyət
Azərbaycanda gəminin 19 heyət üzvü koronavirusa yoluxub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvünün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. BakuCity.az xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb. Məlum...
Siyasət
İspaniyanın “La Vanguardia” qəzeti Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən yazır. İspaniyanın qocaman nəşrlərindən biri olan “Lа Vanguardia” qəzetində “Erməni ordusu ilə baş verən insidentdə Azərbaycanın iki əsgəri öldürülüb” sərlövhəli məqalə dərc edilib. BakuCity.az xəbər verir ki, məqalədə erməni ordusunun artilleriyadan istifadə etməklə Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədindəki mövqeləri tutmağa cəhd g...
Cəmiyyət
Moskvadan növbəti çarter reysi yerinə yetirilib. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan növbəti çarter reysi yerinə yetirib. BakuCity.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib. Rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada e...
Siyasət
"İrəvanı Bakının əlindən alan olmayacaq". 12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır. BakuCity.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. D.  Korkodinovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər - işğal olunmuş Azərbaycan tor...
Hadisələr
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam, Sabunçu rayonunda qeydə alınıb. Avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova  Rüqəyya Bayandur qızını vurub.  Azyaşlılar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti ağırdır. (report) BakuCity.az
Hadisələr
Bakıda sex yanıb, bir nəfər xəsarət alıb. Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 10 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları yanıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az
Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Belə ki, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb. Onlardan 5 285 pasiyent dünyasını dəyişib. Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb. Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alı...
Ekologiya
Bakıda 13 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  29-34, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nis...
Kriminal
Polis Bakı küçələrindəki nəzarəti gücləndirib. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, diqqətə çatdırılır ki, tənə...
Cəmiyyət
SARS-CoV-2 koronavirusunun yayılma sürəti may göstəriciləri ilə müqayisədə iki dəfə artıb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Əvvəlki aylarda koronavirusa yoluxma hallarının həftəlik artımı azalmışdı, ancaq son günlər yenidən artım qeydə alınıb.  ÜST rəhbəri iyulun 10-da sutka ərzində rekord sayda yoluxma halı (228 mindən çox) oluğunu bildirib. Qebreyesusun sözlərinə...
Cəmiyyət
Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib. BakuCity.az xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. P...
Cəmiyyət
Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlanıb. Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb. BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Məlumata görə, dünyada koronavirusdan (COVID-19) ölənlərin ümumi sayı 556 min nəfəri ötüb. Qeyd edilir ki, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-d...
Cəmiyyət
Rayonlara gediş-gəliş bərpa olunur?  “Bu xəstəliyin də inkubasiya dövrü 14 gün olduğu üçün hər hansı bir şəxs özünü tam sağlam hiss edərək rayona getdiyi zaman özü ilə virusu gətirə bilər”. BakuCity.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:  “Son zamanlar bizə çox müraciətlər olur....
Cəmiyyət
Baş Nazir Əli Əsədov  təhsillə bağlı qərar imzalayıb. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20...
Cəmiyyət
Daxili İşlər Nazirliyinə (DİN) dayanma-durma tələblərinin pozulmasına görə cərimə yazmaq səlahiyyəti verilib. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev iyulun 10-da fərman imzalayıb. Yeni fərmanla Prezidentin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanı də...
Ekologiya
Bakıda 12 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 29-34, Bakıda  gecə 21-23, gündüz  32-34...
Kriminal
Paytaxtda sərt karantin rejimində fəaliyyət göstərən istixana aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib. BakuCity.az xəbər verir ki, rayonun 2 nömrəli sovxoz ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial...
Siyasət
Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, 4.52-ci bənddə “yaratdığı hallara” sözlərindən sonra “münasibətdə Daxili İşlər Nazirliyi və...
Kriminal
Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunub. Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb. BakuCty.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğ...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırılıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. BakuCity.az xəbər verir ki, Fərmanda deyilir: “Azərbaycan Respublikas...
