usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+25... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludlu, yağmursuz
Bu gün
+25... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+25... 28 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Hadisələr
Biləcəri qəsəbəsindəki vaqon deposunda bədbəxt hadisə baş verib Bakucity.az xəbər verir ki, 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. (Report) Bakucity.az
Sabunçu rayonunda kütləvi dava olub
Sabunçu rayonunda kütləvi dava olub Bakucity.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Dava edənləri ayırmaq istəyən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb. Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (APA...
Hadisələr
Dananın paytaxt küçələrində qaçması böyük marağa səbəb olub. Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında Qurban bayramında kəsilməsi üçün alınan dana Ziya Bünyadov prospektində kənar yola çıxaraq qaçmağa başlayıb. Heyvan nəqliyyatın hərəkətinə də maneə yaradıb. Dananı saxlamaq üçün hətta Post Patrul Xidməti əməkdaşlarının qoşulduğu əməliyyat bir müddət davam edib. (Oxu.az) Bakucity.az
Hadisələr
Paytaxtda keçirilən toy məclisində kütləvi dava olub Bakucity.az xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”Kristal” şadlıq sarayında baş verib. Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib....
Ekologiya
İstirahət günlərinin havası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin  iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək. Bakucity.az
İdman
Məlumat müdafiəçinin sosial şəbəkə hesabında paylaşılıb Bakucity.az xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Bney Yehuda”nın futbolçusu Bakıda xəstəxanaya yerləşdirilib. “Bney Yehuda”nın rəsmi “Facebook” səhifəsinin məlumatına görə, İsrail təmsilçisinin müdafiəçisi Paz Ben Arinin qolu sınıb. “Neftçi” – “Bney Yehuda” (2:2) matçının son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılı...
Kriminal
Bakı polisi: "Ərəb turistlərə qarşı törədilən quldurluq zamanı dəymiş ziyan ödənilib" Bakucity.az xəbər verir ki, avqustun 5-də paytaxtın Səbail rayonu ərazisində Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, növbətçi hissə, “Təhlükəsiz Şəhər” Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət...
Hadisələr
Hava şəraiti bu gün Bakıda bir neçə qəzaya səbəb olub  Bakucity.az xəbər verir ki, qəzalar yüksək sürət rejimi tətbiq olunan yollarda baş verib. Videogörüntülərə baxdıqda məlum olur ki, sürücülər hava və yol şəraitini düzgün qiymətləndirmirlər. Belə ki, əyləc sistemindən düzgün istifadə etməmək, ara məsafəsini düzgün seçməmək, sürət həddini aşmaq bu qəzalara səbəb olub. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda növbəti avtomobil qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə “Nizami” metrosu yaxınlığında baş verib. “Mercedes” markalı, 99 NM 604 dövlət nömrə nişanlı avtomobil restoranlardan birinin girişinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. (APA) Bakucity.az
Kriminal
Kişi kafedə işləyən xadiməyə təcavüz etməyə cəhd göstərib Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə avqustun 7-si saat 02:00-da paytaxtın İsmayılov küçəsində kafenin yanında baş verib.  40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb. 35-ci Polis bölməsinin əməkdaşlarını...
Biznes
Məlumatı Dövlət Statistika Komitəsi verib Bakucity.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında paytaxtda və ümumilikdə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz bahalaşıb. Belə ki, cari ilin iyulunda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qi...
Cəmiyyət
Yağış ticarət mərkəzində müxtəlif fəsadlara yol açıb Bakucity.az xəbər verir ki, ötən gündən başlayaraq yağan intensiv yağış paytaxtın ən böyük ticarət mərkəzlərindən olan “Sədərək”də yüzlərlə mağazaya ziyan vurub. Mağazalara suyun dolması nəticəsində əsaəsn geyim malları tam yararsız hala düşüb. Alış-verişə gələnlər isə ticarət mərkəzinin ərazisinə daxil ola bilməyiblər. Dükan sahibləri, satıcılar mağazalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar...
Cəmiyyət
BBAK mətbuat xidmətinin açıqlaması Bakucity.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub. Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. P.Məmmədova bildirib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq: “Sərnişinlərdən xahiş edirik ki,...
Cəmiyyət
Yeni siyahı açıqlanıb Bakucity.az xəbər verir ki, büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri yenidən müəyyən edilib. Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ni yeni redaksiyada təsdiq edib. Qərar sentyabrın 1-də...
