usd:
1,70 ₼
eur:
2,01 ₼
Bu gün
+28... 30 °С
Buludsuz, yağmursuz
Sabah
+26... 28 °С
Buludsuz, yağmursuz
Bu gün
+28... 30 °С
Buludsuz, yağmursuz
Sabah
+26... 28 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Bakıda 14 günlük xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün məhdudiyyətlərə başlanılıb. Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhərində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş P...
Cəmiyyət
Azərbaycanda son bir gündə koronavirusa 471 yoluxma qeydə alınıb, 5 nəfər ölüb. Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müə...
Ekologiya
Bakıda 21 iyunda gözlənilən hava şəraiti açıqlanlb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 23-25, gündüz 28-30 dərəc...
Cəmiyyət
"SMS icazə və icaze.e-gov.az sistemləri fərqlidir".   BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev deyib. Ü.Mehdiyevin sözlərinə görə, vətəndaşlarda çaşqınlıq yaradan məsələlər var: "İcaze.e-gov.az portalı fəaliyyətinə icazə verilən təşkilatların, dövlət və özəl sekt...
Cəmiyyət
Azərbaycanda sərt karantin rejimi bərpa olunur. Sərtləşdirilmiş karantin rejimi dövründə ölkədən gedən və gələn vətəndaşlara SMS icazəsi almağa ehtiyac yoxdur. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev deyib. Ü.Mehdiyevin sözlərinə görə, müvafiq beynəlxalq və...
Hadisələr
Bakıda batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub. BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin (FHN) məlumat verilib. Məlumata görə, dünən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Lökbatan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub. BakuCity.az
Hadisələr
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında, Sabunçu rayonunda qeydə alınıb. Qəza zamanı 1983-cü il təvəllüdlü Nağıyev Arif Nazim oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Məhəmməd Aydın oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.  Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub. BakuCity.az
Cəmiyyət
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq. "Paytaxt ərazisində daha əvvəl sərtləşdirilmiş karantin rejimində xidmət necə təşkil edilmişdisə, yenə də o formada davam etdiriləcəkdir”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. Həmçinin oxu:İki həftəlik karantinin aprel karantinindən fərqi – RƏSMİ Kamran Əliyevin sözlərinə görə, sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Su...
Cəmiyyət
Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığı aradan qaldırılır. “Azərsu” ASC tərəfindən yay mövsümündə Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığından əziyyət çəkən yaşayış massivlərinin su təchizatının gücləndirilməsi məqsədilə Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində layihələr icra olunur. BakuCity.az xəbər verir ki, bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, hazırda Binəqədi rayonunun Gülüstan...
Biznes
Bakıdan İstanbula daha iki xüsusi reys həyata keçiriləcək. “Azərbaycan Hava Yolları” iyunun 25-26-da Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib. Məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul reyslərinə 1-ci Terminalda (Terminal 1) xidmət göstəriləcək. Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında açıqdır. Bakı-İs...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?