Cəmiyyət
Media işçiləri bu həftə Lənkaranın Boladi kəndində olub. BakuCity.az xəbər verir ki, bura koronavirusdan ölən ilk şəxsin olduğu kənddir. 10 000 əhalisi olan bu kənddə indiyədək 70 nəfər koronavirusa yoluxub, amma buna baxmayaraq, kənd camaatının küçədə maskasız, əlcəksiz gəzməsi müşahidə edilir. Burada hələ də virusa inanmayanlar olsa da, digər tərəfdən koronavirusdan sağaldıqlarına görə, qurban kəsənlər də var. Qəribəsi budur ki, Baku TV komandası kəndə ç...
Cəmiyyət
Bu gün saat 00:00-dan etibarən bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. BakuCity.az xəbər verir ki, bu məhdudlaşma aşağıdakı tarixlərə şamil ediləcək: 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.  Xatırladaq ki, Bakı ilə yanaşı, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaç...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma sayı artmaqda davam edir. Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə ol...
Hadisələr
Bakıda ər və arvad eyni gündə vəfat edib. BakuCity.az xəbər verir ki, paytaxt sakinləri Yaşar Mirzəzadə və həyat yoldaşı Şəfiqə xanım xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, onlar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Pərvanə Mirzəzadənin valideynləridir. (publika.az) BakuCity.az
Biznes
Bakı ilə bəzi ölkələr arasında uçuşların siyahısı və qiymətləri açıqlanıb. Pandemiya səbəbindən yay aylarında sərhədlərin bağlanması bir çox insanın səfər, eləcə də istirahət planlarının ləğvinə gətirib çıxardı. Bəzi ölkələrarası sərhədlər açılsa da, Azərbaycan mövcud şəraitə görə sərhədlərini avqustun 1-inə qədər bağlı saxlayacaq. Sonradan beynəlxalq uçuşlarla bağlı hansı qərarın veriləcəyi isə ölkəmizdəki yoluxma sayının dinamikasından asılıdır.  Buna ba...
Hadisələr
Bakıda avtomobil dövlət idarəsinin binasına çırpılıb. BakuCity.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.  Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub.  Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət...
Ekologiya
Bakıda 11 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  27-31, Bakıda  gecə 21-23, gündüz  28-30 dərəcə isti olacaq.  Atmosfer  təzyi...
Cəmiyyət
Koronavirusa yoluxma şübhəsi olan insanlarda bəzən yalnız əlamətlər deyil, yaxma cavabı da çaşdırıcı vəziyyət yaradır. BakuCity.az xəbər verir ki, bunu həkim Elnur Eldaroğlu deyib. E. Eldaroğlu sözlərinə görə, yoluxma zamanı bədənin hərarəti 37.2-37.7, iy bilmə, dadbilmə itməsi, insanın daha əzgin və çox tərləməsi, davamlı spastik öskürək və təngnəfəslik müşahidə edilir: "Bəzən bu əlamətlər olmayanda xəstəyə asimptomatik xəstə deyilir, amma məsələ bu deyil...
Cəmiyyət
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz. "Düzdür, dənizə girmək və üzməklə insana virus keçmir. Amma sahildə insanların oturduqları və uzandıqları yerlərin məsafələrini təmin etsək belə, dənizdə insanlar yaxın üzəcək və çiməcəklər. Bu baxımdan onları koordinasiya etmək və nəzarət etmək çox çətindir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. Nabil Seyidov əlavə ed...
Cəmiyyət
Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. "Ötən ayın 21-dən xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Nazirlik tərəfindən bu həftənin ilk günləri...
Cəmiyyət
Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib. BakuCity.az xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarətin şənbə və bazar günləri də olacağı bildirilir. Baş Dövlət Yol Polisi İ...
Cəmiyyət
Dünyada koronavirusa yoluxanların sayı 11,8 milyonu ötüb, virusdan 545 mindən çox insan ölüb.   BakuCity.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada 11 874 226 insan koronavirusa yoluxub, 545 481 pasiyent ölüb. Son sutkada virusa 204 967 yeni yoluxma aşkarlanıb, 5 575 nəfər ölüb. BakuCity.az
Cəmiyyət
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi qaydası məlum olub. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan...