Hadisələr
Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub Bakucity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu 2 minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (Report) Bakucity.az
Mədəniyyət
Filmin qapalı nümayişi rəsmi premyeradan bir gün əvvəl gerçəkləşib Bakucity.az xəbər verir ki,  “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissoru Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub. Təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Həmçinin, tədbirdə furşet, alkoqol və alkoqolsuz içkilər təşkil edilib. Bundan başqa, təqdimat fərqli dekorasiya,...
Cəmiyyət
Qurban bayramı ilə əlaqədar dördgünlük tətil başlayır Bakucity.az xəbər verir ki, avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür. Beləliklə, 10-13 avqust tətil günləridir. Növbəti iş günü avqustun 14-dür. Bakucity.az
Ekologiya
Temperatur yenidən yüksələcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 21-23, gündüz 32-34, Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa...
Cəmiyyət
İki nəfərin ölümünə səbəb olmuş Nail Allahverdiyevin haqqındakı qərar dəyişib Bakucity.az xəbər verir ki, Ali Məhkəmə Nail Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb. N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yeri...
Ekologiya
Coğrafiya İnstitutu hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu ölkədə avqust ayında hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb. İnstitutun direktoru Ramiz Məmmədov havanın belə keçməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu deyib. Onun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Misal olar...
İdman
Bakıda motokross üzrə çempionat keçirilib Bakucity.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilib.  İdmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Yarışın yekun nəticələrinə əsasən 125sm3 həcmli motosikletlərdə I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm3 həcmli motosikletlərdə isə I yerə Vaqi...
Hadisələr
Bakıda qətl hadisəsi törədilib Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bir neçə gün əvvəl bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. A.İsgəndərov avqustun 8-də aldığı xəsarətdən xəstəxanada ölüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan...
Hadisələr
Gecədən yağan güclü yağış Bakıda problemlərə səbəb olub Bakucity.az xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb. Yollarda piyadaların və avtomobillərin hərəkəti çətinləşib. Keçidlər su ilə dolub. Yağış sularının yola dolması sürücülərə də çətin anlar yaşadıb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarı 20 dəqiqə gecikib Bakucity.az xəbər verir ki, qatarın gecikməsinə yağışlı hava şəraiti səbəb olub. Belə ki, 07:50-də Sumqayıt Dəmir Yolu Vağzalından çıxan qatar yolda bir neçə dəfə dayandığına görə Bakı Dəmir Yolu Vağzalına bir saata çatıb. Bakucity.az
Hadisələr
"Qəza avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən baş verib" Bakucit.az xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 231-235 ünvanında baş verən yol qəzası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) açıqlama yayıb. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məsələ ilə bağlı bunları deyib: "Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub. Əvv...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 d...
Hadisələr
Paytaxtda baş verən daha bir qəzanın görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.  Müəyyən olunmamış yerdən asta sürətlə yolu keçən qoca kişi qəzaya səbəb olub. Belə ki, sürətlə hərəkət edən “Nissan” markalı avtomobil piyadanı vurmamaq üçün sərt manevr edib və nəticədə avtomobil yol kənarındakı bardürlərə çırpılaraq, qarşı yola düşüb.  Hadisə zamanı xoşbəxtlikdən xəs...
Ekologiya
Hava şəraitinin belə keçməsinə səbəb iqlim dəyişkənliyidir Bakucity.az xəbər verir ki, avqustun 5-dən etibarən paytaxt ərazisində müşahidə edilən güclü külək nəticəsində 70-ə yaxın ağac aşıb, budaqları sınıb və kökündən çıxıb.  Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı bunları deyib: “Ağaclar yay mövsümündə bioloji inkişafda, çiçəklənmiş vəziyyətdə olur. Bu səbə...
Hadisələr
Paytaxtda yol qəzası sıxlığa səbəb olub Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospekti Hava Limanı yolunda (mərkəz istiqaməti) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur. Qeyd edək ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Bakucity.az
Cəmiyyət
Ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar. Bakucity.az hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı...
Ekologiya
Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq Bakucity.az xəbər verir ki, 28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan Əbabil quşu tapılıb. Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı operativ reaksiya verən qurum Əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib. Ekologiya və Təbii Sərvətlər...
Hadisələr
"Gənclik" stansiyasının yaxınlığında ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, yol qəzasının baş vermə anı kameraya düşüb.  Kadrlardan göründüyü kimi avtomobil digər maşınların arasında manevr edir və qəfil dayanacağa doğru hərəkət edir.  İdarəetməni itirərək dayanacağa çırpılan avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travm...
İdman
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək Bakucity.az xəbər verir ki, bu gün paytaxt təmsilçisi “Neftçi” İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək.  Qeyd edək ki, “Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq. 8 avqust Avropa Liqası III təsnifat mərhələsinin ilk oyunu 21:00. "Neftçi" - "Bney Yehuda" Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa). Bak...
Hadisələr
Heydər Əliyev Beynəlxalq Hava Limanında döyülmə faktı qeydə alınıb Bakucity.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Mikayılov Arslan Eldar oğlu taksi sürücüsü ilə mübahisə zamanı döyülüb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. (APA) Bakucity.az
Hadisələr
Avtobuslardan biri özəl şirkətə məxsusdur Bakucity.az xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var. Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb. (APA) Bakucity.az
Cəmiyyət
Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb Bakucity.az xəbər verir ki, Bakının inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb. Məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq. İki komponentli boyaların əsas...
Hadisələr
Şüvəlan qəsəbəsində qız dayısına bıçaqla hücum edib. Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız bıçaq ilə dayısına xəsarət yetirib. Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir. Yaralı A.Şükürov 3 sayl...
Ekologiya
Mütəxəssis narahatçılığa əsas görmür Bakucity.az xəbər verir ki, bu gün paytaxtda yerləşən “28 Mall” ticarət mərkəzinin avtodayanacağında su ilanı görünüb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Zoologiya Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova saytımıza açıqlamasında bildirib ki, Bakıda ilanların çoxalması ilə bağlı deyilənlər doğru deyil: “Xəzər sahilli ərazilərdə və adalarda suilanları həmişə çox olur. Abşeron yarı...
Hadisələr
Səbail rayonunda bir neçə qəribə hadisə baş verib Bakucity.az xəbər verir ki, avqustun 5-i saat 22:40-da “102” telefon xidmətinə zəng edən kişi bəyan edib ki, Daxili İşlər Nazirliyinin binası qarşısına partlayıcı qurğu qoyulub. Lakin məlumat təsdiqini tapmayıb. Əməliyyatçılar zəng edən kişinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, Novxanı qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Qalib Qəribovdur. Onun ruhi-əqli problemi olduğu müəyyən edilib. Polis kişini...
Hadisələr
Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir Bakucity.az xəbər verir ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib. Bakı şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sal...
Ekologiya
Avqustun 8-də ölkə paytaxda gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, avqustun 8-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 27-29, Bakıda gecə 23-25, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma dax...
Cəmiyyət
Qeyri-iş günləri ilə bağlı əhaliyə müraciət edilib Bakucity.az xəbər verir ki, avqustun 12-13-də Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.  Bütün ölkə ərazisində olduğu kimi, Bakıda da bu mərkəzlər işləməyəcək.  Avqustun 14-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Hazırda Azərbaycanda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtd...
Cəmiyyət
Palata protokolu baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərib Bakucity.az xəbər verir ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Bakı Şəhər Halqası Əməliyyat Şirkəti barəsində inzibati xəta haqqında protokol tərtib edib. Nərimanov Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və y...
Hadisələr
Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.  Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir. Bakucity.az
Hadisələr
Bu il paytaxtda ilanların sayı artıb Bakucity.az xəbər verir ki, vətəndaşlardan biri “28 Mall”da ilanla rastlaşıb. İlan ticarət mərkəzinin avtodayanacağında görünüb.  Zoologiya Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona (su səthindən buxarlanma atmosfer çöküntüləri çox olan iqlim zonası) olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var: "Xəzərdə yaşayan su il...
Cəmiyyət
"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılarından üzr istəyib  Bakucity.az xəbər verir ki, sabah saat 10:00-dan 15:30-dək Abşeron rayonunun AAAF Yaşayış massivinə və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.  Bildirilib ki, fasilə 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır. Bundan əlavə, sabah saat 10:00-dan 16:00-a qədər Pirşağı...
Hadisələr
Paytaxtda Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı quldurluq edilib Bakucity.az xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib. Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib. Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları – 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişə...
Hadisələr
AZAL-a məxsus təyyarənin ayaqyolundan 18 ədəd mobil telefon tapılıb Bakucity.az xəbər verir ki, "iPhone" markalı mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub.  Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb.  Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş. Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə k...