Cəmiyyət
Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib. Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəy...
Cəmiyyət
"Karantinə nəzarət edən 3 əməkdaşımız koronavirus infeksiyasından dünyasını dəyişib”. BakuCity.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “Bu günə qədər 3 əməkdaşımız dünyasını dəyişib, hazırda bir neçə əməkdaşımız xəstəxanada müalicə alır, bir neçə şəxs də müalicələri bitdiyi üçün evə buraxılıb”. (redaktor.az) BakuCity.az
Cəmiyyət
Goranboyda koronavirusun daha çox yayıılması səbəbilə polis postları qurulub. Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədov Goranboy və Göygöl rayonlarının bütün ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib. Artıq digər şəhər və rayonlarla yanaşı, bu rayonlarda da xüsusi karantin rejiminin 20 iyul saat 06:00-dək tətbiq ediləcək. Bakucity.az xəbər verir ki, Goranboyun Dəliməmmədli şəhərində koronavirusun daha çox yayıld...
İdman
"Bakıya yollanacağım günü səbirsizliklə gözləyirəm". "Qarabağ"ın Portuqaliyanın "Şaveş" klubundan transfer etdiyi Kevin Medina yaxın günlərdə Bakıya gələcək. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a kolumbiyalı futbolçunun özü məlumat verib. 27 yaşlı müdafiəçi hazırda Portuqaliyada olduğunu bildirib: "Bakıya nə vaxt gələcəyimi bilmirəm. Amma bu, tezliklə olmalıdır. Koronavirus pandemiyası səbəbindən əcnəbilərin Azərbaycana səfər etmələri elə də asan...
Ekologiya
Bakıda 10 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sü...
Mədəniyyət
"Miss & Mister Azerbaijan 2020"nin final gecəsi "online" keçirilib.  "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsi 1996-cı ildən bəri  tarixdə ilk dəfə Final mərhələsini online şəraitdə həyata keçirib.  Bununla bağlı BakuCity.az-a müsabiqənin xoreoqrafı və baş koordinatoru Ayla Mais məlumat veriv: "Ölkənin ilk və rəsmi Milli gözəllik müsabiqəsi olan "Miss & Mister Azerbaijan -2020" 07.07.2020 tarixində, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanı...
Cəmiyyət
Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyə...
Cəmiyyət
“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər". “Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”. BakuCity.az xəbər verir ki, baku ölkənin baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun...
Biznes
Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. "Pul qazananlar" indi də virusdan istifadə edib, dərmanların qara bazar biznesindən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. “Parasetamol”, vitamin, steroid və digər dərmanların olmam...
Cəmiyyət
Çində yeni xəstəlik yayılıb. Ötən ilin sonlarından başlayan koronavirus pandemiyası başa çatmamış Çindən yeni xəstəlik yayılması qorxusu dünyanı bürüyüb. BakuCity.az "BakuPost"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı da Çində müşahidə edilən və 24 saat ərzində insanı öldürən c haqqında açıqlama verib. ÜST hələlik yoluxma faktını nəzərə aldıqda xəstəliyin nəzarət altında olduğunu bildirib. Qeyd edək ki, adətən gəmiricilərdə yaşayan bir bakter...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Ramazanov Taleh Natiq oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Dünyada COVID-19-a yoluxma halları 12 007 327 təşkil edir. BakuCity.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti bildirib. Universitetin məlumatına görə, dünyada koronavirusdan 548 799 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb. Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm A...
Siyasət
Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat edib. Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlar...
İdman
Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar. BakuCity.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olublar. PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər. Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanar...
Cəmiyyət
Bakının “kimsəsiz” çimərlikləri fotoşəkillərdə. Ölkə ərazisində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi sərtləşdirilib. BakuCity.az xəbər verir ki, karantin rejimində kimsəsizliyə məhkum olan məkanlardan biri də çimərliklərdir. "Oxu.Az"ın fotoqrafı Bakıda yerləşən bir neçə çimərlikd...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?