Hadisələr
FHN-nə paytaxtda güclü küləklə bağlı müxtəlif müraciətlər daxil olub Bakucity.az xəbər verir ki, Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər.  Belə ki, Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. Hadisə yerinə...
Cəmiyyət
Üfüqi nişanlanma işləri qısa zamanda yekunlaşdırılacaq Bakucity.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinin daxili yollarında üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunub. Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki. avqustun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma...
Hadisələr
Həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib Bakucity.az xəbər verir ki, sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar bunları...
Biznes
Bu məkanlar dondurma sevənlərin işinə yarayacaq Dondurma yay aylarında hər kəsin sevimli desertidir. Meyvəli, çiyələkli, şokoladlı və s. çeşidi olan dondurma hər yerdə satılır, amma keyfiyyətli olması önəmlidir.   Bakucity.az  paytaxtda ən dadlı və keyfiyyətli dondurma verilən məşhur məkanları oxucular üçün araşdırıb.  “Madondurma” Əsasən “takeaway” formatında fəaliyyət göstərən “Madondurma” “MADO” restoranlar şəbəkəsinin (5 şöbəsi var) bir qoludur. Şəbəkə...
Mədəniyyət
Yubiley ili başa çatır, muzey niyə təmir edilmir? Bakucity.az xəbər verir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının yubiley ilində  ev muzeyində təmir-bərpa işlərinə hələ də başlanılmayıb.   Bu ilin mart ayında dahi drammaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam oldu. Görkəmli ədibin yubileyi münasibətilə dövlət səviyyəsində bir çox layihələrin həyata keçirilməsi ilə yanaşı,...
Hadisələr
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub Bakucity.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azad Dandışın barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə başa çatıb. Qərara əsasən A.Dandışın apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli ("bomj") həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsa...
Hadisələr
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib Bakucity.az xəbər verir ki,  Bakıxanov qəsəbəsində 1990-ci il təvəllüdlü Gülməmmədova Ramilə Hafiz qızı qohumu tərəfindən küçədə bıçaqlanıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır. (APA) Bakucity.az
Hadisələr
Xəzər rayonunda 40 yaşlı kişinin üstünə darvaza aşıb Bakucity.az xəbər verir ki, Binə qəsəbəsində 1979-cu il təvəllüdlü Qəhrəmanov Qəhrəman Fərhad oğlu yaşadığı evin həyətində olarkən üstünə dəmir qapı aşıb. Yaralı təcili olaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması, sol bazunun və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Cəmiyyət
AZAL: Uçuş cədvəlində heç bir dəyişiklik yoxdur Bakucity.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir. Bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bunları deyib: “Uçuş cədvəlində heç bir dəyişiklik yoxdur. Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvə...
İdman
Avropa Liqasının "play-off" mərhələsinin püşkü atılıb Bakucity.az xəbər verir ki, Avroliqadakı təmsilçimiz "Neftçi"nin də "play-off"dakı potensial rəqibi məlum olub. "Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, "play-off"da "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi "play-off"a çıxsa, ilk matçını səfərdə keçirəcək. Qeyd edək ki, Avropa Liqasında "play-off...
Cəmiyyət
Paytaxtda başlayan güclü külək 8 ağacı kökündən çıxarıb Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı bunları deyib: "Əsasən Nəsimi, Yasamal və Nərimanov rayonlarında ağaclar kökündən çıxıb. Hazırda küləyin sürəti 35 m/s-i keçib. Bu da Bakı üçün fırtına deməkdir.  Güclü küləyə görə 30-dan çox ağac aşıb. 4 və 5 rayonda maşının üstünə düşən xe...
Hadisələr
Güclü külək Filarmoniyanın yaxınlığında ağacın budağını qırıb Bakucity.az xəbər verir ki, budaq 20 yaşlı qızın üzərinə düşüb. = Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, xəsarət alan qız Kliniki Tibbi Mərkəzə çatıdırılıb.  Vəziyyəti orta ağırdır.(Oxu.az) Bakucity.az
Hadisələr
Müşfiqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb Bakucity.az xəbər verir ki, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb. Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq. Qeyd edək ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Küləkli hava ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür Bakucity.az xəbər verir ki, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqları üzrə sürət həddi 20 km/saat endirilib.  Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumat yazılıb. Bakucity.az
Ekologiya
Paytaxtda avuqsutun 6-na gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan daxilində 757 mm civə sütunundan 761 mm civə sütununa...
Ekologiya
Bu gündən paytaxt ərazisində güclü külək başlayıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü şimal küləyi səbəbindən ətraf ərazilərdə tozlu hava şəraiti müşahidə edilir. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü küləklə bağlı xəbərdarlıq yayıb. Xəbərdarlığa əsasən, avqustun 8-dək şimal-qərb küləyi müşahidə olunacaq. Avqustun 5-də isə yarımadanın bəzi yerlərində...
Hadisələr
Paytaxtda güclü külək bir sıra fəsadlar törədib Bakucity.az xəbər verir ki, külək paytaxtın F. Xanxoyski prospektindəki binalardan birinin dam örtüyünü uçurub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.  Hadisə yerindən fotoları təqdim edirik: Bakucity.az Foto: Ceyhun Rəhimzadə
Hadisələr
Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər Bakucity.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirilib. Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan İmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Solt...
Cəmiyyət
Paytaxtda təşkil olunan “Yay məktəbi”nin ll mərhələsinə start verilib Bakı Şəhər Təhsil İdarəsindən Bakucity.az-a verilən məlumata görə, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli təşkili məqsədilə “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində “Yay məktəbi” avqust ayında paytaxt məktəblərinin VlI-VIII sinif şagirdləri üçün keçirilir. Ödənişsiz qaydada VII-VIII sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Mək...
Ekologiya
Hərəkət iştirakçılarına diqqətli və ehtiyatlı olmaları bildirilib Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı ictimai nəqliyyatdan istifadə edən şəxslərə müraciət edib. BNA avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb. “Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtob...
Mədəniyyət
Milli Kino Günü “CinemaPlus”da qeyd olunub Bakucity.az xəbər verir ki, avqustun 5-də “CinemaPlus Amburan Mall” premium kinoteatrında Milli Kino Günü qeyd edilib. Kino işçilərin peşə bayramı münasibətilə baş tutan gecədə qonaqlara “Əlvida, Şmidt!” filmi təqdim olunub. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası və “YOL” İlk Elmi Populyar dərginin ərsəyə gətirdiyi ekran işi tragikomediya janrındadır. Filmin yaradıcı heyəti, aktyorlar, media nüma...
Hadisələr
Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakucity.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb. Bakucity.az
Cəmiyyət
Daxili işlər orqanlarında yeni təyinat olub Bakucity.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə İsa Babaşov Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. O, bu təyinata qədər Nəqliyyatda Baş Polis İdraəsində çalışıb. Qeyd edək ki, bir neçə ay bundan öncə Abşeron rayon Polis İdarəsinə əməliyyat işləri üzrə keçmiş müavini Mehman Əliyev Balakən rayon Polis şöbəsinə rəis təyin edilib. (U...
Hadisələr
Bakı polisi məsələ ilə bağlı araşdırmaya başlayıb Bakucity.az xəbər verir ki, hadisə Bakının tam mərkəzində- "Hilton" otelinin yaxınlığında qeydə alınıb. Belə ki, dövlət nömrə nişanı 10LP677 olan "VAZ 2107" markalı avtomobildən iki nəfər düşərək, bir qadını döyüb, maşına basıb aparıblar. Məsələ ilə bağlı BakuPost Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb. BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, artıq məsələ ilə bağlı məlumatlı...
Hadisələr
“Sədərək” ticarət mərkəzindəki yanğınla bağlı yeni görüntülər yayılıb Bakucity.az xəbər verir ki, anbarlardan birində baş vermiş yanğının söndürülməsi zamanı polis əməkdaşları da böyük fədakarlıq göstəriblər. Eyni zamanda ərazidən malların daşınmasında polislərin köməkliyi olub. Fədakarlıqları zamanı polis əməkdaşlarından halı pisləşənlər də olub. Onlara təcili yardım göstərilib. Qeyd edək ki, ötən gün "Sədərək" ticarət mərkəzindəki yanğın söndürülüb. Hadi...
Cəmiyyət
Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu istifadəyə verilib Bakucity.az xəbər verir ki, ümumilikdə 2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 2019-cu ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə...
Cəmiyyət
Bakı Şəhər Statistika İdarəsi hesabat yayıb Bakucity.az xəbər verir ki, paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 624,5 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 89,2 faiz qeydə alınıb. İçki istehsalında da artım olub və bu 52,5 faiz təşkil edib. Qida məhsullarının istehsalında isə 20,4 faiz artım müşahidə olunub. Qeyd edək ki, başqa...
Hadisələr
Xətai rayonunda eyvanından yıxılan qadının vəziyyəti ağırqiymətləndirilir Bakucity.az xəbər verir ki, ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Qeyd edək ki, ötən gecə 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib. (Report) Bakucity.az
Mədəniyyət
Mədəniyyət Nazirliyinə tapşırıq verildi Bakucity.az xəbər verir ki, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişik edilib.  Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, 2 tikili  “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə ə...
Hadisələr
Gecə saatlarında Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib Bakucity.az  xəbər verir ki, 991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb. Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdiri...
Cəmiyyət
Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək Bakucity.az xəbər verir ki, buna səbəb Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir. Bu məqsədlə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək. Belə ki, Bakıdan 10 avqust tarixində 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çat...
Hadisələr
Paytaxtda polisə qrup şəklində zorlama haqqında şikayət daxil olub Bakucity.az xəbər verir ki, Abşeron rayonunun 33 yaşlı sakini A.İ 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 03:00-da Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında, şam ağaclarının olduğu ərazidə iki naməlum kişi tərəfindən zorlanıb. Onlardan biri taksi sürücüsü olub. Lakin ilkin araşdırma zamanı A.İ-nin ifadəsi tam təsdiqini tapmayıb. Məlum olub ki, qadın həmin ərazidə fah...
Hadisələr
Paytaxtda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub Bakucity.az xəbər verir ki, sözügedən şəxs 26 yaşlı Əli Əmən oğlu Abbasovdur. O, Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur. Qeyd edək ki, bu gün səhər saatlarında Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub. Səhiyyə Nazirliyi qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralandığını açıqlayıb....
Hadisələr
Payatx küçələrində hərəkət edən avtomobil diqqət çəkib Bakucity.az xəbər verir ki, gənc oğlan yeşiklə yüklənmiş  və hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin kapotunda oturub. Sürət yolunda hərəkətdə olan 23-BB-267 dövlət nörmə nişanlı avtomobilin sağ hissəsində arxanı göstərən güzgü də olmayıb.  Həmin görüntüləri təqdim edirik: Bakucity.az
Mədəniyyət
Konsert “Elektra Event Hall”da baş tutacaq Bakucity.az xəbər verir ki, Türkiyənin məşhur canlı performans qrupu “Duman”, oktyabrın 26-da Bakıda konsert proqramı ilə çıxış edəcək. Biletləri şəhərin bütün kassalarından, “ASAN xidmət” mərkəzlərindən və www.iticket.az saytından əldə etmək olar. (Qafqazinfo.az) Bakucity.az
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Rüstəmov küçəsində 86 saylı xətt avtobusu minik avtomobili ilə toqquşub.  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağırdır.  Bakucity.az
Hadisələr
Paytaxtda azyaşlı oğlanlara təcavüz edən seksual manyak saxlanılıb. Bakucity.az xəbər verir ki, payxatın Xətai rayonunda küçədə 10 yaşlı C.H.-yə seksual hərəkətlər edən 62 yaşlı kişi polis tərəfindən tutulub və şəxsiyyəti dəqiqləşdirilib. İstintaqda onun bənzər, yaxud digər cinayətlər törədib-törətmədiyi araşdırılır. (Report) Bakucity.az
Cəmiyyət
Bakı Şəhər Statistika İdarəsi yeni hesabat açıqlayıb Bakucity.az xəbər verir ki, 2019-cu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8041,7 milyon manat olub.  Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4523,1...
Cəmiyyət
Əhaliyə məsələ ilə bağlı xəbərdarlıq edilib Bakucity.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-də çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. "Ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir".  Bunu jurnalistlərə açıqlamasında id...
Cəmiyyət
Qaz xətlərində təmir-bərpa işləri aparılacaq Bakucity.az xəbər verir ki, bu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov, Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə bağlıdır.  Bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması i...
Hadisələr
Bakı sakinindən 30 ədəd tramadol həbi götürülüb Bakucity.az  xəbər verir ki, araşdırmalar zamanı Elçin Məmmədov adlı şəxsin həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib. Həmin aptekə baxış keçirilib, oradan 280 ədəd tramadol həbi və 42 ədəd xırda sellofan bükümündə marqanes aşkar edilərək götürülüb. Bakucity.az